Məhkəmə qərarları › İş №2-1(102)-1016/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1016/2024

19.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1016/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: imtinanın ləğv edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X1rşı “cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-936/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X8 arasında xx.xx.2019cu il tarixdə nikah bağlanmışdır.

2. Notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən yetkinlik yaşına çatmayan X9 və X3 bioloji atası X11 övladlarının iddiaçı tərəfindən övladlığa götürülməsinə razılıq vermişdir.

3. Övladlığa götürmə ilə bağlı tibbi arayışa əsasən iddiaçı ilə bağlı hər hansı bir xəstəlik aşkar edilməyərək sağlam diaqnozu qoyulmuşdur.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X13 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci il tarixdə anadan olmuşdur. O, X8 ilə rəsmi nikaha daxil olmuş, hazırda bir ailə kimi xoşbəxt və mehriban şəkildə iddiaçıya məxsus fərdi yaşayış evi olan ünvan 1 ünvanında yaşayırlar. X5 əvvəlki nikahdan 26 dekabr 2007-ci il təvəllüdlü X9 və 19 dekabr 2008-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Hazırda uşaqlar iddiaçının yanında və himayəsindədirlər. İddiaçı onlar üçün əlindən gələn hər bir şeyi yüksək səviyyədə təşkil edir. Uşaqlar ona ata deyərək müraciət edirlər və iddiaçı onları övladı kimi qəbul edir. Hazırda övladları Xəzər Universiteti Sumqayıt Dünya Məktəbində təhsil alırlar. Hər birinin təhsil haqqısı 6000 və 5500 (digər uşaq) manat təşkil edir. Övladlarının oxuduğu təhsil ocaqlarında hər kəs, sinif yoldaşları belə uşaqların atasının iddiaçı olduğunu bilirlər. Sinif yoldaşlarına iddiaçını atası kimi təqdim edirlər. Lakin sənəddə ata adı qrafasında iddiaçı göstərilmədiyindən bu uşaqlara psixoloji təsir edir və onlar mənəvi cəhətdən sarsıntı keçirirlər. Belə ki, uşaqların bioloji atası onlarla maraqlanmır, heç bir əlaqələri yoxdur. Uşaqlar ona görə doğma ata kimi iddiaçını görür və sinifdə isə ata adının fərqli səslənməsi, şəxsiyyət vəsiqələrində ata adının başqa olması onlarda psixoloji travma y aradır. Uşaqların bioloji atası Rasim Hüseynov övladlarını iddiaçının övladlığa götürməsinə razı olmuş və bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi də vardır. X12 atası Nart Şahin və anası Zemfira Qəniyeva uşaqların iddiaçının övladlığa götürməsinə belə razıdırlar. Həmin razılıq da notarial qaydada təsdiq edilmişdir. Övladlığa götürməklə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etməyi tövsiyə etmişlər. İddiaçı qanun çərçivəsində bütün sənədləri yığaraq 17 mart 2023-cü il tarixdə Sosial Xidmətlər Agentliyinə təqdim etmiş, rəsmi qaydada qeydiyyatdan keçmiş və müraciəti dərhal qeydə alınmışdır. 26 may 2023-cü il tarixdə iddiaçıya imtina verilmişdir. İmtinanın səbəbi kimi isə bir cümlə olaraq “uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn namizədi n müraciətindən imtina edilir" deyə yazılmışdır. Hazırda cavabdeh orqanla əlaqə saxlamağa çalışsalar da, imtinanın səbəblərinin aydın şəkildə izah edilməsini, həmin imtinanın ərizə şəklində iddiaçıya təqdim edilməsini xahiş etsələr də ona imtinanın yalnız onlayn qaydada həmin formada olmasını bildirmişlər

6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində həyat yoldaşı X5 X11 ilə birgə nikahından olan X9 və X3 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. Ögey ata tərəfindən övladlığa götürmə üzrə müraciət etmiş valideyn-namizəd İddiaçı müraciətinin uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, iddiaçı ərizə üzrə onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X22 və X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə TƏBİB tərəfindən müəyyən edilmiş tibbi arayış təqdim etməmişlər. Həmçinin, valideyn namizədin təqdim etdiyi Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsi 20-ci mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin 39 nömrəli, 06 mart 2023-cü il tarixli ailə tərkibi haqqında” arayışına əsasən X22 və X2 valideyn-namizədlə birgə eyni ünvanda yaşamadıqları məlum olmuşdur. Bu qeyd edilənləri nəzərə alaraq, valide ynnamizədin müraciətindən qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən xx.xx.2023-cü il tarixdə imtina edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3624/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim İ.Burcayev) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X21 tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizədə uşaqların bioloji atasından əlavə iddiaçının həyat yoldaşı Günay Həşimovanın valideynləri tərəfindən də yetkinlik yaşına çatmayan uşaqların iddiaçı tərəfindən övladlığa götürülməsinə etiraz edilməyərək razılıq ver ilmişdir. Bundan əlavə işdə olan xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışda iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri içərisində X8, X9, X7 və X4 adları qeyd olunmuşdur. X22 və X6 iddiaçı valideyn-namizəd və onun ailə üzvü ilə birgə yaşamadıqlarından onların tibbi müayinədən keçməsi zərurəti aradan qalxmış olur. İddiaçının bütün zəruri sənədləri qanuna müvafiq qaydada təqdim etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən əsassız olaraq imtina edilməsi iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların sosial-iqtisadi hüquqlarının pozulmasına səbəb olur. Ona görə də cavabdeh təşkilat tərəfindən verilən 06 may 2023-cü il tarixli imtina ləğv edilməli, iddiaçı tərəfindən övladlığa götürmə ilə bağlı digər zəruri hərəkətlərin qanun çərçivəsində həyata keçirilməsinə əsassız müdaxilələr mövcud olmamalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)936/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova sədrlik edən və məruzəçi, H.Babayeva və A.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu qərar məhkəmə tərəfindən maddi hüquq normaları düzgün şəkildə tətbiq edilməyərək qəbul edilib və ləğv olunmalıdır.

14. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-936/2023 saylı xx.xx.2023- cü il tarixli qərarı ləğv edilməli, iddia mümkünsüz hesab edilməlidir.

15. Hal-hazırkı iddia mübahisələndirmə növündə verilən iddiadır, lakin bu iddiaya mübahisələndirmə kimi baxıla bilməz. Çünki, iddiaçı qərarın ləğv olunmamı istəyir. Lakin qərarın ləğv olunması iddiaçının istəyinə çatmasına xidmət etmir Hüquqi marağına çatmasına kömək etmir. Hesab edirik ki, qərarın ləğv edilməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, mübahisələndirməyə dair iddialarda mübah isələndirilən qərar şəxsin hüquqlarına müdaxilə etmiş olmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtina nəticəsində iddiaçının hüquqi vəziyyətində dəyişiklik baş verməmiş və iddiaçının hüquqları olduğu kimi qalmış, dolayısıyla hüququna müdaxilə olunmamışdır. Hesab edirik ki, iddianın növü düzgün seçilməyib, prosessual baxımından tələb düzgün qoyulmamışdır. İnzibati aktın qəbul edilməsi nəticəsində iddiaçının hüquqlarına müdaxilə edən qərar mövcud deyildir. Mübahisələndirməyə dair iddialar isə hüquqa dair müdaxilə olunan qərarlardan, əlverişsiz inzibatı aktlardan verilə bilər və ləğv oluna bilər. Hazır ki, işdə cavabdeh tərəfindən qəbul edilmiş akt əlverişsiz inzibati akt olmadığından, iddiaçının hüquqlarına hər-hansı bir müdaxilə olunmamışdır. Odur ki, hesab edirik ki, iddianın növü hissəsində prosessual baxımdan səhvə yol verilmişdir.

16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh şikayətində apellyasiya məhkəməsinin qərarının tam ləğv edilməsini, İddiaçı cavabdeh 'Sosial Xidmətlər Agentliyi"-nə qarşı “cavabdeh tərəfindən verilmiş 05 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin mümkünsüz hesab olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Pros essual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də i şin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəlləsinin “İnzibati məhkəmə icraatının prinsipləri” adlanan İİ fəslində hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün iki önəmli prinsip yer almışdır, belə ki, “işin hallarının araşdırılması prinsipi” (maddə 12) və “məhkəmənin yardım etmək vəzifəsi” (maddə 13).

22. Məlum olduğu kimi, İPM-in 12.1-ci maddəsində məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2

3. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

24. Həmin Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

25. Lakin iş materiallarından göründüyü kimi hazırk ı inzibati mübahisəni həll etmiş məhkəmələr sözügedən maddi hüquq normalarının tələblərinə riayət etməmişlər.

26. Belə ki, iddiaçı məhkəmədə qaldırdığı iddia ərizəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Lakin iddiaçı cavabdehin həmin imtinasını məhkəməyə təqdim etməmiş, sadəcə olaraq iddia ərizəsində “İmtinanın səbəbi kimi isə bir cümlə yazılmışdır: “uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn namizədin müraciətindən imtina edilir”, göstərməklə kifayətlənmişdir.

28. Cavabdeh keçirilmiş məhkəmə iclaslarında sözügedən imtinanı təqdim etməmiş, məhkəmə isə iddia predm etini təşkil edən imtinanı tələb edib araşdırmalı olduğu halda, bunu etməmiş, yəni nəticə etibarı ilə də cavabdehin mübahisəli imtinası ümumiyyətlə işdə olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş, apellyasiya məhkəməsi isə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır.

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehdən sözügedən məsələyə dair rəy verilməsini istəyir ki, bu da onun hüququdur.

30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən özü İPM-in 13-cü maddəsində müəyyən edilmiş yardım etmək vəzifəsindən mütləq q aydada istifadə etməlidir.

31. Eyni zamanda apellyasiya məhkəməsində işə təkrar baxılarkən nəzərə alınmalıdır ki, iş materiallarından göründüyü kimi, işdə olan nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X8 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır.

32. Bununla yanaşı işə əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən yetkinlik yaşına çatmayan X9 və X3 bioloji atası X11 övladlarının iddiaçı tərəfindən övladlığa götürülməsinə razılıq vermişdir.

33. Bundan başqa işdən göründüyü kimi iddiaçı övladlığa götürmə ilə bağlı tibbi arayış təqdim etmiş və onda qeyd olunan xəstəliklər (infeksion xəstəlik, ruhi xəstəlik və s) aşkar edilməmişdir (həmin arayış “Təbib” tərəfindən verilmişdir).

34. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən notarial qaydada təsdiq edilmiş ə rizədə uşaqların bioloji atasından əlavə iddiaçının həyat yoldaşı Günay Həşimovanın valideynləri tərəfindən də yetkinlik yaşına çatmayan uşaqların iddiaçı tərəfindən övladlığa götürülməsinə etiraz edilməyərək razılıq verilmişdir. Bundan əlavə işdə olan xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışda iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri içərisində X8, X9, X7 və X4 adları qeyd olunmuşdur. X22 və X6 iddiaçı valideyn-namizəd və onun ailə üzvü ilə birgə yaşamadıqlarından onların tibbi müayinədən keçməsi zərurəti aradan qalxmış olur.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 20 dekabr 2023cü il tarixli qərarı ləğv edilməli, işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmə li, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-936/2023 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar