Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1031/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx. 1968-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2955/2023 nömrəli iş üzrə qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh iddiaçıya əmək pensiyası təyin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.1985-xx.xx.2004-cü illərdə "X10 X7 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələrinin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının X-11000000 "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2020-ci ildə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2020-ci tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ona ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan iddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1985-xx.xx.1986-ci illərdə “X8 X11” X3 İstehsalat Xidməti Bazasında, xx.xx.1988-xx.xx.2004-cü illərdə Baş Dəniz Neftin “X8 X9” X3 İstehsalat Xidməti Bazasında (xx.xx.2001-ci il tarixindən həmin müəssisənin bazasında "xxxx" AS C yaradılmışdır), xx.xx.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda çalışır.
6. İddiaçı uzun müddət ağır və zərərli iş şəraitində çalışmışdır. İş yerlərində onunla birgə 4 nəfər elektrik montyoru çalışırdı. Həmin şəxslərin hamısına güzəştli şərtlərlə pensiya yaşına çatdıqdan sonra pensiya təyin edilmişdir. Həmin şəxslər qazma boruları sexində elektrik montyoru işləmişlər. İddiaçının işlədiyi idarə dənizdə qazma prosesinin tərkib hissəsi olub. İddiaçı dəniz platformalarını qazma boruları ilə fasiləsiz təmin etmiş, buruqlara elektrik montyoru kimi xidmət göstərmişdir. Mütəmadi olaraq qazma boruları dənizin müxtəlif buruqlarına çatdırılırdı və iddiaçı həmin buruqlara işlərin görülməsi məqsədilə ezamiyyətə göndərilirdi.
7. Güzəştli şərtlərlə pensiya təyin edilməs i üçün xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasına əsasən xx.xx.1985- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “X10 X7 Birliyi”nin İstehsalata Xidmət Mərkəzi Bazasında iddiaçının işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X11000000 “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi”ndə nəzərdə tutulmadı ğından (1); quruda fəaliyyətə aid olan 19852004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi Bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid olmadığından (2); işlədiyi vəzifə və sahələrin qanunvericilikdə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, xx.xx.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" ASC yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacağından, digər qanuni əsaslarla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. cavabdehin etirazı:
8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazda iddiaçının müraciətinə verilən imtinanın dəlilləri sadalanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2135/2021 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək 20 il 2 ay ümumi sığorta stajına malikdir. İddiaçı "X8 X9" X1 Xidmət Mərkəzi Bazasında xx.xx.1985-ci il dən xx.xx.1985-ci ilədək elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilədək Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X bölmə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1-ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 1100000a—19838 buruqlara xidmət ü zrə elektrik montyorları, kod 1100000a—19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Həmin peşələrdə iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 14 il, 9 ay, 17 gün təşkil edir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1793/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(112)-2135/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1035/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1793/2022 nömrəli iş üzrə qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiya mə hkəməsi tərəfindən iş üzrə sözügedən nəticəyə gələrkən İPM-nin 12 və 58.7-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, işdə olan bəzi sənədlər, hazırkı inzibati mübahisə baxımından konkret olmayan və ikimənalı xarakter daşıyan məlumatlardan ibarətdir. İşin 143-cü vərəqində olan “X5 LTD" şirkətinin apellyasiya məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, CDS-ist-020 saylı sorğuya cavab məktubunda deyilir ki, “şirkətin işçisi İddiaçı bizim şirkətdən əvvəl digər oxşar müəssisələrdə işləməsinə baxmayaraq vəzifə təlimatlarının və iş şəraitinin fərqli olduğundan göstərilən vəzifələrin dəniz neftçiləri üçün nəzərdə tutulan imtiyazlara uyğun olub-olmadığı bizim tərəfimizdən təsdiqləmək mümkün deyildir”.
17. Həmçinin qeyd edilməlidir ki, həmin şirkətin apellyasiya məhkəməsinə ünv anlandığı xx.xx.2022-ci il tarixli CDS-ist-026 saylı sorğuya verdiyi cavablarda (iş vərəq 146) göstərilmişdir ki, “şirkətimizin işçisi İddiaçı bizim şirkətdən əvvəl digər oxşar müəssisələrdə işləməsinə və əmək kitabçasına baxdıqda onu qeyd etmək olar ki, göstərilən vəzifələrin dəniz neftçiləri üçün nəzərdə tutulan imtiyazlara uyğunluğu ola bilər”. Belə ki, bir müəssisələrdə o cümlədən bizim şirkətdə çalışan “Elektriklər”-də “Elektrik montyorları” vəzifəsində çalışanlar da demək olar ki, eyni işləri görürlər, yəni, elektrik avadanlıqlarının işlək vəziyyətdə qalmasını təmin edir və lazım gəldikdə təmir işlərini həyata keçirirlər. Bu baxımdan İddiaçı işlədiyi peşələrin sizin sorğunuzda “110000a-19838” “buruqlara xidmət üzrə elektrik montyorları və 110000a-19861” bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları kodlarının hər ikisinə uyğun gəlməsi haqqında müsbət fikir söyləmək olar”.
18. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X5 LTD” şirkətinin apellyasiya məhkəməsinin sorğularına verdiyi yuxarıda göstərilmiş cavablar mahiyyəti üzrə qeyri-müəyyəndir, ehtimal xarakterlidir. Belə ki, iddiaçının peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş, “yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər” adlı sənədlər sadalanan peşələrin arasında olması şübhə doğurmur. Lakin, məlum olduğu kimi, sözügedən sənədi n yaşa görə 52 yaşdan (1 saylı siyahı) və 57 yaşdan (2 saylı siyahı) güzəştli pensiya hüququ verən yuxarıda göstərilmiş 2 (iki) siyahısı mövcuddur ki, həmin məsələ apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır, halbuki hazırkı inzibati mübahisənin düzgün həll edilməsinin həlledici və qanunları işin qeyd edilən hallardan ibarətdir.
19. Həmçinin qeyd edilməlidir ki, işin 134-cü və 136-cı səhifələrində olan müvafiq olaraq SOCAR-ın “Azneft” İB-nin 28.9.2022-ci il tarixli və SOCAR-ın “kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli apellyasiya məhkəməsinin sorğularına verdiyi cavabları baxılan inzibati mübahisəyə aydınlıq gətirmir. Belə ki, SOCAR-ın “Azneft” İB-in xx.xx.2022-ci il tarixli cavabında göstərilmişdir ki, “İddiaçı “Xəzərdəniz neftqazsənaye” İBnin mərkəzi ist ehsalat xidməti bazasında xx.xx.1985-ci il tarixdən xx.xx.1986-ci il tarixədək işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik və xx.xx.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 saylı siyahısının “qazma neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 1-ci “qazma” və 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir”.
20. Bununla yanaşı, qeyd edilməlidir ki, SOCAR-ın “kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli cavabında yazılmışdır ki, “Elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik” və “qazma boruları sexində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli siyahısında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 1-ci bəndində qazma “a” yarımbəndində fəhlələr “110000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a-19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” kodları ilə uyğun gəlib-gəlmə məsi haqqında fikir yürüdə bilmərik. Mərkəzi İstehsalat Xidməti Bazasının “Kompleks qazma işləri” trestinin strukturuna aid olmaması qeyd olunan peşələr üzrə vəzifə təlimatlarının bizdə olmaması səbəbindən onların Sizə təqdim edə bilmirik”.
21. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçının “takelajçı” peşəsində işləməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırma aparılmamışdır. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2955/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(112)-2135/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq q eyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq göstərişlərinə əsasən iddiaçının işlədiyi takelajçı, “X8 X9” X3 İstehsalat Xidməti Bazasında - “elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik; və həmin İstehsalat Xidməti Bazasının “Qazma boruları sexində” elektrik avadanlıqlarına xidmət üzrə İİ dərəcəli elektrik montyoru vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı və ya xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılara uyğun gəlib-gəlməməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” Trestinə verilən müvafiq sorğuya, həmin trest tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, İddiaçı işlədiyi “X5 LTD” şirkətinin və “X10 X4 Bazasının sənədlərinin SOCAR-ın “Kompleks qazma işləri” Trestinin arxivində olmadığı üçün həmin vəzifələrin güzəştli şərtlərlə pensiya hüququna malik olması barədə məlumat verə bilmirlər.
24. Eyni məzmunlu sorğuya “X5 Ltd” tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, “İddiaçı xx.xx.2003-cü il tarixdən hal-hazıradək “X6 Ltd” şirkətində işləyir. O, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək takelajçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Portalda Fəhlə və xx.xx.2003-cü il tarixdən indiyədək Xəzər dənizində yerləşən “Dədə Qorqud” və “İstiqlal” qazma qurğularında işləmişdir (Bölmə X, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı. KOD — 1100000a, fəhlələr). İddiaçı xx.xx.2003-cü il tarixdən əvvəl bizim şirkətdə işləmədiyi nəzərə alaraq onun digər müəssisələrdəki əmək fəaliyyəti haqqında arayışı verə bilmirlər”.
25. Məhkəmə kollegiyasının elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı və ya xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılara uyğun gəlib-gəlməməsi ilə bağlı sorğuya “X5 Ltd” tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, iddiaçı şirkətlərində heç vaxt elektrik vəzifəsində işləməyib. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsi onların şirkətində elektrik adlanır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli Siyahısında “Ne ftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanan X bölməsinin 1- ci bəndində Qazma, “a” yarımbəndində fəhlələr, “1100000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a-19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 10.1 bəndində Qazma, “a” yarımbəndində fəhlələr, “buruqlara xidmət üzrə elektrik montyorları” və “bil avasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” kodları ilə uyğun gəlir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının ““11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində: - “1100000a—19838” kodu üzrə “buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a—19861” kodu üzrə “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” g üzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur.
27. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan xx.xx.1985-ci il tarixdə doldurulmasına başlanılmış İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən 2006-cı ilə qədər aşağıdakı iş stajı müəyyən olunur. -xx.xx.1985-xx.xx.1985 (1 ay 2 gün): "X8 X9" X2 Xidmət Mərkəzi Bazası - elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik; -xx.xx.1985 – xx.xx.1986 (8 ay 17 gün): həmin Bazada 1-ci dərəcəli - fəhlə; -xx.xx.1986 - xx.xx.1988 (2 il 3 gün): müddətli həqiqi - hərbi xidmət; -xx.xx.1988 - xx.xx.2004 (16 il 2 ay 6 gün) "X8 X9" X2 Xidmət Mərkəzi Bazası elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru -xx.xx.2003 - xx.xx.2005 (2 il 8 ay 9 gün): Xəzər Qazma Şirkətində “İstiqlal qurğu su” - takelajçı.
28. İddiaçının qeyd olunan iş stajı, ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinə qədər 20 ildən çox (21 il 8 ay 7 gün) ümumi stajı toplanır ki, həmin stajın da 10 ildən çoxunu dəniz neftçisi kimi güzəştli pensiya hüququ verən göstəriciyə uyğun peşədə işləmişdir.
29. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə əsasən müvafiq sorğular verilmiş və iddiaçının çalışdığı takelajçı və elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşələrinin də güzəştli pensiya hüququ verən göstəriciyə uyğun peşələr olduğu müəyyən edilmişdir.
30. Beləliklə də, iddiaçının "X8 X9" X2 Xidmət Mərkəzi Bazasında “elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru” kimi çalışdığı peşəni 1 nömrəli Siyahının X11000000 - "Neftin qazılması və hasi latı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə “110000a-19838” (buruqlara xidmət üzrə elektrik montyorları) və “110000a19838” (bilavasitə buruqlara xidmət üzrə elektrik montyorları və xidməti ilə məşğul olan elektrik montyorları” kodlarına uyğun olan, güzəştli pensiya hüququ verən peşə üzrə 10 ildən çox güzəştli iş stajının (16 il 2 ay 6 gün) mövcud olduğu öz təsdiqini tapır.
31. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
32. Kassasiya şikayətinin dəlillərinin göstərilənlər təşkil edir. əsasını iddia tələbinə qarşı etirazda
33. Şikayətdə, həmçinin qeyd edil mişdir ki, işə birinci instansiya məhkəməsində, həmçinin birinci apellyasiya baxışında baxılarkən məhkəmə sorğularına gələn cavabların heç birində iddiaçının güzəştli stajının olması konkret olaraq təsdiqlənməmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında da qeyd etmişdir ki, məhkəmə sorğularına verilmiş cavablar mübahisəyə aydınlıq gətirməmiş, həmçinin iddiaçının takelajçı işləməsi araşdırılmamış, eyni zamanda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 52, yoxsa 57 yaşdan yarandığı dəqiqləşdirilməmişdir.
35. Təkrar apellyasiya baxışında da iddiaçının takelajçı işləməsi tam araşdırılmamış, həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 52 yaşdan yarandığı qeyd olunarkən səhv nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü İl tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş siyahıya nəzər salınsa: 1 nömrəli siyahı üzrə -11000000-X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000a-19838-buruqlara xidmət üzrə elektrik montyorları 1100000a-19861-bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları 1100000a-19861-neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları 1100000-19861-1 nömrəli siyahıda sadalanan istehsalatlarda məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları 2 nömrəli siyahı üzrə 21300000-Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 2130100a-19838-buruqlara xidmət üzrə elektrik montyorları 2130100a-19861-bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları 2130200a-19861-neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları 2130302a-19861- elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları
36. Göründüyü kimi, 1 nömrəli siyahıda göstərilmiş elektrik montyorları daimi olaraq dənizdə işləyənlərə aiddir. Hərdən bir, yaxud da ezam gedərək müvəqqəti formada dənizdə işləyənlər isə 2-ci siyahıda nəzərdə tutulmuşdur. Məlum olduğu kimi 2 nömrəli siyahıda nəzərdə tutulmuş vəzifələr üzrə pensiya hüququ isə 57 yaşdan yaranır. İş materiallarından görünür ki, iddiaçı daimi olaraq dənizdə işləməmişdir. Hətta müvəqqəti olaraq da işləməmişdir.
37. Apellyasiya instansiya məhkəməsi isə xx.xx.2023-cü il tarixli əsassız bir məktuba istinad etmişdir. Halbuki iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun 52, yoxsa 57 yaşdan yarandığını aydınlaşdırmaq üçün sorğu göndərməyə ehtiyac belə yoxdur. Yuxarıdakı siyahıya baxmaq kifayətdir. Göründüyü kimi, iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda, hüquqi əsaslar da mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ə rizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
43. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, məhkəmə kollegiyasının elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı və ya 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılara uyğun gəlibgəlməməsi ilə bağlı sorğuya “X5 Ltd” tərəfindən verilən 20 noyabr 2023-cü il tarixli cavabdan görünür ki, İddiaçı şirkətlərində heç vaxt elektrik vəzifəsində işləməyib. Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsi onların şirkətində elektrik adlanır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli Siyahısında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, köm ür və şistin emalı” adlanan X bölməsinin 1-ci bəndində Qazma, “a” yarımbəndində fəhlələr, “1100000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a-19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 10.1 bəndində Qazma, “a” yarımbəndində fəhlələr, “buruqlara xidmət üzrə elektrik montyorları” və “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elekt rik montyorları” kodları ilə uyğun gəlir.
45. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının ““11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində: - “1100000a—19838” kodu üzrə “buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a—19861” kodu üzrə “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” güzəştli pensiya hüququ v erən peşələr kimi nəzərdə tutulmuşdur... Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə əsasən müvafiq sorğular verilmiş və iddiaçının çalışdığı takelajçı və elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşələrinin də güzəştli pensiya hüququ verən göstəriciyə uyğun peşələr olduğu müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin faktiki hallarına və istinad etdiyi maddi hüquq normalarının məzmununa uyğun hesab etmir.
47. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçının hazırkı məzmunda tələbinin təmin olunması üçün onun çalışdığı və istinad etdiyi peşə, iş və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olu nmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” fəslində nəzərdə tutulmuş peşə, iş və vəzifələrə uyğun olmalı və həmin peşə, iş və vəzifələri o, məhz dəniz şəraitində icra etmiş olmalıdır.
48. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 2003-cü ildən işlədiyi (hərçənd, onun əmək kitabçasında xx.xx.2004-cü il tarixədək eyni vaxtda digər müəssisədə işlədiyi qeyd olunub) “X5 Ltd” tərəfindən verilən və bilavasitə həmin müəssisənin özünə aid olan arayışlar istisna edilməkl ə, iddiaçının güzəştli staj kimi istinad etdiyi xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (16 il 2 ay 6 gün) "X8 X9" X2 Xidmət Mərkəzi Bazasında çalışdığı müddətdə işlədiyi peşəni, işi və ya tutduğu vəzifəni bütün iş günü ərzində məhz dənizdə (dəniz neftçisi kimi) icra etdiyini aşkar və qeyd-şərtsiz təsdiq edən hər hansı sübut işdə yoxdur.
49. Başqa sözlə, iddiaçının həmin illərdə və həmin müəssisədə işlədiyi “elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru” vəzifəsinin (peşəsinin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın - 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı – 11000000 -
1. Qazma: 1100000a-19838- “buruqlara xidmət üzrə elektrik montyorları”; 1100000a-19861-“bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları”. 11000000 -
2. Neft-qaz və qaz kondensatının hasilatı: 1100000a-19861 – “neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” vəzifələri (peşələri) ilə uyğunluğu müəyyən edildiyi halda belə, əgər həmin vəzifələr (peşələr) dənizdə deyil, quruda icra olunmuşdursa, iddiaçı 1 nömrəli Siyahıya istinad edə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsini tələb edə bilməz. 50. “X5 Ltd” tərəfindən verilən cavab məktubunda “elektrik” peşəsinin 1 nömrəli Siyahıda qeyd olunan və yuxarıda istinad edilən peşə və vəzifələrə uyğunluğu ilə bağlı qeydə gəldikdə, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, həmin müəssisəyə məxsus qazma qurğuları (o cümlədən, iddiaçının çalışdığı “İstiqlal” qurğusu) istehsalat prosesini bilavasitə dənizdə həyata keçirdiyindən, həmin qurğularda elektrik avadanlıqlarına xidmət edən elektrik montyorları vəzifəsi (peşəsi) 1 nömrəli Siyahıda göstərilən vəzifələrə (peşələrə) aid edilə bilər. Məktubun məzmunundan da göründüyü kimi, məktubda söhbət “X5 Ltd” müəssisəsinə məxsus qazma qurğularındakı istehsalat sahələrindən gedir.
51. İddiaçının həmin üzən qurğuda icra etdiyi “takelajçı” vəzifəsinə (peşəsinə) gəldikdə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sının X fəslində “fəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələri aid etdiyini dəqiq göstərmişdir. Həmin peşə, iş və vəzifələrdə “takelajçı” vəzifəsi nəzərdə tutulmamışdır. “Takelajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edil miş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda və yalnız Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmaqla, çənlərin və gəmi bölmələrinin daxilində (qapalı şəraitdə) avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları göstərilmişdir.
52. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi üçün iş üzrə aşağıdakı halların müəyyən edilməsi zəruridir: - iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (16 il 2 ay 6 gün) işlədiyi müəssisə (istehsalat sahəsi) 1 nömrəli siyahı üzrə (********) X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” fəslində nəzərdə tutulan “Qazma” sahəsinə aid olub və iddiaçı elektrik montyoru kimi məhz (dənizdə) buruqlara xidmət edib (1100000a-19838) və ya elektrik avadanlığının təmiri və xidməti ilə bilavasitə buruqlarda (dənizdə) məşğul olub (1100000a-19861); - iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (16 il 2 ay 6 gün) işlədiyi müəssisə (istehsalat sahəsi) 1 nömrəli siyahı üzrə (********) X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” fəslində nəzərdə tutulan “Neft-qaz və qaz kondensatının hasilatı”na aid olub və iddiaçı elektrik montyoru kimi elektrik avadanlığının təmiri və xidməti ilə bilavasitə neft, qaz və qazkondensatı hasilatı obyektlərində (dənizdə) məşğul olub (1100000a19861); - iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (16 il 2 ay 6 gün) işlədiyi müəssisə (istehsalat sahəsi) 1 nömrəli siyahıda sadalanan istehsalatlara aid olub və iddiaçı elektrik montyoru kimi elektrik avadanlıqlarının təmirini və avadanlıqlara xidməti həmin müəssisədə icra edib (11000000—19861).
53. Beləliklə, İPM-nin 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2955/2023 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.