Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1017/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şəxsin Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı (X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-3174/2024 saylı qərarından üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə üçüncü şəxs X5 birgə nikahlarından Çapar X15 Nuri və X19 Nuri adlı övladları doğulmuşlar.
2. Üçüncü şəxs X9 övladları Çapar X15 Nuri və X19 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 01 avqust 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X15 Nurinin və həmin tarixli ******* nömrəli qərarı ilə 08 iyun 2019-cu il təvəllüdlü X19 Nurinin Azərbaycan R espublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 08 iyun 2019-cu il təvəllüdlü X19 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X15 Nuri barəsində övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı qərarların ləğv edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyun 2019-cu il tarixli X19 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X3 övladlarıdır və birgə nikahda olduğu X4 doğulmuşdur. X1 ilə nikahlarına xitam verilməsi barədə Türkiyə Respublikasının İstanbul şə hərində məhkəmə prosesi gedir və proses 2022-ci ilin əvvəllərindən başlanmışdır. Razılığı olmadan hazırda nikahlarına xitam verilmək üzrə olan Türkiyə Respublikası vətəndaşları olan övladları adından cavabdehə müraciət edərək şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı Qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsasında cavabdeh hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun təqdim edildiyindən, sorğu əsasında mənsubiyyəti tanınmışdır. Lakin cavabdehin qərarları əsassız olmuşdur.
6. Cavabdeh iddia ərizəsinə etira z təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı X5 xx.xx.2022-ci il tarixli sorğusu əsasında övladları – Çapar X15 Nurinin və X19 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınması barədə xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli qərarlar qəbul edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci bəndinə əsasən şəx s Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuşdursa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.6-cı bəndinə əsasən sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir. İcraat materiallarından göründüyü kimi Çapar X15 Nurinin və X19 Nurinin anası X9 Azərbaycan Respublikasının vətəndaşıdır (şəxsə məxsus müvafiq şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları etiraza əlavə edilir). Odur ki, iddia əsassız olduğundan təmin ed ilməməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11565/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Üçüncü şəxs iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o, Çapar X15 Nurinin və X19 Nurinin valideyni olaraq Azərbaycan Respublikası vətəndaşı olduğundan qanunvericiliyə də uyğun olaraq övladlarına da Azərbaycan Respublikası vətəndaşlığı verilə bilər. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün valideynlərin razılığının olması tələb edilmir. Belə ki, həmin Qaydanın 3.4-cü bəndində hansı sənədlərin tələb olunması birbaşa göstərilmişdir və iddiaçının iddia irəli sürdüyü sənəd həmin sənədlər siyahısında mövcud deyildir. Qanunvericilikdə nəzərdə tutulur ki, bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri təqdim edilir. Qaydanın 4.2-ci bəndində isə qeyd edilir ki, bu Qaydanın 4.1.6-4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. Beləliklə, uşaqların Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün X18 razılığı tələb edilmir. Çapar Cəmilə və İddiaçı arasında məişət zəminində baş verən narazılıqlar səbəbindən, tərəflər arasında ailə münasibətlərinin davam etməsi mümkün olmadığından Çapar Cəm ilə Azərbaycan Respublikasına qayıtmış, nikaha xitam verilməsi tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra da qanunvericiliklə nəzərdə tutulmuş qaydada, qanunun tələblərinə uyğun olaraq övladlarının qanuni nümayəndəsi olaraq onların Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün müraciət etmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
9. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-1571/2024 saylı qərarı ilə (hakim X2) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə hər hansı bir qeyd-şərt olmadan doğulduğu anda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığı qeyd edilmişdir. Buna görə də cava bdeh inzibati orqan tərəfindən qəbul edilmiş vətəndaşlığa mənsubiyyətin tanınması haqqında xx.xx.2022-cü il tarixli qərarlar qanuni və əsaslı olmuşdur. Həmçinin, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın tələblərinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı validenylərinin razılığının tələb edilməsi nəzərdə tutulmamışdır.
11. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-3174/2024 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X11 və X8) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 21(112)-1571/2024 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, 08 iyun 2019-cu il təvəllüdlü X19 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X15 Nuri barəsində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı və ******* saylı qərarları ləğv edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının övladları əvvəlcə Türkiyə Respublikasının vətəndaşlığını əldə etmişdilər, yəni heç bir halda vətəndaşsızlıq vəziyyətində olmamışlar. Bu da onu deməyə əsas verir ki, onların (X15 Nurinin və X19 Nurinin) Azərbaycan Respublikasının vətəndaşlığına mənsu biyyətinin tanınması “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə olan halda onların “ikili vətəndaşlıq” statusu yaranmış olur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmam ış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur.
14. Üçüncü şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Belə ki, apellyasiya instansiya məhkəməsi qərarında faktlara və sübutlara istinad edilməmiş, əvəzində fərziyyələrlə əsaslandırılmış qərar qəbul edilmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının 4.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Göründüyü kimi qərarda hər hansı bir qeyd-şərt olmadan doğulduğu anda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığı qeyd edilmişdir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş vətəndaşlığa mənsubiyyətin tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarlar qanuni və əsaslı olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
52. Vətəndaşlıq hüququ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 19. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Kon stitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri ü zrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə
10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Maddə
17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, v ətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Kon stitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Maddə
18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Res publikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçü ncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətənd aşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra – Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir.
2. Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirildiyi hallar 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır....
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı bi ri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valide yni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs;... 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya ş ikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə icl asında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi rədd edilməlidir.
25. İddia tələbindən görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı övladlarının Azərbaycan Respublikasına mənsubluğunun tanınması barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların ləğvinə yönəlmişdir.
26. Birinci instansiya məhkəməsi iddia tələbini qanunvericiliyin müvafiq norma və müddəalarına zidd hesab etsə də, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayəti əsasında işə baxarkən iddianı əsaslı hesab etməklə, şikayətin təmin edilməsi qənaətinə gəlmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini qanuna müvafiq hesab etməyərək gəldiyi qənaəti aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
28. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasında duran və ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublik asının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
29. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda da Konstitusiyada təsbit edilmiş bu hallar təkrarlanmışdır. Belə ki, Qaydaların tələbinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın qərarı əsasında Azərbaycan Respublikasına mənsubiyyəti tanınan uşaqların anası (üçüncü şəxs X9) Azərbaycan Respublikasının vətəndaşı olduğundan Konstitusiyanın tələbinə görə ondan doğulmuş uşaqlar da Azərbaycan Respublikasının vətəndaşıdır.
31. Apellyasiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə istinad etmişdir.
32. Adı çəkilən Qaydanın 4.4-cü bəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud oldu qda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
33. İşin hallarına görə X15 Nuri və X19 Nuriyə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. 34. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində isə Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyətindən bəhs olunur və bu norma da hazırkı işin hallarına tətbiq edilə bilməz.
35. Beləliklə, yuxarıda sadalanan və imperativ xarakterə malik olan normativ hüquqi aktların tələbinə əsasən doğulduğu anda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsub iyyəti tanınır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən uşaqların anasının Azərbaycan Respublikasının vətəndaşı olması əsası ilə qəbul etdiyi “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərarları qanuni və əsaslı olmuşdur.
36. Belə olan halda kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-3174/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarları n ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.