Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1009/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənfəət vergisi ilə bağlı şərti rentabelliyin müəyyən edilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2-1(103)-2892/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı ilə müəyyən edilir ki, İddiaçı ASC barəsində ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2018 – 3-cü rüb 2019, mənfəət vergisi 2018-ci il, əlavə dəyər vergisi – aprel 2018 – sentyabr 2019, əmlak vergisi 2018-ci il, torpaq vergisi – 2018-ci il – 2019-cu il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tut ulan vergi - 2018-ci il üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 2. xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, İddiaçı ASC barəsində əmlak vergisi 2018-ci il, torpaq vergisi – 2018-ci il – 2019-cu il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2018 – 3-cü rüb 2019, mənfəət vergisi 2018-ci il, əlavə dəyər vergisi – aprel 2018 – sentyabr 2019, üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 3. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “**********145543” nömrəli, xx.xx.2021-ci il tarixli Qərarına əsasən, İddiaçı ASC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. 4. “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********752500 nömrəli tələbnaməyə əsasən, a) əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları: 3947842.71 AZN, b) vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları:2885271.34 AZN, c) vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər: 0 AZN, büdcəyə ödənilməli olan cəmi məbləğ 6833114.05 AZN təşkil etmiş və 5 gün müddətində büdcəyə ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavab deh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017, 2018, 2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən, eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılm asını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-2019-cu illər üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilərək nəticəsinə dair xx.xx.2020-ci il tarixli tərtib edilmiş birinci aktda ASC-nin 2018-ci il üzrə Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirləri 74 634 020,86 manat olduğu halda, bu gəlirlər 83 721 514,10 manat göstərilmiş, xx.xx.2021ci il tarixli tərtib edilmiş ikinci aktda isə ASC-nin 2018-ci il üzrə Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirləri 78 503 940 manat göstərilmişdir. Bununla Vergi Məcəlləsinin 13.2.12, 132 və 135-ci maddələrinin tələbləri pozulmuşdur. xx.xx.2020-ci il tarixli 1-ci aktla yoxlanılan 2018-2019-cu illər üzrə ümumilikdə 12 361 970,10 manat, o cümlədən 7 960 059,37 manat əlavə vergi məbləği və 4 401 910,73 mana t maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması aktında dürüst olmayan və təhrif olunmuş məlumatların olduğu, qanunvericilik aktlarının tələblərinin pozulduğu və əsassız olaraq əlavə vergi və maliyyə sanksiyaları hesablandığından akt tərəflərindən imzalanmamışdır. Vergi qanunvericiliyinə uyğun olaraq Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə 139/20 nömrəli etiraz məktubu təqdim edilmişdir. Bir müddət sonra, xx.xx.2020-ci il tarixdə "Zoom" proqram təminatı vasitəsilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin vəzifəli şəxslərinin Cəmiyyətin iştirakı ilə vergi yoxlamasının materiallarına baxılması həyata keçirildikdən sonra vergi orqanı tərəfindən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və bunun üçün 30 iş günü müəyyən edilmişdir. Lakin, əvvəlki səyyar vergi yoxlaması aktı ləğv edilmədən, faktiki olaraq yenidən əvvəlki yoxlanılan bütün vergi növləri və dövr təkrar yoxlanılaraq yeni xx.xx.2021-ci il tarixli 53 vərəqədən ibarət akt tərtib edilmişdir. Hətta sonuncu yoxlamanın 30 iş günü müddəti ərzində aparılmağı ilə yanaşı, aktın tərtibi üçün əlavə olaraq daha 30 gün müddət ayrılmışdır ki, bu da yoxlamanın növü, məzmunu, dövrü, eyni olmaqla yoxlamanın təkrar olduğunu bir daha təsdiq edir. Göstərilən xx.xx.2021-ci il tarixli 2-ci aktda 3 947 842,71 manat vergilərin az hesablandığı qeyd edilmiş və cəmiyyətə 2.885.271,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
7. Beləliklə əvvəlki aktla müqayisədə xx.xx.2020-ci il tarixli aktda qeyd edilmiş ümumilikdə 12.361.970,10 manat məbləğində olan hesablamalar 5.528.696 manat məbləğində azaldılmışdır. Lakin, aktda dürüst olmayan, təhrif olunmuş məlumatların bir qismi tərtib olunan sonuncu aktla aradan qaldırılsa da, tam olaraq cəmiyyətin maliyyə illəri üzrə göstəricilərini özündə düzgün əks etdirməmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə növbəti etiraz məktubu təqdim edilsə də, vergi orqanının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) davam etmiş və nəhayət xx.xx.2021-ci il tarixdə “Zoom” proqram təminatı vasitəsilə Milli Gəlirlər Baş İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin və Cəmiyyətin əməkdaşlarının iştirakı ilə vergi yoxlamasının materialları müzakirəyə (baxışa) çıxarılmış, lakin iddiaçı tərəfindən etiraz məktublarında qeyd olunanlar və bütün bu müddət ərzində pozulmuş hüqu qların bərpası baş vermədiyindən, düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan hallar nəzərə alınmadığından və növbədənkənar səyyar yoxlaması təyin edilmədiyindən belə bir müzakirənin aparılmasından iddiaçı tərəfindən imtina edilmişdir. Bütün bunlara baxmayaraq, 12 gündən sonra, Vergi Məcəlləsinin 39.7-ci maddəsi kobud şəkildə pozulmaqla şəxsin (hüquqi şəxs olaraq vergi ödəyicisinin) vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verilməməklə, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərar qəbul edilmişdir.
8. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının mat eriallarına baxılmanın xx.xx.2021-ci il tarixində “ZOOM” proqramı vasitəsilə baş tutan görüşdə yoxlama materiallarının baxılmasından imtina etdikləri halda belə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar qəbul etməli olduğu halda buna əməl edilməmiş və 13-cü gün qərar qəbul edilmişdir. Belə olan halda, imperativ norma (konkret davranış qaydası müəyyən edir və olduğu kimi icra edilməlidir) daşıyan Vergi Məcəlləsinin 49.5-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən Məcəllənin 49-cu maddəsinin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qərarda yoxlama materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2021-ci il tarixdə ’’Zoom" proqram təminatı vasitəsilə təyin edilmiş görüşdə müzakirədən iddiaçı tərəfindən imtina edilməsi də nəzərə alınmamışdır. Bütün bunlara baxılmayaraq, vergi orqanının “Səyyar vergi yoxlanışı aktına baxılma haqqında” xx.xx.2021-ci il tarixli Protokolunda yoxlama materiallarının baxılmasının baş tutduğu göstərilmişdir. xx.xx.2021-ci il tarixdə çıxarılmış qərardan sonra növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə isə “Vergi borclarının, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” cəmiyyətə **********752500 nömrəli Tələbnamə göndərilmişdir. Aparılmış 2-ci yoxlama da vergi qanunvericiliyinin tələbləri ciddi şəkild ə pozulmaqla aparılmışdır. Cəmiyyət ilə bağlı obyektiv, ədalətli qərar qəbul edilməsi üçün etiraz məktublarında qeyd olunan iradlara baxılmamış, 2017-2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin zəruriliyi də nəzərə alınmamışdır. Kifayət qədər dövriyyəsi olan cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmədən, ilkin yoxlamanın nəticələrinin doğru olub-olmadığını müəyyən etmək qeyri mümkündür. Buna baxmayaraq, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, hər iki yoxlama eyni şəxslər-X5, X7 və X3 tərəfindən aparılmışdır ki, bu halda da qanunun tələbləri ciddi şəkildə pozulmuşdur. “Əlavə vergi yoxlaması” vergi orqanı tərəfindən təkrar yoxlama olaraq aparılmış, tərtib olunan və xx.xx.2021-ci il tarixdə müzakirəyə çıxarılan xx.xx.2021-ci il tarixli akt xx.xx.2020-ci il tarixli akta əlavə yox, yeni bir akt olaraq rəsmiləşdirilmiş aktdır. Hazırda eyni yoxlama dövrünü, vergi növlərini özündə əks etdirən Cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qüvvədə olan eyni **********193333 nömrəli iki müxtəlif tarixli (xx.xx.2020-ci və xx.xx.2021-ci il) aktlar mövcuddur ki, nəticələri bir-birindən kəskin fərqlənməklə yanaşı, hesabat illərinin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrini və dövlət büdcəsi ilə hesablaşmalarını özlərində düzgün əks etdirmirlər. Növbəti əlavə vergi yoxlamasının nəticəsi üzrə tərtib olunan aktda (xx.xx.2021-ci il tarixli 53 vərəqdə) 2018-ci il üzrə gəlirdən çıxılması nəzərdə tutulan xərc sənədlərinin təqdim edilməməsi qeyd olunaraq, mənfəət vergisi əsassız şəkildə şərti rentabellik əsasın da hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan yoxlama dövrü ərzində 8 aydan artıq bir vaxt sərf edilmiş, mütəxəssis dəvəti və rəyi ilə bağlı 7 dəfə yoxlama dayandırılmış, sonradan isə mütəxəssis rəyinə ehtiyac qalmadığı aktda əks etdirilmişdir. Cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və X1 Standartına (MUBS 27) əsasən birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatları tərtib etməsinə və ölkə hüdudlarından kənarda olan filial, nümayəndəlik və törəmə müəssisələrinin maliyyətəsərrüfat fəaliyyətinin göstəricilərini də hesabata daxil etməsinə baxmayaraq, yoxlama zamanı bu göstəricilər aktlarda göstərilən ümumi göstəricilər tərkibinə daxil edilməmişdir. İcra edilmiş layihələr X16, Yaponiya Yenidənqurma və İnkişaf Agentliyi və digər beynəlxalq maliyyə qurumları ilə imzalanmış beynəlxalq müqavilələr olduğundan bu halların və yoxlama aktlarında göstərilən hesabat illərinin maliyyə nəticələrində (o cümlədən gəlir və xərclərdə) olan göstəricilər (hesabat illəri üzrə olan uyğunsuzluqlar) Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlardan və kənar auditin nəticələrindən fərqli olduğundan bunların növbədənkənar yoxlama aparılmadan aradan qaldırılması qeyri-mümkün olacaqdır. Cəmiyyət fəaliyyət dövründə ölkə üçün əhəmiyyətli olan su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və suqəbuledici qurğularının tikintisi layihələrini həya ta keçirmişdir. Cəmiyyət görülmüş işlər üzrə tərtib edilən Təhvil- təslim aktları (Forma 2-lər) üzrə qanunvericiliyə müvafiq qaydada dövlət büdcəsi qarşısında olan vergi öhdəliklərini tam olaraq yerinə yetirmişdir. İcra edilmiş layihələr beynəlxalq maliyyə qurumları ilə imzalanmış və müqavilələr olduğundan beynəlxalq müqavilələrin müddəaları ilə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun, qərar, vergi məcəlləsinin müddəaları arasında ziddiyyət yarandıqda beynəlxalq müqavilələrin müddəaları əsas götürülməli olsa da, yoxlama müddətində bunlar da nəzərə alınmamışdır
9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Səyyar vergi yoxlaması ilə 2018-ci il ərzində cəmiyyət tərəfindən Azərbaycan Respublikası ərazisində malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmət lərin göstərilməsindən və daşınmaz əmlakın icarəyə verilməsindən (forma-2, e-VHF, e-QF əsasən) dövriyyənin düzgünlüyünün yoxlanılması zamanı 2018-ci ilin hesabat dövrü üzrə mənfəət dövriyyəsinin 78503939,66 manat (ƏDV dövriyyəsi 73388004,63 manat– silinmiş ə/vəsaitin dəyəri 479120,93 manatdaxil olmuş avans 10947113,85 manat + bağlanmış avans 16542169,81 manat) məbləğində olduğu müəyyən edilmişdir. Gəlirin əldə olunması ilə bağlı xərclərinin uçotunun aparılmaması və tikinti işlərində mal materialların görülən işlərin həcminə uyğun olaraq normalara əsasən xərclərə silinmələri barədə texniki hesabatların yoxlamaya təqdim etməməsi səbəbindən cəmiyyətin 2018-cı il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9 maddəsinə və Azərbayca n Respublikasını Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı xx.xx.2023-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq edilməklə, yoxlama ilə 1805732.99 manat əlavə mənfəət vergisi hesablanmış, həmçinin, büdcəyə hesablanmalı olan ƏDV məbləğləri ümumilikdə 1334400,35 manat azaldıldığı, idxal olunan qeyri-tikinti mal materialları üzrə (10-15% ticarət əlavəsi əlavə olunmaqla) 2019-cu ilin sentyabr ayına 656042,4 manat ƏDV-nin, həmçinin, büdcəyə hesablanmalı olan 67553,86 manat ÖMV az hesablandığı müəyyən edilərək müəssisəyə əlavə vergilər hesablanmışdır. Eyni zamanda, Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4-cü bəndinə zidd olaraq yoxlanılan dövrdə aşağıda göstərilən v ergi ödəyiciləri üzrə alınmış mallara (işlərə, xidmətlərə) görə 2018-ci ilin aprel-dekabr ayı üzrə 823536,20 manat və 2019-cü ilin yanvar-sentyabr ayları üzrə 19905,88 manat məbləğinin malların (işlərin, xidmətlərin) dəyərinin malgöndərənlərə ödənildiyi gündən 2-25 gün gecikdirilmə ilə 9DV-nin depozit hesabına ödənildiyi müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 8.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2024 saylı 14 mart 2024-cü il tarixli qərardadı (hakim X2) ilə iddia “xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etiba rsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması barədə” hissələrində mümkün sayılmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017, 2018, 2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablar ına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması barədə məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil.
12. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2024 saylı 14 mart 2024cü il tarixli qərarı ilə (hakim X2) işə mahiyyəti üzrə baxılan cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərarının ləğv olunması tələbinə dair” hissədə iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası nəticəsində 2018- 2019-cü il dövrü üçün mənfəət vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyində tutulan vergi üzrə cavabdeh tərə findən aparılmış əlavə hesablamaların səhv, düzgün olmaması halı müəyyən edilməmişdir. İddiaçı iddia edir ki, ümumiyyətlə cavabdehin Cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin etməsi, səyyar vergi yoxlaması aparması, əlavə vergi yoxlaması tədbirlərin keçirməsi vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara və nəzərdə tutulmuş tələblərə uyğun olmamışdır. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd edilən dəlilləri ilə razılaşmır. Cavabdeh iddiaçının həmin dəlillərini vergi qanunvericiliyinin dəqiq normalarını göstərməklə təkzib etmişdir. Belə ki, əvvəla cavabdeh qanunla müəyyən edilmiş əsasla növbədənkənar səyyar vergi yoxlaması keçirmək hüququna malikdir; ikincisi, nəzərə alınmalıdır ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi zamanı vergi qanunvericiliyinə əsasən ə vvəlki yoxlama aktının ləğv edilməsi ilə bağlı qanun norması mövcud deyildir, müvafiq qərar forması da müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi, səyyar vergi yoxlamasının aparılması və səyyar vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı cavabdehin hərəkətlərində vergi qanunvericiliyinin pozulması halları müəyyən etməmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2-1(103)-2892/2024 nömrəli qərarı ilə (ha kimlər X6 (məruzəçi), X8 və X4) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-73/2024 saylı 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
18. Şikayətdə Vergi Məcəlləsinin 13.2.12, 132 və 135-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iş üzrə mövcud mötəbər s übutlara qiymət verməmiş, ətraflı araşdırma aparmadan qanunvericiliyin tələbinə zidd qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi o rqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyya r vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə
39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanu nvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir.... 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya q ərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmı ş qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən lə ğv edilməsi üçün əsasdır. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xər cləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli o lan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət gö stərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması b arədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan m əbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mə nfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sa hələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Maddə
149. Bəyannamənin verilməsi 149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.1. rezident müəssisələr; 149.1.2. Azərbayc an Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 149.1.3-1. bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti; 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər; 149.1.5. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları. 149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən g ec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir.... 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikay ətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərarının ləğv olunmasına yönəlmişdir.
26. İşə baxan apel lyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni təkrarlayaraq iddiaçının iddia tələbinin əsaslı olmaması qənaətinə gəlmişdir.
27. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən, mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməklə həmin hissədə iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, bu hissədə şikayət təmin edilməməlidir.
29. İddia ərizəsindən, eləcə də apelyasiya və kassasiya şika yətlərindən görünür ki, iddiaçı vergi orqanı tərəfindən hesablanmış ƏDV-ni, ödəmə mənbəyindən olan vergiləri, o cümlədən mənfəət vergisini mübahisələndirir.
30. Məhkəmə kollegiyası hər bir vergi növünə münasibətdə mövqeyini ayrı ayrılıqda şərh edilməsini məqsədə müvafiq hesab edir. Hesablanmış ƏDV ilə bağlı
31. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin mühasibat sənədlərinə, bank hesablarından çıxarışlara, iş sənədlərinə, müqavilələrə, işlərin yerinə yetirilməsinə dair aktlara, mühasibat proqramının dövriyyə cədvəllərinə, digər sənədlərə və ƏDV bəyannamələrinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109-cu, 159-cu, 166-cı, 169-cu və 175-ci maddələrinin tələbləri pozulmuş, bunun nəticəsində ümumilikdə 3053493,73 manat az və 977131,01 manat artıq ƏDV məbləğinin hes ablanması müəyyən olunmuşdur.
32. Eyni zamanda iş materialları əsasında cəmiyyət tərəfindən ƏDV dövriyyələrinin (F-2, QF və VHF əsasən) düzgün müəyyən edilməməsi, bəzi avans məbləğlərinin ƏDV-yə cəlb edilməməsi, sosial xərclərə görə alınmış mal-materiallara ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi, ləğv edilmiş VHF üzrə və qarşı tərəfə malın dəyərinin əsas məbləğlərinin ödənilməməsinə baxmayaraq əvəzləşmələr aparılmışdır. Nəticədə Vergi Məcəlləsinin 109-cu, 159-cu 166-cıvə 175-ci maddələrinin tələbləri pozulmuş və büdcəyə hesablanmalı olan ƏDV məbləğləri ümumilikdə 1334400,35 manat azaldılmışdır. Bu hal iş materiallarına əlavə edilmiş ƏDV cədvəlləri ilə də təsdiq edilir.
33. Həmçinin iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, cavabdeh tərəfindən yoxlanılan dövrdə cəmi yyət tərəfindən idxal edilmiş və VHF əsasında alınmış 3644680,0 manat (2018-ci il üzrə 2723400,0 manat və 2019-cu il üzrə 921280,0 manat) məbləğində qeyri tikinti mal-materiallar təqdim edilsə də, ƏDV hesablanmamışdır. Bununla da Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlamanın sonuncu 2019-cu ilin sentyabr ayına 656042,4 manat 1(2723400+921280*18%) ƏDV məbləği hesablanmışdır.
34. Vergi ödəyicisi tərəfindən qeyri-rezident şirkətlərin göstərdikləri iş və xidmətlərə görə Cəmiyyət tərəfindən 372809,87 manat 72809,87/9*10=414233,30) məbləğində ödənişlər aparılmış, lakin 74561,97 manat məbləğində (414233,30*10)*18%) ƏDV (QR) hesablanmamışdır. Nəticədə Vergi Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur.
35. Cəmiyyət tərəfindən "xxxx" MMC-dən Bilgəh qəsəbəsində " Bilgah 54"-nin icarəyə götürülmüş villaya görə ödənilmiş icarə haqqlarının sosial xarakterli xərclər olması ilə əlaqədar əvəzləşdirilmiş 11358,0 manat ƏDV məbləği (63100,0*18%) Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən ləğv edilmişdir.
36. Bundan əlavə yoxlama sənədləri əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən “GƏNCƏ CİHAZQAYİRMA ZAVODU" ASC-ə (VÖEN **********) əsas məbləği 2019-cu ilin may ayında ödənilmiş, əvəzləşmə 7004,16 manat isə iyun ayında, "xxxx" MMC (VÖEN **********) əsas məbləği dekabr ayında ödənilmiş, əvəzləşmə 3060,0 manat isə yanvar 2019-cu ildə və "xxxx" MMC (VÖEN 1551781) əsas məbləğ 2018-ci ilin dekabr ayında ödənilmiş, əvəzləşmə 1990,69 manat yanvar 2019-cu il tarixində əvəzləşdirilmişdir. Nəticədə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulmuşdur. Öd əmə mənbəyindən tutulan vergilərlə bağlı
37. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının təhlil ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələbləri pozulmuş və qeyri-rezidentlərə ödənilmiş vəsaitlərin ödəmə mənbəyində vergiyə cəlb edilməməsi nəticəsində 67553,86 manat (o cümlədən 2018-cı ilin ll-rübü üzrə 20439,89 manat, lll-rübü üzrə 42166,93 manat və 2019-cu ilini-rübü üzrə 1940,52 manat, ll-rübü üzrə 56,11 manat, lll-rüb üzrə 2950,41 manat) məbləğində ÖMV az hesablanmışdır.
38. Ümumiyyətlə cəmiyyət tərəfindən xarici dövlətlərdən alınmış mal-materialların ölkəyə gətirilməsi zamanı qeyri-rezident şirkətlərə 409378,25 manat; (409378,25+6%=435508,78) nəqliyyat xərcləri və göstərilmiş müxtəlif xidmətlərə görə 372809,87 manat (372809,87/ 9*10=414233,18) ödənilmiş, lakin 67553,86 manat (435508,78*6% + 414233,20*10%) ÖMV hesablanmamışdır.
39. Bununla da Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin tələbləri pozulmuş və nəticədə büdcəyə hesablanmalı olan 67553,86 manat ödəmə mənbəyindən vergi az hesablanmışdır. Mənfəət vergisi ilə bağlı
40. İş materiallarından görünür ki, inzibati orqan müəssisənin 2018-ci ildə əldə etdiyi gəlirləri 78503939,66 manat olmaqla şərti rentabellik tətbiq edərək mənfəət kimi 13083989,94 manat, mənfəət vergisi kimi isə 2616797,98 manat müəyyən etmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı barəsində birbaşa şərti rentabellik tətbiq etməklə vergi qanunvericiliyinin normasını düzgün qiymətləndirməmişdir. Belə ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlarda n istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
42. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2018-ci il üzrə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əl də etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
43. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2018-ci ildə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin cavabdeh Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmişdir.
44. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2018-ci ildə qüvvədə olan redaksiyasının tələbinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanı nda olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında h esablanır.
45. Beləliklə, Vergi Məcəlləsinin normalarından (67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasın ın aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin təqdim edilməməsi halına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi qanunun müddəalarının düzgün şərh edilməməsi kimi qiymətləndirilməlidir.
48. Odur ki, növbəti apellyasiya baxışı zamanı işin bu halına, yəni şərti rentabelliyin tətbiq edilməsi məsələsinə diqqət yetirilməli, vergi ödəyicisinin ödəməli olduğu mənfəət vergisinin Vergi Məcəlləsinin yuxarıda bəhs edilən normalarının tələblərinə əməl edilməklə hesablanması müəyyən edilməli, bundan asılı olaraq cavabdehin mənfəət vergisi ilə bağlı qərarına hüquqi qiymət verilməlidir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda hə ll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən v erilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2024-cü il tarixli, 2-1(103)-2892/2024 saylı qərarı qismən-İddiaçı ASC-yə mənfəət vergisinin hesablanması barədə cavabdehin qərarının ləğv olunmasının rədd olunması hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.