Məhkəmə qərarları › İş №2-1(102)-1013/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1013/2022

14.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1013/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü, 2BJEOJF) Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və 13 nömrəli Birləşmiş şəhər xəstəxanası) “əlillik dərəcəsinin bərpa edilməsi ” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-428/2022 nömrəli iş üzrə 9 fevral 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 13 nömrəli Birləşmiş şəhər xəstəxanasının göndərişinə əsasən 22 may 2017-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş və müvafiq pensiya verilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli 02/02-45 nömrəli məktubda 105 nəfərin, o cümlədən, iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edildiyi qeyd edilmiş, bunun əsasında cavabdeh tərəfindən əlillik altsistemin də iddiaçının əlilliyi etibarsız hesab edilmişdir.

3. Bundan sonra iddiaçıya təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. İddiaçı məsələnin araşdırılması ilə bağlı ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə, 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir.

4. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin iddiaçıya ünvanlandığı 22 iyul 2019-cu il tarixli **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, əlillik dərəcəsinə dair sənəd elektron məlumat sistemində təsdiqini tapmadığından xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan müddətdə ödənilmiş 47929.32 manat məbləğində vəsait geri qaytarılmalıdır. 5. 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tər əfindən iddiaçıya ünvanlanmış 13 sentyabr 2019-cu il tarixli məktubla bildirilmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən əlilliyə əsas verən göndəriş (Forma 088) əsassız hesab edildiyinə görə əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etibarsız hesab edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 17 oktyabr 2019-cu il tarixli məktubla bildirilmişdir ki, onun əlilliyin araşdırılması zamanı xəstəliyinin heç bir tibbi sənədlə təsdiqini tapmadığı, göndəriş barədə Həkim Məsləhət Komissiyasının jurnalında qeydiyyat aparılmadığı, göndərişdə göstərilən tarixlərdə Akademik Z.Əliyeva adına Milli Oftolmalogiya Mərkəzində müayinə keçilmədiyi müəyyən olunduğundan əlilliyin təyini ilə bağlı göndəriş əsassız hesab edilmişdir. İŞ ÜZRƏ Q ƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 31 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə, X1 adına Milli Oftalmologiya Mərkəzinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı ona 22 may 2017-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş 88 saylı göndərişin etibarsız hesab edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin qərarı və hərəkətlərinin qanunsuz hesab edilməsi və onun etib arsız hesab edilmiş əlillik dərəcəsinin bərpa edilməsi və 29 iyun 2019-cu il tarixdən ödənilməyən pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xəstəliyi müvafiq sənədlərlə təsdiq olunduğundan və buna uyğun olaraq əlillik dərəcəsini təyin edilməsi qanuni olduğundan, onun əlilliyi qanunsuz olaraq etibarsız hesab edilmiş və pensiyası dayandırılmışdır.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “OU-proliferativ diabetik retinopatiya.OU-proliferativ dia betik retinopatiya. Şəkərli diabet ll-tip orta ağır gedişli. Hipertoniya xəstəliyi ll-mərhələ. Sadə hipermetropik astiqmatzm. Aşağı ətrafların diabetik angiopatiyası. Binokulyar, ağır görmə pozğunluğu. Diabetik nevropatiya. Xroniki pankreatit. VİZUS müayinədə OD=0.06 kareksiaya etmir, OS= 0.05 korreksiya etmir” xəstəliyi ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 02/02- 45 nömrəli məktubu ilə iddiaçıya rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar, əlillik altsistemində ona aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq ed ilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Buna görə də iddiaçının əlilliyinin etibarsız edilməsi zamanı cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(102)-1775/2020 nömrəli, 12 fevral 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi, X1 adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının cavabdehlər qismində prosessual iştiraklarına xitam verilmiş, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 13 nömrəli Birləşmiş şəhər xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 11.Bundan sonra, iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(102)-1775/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 12. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsl olan cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üçüncü şəxs kimi göstərilməsi qərara alınmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkəti qanunsuz sayılmışdır.

14. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 58.7, 68.1 və 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”sinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyinin etibarsız hesab edilməsinə əsas olmuş məktubu n mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, qüvvədə olan qanunvericilik iddiaçıya əlillik təyin edilən zaman şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi onun məhz qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən aparılmalı olduğunu tələb edilmədiyindən, onun əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. 15.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1015/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1775/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qərarı ləğv edilərək yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə (üçüncü şəxslər: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və 13 saylı Birləşmiş şəhər xəstəxanası) qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən əlilliyin təyini ilə bağlı iddiaçının adına rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edildiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində E.Haciyevin əlilliyi etibarsız hesab edilmişdir. İddiaçın ın əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edilməsi ilə bağlı Səhiyyə Nazirliyinin qərarın, hərəkət (hərəkətsizliyi) mübahisələndirməmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1719/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və N.İ.Rəsulbəyova) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Suraxanı rayonu 13 nömrəli Birləşmiş şəhər xəstəxanasının iddiaçının adına rəsmiləşdirilmiş 88 saylı forma üzrə göndəriş, Səhiyyə Nazirliyinin 22 may 2019-cu il tarixli xx/xx-4330 nömrəli məktubunda yazıldığına görə, işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. Apellyasiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən, faktiki olaraq məhz sözügedən məktuba və məktubda yazılanlara əsaslanmış, orada qeyd edilən məlumatı, yəni iş çi qrupunun 13 may 2021-ci il tarixli aktını tələb etməmiş və həmin aktı araşdırmamışdır. Belə ki, işçi qrupunun 13 may 2021-ci il tarixli aktı ümumiyyətlə iş materiallarında mövcud deyildir.

21. Digər tərəfdən apellyasiya məhkəməsi iddiaçıya 22 may 2017-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsini yoxlamamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsini və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsini araşdırmamışdır.

22. Bundan başqa, apellyasiya məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin iddiaçıya ünvanlandığı 22 iyul 2019-cu il tarixli, **********6 saylı məktubuna istina dən əlillik dərəcəsinə dair sənədin Nazirliyin TSERAS elektron məlumat sistemində təsdiqinin tapmamasını qeyd etsə də, hazırkı işin 8-ci səhifəsində iddiaçıya 22 may 2017-ci il tarixində ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi forma üzrə verilmiş mötəbər sənəd mövcuddur. Lakin apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır.

23. Bundan başqa, apellyasiya məhkəməsi işdə olan ziddiyyətli sənədləri də araşdırmamışdır. Belə ki, işin 116-cı səhifəsində olan cavabdehin birinci instansiya məhkəməsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubunda yazılmışdır ki, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02-02-45 nömrəli məktubu ilə 105 nəfərin, o cümlədən İddi açı əlilliyin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir”. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, işin 83-cü səhifəsində olan Səhiyyə Nazirliyinin birinci instansiya məhkəməsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli, xx/xx-2599 saylı məktubunda konkret şəkildə göstərilmişdir ki, “cavabdehə Səhiyyə Nazirliyi tərəfindən “xx.xx.2019- cu il tarixli 02/02/-45 nömrəli məktubun göndərilməsi müəyyən edilməmişdir”. Apellyasiya məhkəməsi tərəfindən işin bu ziddiyyətli məqamı araşdırılmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bak ı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddia tələbində cavabdehin əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması ilə yanaşı əlillik dərəcəsinin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsinin də nəzərdə tutduğunu bildirmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-428/2022 nömrəli iş üzrə 9 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilmiş, iddia təmin edilərək iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkəti qanunsuz sayılmış, iddiaçıya 22 may 2017-ci il tarixdə təyin edilmiş əlillik də rəcəsinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

26. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının nədən ibarət olduğunu müəyyən etmədən, ona iddia tələbini hüquqi marağına uyğun daha əlverişli iddia növü ilə əvəzləməyi təklif etmədiyindən, nəticədə cavabdeh inzibati orqanın hərəkətini qanunsuz hesab etsə də, bununla yanaşı, hansı hərəkətin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla iddiaçının pozulmuş hüququnun bərpasının təmin ediləcəyini nəzərə almadan natamam qərar qəbul etmişdir.

27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 28.Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddia tələbinə etirazın dəlillərini təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayən dələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir): 5.3. Əlilliyi olan şəxslərin vaxtından əvvəl əl illiyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir:... 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə;...

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Bununla belə, məhkəmə kollegiyası iddiaçıya təyin edilmiş əlilliyin əlill ik altsistemində etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Hazırkı iş üzrə iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsinə əsas kimi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş məktubu göstərmişdir.

40. Əlilliyin etibarsız hesab edilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci bəndinə əsasən vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtınd an əvvəl əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilir.

41. Göründüyü kimi, qanunvericilik əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. 42. “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraa t barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.

43. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayə tlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

44. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız Səhiyyə Nazirliyinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, istinad edilən normativ aktların formal (məcburi) tələbləri təmin olunmamışdır.

45. Bundan əlavə, iddiaçının əlilliyinin təyin edilməsi barədə cavabdehin qəbul etdiyi 22 may 2017-ci il t arixli inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh 22 may 2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 22 may 2017-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

46. Apellyasiy a instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-428/2022 nömrəli iş üzrə 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar