Məhkəmə qərarları › İş №2-1(102)-1023/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1023/2025

12.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1023/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi rütbəli şəxs kimi xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi və dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2489/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 25 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 25 aprel 1996-cı il tarixdən 27 sentyabr 1996-cı il tarixədək mülki işçi, 27 sentyabr 1996-cı il tarixdən 30 avqust 2003-cü il tarixədək hərbi qulluqç u, 01 sentyabr 2003-cü il tarixdən 09 iyul 2012-ci il tarixədək mülki işçi qismində, 09 iyul 2012-ci il tarixdən 01 mart 2023-cü il tarixədək dövlət qulluğunda çalışmışdır.

3. X1 17 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1986-1991-ci il Azərbaycan SSR Hərbi Komissarlığında baş inspektor və şöbə rəisinin köməkçisi vəzifələrində iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. 1991-1996-cı illərdə Hərbi Komissarlıqda şöbə rəisi köməkçisi və baş köməkçisi vəzifələrində iş müddəti də dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. 1996-2003-cü illərdə Silahlı Qüvvələrdə hərbi xidmət dövrü isə dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

4. İddiaçı hazırda hərbi qulluqçu kimi əmək pensiyası alır.

5. İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasını n təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətindən imtina edilmişdir.

6. İmtina məktubundan görünür ki, iddiaçının xx.xx.2012-xx.xx.2023-cü il tarixləri ərzində işlədiyi 10 il 7 ay 22 gün dövlət qulluğu stajına qəbul edilmişdir. Lakin digər dövrlər qəbul edilmədiyindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan dövlət qulluğu stajı 15 ildən azdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 7 sentyabr 1996-30 avqust 2003-cü illər, 09 iyul 2012-01 mart 2023-cü illər dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ona dövlət qull uqçusu kimi (pensiya seçim hüququ saxlanılmaqla) pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 aprel 1986-cı ildən 26 sentyabr 1996-cı ilədək Hərbi Komissarlıqda müxtəlif vəzifələrdə işləmiş, 27 sentyabr 1996-30 avqust 2003-cü il tarixlərdə Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, son yaş həddinə görə ehtiyata buraxılmışdır. 01 sentyabr 2003-cü il tarixdən 13 fevral 2012-ci illərdə Hərbi Komissarlıqda çalışmışdır. 09 iyul 2012-ci il tarixdən 01 mart 2023-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında baş məsləhətçi kimi çalışmışdır. O, cavabdehə pensiyanın dövlət qulluqçusu kimi hesablanması üçün müraciət etmiş, müraciətin təmini ndən dövlət qulluğu stajının 15 ildən az olması əsası ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, onun dövlət qulluğu stajı 15 ildən artıq olduğundan dövlət qulluqçusu kimi pensiya hesablanmalıdır.

9. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı hərbi qulluqçu kimi pensiya alır. Dövlət qulluqçusu kimi pensiya təyinatı üçün 15 il minimum olmaqla qulluq stajı tələb edilir ki, həmin tələb iddiaçıya münasibətdə ödənilməmişdir. Onun dövlət qulluğu stajı 10 il 7 ay 22 gün təşkil edir ki, digər işlədiyi dövrlər dövlət qulluğu stajına aid edilməməlidir.

10. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-3111/2024 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, 27 sentyabr 1996-30 avqust 2003-cü illər, 09 iyul 2012-01 mart 2023-cü illər dövlət qulluğ u stajı kimi nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi (pensiya seçim hüququ saxlanılmaqla) pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi hərbi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun xüsusi növündə həqiqi hərbi xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən mütləq nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi cavabdeh iddiaçının 09 iyul 2012-01 mart 2023-cü illərdə Səfərbərlik və Hərbi Xid mətə Çağırış üzrə Dövlət Xidmətin tutduğu vəzifə dövlət qulluğu stajına sayılmış, onun 10 il 7 ay 22 gün stajı dövlət qulluğu stajı kimi hesab edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının 27 sentyabr 1996-cı il tarixdən 30 avqust 2003-cü il tarixədək hərbi qulluqçu kimi stajı dövlət qulluğu stajına aid edilməmişdir. Halbuki, yuxarıda adıçəkilən normaların, eləcə də Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin konkret tələbindən də göründüyü kimi Silahlı Qüvvələrdə hərbi xidmət dövrü dövlət qulluğu stajı hesablanarkən nəzərə alınan dövrdür. Həmi n dövr nəzərə alındıqda isə iddiaçının minimum dövlət qulluğu stajının 15 ildən artıq olması müəyyən edilir ki, həmin şərtin ödənilməsi dövlət qulluqçusu kimi pensiya təyinatı üçün əsasdır. Nəzərə alınmalıdır ki, X2 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, 1996-2003-cü illərdə Silahlı Qüvvələrdə hərbi hərbi xidmət dövrü dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Həmin məktubun mötəbərliyi hər hansı şübhə doğurmamaqla həmin məktubda və hazırkı iş üzrə istinad edilən qanunvericiliyin tələblərinə uyğundur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2489/2024 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə – məruzəçi, G.Abbasova və C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2-1(112)-3111/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növüdür. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növ ündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir.

15. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı hərbi qulluqçu kimi pensiya alan şəxs statusundadır ki, onun dövlət qulluqçusu kimi pensiya hüququ da mövcuddur. İddiaçının müxtəlif əsaslarla pensiyanın seçim hüququ mövcuddur ki, hazırkı qərar ona hərbi qulluqçu kimi pensiya ilə yanaşı, dövlət qulluqçusu kimi də pensiya təyin edilməsi hüququ verir. Məhkəmə tərəfindən hazırkı mübahisə üzrə dövlət qulluqçusu kimi onun pensiya hüququnun tanınması, iddiaçının pensiya seçmək hüququnun realizəsi imkanı da yaradır. Bu baxımından, iddiaçının ona seçiminə uyğun pensiya seçim hüququnun saxlanıldığı nəzərə alınmalı, hazırkı hüquqi marağına uyğun olaraq iddiaçının arzusu da nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmalıdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

17. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, beləliklə də 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur və hazırda hərbi qulluqçu kimi əmək pensiyası alır. İddiaçıya təqdim edilmiş imtinanın hüquqi əsasını “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsi və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsi təşkil etmişdir.

18. İddiaçıya məxsus ИТ-İ №0052098 nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.2012-ci il tarixdən daimi dövlət qulluğuna qəbul edilməklə dövlət qulluğunun inzibati vəzifəsinə təyin olunmuş hesab edilmişdir. Həmin əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.12-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə onun dövlət qulluğuna xitam verilmişdir. Beləliklə, iddiaçının dövlət qulluğu stajı xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla 10 il 7 ay 22 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 15 ildən azdır. 19. “Dövlət qulluğu haqqında” Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət dövrünün dövlət qulluğu hesab edilməsi ilə ba ğlı müddəa əks olunmamışdır.

20. İddiaçıya dövlət qulluqçusu kimi pensiyanın təyin edilməmiş olması hazırkı iş üzrə cavabdehin məsuliyyət sferasına aid məsələ deyildir. Pensiya ödənişini həyata keçirən cavabdehin vəzifəsi məhz qulluq stajı tamamlandığı tarixdən ödənişi həyata keçirməkdən ibarətdir. Bu halda şəxsin çalışdığı orqan qulluq stajının hesablanması ilə bağlı müvafiq sənədi cavabdehə təqdim etmədən ödənişi həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 22. “Dövlət qulluğu haqqında” Azərbaycan Re spublikasının Qanunu: Maddə

2. Qanunun tətbiq dairəsi... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.... Maddə

22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir....

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”:

2. Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsi 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı he sablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti; 2.1.3. dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; 2.1.4. vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə qulluqdan (xidmətdən) ayrıldığı müdd ət, o cümlədən əlavə təhsilə cəlb edildiyi müddət; 2.1.5. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; 2.1.6. əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.1.8. qulluq (xidmət) keçdiyi dövlət orqanının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.9. qulluq (xidmət) keçdiyi dövlət orqanının göndərişinə əsasən xidməti fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldığı müddət; 2.1.10. qanuni əsas olmadan qulluqdan (xidmətdən) xaric olunmuş, sonradan isə qulluğa (xidmətə) bərpa edilmiş şəxsin xaric olunduğu gündən qulluğa (xidmətə) bərpa olunma haqqında əmrin imzalandığı günədək olan müddət; 2.1.11. dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, hakim vəzifəsində iş müddəti. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublika sının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.... 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydası nda yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkra rlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının 27 sentyabr 1996-30 avqust 2003-cü il tarixlərdə Silahlı Qüvvələrdə hərbi xidmətdə olduğu dövrün dövlət qulluğu stajına daxil edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik təl əblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Hərbi komissarının xx.xx.1996-cı il tarixli 371 nömrəli əmrinə əsasən Sumqayıt şəhər hərbi komissarlığına kargüzar vəzifəsinə təyin edilmiş, “sıravi” rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Hərbi komissarının xx.xx.2 003-cü il tarixli 225 nömrəli əmrinə əsasən əsgər rütbəsində olan iddiaçı Səbail rayon hərbi komissarlığında tutduğu kargüzar vəzifəsindən azad edilmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.1-ci bəndinə əsasən dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1- ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair 26 yanvar 2026-cı il tarixli qərardadında göstərilmişdir ki,... Güzəştli şərtlərlə əmək pensiyası hüququ dövlət qulluqçularına şamil olunmasa da, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində dövlət qulluğu vəzifəsində 15 il və daha artıq qulluq stajı olan dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Yəni qanunverici dövlət qulluğu sisteminin vahidliyi prinsipini nəzərə alaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə yanaşı dövlət qulluqçuları üçün də pensiya sahəsində müəyyən güzəştlər verir. Belə güzəştlər həm dövlət qulluqçularına, həm də hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə uzun müddət dövlətə xidmət etdiklərinə görə verilir. Fərq yalnız ondan ibarətdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi üçün dövlət qulluqçusu müəyyən müddət qulluq stajından əlavə olaraq qanunla müəyyən edilmiş pensiya yaşına çatmalıdır... Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məsələyə belə yanaşma tətbiq olunduqda, 14 il dövlət qulluğu stajı olan və eyni müddətdə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs (ümumi 28 il) pensiya yaşına çatdıqda “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququnu əldə etmir. Ondan daha az, yəni 15 il dövlət qulluqçusu kimi qulluq stajı olan şəxs isə bu hüququ əldə edir.”

36. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qərardadına istinad edərək vurğulayır ki, uzun xidmət müddətinin pensiya hüququnun əldə olunması üçün əsas sayılması qanunvericinin güddüyü məqsədlə – müvafiq orqanlarda dövlət qulluğunun sabitliyinin və davamlılığının möhkəmləndirilməsinə vasitəçilik etməklə (stimullaşdırmaqla) əlaqədar olduğundan, iddiaçının xüsusi rütbəli şəxs kimi xidmət illərinin ən azından birə-bir dövlət qulluğu stajına daxil edilməsi (hazırkı işdə iddiaçı stajın belə toplanmasını xahiş etmişdir) həm də pensiya təyini zamanı “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş xüsusi rütbəli şəxslərlə dövlət qulluğunda xidmət etmiş şəxslərə görə təyin edilən əmək pensiyası yaşı arasında fərqi qorumuş olacaq.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1 və 3.1-ci bəndlərinə əsasən dövlət qu lluğunda staj və dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən stajların qarşılıqlı olaraq nəzərə alınacağı təsbit edilmişdir.

38. Lakin həmin Qayda və şərtlərin Ümumi müddəalar adlanan 1-ci hissəsində qeyd olunur ki, bu Qayda “Dövlət qulluğu haqqında” Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Qanunun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə (bundan sonra – rütbə) nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan R espublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir.

39. Göründüyü kimi, sözügedən Qayda və şərtlər bilavasitə qulluğa (xidmətə) qəbul zamanı yaranan hüquq münasibətlərinin tənzimlənməsinə yönəlmişdir.

40. Pensiya məqsədləri baxımından stajların qarşılıqlı olaraq nəzərə alınmasının mümkünlüyünə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları nəzərə alınmaqla qiymət verilməlidir. Sözügedən məsələ məhz həmin Qanun və onunla birbaşa əlaqəli digər qanunvericilik aktlarına istinadla həll olunmalıdır. 41. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə münasibətdə pensiya hüququnun reallaşdırılmasının müxtəlif imkanları nəzərdə tutulmuşdur. Onlardan biri də xidmət illərinə görə pensiyanın təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Qanun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə xidmət illərinə görə pensiyanın təyin edilməsinin həlledici şərti kimi həmin orqanlarda konkret müddətlərdə qulluq keçməni tələb edir. Beləliklə, qanunverici bu əsasla pensiya təyin edilməsini müstəsna olaraq sözügedən orqanlarda hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi konkret müddət ərzində qulluqdan asılı edir, pensiya yaşından asılı etmir. Bu, hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi qulluğun özünəməxsus xüsusiyyətlərindən və şərtlərindən irəli gəlir, həm də pensiya məqsədləri baxımından qanunvericinin idarəsini göstərir. Nəzərə alınmalıdır ki, stajların qarşılıqlı hesablanmasına münasibətdə qulluq münasibətlərinin davam etdiyi dövrdə və pensiya təyin edilməsi zamanı fərqli yanaşmanın tətbiq edilməsi qulluğun şərtlərindən irəli gəlir, ona görə də, mümkün və ağlabatan olmaqla, son nəticədə qanunvericinin mülahizəsindən asılıdır. Məhkəmə, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq bu məsələni qanunvericinin iradəsinin ziddinə həll edə bilməz.

42. Bununla yanaşı, digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş şəxslər “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pen siya təminatının nəzərdə tutulduğuna istinadla həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış etməklə xidmət illərinə görə pensiyanın təyin edilməsini tələb edə bilərlər.

43. Nəhayət, şəxslər dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin dövlət qulluğundakı qulluq stajının müddətinə daxil edilməsini tələb edə, bununla da, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilərlər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır. Əks yanaşma, dövlət qulluğunda uzun müddət işləmiş şəxslərin ümumiyyətlə, dövlət qulluqçusu kimi pensiya təminatından tamamilə mərhum olunması ilə nəticələnə bilər.

44. Əvvəllər Ali Məhkəmənin icraatında olmuş, dövlət qulluğu vəzifəsində qulluq stajının xüsusi rütbəli şəxs kimi xidmət illərinə daxil edilməsi və xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması barədə iş üzrə İnzibati Kollegiya tərəfindən iddianın rədd olunması barədə 2-1(102)-1576/2023 nömrəli, 2023-cü il 30 noyabr tarixli qərar edilmişdir. Həmin qərarda olan işin hallarına görə iddiaçının ədliyyə orqanlarında xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 19 il 04 ay 27 gün qulluq stajı olmuşdur. Bunda n başqa, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Culfa rayon XDS İcraiyyə Komitəsində böyük iqtisadçı, baş iqtisadçı, baş mühasib vəzifələrində dövlət qulluğunda işləmişdir. İddiaçı dövlət qulluğu stajının xüsusi rütbəli şəxs kimi xidmət illərinə daxil edilməklə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olduğunu bildirib “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin tələbinə əsasən ədliyyə orqanlarında qulluq keçmiş şəxs kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Bəhs olunan qərarda Ali Məhkəmənin İnzibati kollegiyası özünün mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “29. Məhkəmə kollegiyası bu qərarın 15-18-ci bəndlərində nəzərdə tutulmuş normaların məzmunundan çıxış edərək hesab edir ki, iddia olunan məz munda tələb “Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq o halda təmin oluna bilərdi ki, şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun. Bu baxımdan, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərin pensiya təminatına dair əsasları müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin müddəalarında prokurorluq orqanlarında qulluq etmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.4-cü maddə), fövqəladə hallar orqanlarında və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərd ə tutulan vəzifələrdə işləmiş və xüsusi rütbələrdən məhrum edilməmiş şəxslər (9.7-1 və 9.7-2-ci maddələr) üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatı nəzərdə tutulduğundan, onlar həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər. Həmin kateqoriya şəxslərə, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində həmin Qanunun məqsədləri üçün anlayışı verilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxsləri də aid etmək olar. “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il ta rixli, 499 №-li Fərmanının 2.4-cü bəndinə uyğun olaraq, həmin şəxslərin dairəsinə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslərdən əlavə, daxili işlər, vergi və gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş şəxslər aid edilmişdir.

30. İddiaçının xx.xx.2003-cü il tarixdə ədliyyə orqanında qulluğa qəbul edilənədək xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə (qulluq etməklə) xüsusi rütbəyə malik olduğuna dair hər hansı sübut işdə yoxdur.

31. Beləliklə, istinad edilən normaların tələbləri və iddiaçının dövlət qulluğundakı qulluq stajının müddəti (iddiaçının əsaslandığı cəmi 36 il 05 ay 19 gün) nəzərə alındıqda, o, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda (o cümlədən, ədliyyə orqanlarında) qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə (iddiaçıya münasibətdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla) tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır...”

45. Göründüyü kimi, məhkəmə kollegiyası 2-1(102)-1576/2023 nömrəli, 2023-cü il 30 noyabr tarixli qərarında da iddiaçının xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında xidmət illərini dövlət qulluğundakı qulluq stajı ilə birlikdə nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanuna uyğ un olaraq onun dövlət qulluğundan irəli gələn pensiya hüququnun mövcudluğunu tanımışdır.

46. Eyni mövqe sərgiləyən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərini onun dövlət qulluğundakı qulluq stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsini tələb etməkdə haqlı olduğundan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mər kəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2489/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar