Məhkəmə qərarları › İş №2-1(102)-1008/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1008/2025

21.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1008/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabdeh Cəfərova Aytac İlham qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kollegiya üzvlüyündən xaric edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “kollegiya üzvlüyündən xaric edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)- 3138/2024 nömrəli qərarı ndan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. Vəkillərin İntizam Komissiyasının 6 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən ərizəçi X2 qanunvericiliklə nəzərdə tutulmuş qaydada bu barədə müvafiq müqavilə bağlamadan “İnstpower” maliyyə şirkətinin Azərbaycan Respublikasındakı qeyri-rəsmi fəaliyyətini leqallaşdırılması və şirkətin Gəncə şəhərində fəaliyyət göstərən işçisi Əli Rzay evin polisdə hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım göstərəcəyi adı ilə X4 məxsus +**********20 nömrəli “M10” hesabından Cavabdeh məxsus +**********11 nömrəli “M10” hesabına xx.xx.2023-cii il tarixdə saat 21:50-də 16000 manat, saat 23:07-də 30000 manat və xx.xx.2023-cii il tarixdə saat 12:39da 200 manat köçürülməklə, cəmi 46200 manat məbləğində pul vəsaitini müqavilədən kənar olaraq əldə edib bunun müqabilində heç bir iş görməyərək sonradan həmin pulu geri qaytarmaqdan imtina etməklə, həmçinin ərizəçi X4 və onun əri X5 AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüquqi yardımın göstərilməsi üçün bağladığı müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 261 və 260 nömrəli müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməyib onlara hər hansı hüquqi yardım göstərmə məklə habelə bu müqavilələri fəaliyyət göstərdiyi Vəkil Bürosundan kənarda bağlamaqla və müqavilələrə əsasən müəyyən olunan hüquqi yardım haqlarını müvafiq mədaxil qəbzləri ilə özü Büronun bank hesabına ödəməklə, peşə fəaliyyəti zamanı yalnız qanunun tələblərini, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməmiş, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edərək, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çər çivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, əksinə bu inamın və etimadın sarsılmasını şərtləndirən, vəkilliyin nüfuzuna xələl gətirən və onu aşağı sala biləcək hərəkətlərə yol vermiş, bununla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2. 1.3. 2.2. 2.3. 2.4. 2.5. 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstəri lən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1. 2.2. 2.3. 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir.

2. Azərbaycan Respublikası Vəkillər X1 17 noyabr 2023-cü il tarixli 19 saylı iclas protokolundan çıxarışından görünür ki, Komissiya vəkil Cavabdeh izahatında “İnstpower” şirkəti ilə bağlı danışıqları vəkil deyil, korporativ hüquqşünas kimi aparmasına dair göstərdiklərini inandırıcı hesab etməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuş hallar, vəkilin özünün təqdim etdiyi tərəflər arasında xx.xx.2023-cü il tarixdə kafedə görüş zamanı qeydə a lınmış audio-videoyazılar onu göstərir ki, ərizəçi Leyla Babazadə və onun əri X10 Cəfərovanı məhz vəkil kimi tanımış, onunla aralarında olan danışıqlar Cavabdeh vəkil olduğu üçün baş tutmuş, Cavabdeh qardaşı onu vəkil kimi təqdim edir, onun şirkətin vəkili olacağını və 46.000 manat pulu ona görə aldığını bildirir. Cavabdeh isə buna heç bir etiraz etməyərək “İnstpower” şirkətinə, eləcə də Cessika adlı şəxsə özünün vəkil olduğunu sübut etmək üçün vəkil vəsiqəsinin şəklini və Vəkillər Kollegiyasının rəsmi internet səhifəsinin linkini onlara göndərdiyini bildirir.

3. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2023-cü il tarixli qərarına əsasən, sözügedən intizam işinə baxılaraq, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla X3 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, müraciətdə qeyd olunan xüsusatlarla əlaqədar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18ci maddəsinin, 19-cu maddəsinin İ, İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2. 1.3. 2.2. 2.3. 2.4. 2.5. 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi vardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1, 2.2, 2.3, 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, inti zam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyinə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh kollegiya üzvlüyündən xaric edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vəkillər X1 müvafiq qərarı ilə X3 müraciəti əsasında Bakı şəhəri 12 s aylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh iştirakı ilə müvafiq araşdırma aparılmış, ərizəçinin və vəkilin izahatları alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən ərizəçi X4 və onun əri X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hüquqi yardımın göstərilməsi üçün müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 261 və 260 nömrəli müqavilələr bağlanılmış, həmin müqavilələr əsasında vəkilə Bürodan xx.xx.2023- cü il tarixli, ******* və ******* marka nömrəli vəkil orderləri tərtib edilib verilmiş, lakin həmin orderlərin əsilləri müvafiq orqana təqdim edilməməklə istifadə edilməmiş qalmış, hər iki müqaviləyə görə hər biri üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində pul vəsaiti hüquqi yardım haqqı kimi Büronun bank hesabına köçürmə yolu ilə vəkil Cavabdeh özü tərəfindən ödənilmişdir. Vəkil Cavabdeh ilə ərizəçi X6 və onun əri X7 arasında hər hansı digər iş üzrə, o cümlədən “İnstpower” şirkətinin Azərbaycan Respublikasında leqallaşdırılması və şirkətin Gəncə şəhərində polis tərəfindən saxlanılmış işçisi Əli Rzayevin hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında başqa müqavilə bağlanmamış və Büronun hesabına ödəniş olunmamışdır. Vəkil Cavabdeh tərəfindən ərizəçi X2 qanunv ericiliklə nəzərdə tutulmuş qaydada bu barədə müvafiq müqavilə bağlamadan “İnstpower” maliyyə şirkətinin Azərbaycan Respublikasındakı qeyri-rəsmi fəaliyyətinin leqallaşdırılması və şirkətin Gəncə şəhərində fəaliyyət göstərən işçisi Əli Rzayevin polisdə hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım göstərəcəyi adı ilə X4 məxsus +**********20 nömrəli “M 10” hesabından Cavabdeh məxsus +**********11 nömrəli “M10” hesabına xx.xx.2023-cii il tarixdə saat 21:50-də 16000 manat, saat 23:07-də 30000 manat və xx.xx.2023-cii il tarixdə saat 12:39-da 200 manat köçürülməklə, cəmi 46200 manat məbləğində pul vəsaitini müqavilədən kənar olaraq almış və bunun müqabilində heç bir iş görməyərək sonradan həmin pulu geri qaytarmaqdan imtina etmişdir. Komissiya vəkil Cavabdeh izahatında “İnstpower” şirkəti il ə bağlı danışıqları vəkil deyil, korporativ hüquqşünas kimi aparmasına dair göstərdiklərini inandırıcı hesab etməmişdir. Çünki araşdırma zamanı müəyyən olunmuş hallar, vəkilin özünün təqdim etdiyi tərəflər arasında xx.xx.2023-cü il tarixdə kafedə görüş zamanı qeydə alınmış audio-video yazılar onu göstərir ki, ərizəçi Leyla Babazadə və onun əri X10 Cəfərovanı məhz vəkil kimi tanımış, onunla aralarında olan danışıqlar Cavabdeh vəkil olduğu üçün baş tutmuşdur. Cavabdeh qardaşı onu vəkil kimi təqdim edir, onun şirkətin vəkili olacağını və 46.000 manat pulu ona görə aldığını bildirir. Cavabdeh isə buna heç bir etiraz etməyərək “İnstpowe” şirkətinə, eləcə də Cessika adlı şəxsə özünün vəkil olduğunu sübut etmək üçün vəkil vəsiqəsinin şəklini və Vəkillər Kollegiyasının rəsmi internet səhifəsinin l inkini onlara göndərdiyini bildirir. Bu halların hamısı bir daha sübut edir ki, Cavabdeh Leyla Babazadə, onun əri Orxan və Cessika ilə vəkil kimi tanış olmuş, danışıqları vəkil kimi aparmış, hətta vəkil olduğunu onlara müvafiq sənədlərlə inandırmış və həmin 46.000 manat pulu vəkil kimi hüquqi vardım göstərmək üçün almışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 2-1(112)-6841/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə m inənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə” 17.11,2023-cü il tarixli qərarı qanuni əsaslarla qəbul olunmuşdur. Məhkəmə bu qənaətini məhkəmə icraatında bildirilmiş dəlil və tədqiq olunmuş sübutlarına məcmu halında qiymət verərək belə əsaslandırır ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və vəkillik fəaliyyətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və E.Ə.Əliyev) 26 noyabr 2024-cü il tari xli, 21(103)-3138/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6841/2024 saylı, 23 aprel 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1 (103)-3138/2024 nömrəli qərarını ləğv edilməsi və işin təkrar apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları İ. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Maddə

16. Vəkilin vəzifələri İ. Peşə fəaliyyətini həyata keçirərkən vəki l: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəki lə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir; “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn tələblərə əməl etməlidir. 15. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə:

1. Ümumi müddəalar 1.1. Bu Əsasnamədə əks olunmu ş qaydalar vəkillik fəaliyyətini həyata keçirən bütün şəxslərə şamil edilir. 1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.3. Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir.

2. Davranış qaydaları... 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararla nmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviy yəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır.

6. Vəkilin peşə hazırlığı və məsuliyyəti... 6.4. Bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə təl əb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Hazırkı işin hallarından müəyy ən edilir ki, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh vəkil etikasını kobud şəkildə pozması barədə müraciət daxil olduğundan, vəkil Cavabdeh barəsində intizam icraatı başlanmış bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində 6 oktyabr 2023-cü il tarixdə rəy tərtib olunmuş və rəydə araşdırma zamanı vəkil Cavabdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, “Vəkillərin davranış'qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.2, 2.3, 2.4, 2.5, 2.10-cu bəndlərinin, eləcə də “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi”nin 5.13-cü bəndinin, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1. 2.2, 2.3, 3.3-cü bəndlərinin tələblərinin pozulduğunun müəyyən edildiyi bildirilmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə tələbi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərlə vəkil Cavabdeh müvafiq hərəkətlərinin özlüyündə vəkil etikası ilə bir araya sığmayan v ə cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər olduğu müəyyən edilmişdir.

24. Beləliklə, qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-3138/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar