Məhkəmə qərarları › İş №2-1(102)-1016/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1016/2020

26.08.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1016/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İstehsalat Birliyi “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs “xxxx” MMC) iş üzrə QƏRARİ (iş № 2-1(102)-1016/2020) Açar söz: əmtəə nişanının ləğvi. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçıların vəkili Vəkil, üçüncü şəxsin vəkili X2, nümayəndələri X3 və Babaşov Emin Söhbət oğlunun iştirakları il ə, iddiaçılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs “xxxx” MMC) qarşı qərarın ləğv edilməsi və şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2871/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: “Rakuşeçka” adlı əmtəə nişanı 29,30 və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə xx.xx.2004cü il tarixində “Kiyev-xxxx” İstehsalat Birliyi QSC-nin adına Ukrayna Respublikasında 443479 nömrə ilə qeydiyyata alınm ışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2003-cü il göstərilmiş, mühifəzə müddəti xx.xx.2023-cü il müəyyən olunmuşdur. “Rakuşeçka-xxxx” adlı əmtəə nişanı 29, 30 və 35-ci sinifin əmtəələri və xidmətlər üzrə xx.xx.2007-ci il tarixində “xxxx” İstehsalat Birliyi QSC-nin adına Rusiya Federasiyasında 333606 nömrəli qeydiyyata alınmışdır. Bu əmtəə nişanının ilkinlik tarixi xx.xx.2006-cı il göstərilmişdir. xx.xx.2012-ci il tarixdə hüquq sahibinin adı dəyişdirilərək “xxxx” X6 Səhmdar Cəmiyyəti olmuşdur. xx.xx.2015-ci il tarixindən “Rakuşeçka-xxxx” adlı əmtəə nişanına dair müstəsna hüquqlar İddiaçı3nə verilmişdir. “xxxx” MMC-nin iddiası əsasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və X10 Komitəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə “Rakuşeçka” əmtəə nişanı “xxxx” MMC-nin adı na qeydiyyata alınmış və bu barədə nişan sahibinə xx.xx.2016-cı il tarixdə 2016 1208 nömrəli əmtəə nişanı şəhadətnaməsi verilmişdir. xx.xx.2017-ci il tarixdə “Rakuşeçka” əmtəə nişanına dair mülkiyyət hüququ İddiaçı2-nə verilmişdir. İstehsalat Birliyi “xxxx” Xüsusi SC, İddiaçı2 və İddiaçı3 SC Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və X10 Komitəsinin Apelyasiya Şurasına iddia ilə müraciət edərək, “Rakuşecka” adlı əmtəə nişanının onlara aid olduğunu əsas gətirməklə, “Rakuşeçka” əmtəə nişanının “xxxx” MMC-nin adına qeydiyyata alınması barədə Komitənin xx.xx.2016-cı il tarixli qərarına etiraz etmişdir. Standartlaşdırma Metrologiya və X10 Komitəsinin Apelyasiya Şurası xx.xx.2018-ci il tarixli qərarı ilə iddianı təmin etməkdən imtina etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır k i, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına “Rakuşeçka” adı altında “peçenyelər məmulatları idxal edilmişdir. Lakin “xxxx” MMC tərəfindən “Rakuşeçka” adlı əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyata alınmışdır. İddiaçının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə və 29-cu maddəsinə istinadı əsassızdır. Bundan sonra iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X10 Komitəsinin Apelyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1525 saylı qərarının tamamilə ləğv edilməsi və «Rakuşeçka» əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, № 2016 1208 nömrəli şəhadətnamənin etibar sız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini tələbini əsaslandırarkən işin yuxarıda göstərilən faktik halları göstərmiş, əlavə olaraq bildirmişdir ki, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.8.2-ci bəndinə görə kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5 və 29.7.1-29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur. Həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tədqiq olunur. Nişanların oxşarlığını müəyyən edərkən, Qaydaların 29.6.3-cü “Qrafiki (görünüşlü) oxşarlıq”, 29.6.4-cü “Məna etibarı ilə”, 29.6.5-ci “Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstəril ənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif qarışmalarda (birləşmələrdə) nəzərə alına bilər”. 29.7.1-ci bəndə əsasən “Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur”, 29.7.2-ci “Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir”, 29.8.1-ci “Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər”, 29.8.2-ci “Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5 və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur”, 29.9.1-ci “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır” və 29.9.2-ci “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır” bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. Qaydaların 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlardakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. “xxxx” MMC-nin adına qeydə alınmış əmtəə nişanı ilə iddiaçıların adına qeydə alınmış “Rakuşeçka” əmtəə nişanının bütün elementləri eynidir. Apelyasiya şurasının yuxarıda qeyd olunan qərarında göstərdiyi «“xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına “Rakuşeçka” adı altında peçenye məmulatları idxal edilmişdir. Lakin “xxxx” MMC tərəfindən “Rakuşeçka” adlı əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyata alınmışdır» dəlili, onların iddiaçının rədd olunmasına əsas vermirdi. Çünki “Əmtətə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində əks olunmuş «əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Kovensiyas”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə v ə ya dolayısı ilə əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə... əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir» müddəasının tətbiq olunması üçün məhsulun Azərbaycan Respublikasına idxal olunması vacib şərt hesab edilmir və Paris Kovensiyasının üzvü olan ölkələrin hər hansı birində əmtəə nişanının qeydiyyata alınması kifayətdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri Standartlaşdırma Metrologiya və X10 Komitəsinin Apelyasiya Şurasının xx.xx.2018-ci il tarixli qərarında iddianı təmin etməkdən imtinanın dəlilləri ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3440/2018) saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullay eva) iddia təmin edilərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X10 Komitəsinin Apelyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1525 saylı qərarının tamamilə ləğv edilməsi və «Rakuşeçka» əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, № 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3, 5, 6, 29, 31-ci maddələrinə, “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 2-ci maddəsinə istinad etməklə, belə hesab etmişdir ki, Azərbaycan Res publikasının xx xxxxxxxx 1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, xx xxxxxx 1998-ci il tarixdən qoşulduğu “Ədəbi və Bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-775/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3440/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2572/2019 saylı, xx xxxxxxx x 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-775/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2871/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abiyeva) ücüncü şəxs “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3440/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə gö rə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin birinci instansiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin bu tələblərinə riayət etməmişdir. İddiaçılar cavabdehin verdiyi xx xxxxxxx 2016-cı il tarixli, 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, iş materiallarında sözügedən şəhadə tnamə mövcud olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia predmetlərindən biri olan şəhadətnaməni İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin müəyyən etdiyi kimi sübut olaraq tələb etməmiş, nəticə etibarı ilə də araşdırmamış və həmin sənəd işdə ümumiyyətlə olmadığı halda ona hüquqi qiymət verərək şəhadətnaməni etibarsız hesab etmişdir. Həmçinin iddia tələbi təmin edilərkən cavabdehin mübahisələndirilən qərarında qeyd edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxxx 2018-ci il tarixli məktubunda göstərilmiş məlumatları nəzərə almamış və nəticə etibarı ilə iş üzrə sübutları araşdırmamışdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş sənədlərdən cavabdeh tərəfindən üçüncü şəxsin adına “Rakuşeçka” əmtəə nişanı qeydə alınarkən iş üzrə ekspertizanın müsbət rəyi al ınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı şəhər 1 saylı İnzibati-İqtisadi Məhkəməsində işə baxılarkən hakim cavabdehdən icraat materiallarının məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Cavabdeh öz cavab məktubuna iddiaçı tərəfindən təqdim edilmiş sübutları məhkəməyə göndərmişdir (bax iş materialları səh. 54). Əlavə edilmiş sənədlərin siyahısında həm şəhadətnamənin (bax iş materialları səh. 54) həm ixrac sənədlərinin (yük bəyannamələrin və spesifikasiyaların (bax iş materialları səh. 55) əlavə edilməsi sübuta yetirilir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərarının 6-ci səhifəsində qeyd edilir ki, iş materiallarından görünür ki, “Rakuşeçka” adlı əmtəə nişanı xx xxxxxxxx 2004-cü il tarixində 43479 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edildiyi ana həmin sübut iş materiallarında mövcud olmuş və məhkəmə həmin sübuta dəqiq istinad etmişdir. İşə son dəfə Bakı Apelyasiya Məhkəməsində baxılan zaman, son məhkəmə iclasında sözügedən sənədlərin (şəhadətnamə və ixrac sənədlərinin) iş materiallarının içərisində olmamasını müəyyən edərək məhkəməyə dərhal məlumat vermişlər. Lakin məhkəmə bu kimi vacib əhəmiyyətli məsələyə məhəl qoymamış və xx.xx.2019-cü il tarixdə yekun qərarı elan etmişdir. Bununla da, hesab edir ki, məhkəmə İPM-nin 12.1-ci və 12.2-ci maddəl ərin tələblərini pozmuşdur. “xxxx” MMC-nin “xxxx” şirkəti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, “xxxx” şirkəti və “xxxx” MMC arasında qənnadı məmulatların və tort məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxx” MMC “xxxx” şirkətinin qənnadı məmulatlarının və tort məmulatların Azərbaycanda satışını təşkil edirdi. “xxxx” şirkəti və “xxxx” MMC arasındakı münasibətlərdən irəli gələn əlavə olunan sənədlərdən görünür ki, “xxxx” şirkəti “xxxx” MMC-ni qənnadı məmulatları və tort məhsulları ilə Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi. Həmin sənədlər Ukrayna Respublikasında notarial qaydada təsdiq olunmuş, sonradan Azərbaycan dilinə tərcümə edilmiş və həmin tərcümə isə 1 saylı notariusda təsdiq edilmişdir. Apelyasiya məhkəməsi öz qərarında Dövlət Gömr ük Komitəsinin xx xxxxx 2018-ci il tarixli cavab məktubuna istinad edərək bildirmişdir ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına “Rakuşeçka” adı altında peçenye məmulatları daxil edilmiş, lakin “xxxx” MMC tərəfindən “Rakuşeçka” adlı əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyata alınmışdır. Bu yanlış bir yanaşmadır, ona görə ki, həm “peçenye” həm də “konfetlər” məmulatları Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatı Əmtəə və Xidmətlərin 30-cu sinifinə aiddir (Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatı ilə http://patent.gov.az/ files/nice.az.pdf linki vasitəsilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin vebsaytında tanış olmaq mümkündür). Nəticə etibarı ilə “xxxx” MMC-nin qanunsuz 2016 1208 saylı qeydiyyatı “xxxx” şirkətinin qeydiyyatı üçün maneədir və son uncu Azərbaycan Respublikasının ərazisində öz qeydiyyatını tamamlaya bilmir. Nəzərə alınmalıdır ki, “Rakuşeçka” peçenyesi ilə bağlı “xxxx” şirkətinin iki qeydiyyatı var - onlardan biri peçenyenin xarici görünüşünü əks etdirən və onu qoruyan qeydiyyat, o biri isə məhsulun adını qoruyan qeydiyyatdır (“Rakuşeçka”, rus hərfləri ilə yazılış). Onlardan məhz ikincisi hazırki işin predmetini təşkil edir. “Rakuşeçka” peçenyesi və həmin peçenyenin xarici görünüşünü əks etdirən qeydiyyat və “xxxx” şirkətinə aid və birincini təqlid edən qeydiyyat ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı var. Sözügedən qanuni qüvvəyə minmiş aktın əsaslandırma hissəsində göstərilmişdir ki, iddiaçı “xxxx” ilə “xxxx” MMC arasında 2010-cu il tarixdən başlayaraq ayrı-ayrı tarixlərdə “xxxx” MMC-yə göndərilən məhsul ların içində “Rakuşeçka” adlı şirin peçenye də olmuşdur. “xxxx” MMC iddiaçının (“xxxx”nin) distribyutoru kimi adı çəkilən peçenyelərin Azərbaycanda satışını həyata keçirmişdir. İndiyə qədər “xxxx” şirkətinin “xxxx” MMC-yə qarşı 8 qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul olunmuşdur. Hər bir iş üzrə “xxxx” MMC-nin “xxxx” şirkətinin Azərbaycan Respublikasının ərazisində 2016-ci ilə qədər rəsmi distribyutoru olduğu faktı artıq müəyyən olunmuşdur. Bütün bu qərarları Bakı Apelyasiya Məhkəməsinə təqdim etməsinə baxmayaraq, məhkəmə bu qərarlar ilə müəyyən edilmiş faktları hazırki inzibati iş üçün qəbul etməmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdil. Üçüncü şəxsin vəkili X2, nümayəndələri X3 və Babaşov Emin Söhbət oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Onların ümumi hüquqi mövqeyinə görə, “Rakuşeçka” əmtəə nişanının “xxxx” MMC-nin adına qeydiyyata alınmasının qanunsuz olması barədə gətirdiyi bütün dəlillər əsassız və qanunsuzdur. Əvvəla, “Rakuşeçka” adlı əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınarkən, bu əmtəə nişanı başqa şəxsin adına qeydə alınmamışdı. Həmçinin iddiaçıların göstərdiklərinin əksinə olaraq, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifikasiyalardan da görün ür ki, “Peçenye təsviri” nişanlı peçenyelər “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmədiyi qeyd olunmuşdur. xxxx” MMC-yə məxsus “Rakuşeçka” adlı əmtəə nışanını xx xxxxxxx 2016-cı il tarixdə qeydiyyata alınan zaman, habelə 2018-ci ildə iddiaçı tərəfindən verilən etiraza baxılan zaman Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X10 Komitəsinin Apelyasiya Şurasında həmin nişanın ekspertizası aparılmış və Şuranın xx xxxxx 2018-ci il tarixli, E-1525 saylı qərarı ilə “Rakuşeçka” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli, 2016 1208 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair etirazı əsassız olduğu üçün təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin verdikləri apelyasiya şikayətində qeyd etdikləri kimi, məhkəmə m üvafiq məhkəmə ekspertizası təyin etmədən özü ekspert qismində çıxış edərək əmtəə nişanlarının eyniliyi barədə nəticəyə gələ bilməz. İddiaçı tərəfin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə istinadən “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinin tələblərinin pozulduğu barədə dəlili də düzgün deyildir. Əksinə “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın hazırki işdə istnad olunmalı 6-cı maddənin 3-cü bəndinə görə ittifaqın hər hansı ölkəsində lazımı şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərə alınmalıdır. Həmçinin iddiaçı tərəfin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddə sinə istinadı da əsassızdır. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafı göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Nəzərə alınmalıdır ki, “xxxx” MMC qeyd olunan əmtəə nişanını qanunla müəyy ən edilmiş qaydada qeydiyyatdan keçirmişdir və belə olan halda qeyd olunan hüquq normasına istinad oluna bilməz. Eyni zamanda bundan əvvəl verdikləri apelyasiya şikayətində qeyd etdikləri kimi, “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinə və həmin maddənin 6-cı bəndi də hazırki işdə “xxxx” MMC-nə qarşı tətbiq oluna bilməz. Həmin Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə “Ədəbi və bədii əsərlər” termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Bu maddə ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu Konvensiyanın predmeti kimi nəzərdə tutmamışdır. Həmçinin xüsusi diqqət yetirilməli olan hallardan biri ondan ibarətdir ki, “xxxx” MMC-nin adına qeydiyyata alınmış “Rakuşeçka” əmtəə nişanı 30-cu sinifə aid “konfetlər” əmtəələrinə aiddir. Lakin iddiaçıların adına qeydə alınmış “Rakuşeçka” əmtəə nişanı başqa siniyə aiddir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisə, iddiaçının adına əvvəl qeydə alınmış “Rakuşecka” adlı əmtəə nişanının, onun icazəsi olm adan sonradan üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi ilə bağlıdır. Bu mübahisənin həlli üçün həmin münasibətləri tənzimləyən aşağıdakı maddi hüquq normalarına istinad olunmalıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göst ərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətini n mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Normaların məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağ an olunmasını tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən gətirdiyi dəlillərdən biri ondan ibarətdir ki, iddiaçı üçüncü şəxsin adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli *** **** saylı şəhadətnamənin ləğvini xahiş etmişdir. Lakin həmin şəhadətnamə iş materiallarına əlavə olunmamışdır və məhkəmə işdə olmayan sənədə qiymət verərək şəhadətnaməni etibarsız hesab etmişdir. Həqiqətən də üçüncü şəxsin adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli *** **** saylı şəhadətnamə birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Lakin bu xüsusat özlüyündə iddianın rədd olunması üçün əsas deyildir, çünki apelyasiya instansiyasının işə baxmış kollegiyası həmin şəhadətnaməni tələb edib işə əlavə etmişdir. Üçüncü şəxsin sözügedən əmtəə nişanı altında olan məhsulların al ınmadığı barədə dəlilləri iş materialları ilə təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan, satıcı «xxxx» Səhmdar Cəmiyyəti ilə alıcı “xxxx” MMC arasında Ukrayna Respublikasının Donetsk şəhərində xx.xx.2012-ci il tarixdə bağlanmış 1266/12 saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinə müvafiq olaraq satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadı məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə şərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etmək öhdəliyini götürmüşdür. Müqavilədən görünür ki, təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və (və ya) satıcı tərəfindən qanuni əsaslarla satılır. Alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırki müqavilə üz rə əldə edir. Müqavilənin qüvvədə olma müddəti malın çatdırılmasına aid hissədə xx xxxxxx 2013-cü il tarixədək, maliyyə öhdəlikləri hissəsində isə onların tam icra edilməsinədək müəyyən edilmişdir. Satıcı «xxxx» Səhmdar Cəmiyyəti, alıcı “xxxx” MMC və yük alan “xxxx” MMC-nin arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1266/12 saylı müqaviləyə 1 saylı əlavə razılaşmadan görünür ki, tərəflər malların yük alanın müqavilədə göstərilən ünvanına Naxçıvan Muxtar Respublikası ərazisində yayılması üçün göndərilə bilər. Bu halda alıcı malın tədarükünə dair ərizədə məlumat verir. Alıcı ilə yükalan arasında olan münasibətlər, alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməsinə və onun məsuliyyətinə təsir göstərmir. Müqavilə şərtləri yükalanın təqsiri üzündən pozulduğu halda da məsuliyyəti alıcı daşıyır. O cümlədən, xxxx” MMC ilə iddiaçı arasında bağlanmış 1266/8/12 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə dair 130 saylı 17.01,2013-cü il tarixli hesab-faktura və spesifikasiyaya əsasən, həmin sənədlər əsasında “Rakuşeçka” adlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyi, yəni “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Apelyasiya məhkəməsi iddia tələbini rədd edərkən oxşar xarakterli işlər üzrə Ali Məhkəmənin presedent xarakterli qərarlarını nəzərə almamış və “xxxx” MMC tərəfindən “Rakuşeçka” adlı əmtəə nişanı 30-cu sinif “konfetlər” əmtəələri üzrə qeydiyyata alındığını araşdırmamışdır. Belə ki, həm “peçenye” həm də “konfet” məmulatları Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatı Əmtəə və Xidmətlərin 30-cu sinifinə aiddir. Buna görə də üçüncü şəxsin iddiaçıya məxsus qənnadı məhsullarını idxal etmədiyini mübahisələndirən dəlilləri əsaslı deyildir və yuxarıda sadalanan hallar iddiaçıya məxsus əmtəə nişanlı malın üçüncü şəxs vasitəsilə satılmasına dair sənədlərin 2016-cı ildən əvvəl tərtib edilməsini və Azərbaycan Respublikasına idxal olunduğunu təsdiq etdiyindən bununla bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. İş materiallarından görünür ki, üçüncü şəxs iddiaçı olan müəssisələrlə 2010-cu ildən etibarən bir neçə alqı-satqı müqaviləsi bağlamış, müxtəlif qida məhsullarını, xüsusilə qənnadı məhsullarını almışdır. Bu hallar üçüncü şəxsin iddiaçının məhsulları ilə yaxından tanış olduğuna dəlalət etməklə yanaşı, onun “Rakuşeçka” adlı əmtəə nişanının iddiaçıya məxsus olduğunu bildiyi barədə etibarlı nəticəyə gəlməyə əsas verir və i ddiaçılara məxsus olan əmtəə nişanını öz adına eyni adla qeydiyyata aldırmaq vasitəsilə istehlakçılar arasında yanlış təəssürat yaratmaq məqsədi güddüyünü büruzə verir. Ona görə də iddiaçılar qeydə alınmış “Rakuşeçka” əmtəə nişanının sahibləri kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun normalarına istinad etməklə, habelə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 1999-cu il tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın mühafizə qabiliyyətinin meyarları adlanan 3-cü bəndində qeyd edilir ki, əmtəə nişanının təyinatına uy ğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Qaydaların 29.3-cü bəndinə əsasən, bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Apelyasiya instansiyası iddianı rədd edərkən istinad etdiyi digər əsas ondan ibarətdir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən ca vabdeh tərəfindən üçüncü şəxsin adına “Rakuşeçka” əmtəə nişanı qeydə alınarkən iş üzrə ekspertizanın müsbət rəyi alınmışdır. Bu dəlillə bağlı kollegiya qeyd edir ki, əvvəla cavabdeh tərəfindən aparılmış ekspertizanın tədqiqat predmetini iddiaçıların adına qeydə alınmış “Rakuşeçka” əmtəə nişanının kombinasiyasını təşkil etməsi iş materialları ilə sübut olunmur. Halbuki, Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsinə əsasən bu cür sübut təqdim etmə vəzifəsini cavabdeh tərəf daşıyır. Bundan başqa, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən müəyyən edilir ki, həm iddiaçılara məxsus olan nişan “Rakuşeçka” adlanır, həm də “xxxx” MMC-yə məxsus olan nişan eyni olaraq “Rakuşeç ka” adlanır. Əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası üst-üstə düşür. Əmtəə nişanlarının hər biri yalnız rus dilində və rus əlifbası hərfələri ilə yazılmış “Rakuşeçka” sözündən ibarətdir və müqayisə olunması üçün xüsusi bilik tələb etməyən dərəcədə aşkar elementlərinə görə bu əmtəə nişanları tam olaraq eynidir və qarışdırılacaq dərəcədə bənzərdir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyə n fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır və eyni zamanda 29.6.1-29.6.3-cü maddələrinə əsasən, sözlərdən ibarət nişanların oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlıqlarla müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymayaraq qeyd edir ki, “xxxx” MMC-nin adına xx xxxxxxx 2016-cı il tarixində qeydiyyata alınmış «Rakuşeçka» adlı kombinasiya edilmiş əmtəə nişanı iddiaçının adına xx.xx.2004-cü il tarixində 443479 nömrə ilə qeydiyyata alınmış “Rakuşeçka” əmtəə nişanının kombinasiya edilmiş təsviri hissəsinə əsasən yaradılmışdır və eynilik təşkil edir. Yuxarıda qeyd olunduğu kimi “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan R espublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. xx xxxxxxxx 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. 6 bıs maddəsi (İşarələr: məlum əmtəə işarələri) (l) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan ve rirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin, yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu Konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. 6-serties maddəsi (İşarələr: sahibkarın icazəsi olmadan onun agenti, yaxud nümayəndəsi tərəfindən qeydiyyat) A.(1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcə də bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:...ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)... “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları adlanan 5-ci bəndində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları... “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinə əsasən, əmt əə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsində qeyd edilir ki, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:... Əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Sadalanan normativ hüquqi aktların tələbinə görə iddiaçıya mənsub “Rakuşeçka” adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında qeydə alınmasa da, Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na əsasən mühafizə olunur. Əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında oxşar əmtəələr onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə (distrubuterinə) onun istifadəsinə icazə verilmədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Əmtəə nişanı qüvvədə olduğu müddətdə “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, şəhadətnamə etibarsız sayılır. “Paris Konvensiyası”nın üzv ölkəsi olan Azərbaycan Respublikasında nişan sahibi olan üçüncü şəxs əvvəllər həm də iddiaçının Azərbaycan Respublikasında distributeri olmuş, ona mənsub malların satışı və dağıtımı ilə məşğul olmuşdur. Üçüncü şəxsə məxsus “Rakuşeçka” əmtəə nişanı iddiaçıya mənsub nişanın təqlidi olmuşdur. İddiaçının üçüncü şəxsə verilmiş “Rakuşeçka” nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. Üçüncü şəxs iddiaçının razılığı olmadan ona mənsub peçenyenin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehs alı ilə məşğul olub qanunsuz olaraq əmtəə nişanı almışdır. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə görə haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaş a təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Üçüncü şəxs tərəfindən adı çəkilən Qanunun tələbləri pozularaq iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. Bəhs olunanlara əsasən, cavabdehin apelyasiya şurasının qərarının ləğv olunması və əmtəə nişanının üçüncü şəxsin adına qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız sayılması barədə iddia əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsa sən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2871/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azər baycan Respublikasının Standartlaşdırma, Metrologiya və X10 Komitəsinin Apelyasiya Şurasının xx xxxxx 2018-ci il tarixli, E-1525 saylı qərarı ləğv edilsin. «Rakuşeçka» əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli 2016 1208 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar