Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1025/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 oktyabr tarixli, 2-1(104)-2/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AR ƏMDK Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********28 reyestr nömrəli, 12 аprеl 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göygöl rayonu Quşqara kəndi ərazisində 0,209686 ha torpaq sahəsi İddiaçı oğlunun xüsusi mülkiyyətinə verilmişdir.
2. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 400,0 kv.metr olan 41 nömrəli sahəsində X26 fərdi yaşayış evinin i nşasına icazə verilmişdir.
3. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 30 yanvar 2013-cü il tarixli, 54 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 500,0 kv.metr olan 44 nömrəli sahəsində X11 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
4. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 336 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 500,0 kv.metr olan 43 nömrəli sahəsində X2 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
5. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 10 may 2012-ci il tarixli, 144 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 500,0 kv.metr olan 42 nö mrəli sahəsində X4 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
6. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 30 yanvar 2013-cü il tarixli, 55 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisinin 400,0 kv.metr olan 40 nömrəli sahəsində X6 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 may tarixli 2- 1(107)-96/2023 nömrəli qərarına əsasən müəyyən olunur ki, iddiaçılar X3, X5, X9, X23, X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X27, İddiaçı oğlu) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi” tələbinə dair iddiaları təmin edi lməmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 19 yanvar tarixli 2-1(102)-25/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-1(107)-96/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Dövlət X15 və Gəncə şəhər İcra Hakimiyyətinin müvafiq məktubları ilə müəyyən olunmuşdur ki, “3 nömrəli tikintiquraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi) sərəncama və qərara əlavə edilməmişdir.
10. Gəncə şəhər İcra Hakimiyyətinin 19 avqust 2024-cü il tarixli 5-1/2-1266/ 2024 nömrəli məktubundan görünür ki, Gəncə şəhər İcra Hakimiyyətinin sənədləri idarə arxivində 5 il müvəqqəti mühafizə müddətinə saxlanıldıqdan sonra Milli arxiv fonduna təhvil verilir. Bu səbəbdən, 27 iyun 2012-ci il tarixli, 337 saylı 30 yanvar 2013-cü il tarixli, 54 saylı 27 iyun 2012-ci il tarixli, 336 saylı 10 may 2012-ci il tarixli və 144 saylı 30 yanvar 2013-cü il tarixli 55 saylı sərəncamlara əsasən ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin (sahə seçmə aktı, plan-ölçü (cizgi) surətlərinin təqdim edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Elşad Məmmədov birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfind ən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вя 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamların etibarsız sayılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Əriklik bağı sahəsində yerləşən 0,209686 ha torpaq sahəsi DƏDRX-nin 12 аprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin torpaq sahəsində üçüncü şəxslər tərəfindən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 336 saylı, 10 may 2012-ci il tarixli, 144 saylı, 30 yanvar 2013-cü il tarixli, 54 saylı, 30 yanvar 2013-cü il tarixli, 55 saylı, 27 iyun 2012-ci il tarixli, 337 s aylı sərəncamlarına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün qanunsuz sərəncamlar verilmişdir. Həmin sərəncamların qanunsuzluğu, həmçinin, Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən qeyd olunan torpaq sahəsi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin ərazi vahidliyinə aid olmadığı təqdirdə qəbul olunması sərəncamların etibarsızlığını bir daha təsdiqləyir. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 27 iyun 2012-ci il tarixli, 336 saylı, 10 may 2012-ci il tarixli, 144 saylı, 30 yanvar 2013-cü il tarixli, 54 saylı, 30 yanvar 2013-cü il tarixli, 55 saylı, 27 iyun 2012-ci il tarixli, 337 saylı sərəncamların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli, 2-1(83)2312/2017 nömrəli qərarı ilə (hakim F.C.Hüseynov), iddia tələbi təmin edilərək, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вя 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamlar etibarsız sayılması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamlarının məzmununda hazırkı iddia tələbi üzrə üçüncü şəxslərin Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Əriklik bağı adlanan sahədə fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi nəzərdə tutulmuş, lakin torpaq sahələri natura da ölçülüb sərəncamın şamil edildiyi şəxslərə verilməmiş, eyni zamanda torpaq sahələrinin mənsubiyyəti müəyyən edilmədən və müvafiq cizgi plan və yaxud yerləşmə koordinatları işlənmədən evlərin inşasına şərait yaradılmışdır.
15. Cavabdeh Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və üçüncü şəxslər X10, X17, X12, X31 və X7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin 2018-ci il 31 yanvar tarixli, 2-1(104)-63/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli, 2-1(83)-2312/2017 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, eləcə də üçüncü şəxslər X10, X17, X12, X31 və X7 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat:
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 iyun tarixli, 2-1(102)-1077/2018 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(104)-63/2018 saylı, 2018-ci il 31 yanvar tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin olunmama sı qərara alınmışdır.
20. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisə açdığı torpaq sahəsi ilə bağlı subyektiv hüququnun olub-olmamasını ətraflı araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, üçüncü şəxslər tərəfindən inşa edilmiş tikililərin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ilə mübahisə olunan sərəncamların heç bir səbəbli əlaqəsi yoxdur. Məhkəmə mübahisə olunan sərəncamların iddiaçıya məxsus torpaq sahəsi üzərində verilməsi ilə bağlı ekspertiza keçirməmiş, mütəxəssis rəyi almamış və yerində baxış keçirməmişdir.
21. Məhkəmə kollegiyası malik olduğu sənədlərə istinad edərək hesab edir ki, mübahisə olunan torpaq sahəsinin həqiqətən iddiaçının mülkiyyətində, yaxud Göygöl rayonunun, yoxsa Gəncə şəhəri Nizami rayonun un inzibati ərazi vahidinə aid olmasına aydınlıq gətirilməmişdir. Məlumdur ki, işdəki sənədlərə görə iddiaçı mübahisə olunan torpaq sahəsini notariat qaydada aparılan alqı-satqı müqaviləsi əsasında X14 almış, sonra iddiaçının hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2006-cı ilin aprelində qeydə alınmış Torpağa mülkiyyət hüququna dair dövlət aktına görə Xanlar rayon Quşqara Bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54 A nömrəli qərarı ilə satılmış 1,31 ha torpaq sahəsi (0,71 ha ictimai-iaşə obyektinin tikintisi və 0,60 ha k/t məhsulları istehsalı məqsədilə X18 mülkiyyətinə verilmişdir (səh. 34).
22. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2012-ci il 14 avqust tarixli qərarından görünür ki, X20 məxsus 0,209686 ha torpaq sahəsinin yerinin müəyyən olunaraq müayinə edilməsi v ə torpaq sahəsinin sənədlərinin hazırlanaraq torpaq sahəsi üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma-1) verilməsi səlahiyyətləri daxilində Göygöl rayon torpaq şöbəsinə və Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə tapşırılmışdır. Qərarda qeyd edilir ki, Ərazi İdarəsi 22 may 2012-ci il tarixli məktubunda göstərmişdir ki, torpaq sahəsinin müəyyən edilməsi və sənədlərin hazırlanması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi mübahisəlidir. Belə ki, Gəncə şəhər Memarlıq və Tikinti İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində mərz nişanları qoyulmuşdur. Hazırda torpaq sahəsinin Göygöl rayonuna və ya Gəncə şəhərinə məxsus olması araşdırılır. Odur ki, Forma-1 arayışının verilməsindən imtina olunur (səh.22). Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 14 avqust 2012-ci il tarixli qəra rının qanuni qüvvəyə minməsi, onun icra vəziyyəti məhkəmə tərəfindən araşdırılmamışdır.
23. Bundan başqa, məhkəmə kollegiyasına təqdim edilən məhkəmə qərarlarından görünür ki, tərəflər arasında torpaq sahəsi ilə bağlı məhkəmə icraatında daha iki iş vardır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2018-ci il 28 fevral tarixli 2-1(102)-456/18 nömrəli qərarından görünür ki, hazırkı işdə olan üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər hazırkı iddiaçı və X21r) Göygöl rayon torpaq şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 0,509686 ha torpaq sahəsinin X18 adına aparılmış dövlət reyestrində qeydiyyatının və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin İddiaçı oğlunun adına aparılmış 2013-cü il 12 aprel tarixli reyestr qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olmuş, iddia aşağı məhkəmələr tərəfindən mümkün sayılmamış, lakin Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinin qərardadı ləğv olunaraq iş yeni baxışa göndərilmişdir. Qərardan həmçinin görünür ki, iddiaçılar Ərazi İdarəsindən fərdi yaşayış evlərinin altındakı torpaq sahəsinin başqa vətəndaşa aid torpaq sahəsi ilə üst-üstə düşməsinə aydınlıq gətirilməsini xahiş etmiş, Ərazi İdarəsi 2017-ci il 26 may tarixli məktubunda mübahisənin düzgünlüyünü etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sərəncamların məzmununun düzgün təfsir və ya şərh olunması üçün həmin sərəncam digər hallarla yanaşı, həm də Gəncə şəhər İcra Hakimi yyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 saylı sərəncamı ilə əlaqəli tədqiq olunmalıdır. Belə ki, həmin sərəncamlarda eyni torpaq sahələrinin nəzərdə tutulub-tutulmadığı aydın deyil. Bu halın araşdırılması (həm də xüsusilə) 1995-ci və 2012-2014-cü illərdə qəbul edilmiş sərəncamlarda göstərilən torpaq sahələrinin eyni inzibati əraziyə aid olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir.
24. Ali Məhkəmənin Mülki kollegiyasının 5 fevral 2018-ci il tarixli 2(102)-609/2018 nömrəli qərarından isə görünür ki, E.C.Məmmədovun (hazırkı işdə iddiaçı) cavabdehlər N.M.İsmayılov və başqalarına (hazırkı işdə üçüncü şəxslər) qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli qət naməsi ilə təmin edilmiş, bu qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, lakin apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni baxışa göndərilmişdir. Məhkəmə kollegiyasının qərarında qeyd edilir ki, iş materiallarından görünür ki, Xanlar rayonu (indiki Göygöl) Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54 A saylı qərarı ilə X20 0,80 ha torpaq sahəsi satılmış, həmin qərara əsasən Faiq Şərifovun adına Torpağın mülkiyyətə verilməsinə dair 18 aprel 2006-cı il tarixli dövlət aktı işlənmişdir. Dövlət aktında Faiq Şərifovun mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olması, ayrı-ayrı ərazilərdə yerləşməsi, 467 konturda 0,60 ha, 467 A konturda 0,20 ha və 467 D konturda 0,51 ha olması göstərilmiş, Torpağın mülkiyyətə verilməsinə d air dövlət aktında 467 D konturu ilə işlənməsi sənədlərin saxtalaşdırılması yolu ilə həyata keçirilmiş, əlavə yazılmış Faiq Şərifov 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini X13, 0,06 ha hissəsini isə X8 26 iyul 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satmışdır. Qalan 0,209686 ha torpaq sahəsnə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (Dövlət aktı) etibarsız hesab olunmağına baxmayaraq həmin sahəni Faiq Şərifov 18 iyul 2007-ci il tarixli çıxarışa əsasən 18 dekabr 2012-ci il tarixdə Elşad Məmmədova satmışdır. Şərh olunan hallar qanuni qüvvəyə minmiş Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsindən başqa...vəkilin sorğusuna əsasən DƏDRX 3 saylı ərazi idarəsindən verilmiş sənədlərdə, Göygöl rayon Quşqara Bələdiyyəsinin arayışında, mütəxəssis və ekspert rəyində öz əksini tapmışdır.
25. Göygöl rayon Məhkəməsinin 2010-cu il 29 oktyabr tarixli qətnaməsindən isə görünür ki, X18 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN-0497 nömrəli Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilmişdir. Cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisi üçün mübahisə edilən sərəncamlarla 3cü şəxslərə ayrılan torpaq sahəsinin 0,51 ha torpaq sahəsi ilə üst-üstə düşməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
26. Göründüyü kimi, hazırkı vəziyyətdə məhkəmə qərarlarına görə torpaq sahəsinin inzibati ərazi vahidi kimi hansı rayonun ərazisində olması müəyyən deyildir, həmçinin mübahisə olunan torpaq sahəsinin qanuni əsaslarla Faiq Şərifovun mülkiyyətində qeydə alınması ilə bağlı əsaslı şübhələr mövcuddur. Həmin şübhələr yalnı z məhkəmə müstəvisində aradan qaldırıla bilər. Torpaq sahəsinin əvvəllər qanuni əsaslarla F.Şərifovun mülkiyyətində olmadığı səbəbi ilə onun adına olan dövlət aktı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmiş, lakin hələ qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilməmiş, hazırkı mübahisəyə baxan apellyasiya məhkəməsi də həmin halları nəzərə almamışdır ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 21 may tarixli, 2-1(104)-2/2024 nömrəli qərardadı ilə İddiaçı oğlunun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin əsl cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti ilə əvəz edilməsi, iddia ərizəsi və ona əlavə ol unmuş sənədlərin cavabdeh Gəncə şəhəri İcra Hakimiyyətinə təqdim olunması qərara alınmışdır.
28. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 oktyabr tarixli, 2-1(104)-2/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli, 2-1(83)-2312/2017 nömrəli qərarı ləğv edilmiş, İddiaçı oğlunun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər X10, X17, X12, X31 və X7) qarşı sərəncamların etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
29. Kollegiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2019-cu il tarixli 33962 nömrəli ekspert rəyinə əsasən Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi Əriklik bağı ərazisində yerləşən (Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 2012-2013-cü il tarixli sərəncamları ilə sahəsində tikintiyə icazə verilmiş) 400 kv.metr olan X26 məxsus 41 nömrəli sahə, 500 kv.metr olan X11 məxsus 44 nömrəli sahə, 500 kv.metr olan X2 məxsus 43 nömrəli sahə və 500 kv.metr olan X4 məxsus 42 nömrəli sahənin koordinatlarını və yerləşmə vəziyyətini özündə əks etdirən hər hansı sxematik plan iş materiallarında görünmədiyindən həmin sahələrin RX seriyalı 015736 saylı çıxarışa əsasən İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən 0,209686 ha torpaq sahə si ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır.
30. Bundan əlavə, hazırkı apellyasiya baxışı zamanı verilmiş sorğulara əsasən daxil olmuş Azərbaycan Respublikası Dövlət X15 və Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq məktubları ilə müəyyən olunmuşdur ki, “3 nömrəli tikintiquraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsinin və “3 nömrəli tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdən 2,3 hektar torpaq sahəsinin ayrılması” haqqında Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2915 saylı sərəncamı əsasında ayrılan 2,3 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi) sərəncama və qərara əlavə edilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Gəncə (Kirovabad) Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi və Gəncə Şəhər İcra hakimiyyəti başçısı tərəfindən şəhərin idarə və müəssisələrinə bağçılıq üçün ayrılmış torpaq sahələrinin adlı siyahıları X28 filialına təhvil verilməmişdir.
31. Eyni zamanda verilmiş sorğulara cavab olaraq müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 27 iyun 2012-ci il tarixli, 337 saylı 30 yanvar 2013-cü il tarixli, 54 saylı 27 iyun 2012-ci il tarixli, 336 saylı 10 may 2012-ci il tarixli və 144 saylı 30 yanvar 2013-cü il tarixli 55 saylı sərəncamları əsasında ayrılan torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilmə sinə dair sənədlər (sahə seçmə aktı, plan-ölçü (cizgi)) nə Gəncə şəhər İcra Hakimiyyətində, nə də ki, X28 Filialında mövcud deyildir.
32. Həmçinin iddiaçılar X3, X5, X9, X23, X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs) 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X27, İddiaçı oğlu) “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi” tələbinə dair iddiaları üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli 2-1(107)-96/2023 nömrəli qərarı qanuni qüvvəyə minmiş qərarı ilə də müəyyən olunmuşdur ki, Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları ilə iddiaçılara ayrılmış torpaq sahələrinin Gəncə (keçmiş K irovabad) şəhər X16 21 iyul 1987-ci il tarixli 12 №-li qərarı ilə ayrılmış 10 ha və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il 20 dekabr tarixli, 2915 №-li sərəncamı ilə ayrılmış 2,3 ha torpaq sahələrinin hüdudları daxilində olması iş materialları ilə öz təsdiqini tapmır; Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı sərəncamı ilə X4 500 kv.m, xx.xx.2012-ci tarixli 336 saylı sərəncamı ilə X2 500 kv.m, xx.xx.2012-ci il tarixli 337 saylı sərəncamı ilə X26 400 kv.m, xx.xx.2013-cü il tarixli 54 saylı sərəncamı ilə X11 500 kv.m, xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamı ilə X6 500 kv.m torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi və həmin torpaq sahələrinin yeri ndə ölçülüb vətəndaşlara təhvil verilməsi qərara alınsa da, həmin torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən heç bir sənəd mövcud deyildir.
33. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli sərəncamlar əsasında keçmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmiş olsa da, lakin həmin torpaq sahələrinin hansı ərazidə yerləşmələrini müəyyən etmək mümkün deyildir. Başqa sözlə mübahisəli sərəncamlar əsasında üçüncü şəxslərə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahələrinin məhz RX seriyalı 015736 saylı çıxarışa əsasən İddiaçı oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə üstüstə düşməsi müəyyən edilmir. Bu halda isə iddiaçının həmin sərəncamları mübahisələ ndirməkdə subyektiv hüququ yaranmır. Çünki, iddiaçının mübahisə açdığı sərəncamlara aid olan torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Halbuki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun mövcudluğu üçün ilk növbədə inzibati orqanın mübahisəli sərəncamları nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilməlidir. Hazırkı işdə isə belə bir halın olması mövcud deyildir.
34. İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini işə yеnidən bахılmаsı üçün Gəncə Аpеllyаsiyа Məhkəməsinə göndərilməsinə dаir yеni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
35. İddiaçının k assasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı üçüncü şəxslər tərəfindən etiraz təqdim edilərək kassasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlə ri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə ap ellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 38. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzif əsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkün lük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıra raq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunve riciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
44. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2012-ci il ta rixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli вя 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamlar etibarsız sayılmasına nail olmaqdan ibarətdir.
45. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
46. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayı lması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
47. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş o lmalıdır. 48. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 49. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfind ən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
50. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərə evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmə barədə 27 iyun 2012-ci il tarixli 336 nömrəli, 10 may 2012-ci il tarixli 144 nömrəli, 30 yanvar 2013-cü il tarixli 54 nömrəli, 30 yanvar 2013-cü il tarixli 55 nömrəli və 27 iyun 2012-ci il tarixli 337 nömrəli sərəncamlarının onun hüquq və mənafelərinə toxunmasını bildirsə də, işin hallarından i sə məlum olur ki, üçüncü şəxslərə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahələrinin məhz RX seriyalı 015736 saylı çıxarışa əsasən İddiaçı oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə üstüstə düşməsi müəyyən edilmir.
52. Belə olan halda apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının həmin sərəncamları mübahisələndirməkdə subyektiv hüququ yaranmır. Çünki, iddiaçının mübahisə açdığı sərəncamlara aid olan torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetmir. Halbuki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququnun mövcudluğu üçün ilk növbədə inzibati orqanın mübahisəli sərəncamları nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilməlidir. Hazırkı işdə isə belə bir halın olması mövcud deyildir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
54. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin ed ilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 28 oktyabr tarixli, 2-1(104)-2/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.