Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1013/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün, çıxarışın və ünvanın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-66/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon icra Hakimiyyəti başçısının 096 saylı, 15 aprel 1999-cu il tarixli sərəncamından görünür ki, sərəncamın birinci bəndində Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyə n və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika işlər müdirinin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubun nəzərə alınması; sərəncamın ikinci bəndində bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən BAİB-nin yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondunun ayrılması; sərəncamın üçüncü bəndində həmin torpaq Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçiliksüdçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyini əldə rəhbər tutmaqla, növbəlik əsasında verilməsi; sərəncamın dördüncü bəndində torpaq sahəsi paylanmamışdan əvvəl sifarişçi tərəfində sahənin baş planı tərtib etdirilməsi, torpaqların baş plana uyğun verilməsi nəzərdə tutulmuşdu r.
2. Abşeron rayon İcra Hakimiyyətinin vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, iddiaçıya 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik - südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 21 may 2003-cü il tarixli, 28 nömrəli vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti işlər idarəsinin X3) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən iddiaçıya 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respu blikası Prezidentinin İşlər İdarəsinin X1 19 aprel 2016-cı il tarixli, 661 nömrəli arayışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya X3 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsi ayrılmışdır. 21247 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur.
5. İddiaçıya aid torpaq sahəsinin sxemi hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin möhürü ilə təsdiqlənmişdir.
6. İddiaçı 20 aprel 2016-cı il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2016-cı il tarixli **********34 saylı daşın maz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubla cavab olaraq bildirmişdir ki, sənədlər araşdırılan zaman məlum olmuşdur ki, ayrılan torpaq sahəsi Prezidentin İşlər İdarəsinin X1 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə istinad edilmişdir. Həmin normaya əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı c avabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsinin və dövlət reyestrindən çıxarışın verilməsinin, həmin daşınmaz əmlaka ünvan verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 (Buzovna tərəvəzçilik və südçülük sovxozu) 21 may 2003-cü il tarixli əmrindən çıxarışa əsas ən ona 0.10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Qeyd edilənlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 661 saylı, 19 aprel 2016-cı il tarixli məktubunda öz əksini tapmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 16 sentyabr 2016-cı il tarixli, **********47 nömrəli etirazda qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-1247 saylı ünvanda yerləşən torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırılma nəticəsinə məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balasına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşir. Bu səbəbdən iddiaçının sözügedən əmlak üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Qanunun 10-11,12, 23, Torpaq Məcəlləsinin 55, 66, 67, 68, 111, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə istinad edərək, etirazın qəbul edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2868/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qə rarı ilə (hakim H.Ç.Babayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 2-1247 saylı ünvanda yerləşən torpaq sahəsinə iddiaçının adına plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi, həmin daşınmaz əmlaka ünvan verilməsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsinə plan-ölçünün tərtib edilməsi, torpaq sahəsinin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması və ünvan verilməsi üçün zəruri olan sənədlərə noreşbA) rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli sərəncamı, 096 saylı sərəncamına əsasən qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri) malik olduğu ha lda, cavabdeh zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində sadalanan halların heç birinə istinad etmədən əsassız olaraq iddiaçının müraciətini təmin etməmişdir.
12. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 avqust 2017-ci tarixli, 2-1(103)-1533/2017 nömrəli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və S.Q.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2868/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinasının haqlı olması onun təqdim etdiyi torpaq sahəsinin plan və ölçüsünü özündə əks etdirən sənəd ilə təsdiq olunduğundan iddiaçının iddiası rədd edilməlidir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci tarixli, 2-1(102)-2200/2017 nömrəli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 avqust 2017-ci tarixli, 2-1(103)- 1 533/2017 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən sübutun təqdim edildiyini qeyd etsə də, həmin sübutun iş üçün əhəmiyyət kəsb edən hansı hal(lar)ı müəyyən etdiyini, ümumiyyətlə həmin sübutun – plan və ölçü sənədinin iddia olunan torpaq sahəsi ilə əlaqəsinin olub-olmadığını müəyyən etməmiş, deməli, həmin sübutu qanunvericiliyin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmadan həlledici əsas kimi qəbul etmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidmtəi vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. d. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apelyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2018-ci il tarixli, 2-1(103)-717/2018 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2868/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayon X5 Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı və 20 avqust 1999-cu il tarixli 096 saylı sərəncamlarının, həmin sərəncamların qəbul edilməsinə əsas olan sənədlərin və iş üzrə əhəmiyyəti olan digər sənəd və məlumatların məhkəməyə göndərilməsi barədə sorğu ünvanlamış və sorğunun nəticəsinə əsasən məhkəmə müəyyən etmi şdir ki, sərəncamda iddiaçının adı çəkilməmiş, tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə torpaq sahəsi ayrılması barədə ümumi göstəriş əks olunmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-147/2010 saylı, 2010cu il 19 oktyabr tarixli hökmünə istinad edərək bildirmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin həqiqətən də Abşeron rayon İcra Hakimiyyət başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı ilə 50 ailəyə ayrılmış torpaq sahələrinə aid olması faktı sual altındadır.
21. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi ilə eyniyyət təşkil etdiyini sübuta yetirə bilməmişdir.
22. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. e. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2-1(102)-2059/2019 nömrəli qərarı ilə (sədrlik edən K.N.Bədəlov, hakimlər İ.A.Dadaşov və A.S.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-717/2018 nömrəli iş üzrə 22 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozularaq iş in hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iddiaya qarşı etirazın əsas dəlili olan özügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin X1 balasına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşməsi dəlili araşdırılmamış, bu dəlilin araşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 balansına ayrılmış 5 ha torpaq sahəsinin koordinatlarını özündə əks etdirən baş planı tələb edilməli, həmin plandakı məlumatlar əsas götürülməklə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyinin müəyyən edilməsi üçün ekspertiza keçirilməlidir.
25. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hökmlə əlaqədar bildirmişdir ki, hökmdə müəyyən edilən halların hazırkı iş üzr ə hər hansı preyedusial əhəmiyyət daşıdığına aydınlıq gətirilməmişdir. Halbuki qeyd edilən hala aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 xx.xx.2016-cı il tarixli 661 saylı arayışına əsasən bildirilir ki, iddiaçıya Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu tərəfindən xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdə, çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsinin ayrıldığı, həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmadığını qeyd etmişdir.
26. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi əsaslarından biri kimi Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamında iddiaçının adının çəkilmədiyinə, sərəncama adlı si yahı əlavə olunmaması dəlili ilə bağlı bildirir ki, istinad edilən sərəncamın məzmununa əsasən sərəncamda torpağın sovxoza ayrılması qərara alınmış, torpaqların növbəlilik əsasında verilməsi isə sovxoz direktoruna həvalə edilmişdir. Bu səbəbdən də, həmin sərəncama adlı siyahı əlavə edilə bilməzdi. Adlı siyahı və əmrlərlə bağlı şübhə olduğu təqdirdə yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə sorğu edilməklə məlumat əldə oluna bilər. f. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-1(103)-66/2020 nömrəli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisad i Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2-1(82)- 2868/2016 saylı qərarı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin Abşeron İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinə ünvaladığı sorğu əsasında bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı Abşeron rayon Dövlət arxivində aşkar edilməmiş və Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 saylı sərəncamın xx.xx.1999-cu il tarixdə verilmişdir. Arxivin qeydində göstərilmişdir ki, sərəncama adlı siyahı və cizgi daxil edilməmişdir.
29. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əsaslandığı özünün təqdim etdiyi, işdə olan X2 möhürü ilə təsdiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarışın və xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamın mətni bir biri ilə uyğunsuzluq təşkil edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, sərəncamla bilikdə 50 ailənin adlı siyahısı arxivdə aşkar edilməsə belə, məhkəmə sorğusunun nəticələrinə əsasən iki sərəncam arasındakı uyğunsuz məqamların mövcudluğu nəzərə alınmaqla, iddiaçının istinad etdiyi sərəncamdan çıxarışın həqiqiliyi təsdiq oluna bilməz. Beləliklə, həmin sərəncam əsasında verilmiş X4 tərəfindən 28 saylı, 21 may 2003-cü il tarixli əmrdən çıxarış da əsaslı sayıla bilməz.
30. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarışda, X1 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrindən çıxarışda iddiaçıya 0,10 ha həyatya nı torpaq sahəsinin verilməsi göstərilsə də, həmin torpağa dair plan və ölçünün tərtib edilməsinə dair qeydlər yoxdur və iş materiallarında olan X2 baş mütəxəssisi tərəfindən tərtib edilmiş iddiaçıya aid 2-1247 kodu altında həyatyanı torpaq sahəsinin sxemi qanunvericiliyin tələblərinə uyğun hazırlanmadığı müəyyən edilir.
31. Məhkəmə kollegiyası iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə zərurət olmadığını hesab edərək qeyd etmişdir ki, Dövlət Kadastrdan ortofoto çıxarışı iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin X1 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşdiyini sübuta yetirir.
32. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası AR İşlər İdarəsinin X3 tərəfindən təqdim ed ilmiş siyahının iddiaçının tələblərini müəyyən edən faktlara və hallara aid edilməsi halının müəyyən olunmaması əsası ilə sübut kimi qəbul etməmişdir.
33. Məhkəmə kollegiyası bildirmişdir ki, iş materiallarında olan əvvəlki icraatlarda məhkəmə araşdırılmasının predmeti olmamış Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-147/2010 saylı, 2010-cu il 19 oktyabr tarixli hökmü preyudisial əhəmiyyət kəsb etmədiyindən sübut kimi qəbul edilməmişdir. Belə ki, X1 28 saylı əmri iddiaçıya 21 may 2003-cü il tarixdə verilmiş və müəssisənin direktoru İ.M.Zeynalov tərəfindən imzalanmışdır.
34. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ NİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı iddia ərizəsi və kassasiya şikayətində qeyd etdiyi dəlilləri təkrarlamış və əlavə olaraq bildirmişdir ki, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı təcrübədən istifadə etmədiklərindən onun əşyaya qanuni gözləntisi olması halını və bu əsasla onun əşyanın mülkiyyətçisi hesab edilməli olduğunu nəzərə almamışdır. Belə ki, əşyanın yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan və ona 10 ildən artıq müddətə dövlət orqanları tərəfindən heç bir müdaxilə olmadığından iddiaçının yerləşdiyi torpaq sahəsinə olan maraq və gözləntiləri yaranmışdır.
36. İddiaçı bildirmişdir ki, iş üzrə təqdim edilmiş sübutlara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, yalnız cavabdehin ehtimal xara kterli sənədləri mötəbər hesab edilmişdir. Belə ki, iddiaçı hesab edir ki, iddiaçıya ayrılmış torpaq və bunun üçün verilmiş torpağa dair sənədlər mötəbər sübutlar hesab olunmalı idilər, çünki X1 xx.xx.2016-cı il tarixli 661 saylı arayışa əsasən Buzovna tərəvəzçilik-südçülük sovxozu tərəfindən xx.xx.2003-cü il tarixli 28 №-li əmrdə, çıxarışa əsasən müəssisənin balansında ayrılmış olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsinin ayrıldığı, həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olmadığı qeyd edilib.
37. İddiaçı həmçinin bildirir ki, onun yoldaşının eyni torpaq sahəsində yaşayış evinə çıxarış verilməsi iddiası ilə iddiaçı qismində çıxış etdiyi və iddiasının təmin olunduğu məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən həmin tor paq sahəsinin əslində qanuni ayrıldığı sübut edilmiş hesab edilməlidir. İddiaçı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu halı təhrif etmiş və kassasiya instansiyası məhkəməsinin göstərişlərini icra etməkdən imtina etmişdir. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dö vlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəllə si qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə i cra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
40. İnzibati Prosessual Məcəllə. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 41.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ 42.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. 43.Mübahisə ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ilə bağlıdır. İddiaçı həmin torpaq sahəsinə plan və ölçunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın, habelə ünvanın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, mübahisə ilə bağlı yux arıda sadalanan məhkəmə qərarları qəbul edilmişdir. 44.Abşeron rayon Dövlət Arxivinin təqdim etdiyi Abşeron rayon icra Hakimiyyəti başçısının 096 saylı, 15 aprel 1999-cu il tarixli sərəncamından görünür ki, sərəncamın birinci bəndində Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika işlər müdirinin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubun nəzərə alınması; sərəncamın ikinci bəndində bu məqsəd üçün MaştağaBuzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən BAİB-nin yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondunun ayrılması; sərəncamın üçüncü bəndində həmin torpaq Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyini əldə rəhbər tutmaqla, növbəlik əsasında verilməsi; sərəncamın dördüncü bəndində torpaq sahəsi paylanmamışdan əvvəl sifarişçi tərəfində sahənin baş planı tərtib etdirilməsi, torpaqların baş plana uyğun verilməsi nəzərdə tutulmuşdur. 45.Bundan sonra, X1 21 may 2003-cü il tarixli, 28 nömrəli vətəndaşlara həyatyanı sahəsi verilməsi haqqında əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçiliksüdçülük sovxozu Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən iddiaçıya 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.
46. Həmçinin işdə Abşeron Rayon İcra Hakimiyyətinin 20 avqust 1999cu il tarixli, 096 saylı saylı sərəncamı mövcuddur. Həmin sərəncamda qeyd edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınmış, iddiaçıya 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli, 27/K nömrəli əmri nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 47.Arxiv məlumatlarına görə 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamın mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası da arxiv məlumatlarına istinad edərək belə sərəncamın olmadığı qənaətindədir. 48.Bununla belə, iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı Abşeron rayon icra Hakimiyyəti başçısının 096 saylı, 15 aprel 1999-cu il tarixli sərəncamının və X1 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrin olması mübahisə doğurmur. 49.Abşeron rayon icra Hakimiyyəti başçısının 096 saylı, 15 aprel 1999cu il tarixli sərəncamında hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondunun ayrılması, torpaq sahəsinin tərəvəzçiliksüdçülük sovxozunun direktorunun əmri ilə verilməsi nəzərdə tutulmuş, X1 direktorunun 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrində də iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamına istinad olunmuşdur. 50.Beləliklə, iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılması barədə Abşeron rayon icra Hakimiyyəti başçısının 096 saylı, 15 aprel 1999-cu il tarixli sərəncamı və X1 direktorunun 21 may 2003-cü il tarixli, 28 nömrəli əmri mövcuddur. 51.X3 məhkəməyə ünvanlandığı xx.xx.2019-cu il tarixli, 262 saylı məktubunda Azərbaycan Respublikası İşlər İdarəsini n X1 xx.xx.2003-cü il tarixli əmrinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasını, müəssisə tərəfindən ona təqdim edilmiş arayış və plan-cizgidə torpaq sahəsinin ayrılmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmrdən çıxarışa və sərəncamdan çıxarışa əsaslanmasını bildirmişdir. 52.X1 baş mütəxəssisi tərəfindən kod 2-1247 saylı torpaq sahəsinə perimetrik ölçüləri 43,5 mx 23,0 m olan torpaq sahəsinin sxemi tərtib edilmişdir. 53.X3 19 aprel 2016-cı il tarixli arayışında iddiaçıya 21 may 2003-cü il tarixli əmrlə müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 2-1247 kodlu torpaq sahəsi ayrıldığını təsdiq etmişdir. İddiaçı barəsində əmrin həqiqətə uyğun olmadığı apelyasiya məhkəməsi tərəfindən təsdiqini tapmamışdır. 54.Azərbaycan Respub likası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. 55.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyhısında 2.5-ci bənddə qeyd edilmişdir ki, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında on un bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsas olmuşdur. 56.Göründüyü kimi, dövlət orqanlarının tabeliyində olan X3) rəhbərinin (direktor və s.) əmri torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsas olduğundan, Azərbaycan Respublikası İşlər İdarəsinin X1 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmri iddiaçıya ayrılmış torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuşdur. 57.Cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası İşlər İdarəsinin X1 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda yerləşdiyini bildirmişdir. 58.İşdə olan 0,1 ha torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən 3 ədəd çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Sahə 2-1246, 2-1249, 2-1250 ünvanlarında torpaq sahələri ayrı-ayrı şəxslərin adlarına qeydə alınmışdır. Torpaq sahələrinə hüququn qeydə alınması üçün əsas kimi Azərbaycan Respublikası İşlər İdarəsinin X1 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrinə istinad edilmişdir. 59.İddiaçıya ayrılan torpaq sahəsinin kodu 2-1247 yuxarıda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvanlara aid kodun daxilindədir (21246, 2-1249). Cavabdeh həmin kodlara aid torpaq sahələrini də Azərbaycan Respublikası İşlər İdarəsinin X1 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrinə istinad edərək dövl ət reyestrində qeydə almışdır. 60.Nəzərə almaq lazımdır ki, iddiaçı ilə bərabər eyni müəssisənin üzvü olan ayrı-ayrı şəxslərə torpaq sahəsinin ayrılması barədə eyni nömrəli və tarixli əmrlə onların hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. 61.Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 62. “İnzibati icraat haqqında” Qanunun h əmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
63. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhd əliyi daşıyır.
64. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.
65. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tə tbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. 66.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanl arın konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)427/2023 nömrəli 27 aprel 2023-cü il tarixli qərarı). 67.Bəhs olunanlara əsasən, 0,10 ha torpaq sahəsinə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğundan kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. 68.Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-66/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qərarı ləğv edils in. İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə İddiaçı adına plan və ölçunun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, həmin daşınmaz əmlaka ünvan verilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.