Məhkəmə qərarları › İş №2-1(102)-1028/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1028/2024

06.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1028/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarlarının mübahisələndirilməsi; qeyri-rezidentə ödənilən dividenddən ödəmə mənbəyində verginin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, ****** ****456400 nömrəli, xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli, xx.xx.2021-ci il tarixli, **********296200 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manat, 78516,14 manat, 179062,45 manat üzərinə penya hesablamaqla cəmi 450699,25 manatın və penya məbləğinin bank hesabına qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1516/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının 2020-ci ilin ikinci rübü, 2020-ci ilin dördüncü rübü və 2021-ci ilin birinci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutula n vergi bəyannamələri üzrə cavabdeh tərəfindən kameral yoxlamalar aparılmış və həmin kameral vergi yoxlamalarının nəticələrinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ **********296200 nömrəli xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli xx.xx.2021-ci il tarixli, **********456400 nömrəli xx.xx.2021-ci il tarixli qərarlar qəbul edilmişdir.

2. İddiaçıya xx.xx.2021-ci il tarixli **********456400 nömrəli qərarla 193,120.66 manat, xx.xx.2021-ci il tarixli **********561700 nömrəli qərarla 78,516.14 manat və xx.xx.2021-ci il tarixli **********296200 nömrəli qərarla 179,062.45 manat əlavə vergi hesablanmış, həmin məbləğlər onun bank hesabından silinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaç ı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli, xx.xx.2021-ci il tarixli, **********296200 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193,120.66 manat, 78,516.14 manat, 179,062.45 manat üzərinə penya hesablamaqla cəmi 450,699.25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hesablanmış əlavə vergi hesablamasının hüquqi əsası qərarlarda göstərilməmiş, əlavə vergi məbləğləri qərarların çıxarıldığı gün onun hesabından silinmişdir.

5. Cavabdehə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli yazılı etirazlarını təqdim etsə də, cavabdeh tərəfindən etirazlara heç bir münasibət bildirilməmişdir. Cavabdehin qeyd edilən qərarları ilə əlaqədar və əlavə vergi hesablamalarından xx.xx.2021-ci ildə cavabdehin yuxarı orqanı Dövlət Vergi Xidmətinə şikayət versə də, həmin şikayətə baxılması barədə bu günə qədər məlumat yoxdur.

6. İddiaçı Azərbaycan Respublikasının xarici investisiyalı hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir. Təsisçiləri 81% payla X2 qeydiyyatda olan Alia İnternational Limited Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətidir. Təsisçilərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və filialı olmamışdır.

7. Təsisçilərin ümumi yığıncağının xx.xx.202 0-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlarına əsasən müvafiq olaraq 2019-cu ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 4,015,817.97 manat, dividenddən 10% vergi 401,581.80 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1,722,077.23 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 403,944.04 ABŞ dolları, 2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3,585,068.68 manat, dividenddən 110% vergi 358,506.90 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1,537,361.93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360,615.76 ABŞ dolları müəyyən olunmuş, 2019-cu ilin dividendləri tam ödənilmiş və hər bir ödəniş məbləğinə uyğun olaraq mənbədən vergi hesablanmış və ödənilməsi təmin edilmişdir. 2020-ci ilin dividendləri qismən, yəni 1,790,624.53 manat, dividenddən 10% vergi 179,062.46 manat, "xxx x" Şirkətinə çatacaq məbləğ – 837,361.93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 110,615.87 ABŞ dolları ödənilmişdir.

8. Təsisçilərə çatacaq dividend məbləğləri onların hesabına tam ödənilmişdir. Ödəniş günü ödənilən məbləğə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122ci maddəsinə əsasən 10% dividend məbləğinin, cəmi 2020-ci ilin 2-ci və 4-cü rüb mənbədən vergi bəyannamələri üzrə 347,192.36 manat, 2021-ci ilin İ rübü üzrə mənbədən vergi bəyannaməsi üzrə 179,062.46 manatın mənbədən vergi kimi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi təmin olunmuşdur.

9. Cavabdeh öz tələblərini hüquqi cəhətdən əsaslandırmamış, hər hansı hüquq normasına istinad etməmiş, aydın olmayan bir tərzdə bəyannamənin sətir nömrələrini göstərmişdir. Təsisçi şirkət lər Azərbaycan Respublikası ilə bağlı yalnız dividend kimi və yalnız iddiaçı mənbə olmaqla gəlir əldə edirlər və Vergi Məcəlləsinin 13.2,16.6 və 122-ci maddələrinə əsasən hər bir dividend məbləğin ödənişindən iddiaçı tərəfindən 10% məbləğ tutularaq büdcəyə ödənilmişdir. Həmin ödənişlər Vergi Məcəlləsinin 122,125.1.1 və 150.1ci maddələrinin tələblərinə riayət etməklə ödəmə mənbəyi vergi bəyannaməsinin 1603-cü təsisçiyə ödənişlər üzrə gəlirin məbləği sətrində öz əksini tapır. Bununla da, iddiaçı vergi ödəyicisi kimi tam qanunauyğun hərəkət etmiş olur. Bundan başqa, cavabdeh kameral vergi yoxlamasının aparılması müddətlərinə də riayət etməmişdir. Cavabdehin etirazları:

10. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən eyni növ vergi iddiaçıya tətbiq edilməmişdi r. Təqdim edilən bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə X5, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir. İddiaçı isə bu tələbi yerinə yetirməyərək dividenddən vergitutma öhdəliyini yerinə yetirdiyindən digər müddəa üzrə verginin tutulmalı olmaması qərarına gəlmişdir. İddiaçının iddiasında adı çəkil ən ölkələrlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir.

11. Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayət üzrə isə iddiaçıya xx.xx.2021-ci ildə cavab verilmiş, şikayətə məhkəmə qaydasında baxıldığından həmin şikayət üzrə başlanılmış icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7576/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli, xx.xx.2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticə lərinin aradan qaldırılaraq müvafiq olaraq 193,120.66 manatın, 78,516.14 manatın, 179,062.45 manatın üzərinə penya hesablamaqla cəmi 450,699.25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hər bir dividend məbləği ödənişindən 10% məbləğ vergi tutularaq büdcəyə ödənildiyi halda cavabdeh tərəfindən ona əlavə vergi hesablanması əsassız və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olmuşdur. Cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətlər keçdikdən sonra kameral qaydada yoxlama apararaq əlavə vergi hesablamışdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və idd ia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-874/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7576/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli **********561700 nömrəli və xx.xx.2021-ci il tarixli **********296200 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193,120.66 manat, 78,5 16.14 manat, 179,062.45 manat, cəmi 450,699.25 manatın iddiaçının şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarlarla əlavə verginin hesablanmasının səbəbi iddiaçı tərəfindən "xxxx" Şirkətinə 3,731,385.04 manat, "xxxx" Şirkətinə 775,607.55 manat ödənilmiş məbləğ olmuşdur. Digər tərəfdən eyni əməliyyat üzrə, yəni 3,731,385.04 manat məbləğin "xxxx" şirkətinə, 775,607.55 manat məbləğin "xxxx" Şirkətinə edilməsinə görə cavabdeh vergi orqanının Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddə) istinad etməklə güzəştli vergi tutula n ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi vergi də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid olması işin mübahisəsiz halıdır. Belə olan təqdirdə aparılmış eyni əməliyyatdan, bir vergitutma obyektindən (mənfəətdən) iki dəfə vergi tutulmuş olur. Yəni ödənilmiş 775,607.55 manat və 3,731,385.04 manat məbləğlər Vergi Məcəlləsinin tələblərinə əsasən vergitutma obyektidir və bu vergitutma obyektindən ödəmə mənbəyində tutulan vergi növündə iki dəfə vergi tələb edilməkdədir. Bundan başqa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannamə sinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Cavabdeh qeyd edilən müddətlər keçdikdən sonra kameral qaydada yoxlama apararaq əlavə vergi hesablamışdır ki, bununla da yenə də qanunvericilik normalarını pozmuşdur.

17. Hesablanmış vergi məbləğlərinin iddiaçının bank hesablarına geri qaytarılması ilə bağlı kollegiya qeyd etmişdir ki, kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğləri ləğv edildikdə həmin məbləğlərə müvafiq faizlərlə birgə müvafiq düzəlişlər şəxsi hesab vərəqəsində aparılır. Odur ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixl i **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli **********561700 nömrəli və xx.xx.2021-ci il tarixli **********296200 nömrəli qərarları ləğv edilməli və həmin qərarlar üzrə hesablanmış cəmi 450,699.25 manat məbləğində pulun vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə qaytarılması təmin edilməlidir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1957/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-874/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

20. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı 2020-2021-ci illərdə X1 və Dominikan Respublikasının rezidentlərinə dividend gəlirlərini köçürmüşdür. İddiaçı köçürdüyü dividenddən Vergi Məcəlləsinin 122 və 125.1.1-ci maddələrinə uyğun olaraq vergi ödəsə də, cavabdeh hesab edir ki, əlavə olaraq Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq da vergi ödənməlidir (köçürülən pulun 10%-i məbləğində ödəmə mənbəyində vergi).

21. İddiaçı hazırkı iş üzrə iddia tələbinin əsaslılığına dəlalət edən və vergi or qanının ona vergi hesablamasının qanunauyğun olmamasının əsası kimi o hala istinad edir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələri dividendin ödənişi zamanı tətbiq edilmir.

22. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir.

23. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiq edilmədiyinə istinad etsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Məcəllənin 125.1-ci maddəsində sadalanan əsaslar bir-birindən asılı deyildir, yəni birinin tətbiqi digərini istisna etmir. 24. 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD saylı Azərbaycan Respublikasının Qanunu ilə güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyrirezidentə ödənilən məbləğlərə görə verginin tutulması Vergi Məcəlləsinin 125.1.9-cu maddəsindən çıxarılmış və yeni 125-1-ci maddə Məcəlləyə əlavə edilmiş, maddənin məzmununa görə isə Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 f aiz dərəcə ilə vergi tutulur.

25. Sözügedən məzmunda müddəa mübahisələndirilən qərarlar qəbul edilən zaman qüvvədə olmasa da, qanunverici 125.1.9-cu maddə ilə bağlı niyyətini konkretləşdirmiş, 125.1-ci maddədə sadalanan əsaslar bir-birindən asılı olmadan tətbiqi ilə bağlı hüquqi mövqeyini dəqiqləşdirmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini nəzərə almadan iş üzrə nəticəyə gəlmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1516/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7576/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “qərarların ləğv ed ilməsi, onların nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qənaətini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1957/2022 nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun əsaslandıraraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən edir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (həmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla). Verg i Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Qeyd olunan normalara əsasən belə aydın olur ki, qeyri-rezident Məcəllənin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 125-ci maddənin təsir dairəsinə düşür. Odur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Ey ni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir.

28. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Vergi orqanının mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının, azad sahibkarlıq hüququna təminat verən normativ-hüquqi aktların müddəalarına birbaşa zidd olmaqla, Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirmiş və Cəmiyyətin xarici investisiyalı müəssisə kimi nüfuzuna və əmlak vəziyyətinə mənfi təsir göstərmi şdir.

4. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə görə Azərbaycan dövləti sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, inhisarçılığa və haqsız rəqabətə yol vermir. “Sahibkarlıq fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Vergi orqanlarının yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilməlidir. 30. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası qanununun 87-ci maddəsi normativ hüquqi aktın geriyə qüvvəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimləndiyini, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətin i aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edildiyini müəyyən etmişdir. Məhkəmə isə öz qərarında bunun tam əksini israr edir.

2. Beləliklə, qanunvericilik oxşar və eyni münasibətləri tənzimləyən əvvəlki normaların başa düşülməsində və tətbiqində anlaşılmazlıqları aradan qaldırmaq və səhvlərə yol verilməməsi məqsədilə qanun yaradıcılığı imkanlarından istifadə edərək birmənalı şəkildə dividendlərdən ödəmə mənbəyində yalnız bir dəfə 10 % vergi tutulmasını, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, Azərbaycan Respublikasına qoyulmu ş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə əlavə hər hansı vergi öhdəliyi qoyula bilmədiyini birmənalı şəkildə bir daha təsbit etmişdir və iddia ərizəsində və bu əlavədə göstərilən normalar mübahisənin düzgün həlli üçün tətbiq olunmalıdır.

31. İddiaçının 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasında xarici investisiyalı müəssisə kimi daşınmaz əmlak və xidmət bazarında müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyi nəzərə alınmalıdır. Təsisçilər: Alia İnternational Limited Şirkəti (Rezident olduğu ölkənin adı – X5) – 81%; "xxxx" Şirkəti – 19% iddiaçı cəmiyyətdə paya malikdirlər. Mübahisə üzrə cavabdeh vergi orqanının mövqeyi həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxal q sənədlərdə təsbit olunmuş prinsip və qaydalarla da ciddi surətdə uzlaşmır. 32. “Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və X4 Krallığı hökuməti arasında ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında” 1994-cü il fevralın 23-də imzalanmış Konvensiyaya əsasən: 3.1. Bu Konvensiya hər iki dövlətin və onun yerli orqanları tərəfindən gəlirlərə və əmlakın artımına görə alınan vergilərə tətbiq olunur (2-ci maddə). 3.2. 10-cu maddəsinə görə "xxxx" Şirkəti Neptun şirkətinin səsvermə hüququnun 81%-nə malik olduğundan dividendlərin ümumi məbləğinin 10%-dən çox vergi tutulmamalıdır. 3.3. 25-ci maddəsinə görə, bütün vergilərə münasibətdə diskriminasiya halları qadağan edilir. O, cümləd ən kapitalının tamamilə və ya bir hissəsinin Razılığa gələn Dövlətin bir və ya bir neçə rezidentinə məxsus olduğu, habelə bunlar tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət olunduğu Razılığa gələn bir Dövlətin müəssisələri, bu Dövlətdə onun başqa oxşar müəssisələrinə tətbiq edilən və ya tətbiq edilə bilən vergilərdən və bununla əlaqədar tələblərdən daha ağır olan vergi və tələblərə cəlb edilmirlər (5-ci bənd). 4. 2. “Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və X4 Krallığı hökuməti arasında investisiyaların təşviqi və qorunması haqqında” 1996-cı yanvarın 4-də imzalanmış Sazişə əsasən: 4.1. “Gəlir” investisiyaların qoyulması nəticəsində əldə edilən məbləğ deməkdir və xüsusilə mənfəətdən, faizlərdən, kapitalın artmasından alınan gəlirdən, dividendlərdən, royaltidən, əmək haqqınd an ibarətdir (1-ci maddənin “b” bəndi). 4.2. Hər hansı Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa gələn Tərəfin vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri üçün öz vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri və yaxud hər hansı üçüncü Dövlətin vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri üçün müəyyən edilmiş şəraitdən az əlverişli şərait yaratmamalıdır (3-cü maddənin birinci bəndi). 4.3. Tərəf, Tərəflərin fiziki və ya hüquqi şəxsi arasında sonuncunun birincinin ərazisində olan investisiyaları ilə əlaqədar baş verən istənilən hüquqi mübahisəni 1965-ci il martın 18-də Vaşinqtonda imzalanmaq üçün açılmış olan Dövlətlər və digər Dövlətlərin vətəndaşları arasında İnvestisiya Mübahisələrinin tənzimlənməsi üzrə Konvensiya çərçivəsində barışdırma və y a arbitraj yolu ilə həll ütmək üçün investisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzə müraciət etməyə razılıq verir (8-ci maddənin birinci bəndi).

33. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 3.11, 53.3-cü maddələrinin tələblərini heçə saymaqla, iddiaçının hüquqlarına və qanuni mənafeyinə qəsd edən qərar qəbul etmişdir.

34. Məhkəmə cavabdehin apelyasiya şikayətinin dəlillərinin Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olduğunun mahiyyətinə varmamış və qanunsuz mövqeyini davam etdirmişdir. Həmin maddənin tələbinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi ala n fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

35. Birləşmiş Millətlər Təşkilatının İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ikiqat verginin aradan qaldırılması haqqında Birtipli Konvensiyanın 22-ci maddəsinə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Gəlirlərə və kapitala dair X3 10-cu maddəsinə əsasən dividend vergisi 5%, maksimal 15% nəzərdə tutulur. Ona görə də, birinci instansiya məhkəməsinin “iddiaçı tərəfindən hər bir dividend məbləği ödənişindən 10% məbləğ vergi tutularaq büdcəyə ödənildiyi halda cavabdeh tərəfindən ona əlavə vergi hesablanması əsassız və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Ver gi Məcəlləsinin 6-cı maddəsində dövlət vergilərinin siyahısı tam sadalanmışdır və burada hüquqi şəxslərin mənfəət vergisi nəzərdə tutulmuşdur, həmin siyahıda rezidentin qeyri rezidentə ödənişlərindən mənbədən vergi tutulması nəzərdə tutulmamışdır” qənaəti maddi hüquq normalarının düzgün tətbiqi nəticəsində əldə edildiyindən qanuni və əsaslı olmasına baxmayaraq, apellyasiya məhkəməsi qanunun və beynəlxalq hüquq normasını nəzərə almamışdır.

36. Məhkəmə vergi orqanının qərar qəbul edərkən qüvvədə olan normalarını səhv təfsir etməklə bərabər qanunvericinin açıq-aşkar müəyyən etdiyi yeni normaları rədd etməsi hüququn tətbiqi zamanı kobud və qanunsuz yanaşmanın ən böyük təzahürlərindən biridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125-ci maddəsinə (Qeyri-rezidentin gəlirindən ödəmə mənbə yində vergi tutulması) xx.xx.2021-ci il tarixli qanunla edilmiş xx.xx.2022-ci ildən qüvvəyə minən (“Azərbaycan” qəzeti, xx.xx.2021-ci il, № 286) əlavə və dəyişikliklərə görə, göstərilən maddənin işlə əlaqədar mübahisənin həlli üçün tətbiq edilməli olan hissələri aşağıdakı məzmuna malikdir: “125.1. Qeyri rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; 125.1.5. bu Məcəllənin 125.1.1-ci - 125.1.4-cü, 125.1.6-cı - 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri - 10 faiz; 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr - 10 faiz.

37. Eyni qanunla Vergi Məcəlləsinə 125-1 maddəsi (Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi) əlavə olunmuşdur. Həmin maddəyə görə, bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

38. Eyni qanunla Vergi Məcə lləsinin 13.2.16.14-1-ci maddəsinin yeni redaksiyasına əsasən: “Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər “Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə” (7-ci bənd) bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyind ən gəlirlərə aid edilmir.

39. Apellyasiya instansiyası məhkəməsi özünün xidməti vəzifəsindən törənən ətraflı araşdırma hüququnu realizə etməmişdir. Nəinki əlavə sübutların tədqiqini, heç İddiaçı tərəfindən təqdim olunmuş sübutları, xüsusilə verilmiş yazılı izahatları, uyğun hüquq normalarını, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini, beynəlxalq müqavilələri tədqiq edib işin hallarının müəyyənləşdirməkdən kənarda durmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyekti v qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təm in etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

40. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c. ərizə və vəsatətlər:

41. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına xahiş etmişdir.

42. Ərizə onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilməklə baxılması vacib əhəmiyyət daşıyır. Bu, kassatorun mövqeyinin aydın izah olunması, apellyasiya baxışının nəticələrinə və kassasiya şikayətinin dəlillərinə dair ətraflı izahat verilməsi, qarşı tərəfin mövqeyinə münasibət bildirilməsi və çəkişmə, tərəflərin bərabərliyi kimi mühüm prosessual prinsiplərin və ədalətli məhkə mə araşdırması hüququnun təmin edilməsi baxımından zəruridir.

43. Məhkəmə kollegiyası vəsatətin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.

44. Hazırkı halda, iddianın hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.

45. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübə sinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir.

46. İddiaçı, həmçinin vəsatətlə müraciət edərək kassasiya şikayətinin bütün əsaslarını qüvvədə saxlamaqla, habelə 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli 1033-VİQD saylı Qanunu ilə Vergi Məcəlləsinin 122.1-ci maddəsində edilmiş dəyişikliyin vəziyyəti yüngülləşdirən maddi hüquqi norma kimi nəzərə alınmasını və tətbiq olunmasını xahiş etmişdir. Belə ki, həmin Qanunla Vergi Məcəlləsinin 122.1-ci maddəsində dividend vergisi 10 faizdən 5 faizə endirilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

47. Vergi Məcəlləsi (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə

13. Bu M əcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.15. Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələr in, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. Maddə 13.2.16. Azərbaycan mənbəyindən gəlir: (...) 13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə ai d edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir;... Maddə

122. Ödəmə mənbəyində dividenddən vergi tutulması 122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur. 122.3. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş h allarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur. 122.4. Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.... Maddə

125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;... 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz....

48. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad q əbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

52. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın əsasları ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

53. İddiaçının şikayətində ifadə etdiyi qənaətə görə, apellyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlillərinin Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olduğunun mahiyyətinə varmamışdır. Həmin maddənin tələbinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

54. Məhkəmə kollegiyası əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, vergilərin müəyyən olunması qanunvericinin suveren iradəsinə bağlıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə qanunverici tərəfindən, həm rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində, həm də güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərə görə vergilər müəyyən olunmuşdur və qanunvericinin bu iradə ifadəsi qəbul olunmalıdır. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiqinin nəzərdə tutulm adığına istinad etsə də, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 125.1-ci maddəsində sadalanan əsaslar məzmun baxımından fərqli əsaslardır və həmin əsaslardan birinin tətbiqi digərinin tətbiqini istisna etmir. Belə ki, qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması ilə bağlı normada (Vergi Məcəlləsinin 125-ci maddəsində) dividend 125.1.1ci maddədə, Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr isə 125.1.9cu maddədə təsbit edilmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyrirezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiy ə cəlb edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir.

56. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı vəsatətlə müraciət edərək kassasiya şikayətinin bütün əsaslarını qüvvədə saxlamaqla, habelə 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli 1033-VİQD saylı Qanunu ilə Vergi Məcəlləsinin 122.1-ci maddəsində edilmiş dəyişikliyin vəziyyəti yüngülləşdirən maddi hüquqi norma kimi nəzərə alınmasını və tətbiq olunmasını xahiş etmişdir. Belə ki, həmin Qanunla Vergi Məcəlləsinin 122.1-ci maddəsində dividend vergisi 10 faizdən 5 faizə endirilmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının lehinə olan yeni normanın əvvəlki münasibətlərə şamil edilib-edilməməsi hər bir konkret halda həm də iddianın növünə bağlıdır. Hazırkı işdə söhbət mübahisələndirmə haqqında iddiadan gedir. Mübahisələndirmə haqqında iddialar üzrə icraatda isə mübahisələndirilən inzibati aktın onun qəbulu zamanı qüvvədə olan hüquq normalarına uyğun qəbul olunub-olunmadığı yoxlanılır. Belə yanaşma ondan irəli gəlir ki, məhkəmə mübahisə edilən formada inzibati aktın qanunauyğunluğuna baxır və bu mənada hüquqi və faktiki vəziyyətin dəyişməsi artıq qəbul edilmiş inzibati aktın qanunauyğunluğuna maddi-hüquqi qiymətin verilməsi baxımından hər hansı əhəmiyyət kəsb etmir. Əlbəttə, maddi hüquq normalarında bu qaydadan istisnaların nəzərdə tutulması mümkündür. Lakin hazırkı mübahisəyə münasibətdə belə istisnanın nəzərdə tutulduğu müəyyən edilmir.

58. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının vergi öhdəliyi onun aid olduğu hesabat dövründə qüvvədə olan qanuna əsasən yaranmışdır və həmin öhdəlik sonrakı qanunla aradan qalxmamış, yaxud dəyişdirilməmiş və ya ləğv edilməmişdir.

59. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1516/2023 nömrəli qərarı dəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar