Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1025/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında adın olmaması, məhkəmənin xidməti vəzifəsinə görə araşdırma aparmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti) qarşı “ba ğ sahəsinə dair hüquqların qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-cu il tarixli, 2-1(103)21/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər XDS İK-nın 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İB-nin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı ləğv olunmuş "Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin "Gəmitəmirçisi'’ bağçılıq yoldaşlığı adlandırılan qurumun adından özünü idarə heyətinin sədri kimi qeyd edən Q.Qarayev tərəfindən imzalanmış və möhürlə təsdiq edilərək xx.xx.2012-ci il tarixdə dublikat kimi verilmiş bağçılığın üzvlük kitabçasına istinad edərək, iddiaçı özünü Suraxanı rayonu Hövsan qəsəbəsindəki Gəmitəmirçisi Bağçılıq yoldaşlıq cəmiyyətinin üzvü olduğunu və ona B-29-30 saylı 0,12 hektar torpaq sahəsi verildiyini iddia edir.
3. Hüquq müəyyənedici sənəd kimi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı tərəfndən verilmiş xx.xx.2012-ci il tarixli üzvlük kitabçası, həmin tarixli 42BY saylı arayış, bağçılıq üzvlərinin xx.xx.1986-cı ildə təsdiq edilmiş 3 saylı protokol – siyahısından çıxarış, 1986-cı il fevral ayına aid 5/672 saylı ayrıc aktı, Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixi 16/358 saylı sərəncamına dair X3 adına verilmiş xx.xx.2008-ci il tarixli 1088 saylı arxiv çıxarışı təqdim edərək, iddiaçı torpağa dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməli olduğu qənaətindədir.
4. İddiaçı poçt vasitəsilə xx.xx.2017-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin 27 noyabr 2017-ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş, imtina məktubda bildirilmişdir ki, onun adı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7054/2015 saylı, 25 iyun 2015-ci il tarixli qərarı ilə “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına ayrılmış bağ sahələrinin özəlləşdirilməsi qadağan edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 hektar olan İ sektorun B-29, 30 saylı bağ sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun (iddiaçının) adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nın 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İB-nin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. Hazırkı iddiaçı (İddiaçı) 1999-cu ildən həmin bağçılığın üzvüdür və bağçılıq sahəsində İ sektorda yerləşən ümumi sahəsi 1.200 kv.m olan B-29,30 saylı bağ sahələri on a məxsusdur. Həmin bağ sahələri hazırda onun istifadəsindədir. İddiaçı bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsi 27 noyabr 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Həmin məktubda bildirilmişdir ki, onun adı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7054/2015 saylı, 25 iyun 2015-ci il tarixli qərarı ilə “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına ayrılmış bağ sahələrinin özəlləşdirilməsi qadağan edilmişdir. Lakin onun sənədləri tamdır və tələb olunan səviyyədədir. Hesab olunur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konsitusiyasının 13, 26, 29, 60 və 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 154.1, 157.1 və 157.8-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 14, 16.1, 33.1, 33.2, 38.2, 45 – 46 və 70.1-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 hektar olan İ sektorun B-29,30 saylı bağ sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun (iddiaçının) adına qeydiyyata alınaraq reyestrdın çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 aprel 2018-ci il tarixli, 2- 1(82)727/2018 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir.
8. Bundan sonra “Gəmi Təmirçisi” BYC hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə vermiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərardadı ilə 3 aprel 2018-ci il tarixli məhkəmə qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və “Gəmi Təmirçisi” BYC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur
9. İşə təkrar baxılmanın nəticəsi olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2-1(82)-49/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 0,12 hektardan ibarət B-29-30 saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə təqdim etdiyi sənədlərin kserosurət olması, onun hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə hal, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə ziddir. Bundan başqa, iddiaçı müvafiq bağçılıq təsərrüfatının üzvlük biletini və protokolundan çıxarışı təqdim etdiyi halda, həmin sənədlərin mötəbər olmadığı cavabdeh və üçüncü şəxs tərəfindən sübuta yetirilmədiyindən, ondan əlavə sənədlərin tələb olunması da qanunsuzdur. Təqdim olunmuş sənədlərə əsasən o, müvafiq bağ sahəsinin qanuni istifadəçisi kimi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə mülkiyyət hüququ əldə etmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 yanvar 2020ci il tarixli, 2-1(103)-107/2020 saylı qərardadı ilə hazırkı iş üzrə icraat “iddiaçı Gəmi təmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X2 cavabdeh X4 qarşı (üçüncü şəxs: ƏMDK yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və ƏHmədova Kəmalə İsax qızı) “protokolun ləğvi” tələbinə dair Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)-21/2022 saylı qərarı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq iddiaçı tərəfindən məhkəməyə üzvlük kitabçası, xx.xx.1986-cı il tarixli protokoldan çıxarış və 18 sentyabr 2012-ci il tarixli 42 BY saylı arayışın əsillərinin təqdim edildiyini nəzərə alaraq, məhkəmə iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin əsillərin in cavabdeh orqana təqdim edilməməsinə dair sonuncunun dəlilini inandırıcı qəbul etməmişdir. Müvafiq bağ sahələrinə dair çoxsaylı mübahisələr olsa da, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi xx.xx.1986-cı il tarixli protokol da hazırda ləğv edilməmiş, etibarsızlığı tanınmamışdır.
15. İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adının aşkar edilmədiyinə dair dəlilə münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşlarının istifadələrində olmuş bağ sahələrinin idarəçiliyini idarə ləğv olunanadək “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı həyata keçirmişdir. xx.xx.2017-ci il tarixdə “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti adlı qeyrikommersiya hüquqi şəxsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçm işdir. Bugünə qədər bağ sahələrinin idarəçi rəhbərliyində çoxsaylı dəyişikliklər olmuş, dəyişikliklərə bağlı müxtəlif hüquq mübahisələri yaranmışdır. Buna görə də, iş materiallarında olan sənədləri, həmçinin, məhkəməyə təqdim edilmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə dair arxiv qovluğuna daxil olan materialları araşdıran zaman sənədlərin xroniki ardıcıllığının da tam olmadığı müyyən edilmişdir. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Gəmitəmiri Zavodlarının “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq üzvlərinin xx.xx.2013-cü ilə müəyyən edilmiş siyahısında İddiaçı B-29, B-30 saylı bağlar göstərilməklə 1999-cu ildən üzvlüyə daxil olduğu göstərilmişdir.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğ v edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. İddiaçı tərəfindən hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizəsinə əlavə etdiyi sənədlər surət olmuş, əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar edilməmişdir.
18. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının müraciəti zamanı ərizəyə əlavə edilmiş sənədlər surət olmuş və sənədlərin əsilləri isə İdarəyə təqdim edilməmişdir. Həmçinin, İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-230 7/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən cavabdeh X1 ləğv olunmuş "Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin "Gəmitəmirçisi'’ bağçılıq yoldaşlığı adlandırılan qurumun idarə heyətinin sədri səlahiyyətlərini (funksiyaların icrasını) qeyri-qanuni həyata keçirərək, adından çıxış və təmsil edilb, habelə ləğv olunmuş müəssisənin möhürü və ştampından istifadə edərək hazırlanan sənədlər əsasında torpaq sahələrinin rəsmləşdirilməsi (özəlləşdirilməsi) Bakı Şəhər Ərazi İdarəsinə məhkəmə qərarı qüvvəyə minənədək qadağan edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyası Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiq ətin müəyyən edilməsini təmin etməlidir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri e dən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamaqla və müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamamaqla işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Eyni zamanda, imtinanın qanuniliyinə qiymət verərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş dir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Belə ki, məhkəmə kollegiyası bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinə ayrılmış torpaq sahəsinə dair təqdim edilməli olan hüquqmüəyyəndici sənədlər barədə qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.
27. Adıçəkilən Qanunun 8.0.7-ci maddəsinin məzmunundan görünür ki, üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər. İddiaçı isə məhkəməyə təqdim etdiyi üzvlük kitabçasının kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyini sübut edə bilməmişdir.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu sənədlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı Şəhər İcra Hakimiyyətinə) təqdim olunan siyahısına uyğun ola raq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi.
29. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, özbaşına qaydada torpaq sahələri nin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. İddiaçının adı isə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan ilkin siyahısında yoxdur (1-ci cild, iş vərəqi 211-216), onun təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçasında sahənin ölçüsü də göstərilməmişdir. Beləliklə, iddiaçının istinad etdiyi üzvlük kitabçası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan əsaslara aid edilə bilməz.
30. Odur ki, iddiaçının cavabdeh orqana və məhkəməyə iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim edib-etmədiyi araşdırılmamışdır.
31. Bundan başqa, iddiaçı 29, 30 saylı bağ sahələrinin ona məxsus olduğunu iddia etdiyi halda, həmin bağların hansı siyahıda qeyd edildiyinə, torpaq ayırma sənədləri olaraq torpağın koordinatları, ayrıc aktı və sxeminin mövcudluğuna dair müvafiq araşdırmalar aparılmamışdır. İşdə olan ayrıc aktı bütün bağçılıq-yoldaşlıq təsərrüfatına torpaq ayrılmasını nəzərdə tutduğu halda, iddia edilən torpağa dair ayrıc aktının olduğu araşdırılmamışdır.
32. Həmçinin iddiaçının təqdim etdiyi protokoldan çıxarışla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, çıxarışı edilən protokolunun özünün mövcud olub-olmaması araşdırılmamışdır.
33. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliliyinə şü bhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu xidməti vəzifəsinə uyğun olaraq yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumalarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri müxtəlif sübutların müqayisə edilməsidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə olaraq İPM-in 12-ci maddəsinin tələbləri baxımından hüquqmüəyyənedici sənədlərlə əlaqədar xidməti vəzifəsinə uyğun olaraq müvafiq araşdırma aparmalıdır.
35. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsə rrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. 36. “Gəmitəmirçisi” bağçılıq-bostançılıq cəmiyyətinə aid arxivdə saxlanılan bütün sənədlərin təsdiqlənmiş surətləri məhkəmə sorğusuna əsasən əldə edilərək iş materiallarına əlavə edilmiş (1-ci cild iş vərəqi 210-246) və həmin sənədlərlə iddiaçıya iddia etdiyi torpaq sahəsinin ayrıldığı müəyyən edilmədiyi halda, iddianın təmin edilməsi üçün əsas götürülmüş sənədlərin həmin sənədlərdən daha mötəbər olması heç nə ilə əsaslandırılmamış, sübutların mötəbərliliyinin müəyyən edilməsi məqsədilə araşdırma aparılmamışdır.
37. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə qanunvericiliyə uyğun baxmamış, bununla da həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qəbul edilmiş məhkəmə aktı ilə prosessual pozuntulara yol verildiyindən və xeyli sayda sübutlara qiymət verilmədiyindən məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul etmir və işin təkrar baxılması həmin məhkəməyə göndərilməli olduğu qənaətinə gəlir.
38. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxarkən apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi hüquqmüəyyən edici sənədləri q iymətləndirməli, müvafiq sorğular verməli, çıxarışı təqdim edilən protokolun özünün mövcudluğu araşdırıldırılmalı, 1-ci cild iş vərəqi 210-246-cı səhifələrdə olan cavabdeh tərəfindən məhkəmə sorğusuna əsasən xx.xx.2019-cu il tarixli **********39 aylı məktuba qoşma olaraq əlavə edilmiş 36 vərəqdən ibarət arxiv sənədlərinləri ilə müqayisəli təhlil etməli, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması məsələsinə hüquqi qiymət verilməlidir.
39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2022-ci il 18 fevral tarixli, 21(103)-21/2022 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassa