Məhkəmə qərarları › İş №2-1(102)-1020/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1020/2025

05.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1020/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın qismən, ona aid hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3097/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarına əsasən, İddiaçı QSC-yə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyriqanuni fəaliyyətin dayandırılması, duz mə hsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək, bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690473,13 (altı yüz doxsan min dörd yüz yetmiş üç manat on üç qəpik) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektləri nin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bərabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanması barədə göstəriş verilməsi qərara alınmışdır.

2. Həmin qərarla həmçinin, "xxxx" MMC-yə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması və duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etmə yərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü və 7-ci bəndlərinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 567974 (beş yüz altmış yeddi min doqquz yüz yetmiş dörd) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş antiin hisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya aid olan hissədə ləğv edilməsini və cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, “Azərbaycan X1” İctimai Birliyinin xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana daxil olmuş yazılı müraciətinə cavabdeh tərəfindən baxılaraq, İddiaçı QSC ("xxxx" QSC) barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə bağlı yoxlamalara başlanılmış, xx.xx.2022-ci il tarixli, FA-23 nömrəli əmr ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılaraq müvafiq Komissiya yaradılmış və həmin Komissiya tərəfindən yoxlama və inzibati araşdırma aparıldıqdan sonra xx.xx.2022-ci il tarixdə işə baxılmasının nəticələri haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin qərara əsasən, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri ni pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690473,13 manat məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bərabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanması barədə iddiaçıya göstəriş verilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçı bar əsində xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında, həmçinin “göstəriş” verilmişdir. Həmin “göstərişə” əsasən, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsinin təmin edilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bə rabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690473,13 (altı yüz doxsan min dörd yüz yetmiş üç manat on üç qəpik) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi iddiaçıdan tələb edilmişdir. Cavabdeh tərəfindən iddia çı barəsində aparılan sahibkarlıq sahəsində yoxlamalar dövlət reyestrində qeydə alınmadan qanunsuz aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun müddəalarına görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, “Azərbaycan X1” İctimai Birliyinin müraciəti əsasında cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamış, iddiaçıya yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış təqdim edilməmişdir.

5. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən istehsal olunan “ALFA EXT TBL DUZU_25KQ_CVL”, “AZERDUZ EXTRA NOV DUZ N.1_25KQ”, “AZERDUZ S.DUZU_500Q*20_SLND PLS”, “SALUTE ELA NOV YODLU X.DUZU_25KQ”, “SALUTE PENDİR-TRS DUZU_3KQ*5”, “SALUTE X.DUZU_1 KQ*16_PST” və “WATER BOSS EXT TBL DUZU_25KQ” adlı duz məhsullarının satış qiymətləri maya dəyərinin dəyişməsinə nisbətdə daha çox artırılaraq satılmaqla qiymət manipulyasiyasına yol verilmiş, bununla da, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur. İddiaçı ilə Novxanı bələdiyyəsi arasında bağlanmış və qüvvədə olan müqaviləyə əsasən 409,94 hektar torpaq sahəsi, o cümlədən su ilə örtülü hövzəsi (Mirzələdi gölü), "xxxx" QSC ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış və qüvvədə olan müqaviləyə əsasən, 68 hektar torpaq sahəsi, o cümlədən su ilə örtülü hövzəsi (Masazır gölü) 99 illik müddətdə tam həcmdə "xxxx" QSC-yə icarəyə verilib. "xxxx" QSC istehsal olunan insan qidalanması üçün yararlı o lan duz məhsullarını 2016-cı ildən, xam duz məhsulunu isə 2021-ci ildən etibarən, yalnız "xxxx" MMC-yə satmaqla qapalı satış şəbəkəsi yaratmış, bununla da, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 6cı bəndinin tələbləri pozulmuşdur. Xam duz ilin isti aylarında Mirzələdi və Masazır göllərinin ətrafında yaşayan sakinlər tərəfindən qeyd edilən göllərdən "xxxx" QSC-nin icazəsi ilə toplanaraq cəmiyyətin müəyyən etdiyi miqdarda və qiymətə satılır. Fiziki şəxslər tərəfindən "xxxx" QSC-yə təhvil verilən təmiz və bəyaz xam duzun bir ton üçün qiymətinin 2020-ci ildə 18,00 manat, 2021-ci ildə isə 20,00 manat, digər aşağı növ xam duzun bir ton üçün qiymətinin həm 2020-ci, həm də 2021-ci ildə 14,00 manat təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" QSC ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən, icarə obyekti (Masazır gölü) üçüncü şəxsə icarəyə verildiyi zaman qoyulmuş investisiyanın dəyəri cəmiyyətə ödənilməlidir. 2019-cu ildən 2022-ci ilin aprel ayına qədər olan dövr ərzində duz məhsullarının alışı ilə bağlı "xxxx" QSC-yə, həmçinin "xxxx" QSC tərəfindən istehsal olunan duz məhsullarının birbaşa istehsalçıdan alınması ilə bağlı digər bazar subyektləri tərəfindən Xidmətə heç bir müraciət daxil olmamışdır. Həmçinin təqdim edilmiş sənədlərə əsasən, "xxxx" QSC və "xxxx" MMC-nin səhmlərinin 100%-nin "xxxx" MMC-yə, "xxxx" MMC-nin səhmlərinin 63,3162%-nin "xxxx" MMC-yə, 36,6838%-nin isə "xxxx" MMC-yə, "xxxx" MMC-nin səhmlərinin 68,0809%-nin "xxxx" MMC-yə, 0,3192%-nin “X3” MMC-yə, 31,5999%-nin "xxxx" MMC-yə məxsus olduğu müəyy ən edilmişdir.”

6. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 24 aprel 2024-cü il tarixli, 21(112)-505/2024 nömrəli qərardadı ilə iddia cavabdehin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv edilməsi tələbinə dair hissəsində mümkün sayılmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(112)-505/2024 nömrəli qərarı ilə isə iddia “qərarın qismən ləğv edilməsi” hissəsində təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” qərarı qismən - İddiaçı QSC-yə aid hissədə ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qənaətinə görə, iddiaçı bazarda hökmran mövqe tutan təsərrüfat subyekti hesab olunduğu üçün (cavabdeh hesab edir ki, iddiaçının bazar payı 70 faizdən yuxarıdır) “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndi üzrə tələb və məhdudiyyətlər iddiaçıya münasibətdə tətbiq edilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da, bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətidir. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Həmin Qanunun 16-cı maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təklifi ilə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına (Antiinhisar və İs tehlak Bazarına Nəzarət Dövlət Xidməti) hesabat təqdim edirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.5-ci yarımbəndinə əsasən, bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biri də rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaqdır. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin dövlət reyestrinin aparılması vəzifəsinin olmasına baxmayaraq, İddiaçı QSC fəaliyyət göstə rdiyi müddət ərzində cavabdeh inzibati orqan tərəfindən bu cür dövlət reyestrində qeydə alınmamış, bu barədə ona hər hansı məlumat və ya bildiriş verilməmiş, iddiaçı bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri kimi hesabatlar təqdim etməmiş və ondan bu cür hesabatların təqdim edilməsi tələb edilməmişdir. Həmçinin qanunvericilikdə müəssisələrə öz bazar payını müəyyən etməklə inhisarçı müəssisə olub-olmamasını təyin etmək kimi vəzifə müəyyən edilməmişdir. Lakin cavabdeh qurum tərəfindən faktiki olaraq başqa hökmran mövqe tutan müəssisələr ("xxxx" MMC, “X4 fabriki” MMC, "xxxx" MMC) dövlət reyestrinə daxil edilib və onlara bu barədə rəsmi məktub, bildiriş göndərilmişdir. Həmçinin qeyd edilməlidir ki, əsaslandırılmamış qiymət artımı bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi kimi müəyyən olunduğu zaman “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndində göstərilən tələblərin pozulması kimi qiymətləndirilə bilər. İddiaçının yeni qiymətlər müəyyən etməsində bazarda əlavə üstünlük əldə etmə məqsədi daşıması, bu halın bazarda rəqabəti məhdudlaşdırması və ya istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməsi cavabdeh tərəfindən sübuta yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin qərarı mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3097/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh mübahisələndirilən qərarla iddiaçını duz məhsularının topdansatışında 35 faizdən yuxarı mövqe tutaraq bu mövqeyindən əsassız sui-istifadə edərək qiymət artımına səbəb olduğunu, bununla da, antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə həmin fəaliyyət nəticəsində əldə etdiyi mənfəətin dövlət büdcəsinə ödənilməsi öhdəliyini iddiaçının üzərinə qoy muşdur. Halbuki, birincisi, cavabdeh orqan, iddiaçını bazarda 35 faizdən yuxarı olmaqla, hökmran mövqe tutan bazar subyekti kimi, Əsasnamənin qeyd olunan 3.0.5-ci yarımbəndinin imperativ tələbinə müvafiq olaraq dövlət reyestrinə daxil etməmişdir və bu hal işin mübahisəsiz haldır. Əslində, cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının bazarda hökmran mövqe tutan iştirakçı kimi dövlət reyestrinə daxil edilmədiyi etiraf olunur. Bununla bağlı cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, hökmran mövqe tutan subyektlərin reyestrə daxil edilməsi ilə bağlı qanunvericilikdə imperativ norma mövcud deyil, bazar iştirakçısı hökmran mövqe tutursa, reyestrə daxil edilmədən yoxlanıla bilər. Cavabdehin qeyd olunan dəlillərinin əsassız olduğu, qeyd olunan Əsasnaməni n 3.0.5-ci bəndinin tələbi ilə sübuta yetirilir. Belə ki, həmin müddəadan aydın görünür ki, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq Xidmətin vəzifəsidir. Madam ki, minlərlə bazar olduğu nəzərə alındıqda bütün bazarlar üzrə hökmran mövqenin Xidmət tərəfindən müəyyən edilməsi qeyrimümkündür, belə olan halda, iddiaçının bazarda 35 faizdən yuxarı mövqe tutduğunun hansı əsaslardan çıxış edərək müəyyən edildiyi bəlli deyil. Belə çıxır ki, cavabdeh özü qeyd olunan dəlili ilə iddiaçının bazarda hökmran mövqe tutan subyekt olduğunu qeyd edən digər dəlilini təkzib edir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmiş hesab oluna bilməz. Belə olan halda, həmin qərarla iddiaçının maddi məsuliyyətə cəlb olunaraq üzərinə əldə etdiyi mənfəətin dövlət büdcəsinə ödənilməsi öhdəliyinin qoyulması sonuncunun hüquqlarını pozmuş olur.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təq dim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) Maddə

4. Əsas anlayışlar Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur:... hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur;... Maddə

8. Təsərrüfat subyektlərinin inhisarçılığı Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşd ırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 1) xalq təsərrüfatının, əhalinin, ayrı-ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması; 2) süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması; 3) digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması; 4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); 5) məhsulun alternativ satıcıları və alıcıları o lmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi; 6) topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması; 7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; 8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi; 9) istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentlə müqavilə bağlamaqdan əsassız imtina edilməsi; 10) kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış təsərrüfat əlaqələrinin pozulması. Maddə

16. Müvaf iq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ...

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir.

3. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təklifi ilə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) hesabat təqdim edirlər....

16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi: (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində (bundan sonra – müvafiq sahə) döv lət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.... 3.0.5. rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barə də qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxış ının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. İşdən gö rünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya aid olan hissədə ləğv edilməsini xahiş etmişdir.

24. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.5-ci yarımbəndinə müvafiq olaraq bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövl ət reyestrini aparmaq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifəsidir.

25. Lakin iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin dövlət reyestrinin aparılması vəzifəsinin olmasına baxmayaraq, iddiaçı fəaliyyət göstərdiyi müddət ərzində cavabdeh inzibati orqan tərəfindən bu cür dövlət reyestrində qeydə alınmamış, iddiaçının bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin dövlət reyestrinə daxil edilməsi barədə iddiaçıya rəsmi məktubun təqdim edilməsi, ona bu barədə bildirişin verilməsi, bazarda hökmran mövqe tutan təsərrüfat subyekti kimi hesabat təqdim etməsi və ya ondan belə hesabatlar təqdim edilməsinin tələb olunması hazırkı inzibati məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmçinin qanu nvericilikdə müəssisələrin öz bazar payını müəyyən etməklə inhisarçı müəssisə olub-olmamasını təyin etmək kimi vəzifəsi də müəyyən edilməmişdir.

26. Eyni zamanda qeyd edilməlidir ki, əsaslandırılmamış qiymət artımı bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi kimi müəyyən olunduğu zaman “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinin 4-cü bəndində göstərilən tələblərin pozulması kimi qiymətləndirilə bilər. İddiaçının yeni qiymətlər müəyyən etməsində bazarda əlavə üstünlük əldə etmə məqsədi daşıması, bu halın bazarda rəqabəti məhdudlaşdırması və ya istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməsi cavabdeh tərəfindən sübuta yetirilməlidir.

27. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərəkətləri “An tiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması kimi o zaman qiymətləndirilə bilərdi ki, iddiaçının bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya etməsi müəyyən edilsin. Lakin cavabdeh bu halı təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-3097/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar