Məhkəmə qərarları › İş №2-1(102)-1029/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1029/2025

21.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1029/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin bərpası) 21.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “onlara zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müa vinətin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-490/2024 nömrəli qərarından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt Alüminium zavodunda əmək vəzifəsinə yerinə yetirərkən aldığı xəsarətə görə əmək qabiliyyətinin 80 faizini itirməsi ilə əlaqədar aylıq ödənc alan və xx.xx.1994-cü il tarixdə vəfat edən İsayev Şərifəli Şəbəddin oğlunun əmək qabiliyyəti olmayan arvadı İddiaçı1 və ikinci qrup əlilliyi müəyyən edilmiş oğlu İddiaçı2 xx.xx.2007-ci il tarixdən müvafiq məbləğdə ömürlük ödənc təyin edilməsinə dair "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixli, 293a nömrəli əmr verilmişdir.

2. İddiaçılara ödənilən sözügedən aylıq ödənc xx.xx.2022-ci il tarixdən qanunvericiliyə müvafiq olaraq aylıq müavinətlə əvəz edilmiş və cavabdeh tərəfindən ödənilməyə başlanılmışdır.

3. Cavabdeh tərəfindən mərhum İsayev Şərifəli Şəbəddin oğlunun vəfat səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olduğunun müəyyən edilmədiyinə istinadən xx.xx.2022-ci il tarixli, 44545 nömrəli qərarla iddiaçılara ödənilən sözügedən aylıq müavinət xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.

4. İddiaçıların sözügedən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibat i Məhkəməsinə müraciət edərək, zərərə görə aylıq ödəncin əvəzi olaraq ödənilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum İsayev Şərifəli Şəbəddin oğlu İddiaçı1 həyat yoldaşı və digər İddiaçı2 isə atasıdır. Mərhum uzun müddət zərərli istehsalat sahəsi sayılan Sumqayıt Alüminium zavodunda çalışmasının nəticəsi olaraq sağlamlığını itirmiş, Tibbi Sosial Ekspert Komissiyasının müvafiq müayinə aktına əsasən əmək qabiliyyətini 80% itirdiyinə görə ona 2-ci qrup peşə xəstəliyi üzrə əlillik təyin edilmiş və nəticə olaraq ona həmin müəssisə tərəfindən sağlamlığa vurulmuş zərərə görə ödənc təyin edilmişdir. Mərhum vəfat etdikdən sonra, onun himayəsin də olan ailə üzvləri kimi iddiaçıların müraciətləri əsasında onlara ömürlük aylıq ödəncin verilməsi barədə "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixli, 293a nömrəli əmr verilmiş, aylıq ödənc həmin müəssisə tərəfindən xx.xx.2022-ci il tarixədək tam olaraq ödənilmişdir. Qanunvericiliyə əsasən xx.xx.2022-ci il tarixdən zərərə görə aylıq ödəncin əvəzi olaraq müavinət verilməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin aylıq müavinəti yalnız xx.xx.2022-ci il tarixdən ödəməyə başlamış, xx.xx.2022-ci il tarixdən isə ödənişi dayandırmışdır. Cavabdeh həmin aylıq müavinətin dayandırılmasını, mərhum İsayev Şərifəli Şəbəddin oğlunun ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığı ilə əsaslandırmışdır. Cavabdehin həmin aylıq müavinətin dayandırılmasına dair hərəkəti qanun vericiliyin tələblərinə zidd olmuş və iddiaçıların hüquqlarını pozmuşdur. Cavabdeh öz səlahiyyətlərini aşmış və hüquqa zidd hərəkətlərə yol vermişdir. Mərhum İsayev Şərifəli Şəbəddin oğlunun iş yerində, zərərli istehsalat sahəsində çalışdığına görə sağlamlığına zərər yetirilmiş və bunun əvəzi olaraq ona aylıq ödənc təyin edilmişdir. Daha sonra həmin aylıq ödənc mərhum İsayev Şərifəli Şəbəddin oğlunun himayəsində olmuş və onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş şəxslər kimi iddiaçılara ödənilməyə başlanılmışdır. İddiaçılara ödənilən sözügedən aylıq müavinət cavabdeh tərəfindən dayandırılarkən buna dair inzibati akt qəbul edilməmişdir. Beləliklə, cavabdeh, iddiaçıları inzibati icraata dəvət etmədən, araşdırmanı onların iştirakı olmadan, etimad göstərdikləri zə rərə görə aylıq ödəncin (müavinətin) verilməsinə dair inzibati akt qüvvədə olduğu halda, aylıq müavinətin dayandırılması haqqında ayrıca inzibati akt qəbul etmədən, faktiki xarakterli hərəkətlərlə iddiaçıların qanunla qorunan hüquqlarına qanunsuz olaraq müdaxilə etmişdir. Bundan başqa, cavabdeh aylıq müavinətin dayandırılması məsələsini həm zərərə görə mülki qanunvericiliyin tələblərini, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini birgə nəzərə almaqla həll etməli idi. Ona görə də cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə formal olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı poz ulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3-cü bəndində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraat aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinəti dayandıra bilməz. Zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin verilməsi barədə inzibati akt iddiaçılar üçün əlverişli inzibati aktdır və iddiaçıları belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdırılan, onların hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir.

7. Ca vabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, mərhum İsayev Şərifəli Şəbəddin oğlunun vəfat səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olduğu müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçılara verilən müvafiq müavinət xx.xx.2022-ci il tarixli, 44545 nömrəli qərarla dayandırılmışdır və iddiaçılara sözügedən müavinətin ödənilməsinin bərpa edilməsi mümkün deyildir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 26 yanvar 2024-cü il tarixli, 2-1(118)-259/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixli 44545 nömrəli qərar ləğv edilmiş, iddiaçılara zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli, 293a nömrəli əmri əsasında iddiaçılara xx.xx.2007-ci il tarixindən hər birinə ömürlük hər ay ödənc ödənilməyə başlanmışdır. Həmin aylıq ödənc iddiaçılara xx.xx.2022-ci il tarixədək həmin müəssisə tərəfindən tam olaraq ödənilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq iddiaçılara cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən aylıq ödənc əvəzi nə aylıq müavinət təyin edilmiş, lakin müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçılar 2007-ci il tarixdən qanunvericiliklə müəyyən edilmiş sosial təminatdan istifadə etdikləri halda, cavabdehin hərəkətləri nəticəsində bu hüquqdan məhrum olmuşdurlar. İddiaçılar uzun illər ödənc almış, cavabdeh orqan isə ödəncin müavinətlə əvəz edilməsinə öhdəlik götürmüşdür. Bunun əksi qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Bundan başqa, cavabdeh tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Nəzərə alanda ki, hazırda dayandırılması mübahisələndirilən müavinət ilkin təyin olunmuş müavinət deyil, iddiaçıların uzun illər mübahisəsiz aldığı ödəncin əvəzinə təyin edilmişdir, bu müavinətin digər əsasla rla dayandırılması etimad hüququnun pozulması kimi qiymətləndirilməli, iddiaçıların hüquqları bərpa edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Vəfa Əzizova və Toğrul Axundov) 29 oktyabr 2024cü il tarixli, 2-1(105)-490/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zaman ı mərhum şəxsin ölüm səbəbinin onun aldığı əmək xəsarəti və ya peşə xəstəliyi ilə bağlı olubolmaması halının aydınlaşdırılması üçün müvafiq tibb müəssisəsinə sorğu ünvanlanmış, sorğunun cavabında ftorr birləşmələri ilə xroniki intoksikasiya və beyin qan dövranının kəskin pozulmasının bir-birindən fərqli nozologiyalar olması və əlaqəli olmaması qeyd edilmişdir. Göründüyü kimi, mərhum şəxsin ölüm səbəbinin onun istehsalatda aldığı əmək xəsarəti və ya peşə xəstəliyi səbəbindən baş verməməsi iş materialları əsasında öz təsdiqini tapmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən məhz işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin, habelə bu səbəbdən h əlak olmuş işçilərin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər almaq hüququ vardır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddia tələbi qanunun normasının dispozitiv şərtləri ilə uzlaşmadığından, iddiaçılar belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Nəticə etibarilə cavabdeh inzibati orqanın iddiaçılara münasibətdə hərəkətləri qanunauyğun olmuşdur.

13. İddiaçı2 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. İddiaçı2 kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı eti razın dəlilləri

15. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, İddiaçı2 kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən ba ş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Maddə 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

17. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edil miş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliy i nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya b u səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra ol unması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tə rəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiya sı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçıların həqiqi hüquqi marağı və məqsədi istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş mərhum İsayev Şərifəli Şəbəddin oğlunun ailə üzvləri kimi onlara xx.xx.2007-ci il tarixdən ömürlük təyin edilmiş aylıq ödəncin əvəzi olaraq ödənilən aylıq müavinətin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsinə nail olmaqdan ibarətdir.

26. Birinci instan siya məhkəməsinin iddianı əsaslı sayaraq təmin etməsinə rəğmən, apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmamış və bu qənaətə gələrkən mərhum İsayev Şərifəli Şəbəddin oğlunun ölüm səbəbinin onun istehsalatda aldığı əmək xəsarəti və ya peşə xəstəliyi ilə bağlı olmasının iş materialları ilə təsdiqini tapmadığına istinad etmişdir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, sonradan aylıq müavinətlə əvəz edilmiş aylıq ödənc iddiaçılara "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixli, 293a nömrəli əmrlə ömürlük, başqa sözlə müddətsiz təyin edilmişdir. Sonradan ödəncin əvəzinə müavinətin təyin olunması, cavabdehə həmin ödəncin təyinatından (iddiaçılara münasibətdə) 15 ildən artıq vaxt keçdikdən sonra onun təyin olunması əsaslarını və müddə tini təftiş etmək imkanı qazandırmır və bu mənada qiymətləndirilə bilməz. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçılara ödənc əvəzinə müavinət ödəmək öhdəliyi bu qərarın 16-17-ci bəndlərində istinad olunan normalarda təsbit olunmuş qaydadan irəli gəlir. Belə ki, iddiaçılara aylıq ödəncin verilməsi ilə bağlı öhdəlik əvvəlcədən, yəni "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli, 293a nömrəli əmrinə əsasən yaranmışdır və burada söhbət iddiaçılar qarşısında artıq həmin vaxtdan mövcud olan öhdəliyin bu qərarın 16-17-ci bəndlərində istinad olunan normalara uyğun olaraq cavabdehə ötürülməsindən gedir. Cavabdeh əvvəlcə bu qaydaya uyğun olaraq iddiaçılara müddətsiz təyin edilmiş aylıq ödəncin əvəzinə xx.xx.2022-ci il tarixindən aylıq müavinətin ödənilməsi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qərar qəbul etməsinə rəğmən, sonradan onun tərəfindən həmin müavinətin dayandırılmasına dair xx.xx.2022-ci il tarixli, 44545 nömrəli qərar qəbul olunmuşdur.

28. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə cavabdeh, sözügedən qərarın qəbul edilməsi əsası kimi, yalnız mərhum İsayev Şərifəli Şəbəddin oğlunun ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olduğunun müəyyən edilmədiyinə istinad edir. Halbuki iş materiallarına əlavə olunmuş Məhkəmə TibbiEkspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan (i.v.145) görünür ki, mərhumun meyidinin məhkəmə tibbi-ekspertizası aparılmadığı təqdirdə, onun ölümünün səbəb-əlaqəsini təyin etmək mümkün deyildir. Bu baxımdan da cavabdehin yalnız həmin hala istinadən iddia çılara müddətsiz təyin edilmiş aylıq ödəncin əvəzinə ödənilən aylıq müavinətin dayandırılmasına dair xx.xx.2022-ci il tarixli qərarı əsassız hesab olunmalıdır.

29. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış q ərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

30. Cavabdeh inzibati orqanın hazırkı davranışı həm də etimad hüququnun qorunması prinsipinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

31. Beləliklə, yuxarıda istinad olunan norma lar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalı, cavabdehin xx.xx.2022-ci il tarixli, 44545 nömrəli qərarı ləğv edilməli və iddiaçılara zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(105)-490/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 44545 nömrəli qər arı ləğv edilir və iddiaçılara zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar