Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1012/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması; işin hallarının lazımi qaydada araşdırılmaması;) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)3293/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birgə iclasının 23 saylı protokolundan çıxarışa əsasən Buzovna qəsəbəsi 1 saylı bağ təsərrüfatının 287 №-li bağ sahəsinin X3 (iddiaçının mərhum atası) verilməsi və S.H.Məmmədovun adına mövcud qaydada üzvlük kitabçasının açılması qərara alınmışdır.
2. H.Z.Tağıyev adına NQÇİ Bağçaçılıq birliyinin 797 №-li üzvlük bil etinə əsasən X4 H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq birliyinin üzvü olmuşdur.
3. İddiaçı mərhum atası S.H.Məmmədovun vərəsəsidir.
4. İddiaçı tərəfindən “Bahar” bağçılıq təsərrüfatına 2005-ci ildə əlavə edilmiş torpaq sahəsinin sxemi də təqdim edilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək Buzovna qəsəbəsi 1 saylı bağ təsərrüfatının 287 №-li bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
6. Cavabdeh 31 mart 2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təqdim edilmiş “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X2 adı aşkar edilməmişdir. Bundan əlavə, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Res publikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş protokoldan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının xx.xx.2005-ci il tarixli birgə iclasının 23 saylı protokoluna əsasən Bakı şəhəri Buzovna qəsəbəsi Bahar bağları 1 saylı Bağ təsərrüfatının 0,06 ha-dan ibarət olan 287 nömrəli bağ sahəsinə təqdim edilmiş arxiv sənədlərinin bazası üzrə həmin bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə olunması barədə qəra r qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun müraciəti ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.24,28.45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamış, çünki cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamışdır. Əvvəla çatışmazlıqların nədən ibarət olduğu, yəni hansı sənədlərin təqdim edilməli olduğu konkret göstərilməmişdir. Müraciəti öz həllini tapmırsa, cavabdehin 31 mart 2023-cü il tarixli 3-21- 3-30/2-M - 0389/**********416/2023 nömrəli məktubunu imtina kimi qəbul edir. Cavabdeh bu məktubuna (imtinasına) aydınlıq gətirməmiş, bir sözlə bu halı inzibati aktın rekvizitlərində tam göstərməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat məktubda öz əksini tapmamışdır.
9. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin faktiki ölçüsü 621.0 kv.m təşkil edir.
10. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı münasibətini təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən əra zi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsi ləğv edilmiş 88 saylı neft quyusunun 18 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1369/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 618,0 kv.m təşkil edir (üzərində natamam tikili mövcuddur). Faktiki olaraq göstərilən 618,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron k adastr baza məlumatlarına əsasən göstərilən sahə ayrıc aktından kənar olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əraziləridir. Qeyd olunan ərazidə hər hansı bağçılıq-yoldaşlıq ayrıc aktı barədə məlumat yoxdur. Vahid elektron kadastr bazar məlumatlarına əsasən təqribən 265 metr şimal istiqamətində neft xətti keçir.
13. Bakı İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli 2-1(112)-1369/2024 nömrəli qərarı ilə (hakim:B.Cəlalov) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi iddia rədd edərək qeyd etmişdir ki: Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X2 adı aşkar edilməmişdir. 2) bağ sahəsi bağçılıqyoldaşlıq təsərr üfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məhkəmə birinci halla bağlı qeyd etmişdir ki, iddiaçı həmin sənədlərin notarial qaydada təsdiq edilmiş surətini təqdim etsə də, cavabdeh iddiaçının adının bağçılığın üzvlərinin siyahısında olmamasını göstərdiyindən təqdim edilən sənədlərin mötəbərliliyi şübhə altına alınmışdır. Bu halın araşdırılması üçün məhkəmə ARDNŞ-yə sorğu vermişdir. Sorğuya 14 avqust 2023-cü il tarixli cavab məktubla H.Z.Tağıyev adına NQÇİ-nin nəzdində olan “Bahar” bağçılıq-təsərrüfatına üzv olan işçilərin Siyahısı təqdim edilmiş, həmin siyahıda “50.Sahib Məmmədov” adı və soyadı qeyd edilsə də, ata adının inisialı (Q) fərqlidir. Cavabdehin ikinci imtinası əsası ilə bağlı məhkəmə qeyd etmişdir ki, ana loji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolllegiyasının 2-1(102)-2201/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (məhkəmə təcrübəsinin vahidliyi baxımından 3 ulduzla işarələnmiş qərar) qeyd edilmişdir ki, “...bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını və bölgü sxemini, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Öz növbəsində, məhkəmələr həmin mübahisəli hal üzrə nəticəyə, qeyd edilən sənədlər və sübutları işdəki digər sübutlarla əlaqəli, birgə və məcmu hal da tədqiq etməklə gəlməlidirlər. Bağ-torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən cavabdeh məhz ayrıc aktı və bölgü sxeminə istinadla mübahisəli torpaq sahəsinin bağçılığa ayrılan ərazinin hüdudlarından kənardayerləşdiyini bildirdikdə və həmin sənədləri təqdim etdikdə, ayrıc aktı və bölgü sxeminin məlumatlarının nəzərə alınmadığı tədqiqat nəticəsi iş üzrə mübahisələndirilən halların mötəbər qaydada müəyyənləşdirilməsi kimi qəbul edilə bilməz. Bağ-torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasına dair tələbin təmin edilməsi mübahisəli torpaq sahəsinin bağçılığa ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır”.... torpaq sahəsinin bağçılığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi onu göstərir ki, bağçılıq səlahiyyətli olmadığı yerdən (ərazidən) torpaq sahəsinin ayrılmasına dair iddiaçıya sənədlər vermişdir. “Bahar” Bağçılıq-yoldaşlıq ona üzvə olan işçilərə yalnız bağçılığa ayrılmış torpaq sahəsinin hüdudlarında torpaq ayırmağa səlahiyyətli ola bilərdi. Bundan başqa torpaq sahəsinin yanında (18 metr məsafədə) neft quyusunun yerləşməsi təhlükə potensiallı ərazi baxımından da iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə ki, bu hal araşdırılarkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinin tələ bləri də nəzərə alınmalıdır. Həmin normanın tələblərinə görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3293/2024 nömrəli qərarı ilə (hakimlər: M.Qarayeva - sədrlik edən və məruzəçi, N.Nəbizadə və P. Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolllegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsaslanaraq analoji işlər üzrə mövqeyinə uyğun olaraq hesab etmişdir ki, torpaq sahəsinin bağçılığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi bağçılıq səlahiyyətli olmadığı yerdən (ərazidən) torpaq sahəsinin ayrılmasına dair iddiaçıya sənədlərin verildiyinə dəlalət edir. Çünki “Bahar” Bağçılıq-yoldaşlığın üzvlərinə yalnız bağçılığa ayrılmış torpaq sahəsinin hüdudlarından torpaqayırmağa səlahiyyətli vardır.
18. Apel lyasiya məhkəməsi Mülki Məcəllənin 139-1.1, 139-1.1.7-ci maddələrinə, Torpaq Məcəlləsinin 10, 22.2, 22.5, 82-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 6, 9, 25-ci maddələrinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8 və15.1-ci maddələrinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına istinad etmişdir.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tər əfindən bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi bildirilsə də, lakin qonşuluqda olan bağ sahələrinə çıxarış verilmişdir. Bundan əlavə kassator apellyasiya məhkəməsinin "50.Sahib Məmmədov” adı və soyadı qeyd edilsə də, ata adının inisialı (Q) fərqlidir ” müddəası ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin qeydin iddiaçının atasına deyil başqa şəxsə məxsus olmasını təsdiq edən başqa sübuta əsaslanmamışdır. İddiaçının mərhum atasının işlədiyi dövrdə sənədlərin rus dilində yazılmış və həmin zaman Sovet Pasportlarında rus bölməsində və digər sənədlərində X1 qeyd edilmişdir.
21. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən AR Konstitusiyasının 13, 29-cu, “İnzibati icraat haqqında” AR Qanununun 12-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.1, 2.3, 2.4, 8.0.7, 15.1 maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdak ılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 25. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətən daşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri ol duğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Buzovna qəsəbəsi Bahar bağları 1 saylı Bağ təsərrüfatının 0,06 ha-dan ibarət olan 287 nömrəli bağ sahəsinə təqdim edilmiş arxiv sənədlərinin bazası üzrə həmin bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsinə nail olmaqdan ibarətdir.
32. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum atası H.Z.Tağıyev adına NQÇİ-nin işçisi olmuş, “Bahar” bağçılıq birliyinin üzvlüyünə qəbul edilmiş və ona üzvlük kitabçası verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubları əsasında NQÇİ-nin işçilərinə əvvəllər ayrılmış bağçılıq massivinə əlavə olaraq bağçılıq məqsədləri üçün yenidən torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi 72 bağ sahəsinə bölünərək müvafiq şəxslərə verilmiş və müvafiq sxem tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş müvafiq protokoldan çıxarışa əsasən, iddiaçının mərhum atasına ayrılan bağ sahəsi də həmin əlavə torpaq sahəsindən, yəni 72 bağ sahəsindən biridir.
33. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi ünvanında yerləşən 1/287 nömrəli sözügedən ba ğ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atasının adı üzvlərin siyahısında yoxdur, göstərilən torpaq sahəsi bağçılığın ayrıc aktından kənar olmaqla, Dövlət Neft Şirkətinin ərazisində yerləşir və təqdim edilmiş protokolda torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, torpaq sahəsinin bağçılığa ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi bağçılıq səlahiyyətli olmadığı yerdən (ərazidən) torpaq sahəsinin ayrılmasına dair iddiaçıya sənədlərin verildiyinə dəlalət edir. Çünki “Bahar” Bağçılıq-yoldaşlığın üzvlərinə yalnız bağçılığa ayrılmış torpaq sahəsinin hüdudlarından torpaqayırmağa səlahiyyətli vardı. Eləcə də, torpaq sahəsinin yanında (18 metr məsafədə) neft quyusunun yerləşməsi təhlükə potensiallı ərazi baxımından da iddiaçının tələbinin təmin edilməsini istisna edir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən işə səthi və formal yanaşmış, işin hallarını tam və hərtərəfli araşdırmayaraq İPM-in 12.1, 12.2, 58.7-ci maddəsinin tələblərini pozmuşdur.
36. Belə ki, hazırkı iddia tələbi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, iş üzrə materiallardan cavabdehin istinad etdiyi üzvlərin siyahısının, ayrıc aktının və digər aidiyyəti sənədlərin 1988-ci il tarixli oldu ğu görünür. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclas protokolundan müvafiq çıxarışa əsasən isə, iddiaçıya bağ sahəsi həmin dövrdə deyil, sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubları əsasında H.Z.Tağıyev adına NQÇİ-nin işçilərinə bağçılıq məqsədilə əlavə ayrılmış torpaq sahəsindən və həmin əlavə ayrılmış sahədə yerləşən 72 bağ sahəsindən verilmişdir. Belə olan halda, iddiaçının adı üzvlərin 1988-ci il tarixli siyahısında və ona verilmiş bağ sahəsi həmin tarixli ayrıc aktında ola bilməzdi.
37. Qeyd edilən 72 bağ sahəsindən ibarət əlavə torpaq sahəsi ayrıldıqdan sonra, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısının və ayrıc aktının təzələnməməsi iddiaçının ziyanına şərh edilə, onun haz ırkı iddiasının təmin olunmasını istisna edən hal qismində qiymətləndirilə bilməz.
38. Bundan əlavə, işdən müəyyən edilmişdir ki, Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti əlavə bağ sahəsinin ayrılmasını təkzib etmir. Bununla belə, cavabdeh də daxil olmaqla adıçəkilən qurumlarda həmin bağçılığa aid sənədlər arxivdə aşkar olunmamışdır. Arxivdə aşkar olunan sənədlər isə natamamdır. Halbuki, sözügedən bağ sahələri məhz Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsindən onun tabeliyində olan müəssisənin işçilərinə bağçılıq məqsədilə əlavə olaraq ayrılmışdır. İddiaçının mərhum atası da Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisənin işçisi olmuşdur və bağ sahəsi də məhz ona verilmişdir.
39. Hazırkı qərarın 24-cü bəndində istinad edilən normalara əsasən, 2007-ci il mayın 22- dək kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur
40. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin - iddiaçıya Buzovna qəsəbəsində bağ sahəsinin ayrılması barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və “Bahar” bağçılıq birliyi üzvlərinin iclas protokolundan çıxarışın mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya b aşqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
41. Bundan əlavə həmin sənədlərin qüvvədən düşməsi və etibarsızlığı barədə cavabdeh tərəfindən də heç bir sübut təqdim edilməmişdir.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ayrıc aktı və bölgü sxeminin məlumatlarında iddia edilən 287 nömrəli bağ sahəsinin olması mübahisələndirilmir və iddiaçıda həmin 287 saylı bağ sahəsinə hüquqmüəyyənedici sənədlər təqdim etmişdir. Belə olan halda, həmin bağ sahəsinin digər şəxsin adına reyestrdə qeydə alınıb-alınmadığı və əgər hüquq qeydə alınmışsa, hansı ilkin hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyat aparıldığı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. İddiaçının 287 nömrəli bağ sahə sinin hüquqmüəyyənedici sənədlərin olması səbəbindən göstərilən halın araşdırılması əhəmiyyət kəsb edir.
43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
44. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmə lidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla hərtərəfli araşdırma aparılmalı, bundan sonra iş üzrə yekun qərar qəbul etməlidir.
45. Növbəti apellyasiya baxışında qeyd edilən yuxarıdakı bütün xüsusatlar ətraflı şəkildə təhlil edilməli, iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmalı, zərurət olduqda iddiaçıya tələbinin dəqiqləşdirməsində yardım etməlidir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli old uğundan, hazırkı halda şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 21(103)-3293/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.