Məhkəmə qərarları › İş №2-1(102)-1013/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1013/2021

16.06.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1013/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq deputata təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2020-ci il 27 avqust tarixli, 2-1(103)1346/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 04 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-cu maddəsinə əsasən, Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikas ı Milli Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. Onun da əmək pensiyasının üzərinə Azərbaycan Respublikası Milli Məclisindən aldığı gəlirlərdən yuxarıdakı qaydada müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla əlavə hesablanmışdır. Eyni zamanda bildirmişlər ki, sabiq deputatların əmək pensiyasına qulluq illərinə görə əlavənin Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının əmək haqqından və ya sabiq deputatların 12 ay ərzində aldığı əmək haqqından əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması məsələsinə münasibət bildirməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə sorğu edilmiş və sorğunun nəticəsindən asılı olaraq əmək pensiyasının məbləği 2013-cü il 01 dekabr tarixdən yenidən hesablanmışdır. Hazırda əmək pensiyasının məbləği sonrakı artımlar da nəzərə alınmaqla 2722.50 manat təşkil edir və mütəmadi olaraq ödənişə göndərilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 10 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2007-ci il 01 sentyabr tarixdən 2013-cü il 01 dekabr tarixədək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin deputatı kimi pensiya alır. Lakin, ona pensiya hesablanarkən pensiya qanunvericilikdə göstərilən şərtlərə uyğun hesablanmamışdır. Ona pensiya hesablanıb ödənilərkən qanuna edilən dəyişiklik, yəni «Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci hissəsində göstərilən 25 faiz ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikası bəzi Qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» 2008-ci il 13 iyun tarixdə qəbul edilmiş və «Azərbaycan» qəzetində dərc edilmiş Azərbaycan Respublikasının Qanununa əməl edilməmişdir. Həmin Qanunda göstərilmişdir ki, «Azərbaycan Respublikası Milli Məclisi Deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsində «25» rəqəmi «50» rəqəmi ilə əvəz edilsin. Qeyd edilən qanunda göstərilən dəyişikliklə əlaqədar olaraq ona pensiya hesablanarkən 2007-ci il tarixindən 2013-cü il 01 dekabr tarixədək pensiya təyin olunarkən deputatlara deputat səlahiyyətlərini yerinə yetirilməsi üçün verilən pul təminatına görə pensiyaya əlavə olaraq hesablanmamışdır. Qeyd edilən Qanunda hələ 2007-ci ildə hesablanıb verilməli olan pensiyaya 25 faiz əlavə, həmçinin 2008-ci ilin 01 sentyabr tarixindən aldığı pensiyaya 50 faiz artım hesablanaraq ödənilməli olduğu halda həmin artımda hesablanmayaraq ödənilməmişdir. Onu da qeyd edir ki, həmin Qanuna 2013-cü ilin dekabr ayından etibarən əməl edilmişdir. 2013-cü ilin dekabr ayında onların pensiyaları yenidən hesablanmış və qanunla müəyyən olunmuş ar tım onların pensiyalarına əlavə olunmuşdur. Lakin, 2007-ci ildən 2013-cü ilin dekabr ayına qədər olan müddət üçün hesablanıb ödənilməli olan pensiyaya artımlar cavabdeh tərəfindən hesablanmamış və ödənilməmişdir. Bununla bağlı cavabdehə onun tərəfindən müraciət olunmuş, müraciətə cavab olaraq 04 iyul 2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsindən ona ünvanlanan məktubda bildirilmişdir ki, 01 dekabr 2013cü il tarixdən bütün əlavələr hesablanmış və hazırda əmək pensiyası 2722.50 manat təşkil edir. Hesab edir ki, «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, göstərilən müddətlərdə həmin fərqin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddiası əsaslı və qanunidir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 oktyabr tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 mart tarixli, 2-1(112)-262/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2007-ci il 01 sentyabr tarixdən 2013cü il 01 dekabr tarixədək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdi r.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən artımlar iddiaçı həmin vəzifədən çıxdıqdan sonrakı müddətdə qəbul edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə, iddiaçıya münasibətdə qüvvəsi geriyə şamil edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 avqust tarixli, 2-1(103)-1346/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına istinadla qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında ” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağl ı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən he sablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olmuşdur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortas ına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. 14. “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinin V hissəsindəki pul məbləğinin təyinatına da xüsusi diqqət yetirilməlidir. Belə ki, Qanun, həmin məbləğin (əvvəl vəzifə maaşının 25, daha sonra isə 50 faizi miqdarında) deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə verilməsi nəzərdə tutulmuşdur. Dolayısı ilə, bu məbləğin “əmək haqqındakı sonraki artım” olaraq da qiymətləndirilməsi mümkün deyildir. Çünki sözü gedən əlavənin xərclərin qarşılanması təyinatı vardır. Odur ki, Milli Məc lisin deputatı olmayan şəxsin, hər hansı xərcinin qarşılanmasından söhbət gedə bilməz. Başqa sözlə, sözü gedən artımın pensiyada olan sabiq deputatlara şamil edilməsi mümkün deyildir.

15. Fərz etsək ki, məlum artımlar iddiaçıya şamil edilə bilər, bu halda belə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, iddianın əsaslı olması ehtimalında belə, tələbin təmini istisna edilirdi. Çünki iddiaçı 2007-2013-cü illər üzrə pensiyanın yenidən hesablanması və ödənilməsini tələb edir. kassasiya şikayətinə etirazın dəlill əri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, şikayət qanuni, ədalətli və işin faktiki hallarına uyğun gələn məhkəmə aktının ləğvi üçün əsas ola bilməz.

17. İlkin olaraq qeyd edilməlidir ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddəti ötürməklə verilmişdir. Belə ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi inzibati kollegiyasının qərarı cavabdehə 2020-ci il 8 sentyabr tarixdə rəsmi şəkildə təqdim edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarı 2020-ci il 28 oktyabr tarixdə icra olunması üçün cavabdehə göndərilmiş, cavabdehin 2020-ci il 30 oktyabr tarixli, **********1 nömrəli məktubu ilə pensiyanın yenidən hesablanmasının qüvvəyə minmiş məhkəmə qərarından sonra baxılacağı bildirilmiş, kassasiya şikayətinin veriləcəyi qeyd edilmişdir. Bunda n sonra cavabdeh kassasiya şikayəti verməyərək məhkəmə qərarını icra etmiş və 2021-ci il 18 mart tarixdə bu barədə iddiaçıya rəsmi məlumat vermişdir. Göründüyü kimi, cavabdeh Bakı Apellyasiya Məhkəməsi inzibati kollegiyasının 2020-ci il 27 avqust tarixli qərarından məlumatlı olmuş, məhkəmə aktının surətini almış, aldıqdan 5 ay sonra hazırkı kassasiya şikayəti ilə çıxış etmişdir. Belə olan halda, kasasiya şikayəti icraata qəbul edilib baxıla bilməz, zəruridir ki, kassasiya mümkün sayılmasın.

18. Kassator şikayətində məhkəmənin hansı maddi və prosessual hüquq normasını səhv tətbiq etməsini qeyd etməmiş, şikayəti əsaslandırmamış, işin faktiki hallarını təhrif etmişdir. Cavabdeh kassasiya şikayətində aylıq pul təminatından sosial sığorta haqqı ödənilməsinə dair sənədin yoxluğunu önə çəkib iddi anın əsassız olduğunu irəli sürmüşdür. Lakin nəzərə almamışdır ki, qanunla deputat üçün nəzərdə tutulmuş əlavələr vergilərdən azad olunan pul təminatıdır. Sözügedən məbləğ Qanun qəbul edildikdən bu günədək iddiaçıya, o cümlədən bütün deputatlara şamil edilərək ödəniş edilir. Sadəcə olaraq Milli Məclis deputatının statusu haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 25% sözü 50%lə əvəz olunduğu üçün və bu artım nəzərə alınmadığından hazırkı iddia ilə müraciət edilmişdir. Məhkəmələr də bununla bağlı qanuni qərarlar qəbul etmişlər. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qeyd olunur ki deputat hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə ye tirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Milli Məclisin komissiya sədrlərinin müavinləri, deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

19. Cavabdehin kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 15 may tarixli qərarına istinad etməsi də əsassızdır. Belə ki, sözügedən qərar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinin şərh edilməsi barədədir. Konkret mülki işlə bağlı qəbul edilmiş qərarda hərbi qulluqçular, dövlət qulluqçularının pensiya təminatından bəhs edilir, odur ki, Qanunun 20.14-cü maddəsinin deputatlara, Milli Məclis d eputatının statusu haqqında Azərbaycan Respublikası qanununa heç bir aidiyyəti yoxdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin vəkili X1 2021-ci il 08 iyun tarixli məhkəmə iclasında kasasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

21. İddiaçının vəkili X2 2021-ci il 08 iyun tarixli məhkəmə iclasında kassasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin əsassız olduğunu bildirdi. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

21. Deputatın maddi təminatı (2004-cü il 1 sentyabradək qüvvədə olan redaksiyada) Deputat hər ay əmək haqqı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. D eputatların əmək haqqının və pul təminatının məbləği hər il üçün Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müəyyənləşdirilir. 23. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (29 iyun 2004-cü il, № 718-İİQD): İ.1. 21-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: "Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Milli Məclis sədrinin, Milli Məclis sədrinin birinci müavininin, Milli Məclis sədrinin müavininin, Milli Məclisin komissiya sədrinin, Milli Məclisin komissiya sədri müavininin və deputatın vəzifə maaşlarının məbləğləri, habelə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatının məbləği Milli Məclisin qərarı ilə müəyyənləşdirilir.". 24. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (1 sentyabr 2004-cü il, № 723-İİQD): İ. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin üçüncü hissəsi çıxarılsın və aşağıdakı redaksiyada yeni üçüncü, dördüncü və beşinci hissələr əlavə edilsin: "Milli Məclisin sədri şərti maliyy ə vahidinin 1400 misli miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.". Bu Qanun 2004-cü il sentyabrın 1-dən qüvvəyə minir.

25. Azərbaycan Resp ublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (13 iyun 2008-ci il, 649-İİİQD): X. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-сi maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin. Xİ. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (01.01.2008-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 1.0.1. əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra — sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ö lümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla);... Maddə 20.2. Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respubl ikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.... Maddə 20.10. Bu Qanunun 20.1.1 — 20.1.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. 27. “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir... Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

28. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. İşin materiallarına görə, apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdeh inzibati orqana 2020-ci il 8 sentyabr tarixdə poçt rabitəsi vasitəsilə təqdim olunmuşdur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

31. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.

32. Cavabdehi birinci və apellyasiya instansiya məhkəmələrində icraatda nümayəndəsi və vəkili Vəkil Məmmədli oğlu təmsil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı həmin şəxsə məhkəmə tərəfindən 2021-ci il 09 fevral tarixdə poçt rabitəsi vasitəsilə təqdim olunmuşdur. Həmin qərardan kassasiya şikayəti də həmin nümayəndə və vəkil (Vəkil) tərəfindən 2021-ci il 15 fevral tarixdə poçt rabitəsi xidmətinə təqdim olunmuşdur.

33. Beləliklə, İPM-in 31.2-ci maddəsinin imperativ tələbi məhz apellyasiya instansiyası məhkəməsi tərə findən vaxtında təmin edilmədiyindən, İPM-in 31.1-ci maddəsinə uyğun təyin edilmiş nümayəndə isə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətini həmin qərarın ona təqdim olunduğu vaxtdan İPM-in 94.1-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətdə verdiyindən, həmçinin İPM-in 94.2 və 94.4-cü maddələrinin tələbləri təmin olunduğundan, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

36. İşin materiallar ına görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı kimi iddiaçıya əmək pensiyası 2007-ci il 13 fevral tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən (əmək pensiyasının təyin edildiyi 2007-ci ildə qüvvədə olan) normalarına uyğun olaraq (qulluq stajına əlavələr nəzərə alınmaqla) təyin edilmişdir.

37. İddiaçının irəli sürdüyü tələbin əsasını onun statusuna xitam verilməzdən əvvəl 2004-cü ildə və onun statusuna xitam verildiyi 2005-ci il 2 dekabr tarixdən sonra “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdə nəzərdə tutulan təminatlar təşkil edir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il 15 may tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibind əki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibini n və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”.

39. Azərba ycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

40. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu müddətdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr pensiyanın yenidən hesablanması üçün əsas ola bilməz.

41. İddiaçının “qanunla deputat üçün nəzərdə tutulmuş əlavələr vergilə rdən azad olunan pul təminatıdır” məzmunda mövqeyi vəziyyəti iddiaçının xeyrinə dəyişmir, belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinin məqsədləri üçün ödənilmiş vəsaitlərin vergiyə deyil, məcburi dövlət sosial sığortasına cəlb edilməsi və ödənilməsi şərtdir.

42. İddiaçıya münasibətdə onun statusuna xitam verilməzdən əvvəl fəaliyyətinin son 12 ayında ödənilməli olan “deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində” əlavənin məcburi dövlət sosial sığortasına cəlb edildiyini təsdiq edən sübut yoxdur.

43. Deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün nəzərdə tutulan, lakin məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavənin, eyni ilə həmin əlavənin so nradan – iddiaçının Azərbaycan Respublikası Milli Məclisinin deputatı statusuna xitam verildiyi 2005-ci il 2 dekabr tarixdən sonra artırılmış miqdarının (iddia olunan 50 faiz məbləğində) əmək pensiyasının təyin edilməsində (təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasında) nəzərə alınması istisna edilir.

44. Məhkəmə kollegiyası nəzərə alır ki, yuxarıda qeyd olunan hallarla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması İPM-in 12.1 və 12.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilə, buradan, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə səbəb ola bilər.

45. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin şikayətində qeyd etdiyi dəlillə razılaşaraq nəzərə alır ki, iddia olunan əlavənin iddiaçıya şamil edilməli olduğu təsdiq olunduqda belə (iddiaçının iddia olunan əlavələri almasının və həmin əlavələrin məcburi dövlət sosial sığortasına cəlb edilməsinin müəyyən edildiyi halda), hazırkı məzmunda tələbin təmin olunması “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə istisna edilir. Belə ki, həmin normanın tələbinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

46. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

47. İddiaçının 2007-2013-cü illər üzrə pensiyanın yenidən hesablanmasını və ödənilməsini tələb etdiyi, həmin tələblə bağlı isə cavabdehə 2019-cu ilin iyununda müraciət etdiyi və iddiaçının iddia ərizəsində, cavabdehin isə iddiaçıya ünvanladığı 2019-cu il 4 iyul tarixli **********77 nömrəli cavab məktubunda təsdiq etdikləri kimi, əmək pensiyasının iddia olunun qaydada 2013-cü ildən müraciət tarixinədək ödənildiyi nəzərə alındıqda, iddia tələbi təmin oluna bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 avqust tarixli, 2-1(103)-1346/2020 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar