Məhkəmə qərarları › İş №2-1(102)-1012/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1012/2023

14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1012/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əsaslandırılmamış başlama qərarı əsasında operativ vergi yoxlamasının keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəl irlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2-1(103)-2491/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının X5 ilə bağladığı xx.xx.2019-cu il tarixli, 01 №li müqavilədə qeyd edilmişdir ki, “Bir tərəfdən X5 (Ünvan: Bakı şəhəri, Firuz Qəmbərov ev 14, mənzil 12 ) (bundan sonra borc verən adlandırılacaq), digər tərəfdən isə X5 şəxsində "X1 Cəmiyyəti (VÖEN: **********, Hüquqi ünvan: ünvan 1rılacaq) aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar: -. Bu müqaviləyə əsasən "Borc verən" bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən avadanlıq, mebel və inventarları birdəfəlik və ya hissə-hissə “borc alan”a borc olaraq verir. - "Borc alan" "Borc verən"dən qəbul etdiyi avadanlıq, mebel və inventarları borc olaraq qəbul edir. - “Borc alan” hansı tarixdə verilməsindən asılı olmayaraq bu müqavilə əsasında 1 saylı əlavə əsasında qəbul etdiyi borcunu xx.xx.2021-ci il tarixədək “borc verən”ə qaytarmağı öz öhdəsinə götürür.” - Bu müqavilə üzrə borcun qaytarılması faizlə şərtləndirilməmişdir.... ” 2. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0760 nömrəli qərar ilə iddiaçıya məxsus olan qeyri-yaşayış binasında (**********-15001) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malları n əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il (xx.xx.2020 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır.

3. DVX seriyalı 001292 nömrəli, 27 noyabr 2020-ci il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotda n gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətin nəticəsi haqqında akt”dan müəyyən olunmuşdur ki, cavabdehin 30 oktyabr 2020-ci il tarixli **********0760 №-li qərarına əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixində İddiaçı MMC-nin istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev 116A ünvanında yerlə şən Medistyle klinikasında 139421,07 AZN dəyərində dərman preparatları və tibbi ləvazimat, 1139600,0 AZN dəyərində isə tibbi avadanlıq aşkar olundu. Aşkar olunmuş 1139600,0 AZN dəyərində avadanlığın sənədlərlə (eqf, igb, alış akt və s.) öz əksini tapmadığı müəyyən olunmuşdur. 4. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6733 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktur a (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 113960.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 113.960.00 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********851500 nömrəli 16 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının operativ vergi nəzarətinin nəticəsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6733 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********6733 saylı məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış və cəmiyyətin adına müvafiq olaraq VÖEN: ********** və müvafiq ƏDV bildirişi verilmişdir. İddiaçı MMC faktiki olaraq səhiyyə sahəsində sair xidmət fəaliyyəti ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. Cavabdehin xx.xx.2020-ci il **********0760 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə İddiaçı MMC-də keçirilmiş Operativ vergi nəzarəti yoxlamasının nəticələri xx.xx.2020-ci il tarixdə DVX 001292 saylı akt ilə rəsmiləşdirilmişdir. Aktla tanış olduqda vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektind ən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş Operativ vergi nəzarətinin nəticələrinə əsasən əlavə hesablanmış maliyyə sanksiyası ilə razılaşmadıqları üçün akta etiraz edərək aktıimzalamaqdan imtina etmişlər. İmtinanın və etirazın səbəbləri olaraq bildirilir ki, xx.xx.2020-ci il tarixə mal qalığının inventarizasiya aparılmış və inventarizasiya zamanı dərman preparatları və tibbi sərfiyyatların dəyəri - 139.421,05 manat olmuş və cəmiyyətin faktiki mal qalığı ilə yoxlamanın nəticələri arasında heç bir kənarlaşma aşkar olunmamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiy yətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Lakin yoxlama zamanı vergi əməkdaşları cəmiyyətin təsisçisi tərəfindən cəmiyyətə əvəzsiz istifadəyə verilmiş tibbi avadanlıqları, mebelləri, inventarları, alət və cihazları mal qalığı kimi siyahıya alaraq, Konsaltinq və Qiymətləndirmə şirkəti olan "xxxx" MMC-ni ekspert qismində cəlb edərək, həmin malları və inventarları 1.139.600,00 manat məbləğində qiymətləndirmiş və nəticədə 1.139.600,00*10 %) 113.960,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan tibbi avadanlıqlar, mebel, inventarlar, alət və cihazlar cəmiyyətin mülkiyyətində və balansında deyil, cəmiyyətin təsisçisi tərəfindən Mülki Məcəllənin 732-738-ci maddələrinə əsasən cəmiyyətə müvəqqəti ol araq əvəzsiz istifadəyə verilmişdir. İddiaçı MMC tibbi avadanlıqların və ləvazimatlarının alqı-satqısı ilə məşğul deyildir, onun fəaliyyəti əhaliyə tibbi xidmətlərin göstərilməsindən ibarətdir və həmin inventarlar Vergi Məcəlləsinin müddəalarına əsasən vergi tutma obyekti deyil. Bu isə qeyd edilən inventarları mal qalığı kimi qəbul edilərək cəmiyyətə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsini istisna edir. Bundan başqa həmin akt tərtib edilərkən kobud prosessual pozuntulara yol verilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi borc müqaviləsinə dair ilk öncə bildirilir ki, malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin siyahısı Vergi Məcəlləsinin 58.8-ci maddəsin də əks edilib və müqavilə həmin sənədlərin siyahısına daxil deyil. İkincisi, iddiaçının təqdim etdiyi müqavilə formal olaraq bağlanmış yalan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd əhəmiyyətsizdir. Bundan əlavə, hətta əgər bağlanmış borc müqaviləsi etibarlı olsa idi, bu, həmin müqavilə əsasında əldə edilmiş malların Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlər əsasında alınmasını istisna etməzdi. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi deməkdir. Maddələrin məzmunundan göründüyü kimi, borc müqaviləsinə əsasən malların borc alana verilməsi Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə malların təqdim edilməsi hesab edilir. Lakin malların iddiaçıya təqdim edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş hər hansı sənədlə rəsmiləşdirilməmiş, operativ vergi nəzarəti zamanı malların alışını və ya mədaxilini təsdiq edən sənəd aşkar edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 2-1(112)-1647/2022 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı aşkar olunmuş malların cəmiyyətin təsisçisi tərəfindən əvəzsiz istifadəyə verildiyini qeyd etsə də, həmin malların əvəzsiz istifadəyə verilməsi ilə bağlı təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmiş, yalnız xx.xx.2019-cu il tarixli “Borc müqaviləsi”nin surətini təqdim etmişdir ki, bu müqavilə həmi n əmlakın əvəzsiz istifadəyə verildiyini təsdiq etmir. "xxxx" və “əvəzsiz istifadə” anlayışları (müqavilələri) fərqli olmaqla, hüquq münasibətinin subyektləri üçün də fərqli hüquq və vəzifələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayə çi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Göründüyü kimi, borc müqaviləsinə əsasən müqavilənin predmetinə mülkiyyət hüququ borc alana keçdiyi halda, əvəzsiz istifadə müqaviləsində mülkiyyət hüququ digər tərəfə keçmir. Başqa sözlə, iddiaçının təqdim etdiyi borc müqaviləsini əsas götürsək, həmin əmlakın mülkiyyətçisi İddiaçı MMC-dir və Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi hesab edilməlidir. Müqavilə ilə bağlı qeyd edilməlidir ki, həmin müqavilə Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən malların alışını və ya mədaxilini təsdiq edən sənədlər siyahısında nəzərdə tutulmamışdır və həmin müqavilə əsasında əldə edilmiş malların Vergi Məcəlləsində nəzərd ə tutulmuş sənədlər əsasında alınmasını istisna etmir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2-1(103)-2491/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 5 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6733 nömrəli qərar ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - əvəzsiz istifadə müqaviləsinin səciyyəvi cəhətləri əmlakın əv əzsiz olaraq verilmiş olması və müəyyənləşdirilmiş müddət bitdikdən sonra olduğu kimi geri qaytarılmasının şərtləndirilməsidir. Qanunvericiliklə konkret olaraq müəyyənləşdirilmiş qeyd edilən səciyyəvi göstərişlər “əvəzsiz istifadə” müqaviləsini "xxxx" müqaviləsindən fərqləndirməyə imkan verir. Birinci instansiya məhkəməsi tərəfindən mülki normaların məzmununa əsasən "xxxx" və “əvəzsiz istifadə” anlayışları fərqləndirilsə də, hazırki işin faktiki hallarına münasibətdə qanunvericilik düzgün tətbiq edilməmişdir. xx.xx.2019-cu il tarixli müqavilə borc müqaviləsi adı altında bağlansa da, mahiyyətindən açıq görünür ki, "xxxx" adı ilə verilmiş əmlak iddiaçı MMC-yə əvəzsiz istifadə üçün verilmiş, yəni müvafiq əmlakın istifadəsi qarşılığında hər hansı maddi tələb müəyyənləşdirilməmiş, faizlə şərtlə ndirilməmişdir. Həmçinin, 3-cü bəndə əsasən, konkret tarixədək istifadəyə verilən malların qaytarılması öhdəliyi müəyyənləşdirilmişdir. xx.xx.2019-cu il tarixli 01 №li müqavilə hazırki inzibati mübahisə üzrə borc müqaviləsi deyil, əvəzsiz istifadə müqaviləsi kimi nəzərə alınmalıdır. - İnzibati orqan tərəfindən vergiyə cəlb edilən əmlak MMC-yə borc müqaviləsi əsasında verilmədiyindən onun mülkiyyətinə keçməmişdir. Sözügedən əmlak iddiaçıya əvəzsiz və müvəqqəti istifadə üçün verildiyindən MMC-nin balansına daxil olmamış, bilavasitə sahibliyində olmamışdır. Həmin əmlaka dair hər hansı alqı-satqı münasibətləri də olmadığından, sahiblikdə olan əmlak kimi qeyd edilən sənədlərin (elektron qaimə-faktura, təhvil-qəbul aktı, hesab-faktura, alış aktları və s.) təqdim edilməməsi səbəbindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi əsassız olmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2018-2019-cu illər üzrə mənfəət vergi bəyannamələri və sadələşdirilmiş vergi bəyannamələrindən də görünür ki, cavabdeh tərəfindən vergitutma obyekti hesab edilmiş əmlak amortizasiyaya cəlb edilməmişdir ki, bu da sözügedən əmlakın vergitutma obyekti olmadığını sübut edir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin siyahısı Vergi Məc əlləsinin 58.8-ci maddəsində əks edilib və müqavilə həmin sənədlərin siyahısına daxil deyil. Bu mövqe artıq analoji işlər üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş 2 qərarda - Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2-1(102)297/2022 nömrəli və Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2-1 (102)-1767/2022 nömrəli qərarlarla öz təsdiqini tapmışdır. Əgər iddiaçı iddia edirsə ki, həmin mallar təsisçisinə məxsusdur o zaman ən azından həmin malların təsisçinin mülkiyyətində olması barədə sənədlər, təsisçi tərəfindən həmin malların alışına dair sənədlər təqdim edilməli idi. Məhkəmə isə qeyd edilən hala ümumiyyətlə münasibət bildirməmişdi r. Məhkəmənin yuxarıda qeyd edilən borc müqaviləsini malların mədaxilini təsdiq edən sənəd olaraq qəbul etməsi isə mövcud qanunvericiliyə tamamilə ziddir. Qanunvericilik malların alışını təsdiq edən sənədlərin konkret siyahısını müəyyən etmiş, qeyd olunan müqavilə isə malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Məhkəmənin müqaviləyə edərək onu malların mədaxilini təsdiq edən sənəd kimi yanaşması ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassızdır.

16. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçının təqdim etdiyi müqavilədə də məhz borcdan söhbət gedir, tərəflərin iradə ifadəsi ondan ibarət olmuşdur ki, borc verən müvafiq əmlakı borc alana borc olaraq verir. Təsadüfi deyil ki, müqavilənin adı “borc müqaviləsi” olaraq və tərəflər müvafiq olaraq “borc verən” və “borc alan” adlandırmışdır. Məhkəmə isə tərəflərin iradə ifadəsini nəzərə almayaraq müqaviləni səhv təfsir etmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən müqaviləyə əlavə olaraq təhvil-təslim aktının mövcudluğu yoxlanılmamış, məsələlərə natamam qiymət verilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi Maddə

50. Operativ vergi nəzarə ti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərq lənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan mall arın Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilməd ən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məl umatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Ope rativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektro n qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasi ya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının q anuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunver iciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla ba ğlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahi yyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

27. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 30 oktyabr 2020-ci il tarixli, **********0760 nömrəli qərarı qəbul etmişdir.

28. Vergi Məcəlləsin in 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 30 oktyabr 2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir.

29. Qərarda Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinə istinad edilmişdir ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsində operativ vergi nəzarətinin əhatə dairəsi göstərilmişdir.

30. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağ a, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

31. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu za man həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

32. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin, VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməy ə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

33. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 30 oktyabr 2020-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, bundan əlavə, reyestrdə 50.2.4-cü maddəyə istinad edilsə də, iddiaçı tərəfindən 50.1-ci maddədə təsbit edilmiş məsələlər barəsində qanunvericiliyin tələbləri nin pozulması ilə bağlı kifayət qədər əsasların olmasına dair sübutlar təqdim edilməmişdir. Beləliklə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamış, başqa sözlə, 50.2.4-cü maddəyə sadəcə istinad etməklə kiyafətlənmişdir.

34. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyini əsaslı sayaraq vurğulayır ki, 8 yanvar 2019-cu il tarixli müqavilə borc müqaviləsi adlansa da, iddiaçıya borc kimi təqdim edilmiş əmlaklara Mülki Məcəllənin 739.1-ci maddəsinin tələb etdiyi kimi, iddiaçı mülkiyyət hüququ əldə etməmişdir. Müqavilə şərtinə görə əmlak geri qaytarılmalı idi. Müqaviləyə görə iddiaçı əmlakı borc kimi qəbul etmiş, borcun qaytarılması faizlə şərtləndirilməmiş və əvəzsiz olaraq təqdim edilmiş, k onkret tarixədək istifadəyə verilən malların qaytarılması öhdəliyi müəyyənləşdirilmişdir. Bu halda əmlakən iddiaçının mülkiyyətində olmasından bəhs oluna bilməz.

35. Müqaviləyə görə iddiaçıda aşkar edilən əmlak onun mülkiyyətində olmadığından Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi sayılmadığı barədə apelyasiya məhkəməsinin mövqeyi əsaslı sayılmalı, bu səbəbdən Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tətbiqi istisna olunmalıdır.

36. Başqa məsələdir ki, tibbi avadanlığı iddiaçıya müvəqqəti olaraq əvəzsiz istifadəyə vermiş vergi ödəyicisinin həmin əmlaka görə vergi öhdəliyi yarana bilər, lakin bu, hazırkı icraatın predmetini təşkil etmir.

37. Kasasiya şikayətində istinad edilən təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi barəd ə Mülki Məcəllənin 359.3-cü maddəsi isə vergi məqsədləri baxımından hazırkı mübahisəyə tətbiq edilə bilməz.

38. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından, iş üzrə araşdırma hərtərəfli aparıldığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2-1(103 )-2491/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar