Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1000/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər X2, X5, X6, X3 və Xızı rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: AİK-nın qərarı ilə verilmiş torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması; torpaq sahəsinin əvvəlki vəziyyətdə qaytarılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Sə hmdar Cəmiyyətinə (üçüncü şəxslər X2, X5, X6, X3 və Xızı rayon İcra Hakimiyyəti) qarşı “JN-390 Kod 30603015 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus olan 2.50 ha torpaq sahəsində cavabdeh tərəfindən salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə ona və ailə üzvlərinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2-1(105)205/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xızı rayon A qrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli qərarı ilə Xızı rayonu Giləzi kənd ərazisində yerləşən 2.50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçı və onun ailə üzvlərinin (üçüncü şəxslər) birgə mülkiyyətinə verilmiş və adlarına JN-390 KOD 30603015 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır.
2. İddiaçı onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş həmin torpaq sahəsində cavabdeh inzibati orqan tərəfindən yaşıllaşdırma salınması, habelə bitki və ağaclar əkildiyini əsas gətirərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqay ıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-390 Kod 30603015 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus olan 2.50 ha torpaq sahəsində cavabdeh tərəfindən salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə ona və ailə üzvlərinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyy ən olunur ki, Azərbaycan Respublikasının Prezidentinin 2016-cl il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına əsasən, cavabdeh tərəfindən salınmış yaşıllaşdırma ərazisi JN-390 Kod-30603015 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində yerləşir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 13 oktyabr 2022-ci il tarixli 2-1(118)-2063/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-390 Kod-30603015 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xızı rayonu Giləzi kəndində yerləşən 2.50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə iddiaçı və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsində yaşıllaşdırma işləri aparılmış və torpaq sahəsində kənd təsərrüfat fəaliyyətinin aparılmasına maneələr yaradılmışdır. Belə ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə çöl-ölçmə işləri aparılmış və araşdırma nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2016-cl il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektron uçot bazasına əsasən, cavabdeh tərəfindən salınmı ş yaşıllaşdırma ərazisinin JN-390 Kod-30603015 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində olması müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, hal-hazırda da iddiaçının mülkiyyətində olan 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq, kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararsız vəziyyətdədir. Göründüyü kimi, inzibati orqanının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının konstitusion hüquqları pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan 2.50 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətd ə iddiaçı və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. İşin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Xızı rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2002-ci il tarixli sərəncamı ilə yeni meşə və yaşıllıqların salınması məqsədilə Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma-Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giləzi-Şurabadın dəniz sahili qumluq ərazisindən 6000 ha torpaq sahəsi ayrılmışdır. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin plan- sxemin hazırlanması DTXK-nə tapşırılmışdır. 11. "xxxx" MMC xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-1880/2023 nömrəli məktubda qeyd etmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Xızı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli Sərəncamı və ayrılması nəzərdə tutulan torpaq sahəsinin plan-sxemi aşkar edilməmişdir.
12. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xx.xx.2023-cü il tarixli 11-1/26538-8/2023 nömrəli məktubda qeyd etmişdir ki, Agentlik balansına verilmiş avtomobil yollarının və bu yollara aid torpaq sahələrinin, habelə körpülərin, tunellərin və digər yol qurğularının istismarını, təmirini və tikilməsini, qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxs olaraq Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə uyğun fəaliyyət göstərir. Bu səbəbdən, sözügedən ərazi lərdə yaşıllıqların əkilməsi və onlara aqrotexniki xidmətin göstərilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətinə uyğun deyil və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarına əsasən dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolağının hüdudları daxilində fəaliyyət göstərir.
13. Xızı rayon İHB-nın xx.xx.2023-cü il tarixli, 5-50/2-407/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 03 iyun 2002-ci il tarixli 56 nömrəli sərəncama əsasən, Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giləzi-Şorabad dəniz sahili qumluq ərazisindən 6000 hektar torpaq sahəsi ayrılmış və torpaq sahəsi ayrılarkən koordinatları (yerləşmə mövqeyi, sərhədləri və s.) mü əyyən edilməmişdir. Sərəncamda yalnız Bakı-Quba yolunun sağı və solunda deyil, digər ərazilərdə də yaşıllıqların salınması nəzərdə tutulmuş və bu məqsədlə 6000 hektar torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 30 oktyabr 2007-ci il tarixli 2471 saylı Sərəncamının giriş hissəsində də açıq-aydın yolların istismarında onların mühafizə zolaqlarının yaşıllaşdırılmasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd olunmuşdur. Burada diqqət yetirilməli olan əsas məsələ məhz, yolların mühafizə zolaqlarının yaşıllaşdırılmasıdır. Yəni, yaşıllaşdırma aparılan ərazi mühafizə zolaqlarından kənara çıxmamalıdır. Lakin cavabdeh tərəfindən yaşıllaşdırma aparılan ərazilərin mövcud vəziyyəti araşdırı lmadan yaşıllaşdırma işləri aparılmış, bununla da, qanunvericiliyin tələbləri və vətəndaşların mülkiyyət hüquqları pozularaq onlara maddi və mənəvi ziyan vurulmuş, bu da vətəndaşlarda haqlı narazılıqların yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.1.3-cü bəndinə əsasən, müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin həyata keçirilməsinin, mülkiyyətin və ictimai asayişin qorunmasının təmin edilməsi yerli icra hakimiyyətləri başçılarının vəzifələrinə aid olduğundan, müəssisənin tabe olduğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 17 noyabr 2014-cü il tarixli 869 nömrəli məktubla təkrar müraciət edilərək, cavabdehin qanunsuz hərəkətləri nə son qoyulması, vətəndaşların mülkiyyət hüquqlarının bərpası istiqamətində təsirli tədbirlər görülməsi bir daha xahiş edilmişdir. Eyni zamanda, 20 noyabr 2014-cü il tarixli 885 nömrəli məktubla cavabdehə müraciət edilmiş, lakin hələ də problemin müsbət həlli istiqamətində heç bir əməli tədbir görülməmişdir. Xızı rayon İcra Hakimiyyətinin 2013-2014-cü illər üçün göndərilən sənədlərinin Xızı rayonu Dövlət Arxivi tərəfindən utilizasiyası aparıldığından, qeyd olunan məktubların təqdim edilməsi mümkün olmamışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və L.E.Rəhimli) 20 noyabr 2023-cü il tarixli, 2-1(105)-205/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qəra rı dəyişdirilmiş, JN-390 Kod-30603015 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Xızı rayonu Giləzi kəndində yerləşən 2.50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması, orada əkilən bitki və ağacların yerləri dəyişdirilməklə həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə iddiaçı və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində əkilən bitki və ağaclar yerləri dəyişdirilməklə, həmin ərazidən çıxarılmalıdırlar.
16. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barə də qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əvvəla, “İnzibati orqanların Təsnifatı”nda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı qeyd edilməmişdir. Müəssisə inzibati orqan olmadığından İnzibati Prosessual Məcəllənin normalarının müəssisəyə aidiyyəti və qüvvəsi yoxdur.
18. Bundan başqa, iddiaçının iddia etdiyi 2.50 ha ərazi Bakı-Quba magistral avtomobil yolunun kənarında yerləşir və ASC-nin 5 saylı yaşıllaşdırma idarəsinin xidməti ərazisinə aiddir. Yaşıllıqlar magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılmasına dair ölkə başçısının tapşırıqlarına əsasən, Xızı rayon İHB-nın 03 iyun 2002-ci il tarixli 56 nömrəli sərəncamına uyğun olara q 2010-cu ildə salınmışdır və ərazidə hal-hazırda müxtəlif yaşda və ölçüdə ağac və kol bitkiləri becərilir. Yaşıllıqların Prezident fərmanları və Dövlət proqramları əsasında salındığını, onların əhəmiyyətini nəzərə alaraq, ağacların çıxarılması məqsədəmüvafiq hesab edilmir. 2010-cu ildə yaşıllıqlar salınan vaxtadək iddiaçı və ya onun ailə üzvləri tərəfindən həmin torpaq sahəsi istifadəsiz saxlanılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsi dalbadal 2 il ərzində istifadə edilmədikdə, həmin torpaq üzərindəki istifadə hüququna xitam verilir. Magistral avtomobil yollarının kənarında yaşıllıqların salınması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun aparılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmun u 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məh kəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdır sa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apel lyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayə ti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə münasibətdə əvvəla onu qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bölməsində Qanuna ə sasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərin də inzibati orqanlar hesab edilməsi təsbit olunmuşdur.
28. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə, bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.
29. Sadalanan qanunvericilik normalarının tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə inhisarçı funksiyasına malik cavabdehin hərəkəti nəticəsində əmələ gəldiyindən iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkündür. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti dövlət inhisarçılığını həyata keçirən qurum olmaqla, onun hərəkət və hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati məhkəmə icraa tı qaydasında baxılmalıdır.
30. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli qərarı ilə Xızı rayonu Giləzi kənd ərazisində yerləşən 2.50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçı və onun ailə üzvlərinin (üçüncü şəxslər) birgə mülkiyyətlərinə verilmiş və adlarına JN-390 KOD 30603015 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cl il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən hazırlanmış elektr on uçot bazasına əsasən, cavabdeh tərəfindən salınmış yaşıllaşdırma ərazisi JN-390 Kod-30603015 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində yerləşir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququ qanunla qorunmaqla, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, əmlak hüququ olan şəxslərin razılığı olmadan həmin torpaq sahəsində cavabdehin yaşıllaşdırma ərazisi salması qanunvericiliyin tələbinə uyğun olmamışdır və aşağı instansiya məhkəmələri iddianı təmin etməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişlər.
31. Eyni zamanda, cavabdeh iddiaçıya məxsus torpaq sahəsində ölkə başçısının tapşırıqlarına əsasən Xızı rayon İHB-nın 03 iyun 2002-ci il tarixli 56 nömrəli sərəncamına uyğun olaraq yaşıllıq salındığını, həmçinin 2010-cu ildə yaşıllıqlar salınan vaxtadək iddiaçı və ya onun ailə üzvləri tərəfindən həmin torpaq sahəsinin istifadəsiz saxlanıldığını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istifadə etməməsi onun mülkiyyətindən məhrum edilməsi ilə nəticələnə bilməz.
32. Bundan başqa, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı Xızı rayon İHB-nın xx.xx.2023-cü il tarixli, 5-50/2-407/2023 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Xızı rayon İHB-nın 03 iyun 2002-ci il tarixli 56 nömrəli sərəncama əsasən, Xızı rayonu ərazisində Bakı-Quba, Yaşma Qasımkənd, Giləzi-Xələnc yolunun sağ və sol tərəfində və Giləzi-Şorabad dəniz sahili qumluq ərazisindən 6000 hektar torpaq sahəsi ayrılmış və t orpaq sahəsi ayrılarkən koordinatları (yerləşmə mövqeyi, sərhədləri və s.) müəyyən edilməmişdir. Sərəncamda yalnız Bakı-Quba yolunun sağı və solunda deyil, digər ərazilərdə də yaşıllıqların salınması nəzərdə tutulmuş və bu məqsədlə 6000 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 30 oktyabr 2007-ci il tarixli 2471 saylı Sərəncamının giriş hissəsində də açıq-aydın yolların istismarında onların mühafizə zolaqlarının yaşıllaşdırılmasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilmişdir. Burada diqqət yetirilməli olan əsas məsələ məhz, yolların mühafizə zolaqlarının yaşıllaşdırılmasıdır. Yəni, yaşıllaşdırma aparılan ərazi mühafizə zolaqlarından kənara çıxmamalıdır. Lakin cavabdeh tərəfin dən yaşıllaşdırma aparılan ərazilərin mövcud vəziyyəti araşdırılmadan yaşıllaşdırma işləri aparılmış, bununla da, qanunvericiliyin tələbləri və vətəndaşların mülkiyyət hüquqları pozularaq, onlara maddi və mənəvi ziyan vurulmuş, bu da vətəndaşlarda haqlı narazılıqların yaranmasına səbəb olmuşdur.
33. Göründüyü kimi, cavabdeh yolların mühafizə zolaqlarının yaşıllaşdırılması işlərini apararkən, bununla bağlı yaşıllaşdırma aparılan ərazinin mühafizə zolaqlarından kənara çıxmamalı olduğu halda, yaşıllaşdırma aparılan ərazilərin mövcud vəziyyətini araşdırmamış, yaşıllaşdırma işləri aparılmalı olan ərazinin hüdudlarından kənara çıxmış, qanunvericiliyin tələblərini pozaraq, iddiaçı və onun ailə üzvlərinin razılığı olmadan, onların mülkiyyətində olan torpaq sahəsində yaşıllaşdırma işləri aparmışdır. Odur ki, iddiaçı tələbində haqlıdır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2-1(105)-205/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.