Məhkəmə qərarları › İş №2-1(102)-1035/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1035/2024

10.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1035/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxxnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2023-cü il tarixli, 2-1(106)32 0/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama xx.xx.2022-ci il tarixli KY211595504 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti xx.xx.2021 – xx.xx.2021, yoxlanılan dövr - xx.xx.2018 xx.xx.2021 müəyyən edilmişdir

2. Yoxlamanın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yox laması aktı tərtib edilmişdir.

3. Müvafiq akta əsasən cavabdeh iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmiş və həmin qərar əsasında ona əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə 229561.52 manat və vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 444658.99 manat, ümumilikdə 674220.51 manat büdcəyə ödənilməli olan vəsait tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindək i icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2**********60403 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qərarında vergi ödəyicisinin gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək tətbiq edilmişdir. Halbuki, xərc sənədlərinin təqdim olunubolunmamasından asılı olmayaraq, vergi orqanı mənfəət vergisinin hesabla nması zamanı şərti rentabellik normasının tətbiq edilməsindən əvvəl Vergi Məcəlləsinin 67.1-67.13-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığına riayət etməli idi. Cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətin düzgün əks etdirilməməsidir. Bu əsasın yaranmasınının səbəbi kimi cavabdeh xərc sənədlərinin iddiaçı tərəfindən təqdim edilməməsinə istinad etmişdir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisini hesablamışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, verg i orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. Beləliklə, qanunvericiliyin müddəalarından göründüyü kimi, vergilərin hesablanmasının hüquqi əsasını ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirini dəqiq müəyyən etmək mümkün olduğu halda, vergi orqanına 67.14-cü maddəyə əsasən artıq mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Beləliklə, maddələrin tələblərinə görə, ƏDV bir halda vergi tutulan dövriyyədən birbaşa olaraq 18 faizlə hesablanmalı, digər halda isə əgər vergi ödəyicisinin elektron vergi hesab-fakturaya əsasən verginin əvəzləşdirilməsi hüququ yaranmışdırsa, həmin məbl əğ çıxmaqla hesablanmalıdır. Elektron vergi hesab-fakturanın vergi tutulan əməliyyatın aparıldığı gündən 5 gün ərzində verilməsi müəyyən edilmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmiş, malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152508 nömrəli Qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilən sənədlərdən icarə müqaviləsi, bağlanmış əmək müqavilələri bildirişləri, əmək haqqının ödəniş cədvəlləri, bank hesabından çıxarışlar, NKA-nın fiskal hesabatları, məbləğ ifadəsində mal material dövriyyəsi barədə hesabatı yoxlamaya təqdim edilmiş, tələb olunan digər sənədlər, o cümlədən çeşid və ncvlər üzrə material hesabatı, malların satışını və satış qiymətlərini təsdiq edən sənəd və məlumatlar təqdim etməmişdir. Təqdim olunmayan sənədlər barədə ’’Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə" xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli Protokol tərtib edilərək, icarə müqaviləsi, bağlanmış əmək müqavilələri bildiriş ləri, əmək haqqının ödəniş cədvəlləri, bank hesabından çıxarışlar, NKA-nın fiskal hesabatları, məbləğ ifadəsində mal-material dövriyyəsi barədə hesabatların təsdiq olunmuş surətləri götürülmüşdür. Vergi ödəyicisi yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında ayrı-ayrı vergi ödəyicilərindən ərzaq və digər gündəlik tələbat mallarını elektron qaimə-faktura əsasında aldığını, alınmış malları əhaliyə pərakəndə qaydada, lakin nəzarət kassa aparatına daxil etmədən satdığını, pərakəndə satışla məşğul olduğundan mühasibat uçotunun aparılmasına ehtiyac olmadığını bildirmişdir. Vergi ödəyicisi ƏDV qeydiyyatına alınması məqsədilə xx.xx.2019-cu il tarixdə ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olara q ödəyicinin müraciətinə əsasən xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və **********7 saylı “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi” verilmişdir. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixdən yoxlanılan dövrün sonuna qədər ƏDV-nin ödəyicisi olmuşdur. Həmin dövrdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə vergi tutulan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla, əvəzləşdirilən ƏDV isə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Qeyd edilən maddələrin tələbləri gözlənilməklə vergi ödəyicisinin ƏDV üzrə kənarlaşmaları aşağıdakı kimi müəyyənləşdirilmişdir: Vergi ödəyicisi xx.xx.2019-cu il tari xdən ƏDV qeydiyyatına alınması məqsədi ilə xx.xx.2019-cu il tarixdə ƏDV qeydiyyatına dair ərizə ilə müraciət etmişdir. Qeyd olunan səbəbdən Vergi Məcəlləsinin 177.5-ci maddəsinin tələblərinə uyğun olaraq 2019-cu ilin fevral ayı üzrə ƏDV tutulan əməliyyatların dəyəri 2019-cu ilin mart ayı üzrə təqdim olunan ƏDV bəyannaməsində əks etdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunan ƏDV bəyannamələri üzrə yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyə 8023026.84 manat, ƏDV məbləği 1444144.83 manat, ƏDV-dən azad olunan əməliyyatların dəyəri 213734.1 manat (kameral vergi yoxlaması ilə müəyyən edilən məbləğ), əvəzləşdirilən ƏDV 1507499.65 manat, büdcədən hesablanan ƏDV məbləği 63354.82 manat göstərilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən ƏDV-dən az ad olunan malların alınması və təqdim edilməsi hallarının olması müəyyən edilməmişdir. Lakin vergi ödəyicisinin obyektində quraşdırılmış onlayn kassa aparatına məbləğlər səhvən ƏDV-dən azad olunan əməliyyatlar kimi daxil edilmişdir. Yoxlama zamanı ƏDV-dən azad olunan əməliyyatların aparılması müəyyən edilməmişdir. Yoxlama zamanı 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyənnaməsində ilin sonuna, yəni xx.xx.2019-cu il tarixə qalıq qalmış mallar 67639.0 manatı, dövr ərzində alınan mallar 9268826.58 manat, dövr ərzində satılan mallar 7964871.38 manat, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin obyektlərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı müəyyən edilmiş mallar 445096.8 manat, 0129 oktyabr 2021-ci il tarix aralığında alınan mallar 542556.6 manat, oktyabr ayı ərzində s atılan mallar 805128.7 manat (OVN tədbiri zamanı əskik gələn malların dəyərinin vergi ödəyicisi tərəfindən 2021-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə bərpa edilən hissəsi nəzərə alınmaqla) nəzərə alınmaqla vergi ödəyicisinin minimum dövriyyəsi müəyyən olunmuş nəticədə satışı sənədlərlə təsdiqlənməyən 663925.63 manat dəyərində (alış dəyəri ilə) malların mal qalığında qalmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünün sonuncu ayında, yəni 2021-ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 119506.61 manat ƏDV məbləği hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Həmçinin əldə edilmiş EQF-lar üzrə ödənilən, lakin əvəzləşmədə nəzərə alınmayan ümumilikdə 116354.01 manat ƏDV məbləği yoxlama zamanı nəzərə alınmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyənin 663925.63 manat, ƏDV məbləğinin 119506.6 manat azaldılması, əvəzləşdirilən ƏDV-nin 73595.42 manat artıq göstərilməsi nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 45911.19 manat azaldılması müəyyən edilmişdir. 2019 və 2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********151723 nömrəli Tələbnamə üzrə gəlir v ə xərclərə aid sənədlərin tələb edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən mühasibat uçotunun, həmçinin malların çeşid və növlər üzrə hərəkəti (material hesabatı) barədə hesabatların aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən malların satışını və ya gəlirlərini təsdiq edən hər hansı sənəd və məlumatın mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. Həmçinin, vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisi müəyyən edilməmişdir. Belə ki, aparılmış araşdırmalarla vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan X3 (VÖEN **********) və X1 (VÖEN **********) fəaliyyətlərinin İddiaçı (VÖEN: **********) fəaliyyətinə oxşar olması müəyyən edilmiş, lakin İddiaçı malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı satışda olan malların çeşid və növlərinin fərqli olması, satışda İran İR istehsalı olan malların olması, həmçinin həmin vergi ödəyiciləri ilə müqayisədə işçi sayının, obyekt sahələrinin fərqli olması müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Həmçinin, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələyə, yəni Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd olunan ardıcıllığa əməl etmədən birbaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanması məsələsinə aşağı instansiya məhkəmələri düzgün hüquqi qiymət verməsə də, Ali Məhkəmə qeyd olunan məsələ ilə bağlı artıq öz hüquqi mövqeyini bildirmiş və belə nəticəyə gəlmişdir ki, vergi qanunvericiliyində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti re ntabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanmasında hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır. Qeyd olunan səbəbdən vergi ödəyicisinin gəlirini birbaşa müəyyənləşdirmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli 42 saylı) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin xərclərinə görə gəliri müəyyənləşdirilmiş və illər üzrə aşağıdakı kimi olmuşdur. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 1496569.5 manat, xərclər 1477770.6 manat, vergiyə cəlb edilən gəlir 18798.9 manat, gəlir vergisi 3759.78 manat göstərilmi şdir. Xərclərin tərkibində əmək haqqı xərcləri 2650.0 manat, sosial sığorta ayırmaları 677.6 manat, malın dəyəri 1471743.0 manat, icarə haqqı 1200.0 manat, bank xidmət haqqı məbləği 1500.0 manat göstərilmişdir. Yoxlama ilə satılmış malın alış dəyəri 1471743.0 manat, əmək haqqı xərcləri 3340.0 manat, sosial sığorta xərcləri 723.5 manat, icarə haqqı 2400.0 manat, bank xidmət haqqı 2140.0 manat olmaqla, ümumilikdə 1480346.5 manat xərcə görə gəlir müəyyən edilmişdir. Beləliklə yoxlama zamanı aparılmış hesablamalarla 2019-cu ildə vergi ödəyicisinin gəlirlərinin 1776415.8 manat, xərclərin 1480346.5 manat, vergiyə cəlb edilən gəlirin 296069.3 manat, gəlir vergisinin 59213.86 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2019-cu ildə gəlir vergisi məbləği 55454.08 mana t (592xx.xx-3759.78) azaldılmışdır. Vergi ödəyicisinin gəlirlərinin NK 55 saylı qərar tətbiq edilməklə müəyyən edildiyi üçün Gəlir vergisi bəyannaməsi üzrə olan dövriyyə ilə (1776415.8 manat) ƏDV bəyannamələri üzrə dövriyyə (1496569.5 manat) arasında 279846.3 manat fərq yaranmışdır. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 3332893.76 manat, xərclər 3299564.82 manat, vergiyə cəlb edilən gəlir 33328.94 manat, gəlir vergisi 6665.78 manat göstərilmişdir. Xərclərin tərkibində malın dəyəri 3299564.82 manat göstərilmişdir. Yoxlama ilə satılmış malın alış dəyəri 3299564.82 manat, əmək haqqı xərci 12875.0 manat, sosial sığorta xərcləri 2753.39 manat, icarə haqqı 2400.0 manat, bank xidmət haqqı 2678.0 manat olmaqla, ümumilikdə 3320271.21 manat x ərcə görə gəlirlər aşağıdakı kimi müəyyən edilmişdir. 2020-ci il üçün M =3320271.21 x 20: 100 = 664054.24 manat gəlir müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı aparılmış hesablamalarla 2020-ci ildə vergi ödəyicisinin gəlirlərinin 3984325.45 manat, xərclərin 3320271.21 manat, vergiyə cəlb edilən gəlirin 664054.24 manat, gəlir vergisinin 132810.84 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən 2020-ci ildə gəlir vergisi məbləği 126145.06 manat (132810.85 - 6665.79) azaldılmışdır. Vergi ödəyicisinin gəlirlərinin NK 55 saylı qərar tətbiq edilməklə müəyyən edildiyi üçün Gəlir vergisi bəyannaməsi üzrə olan dövriyyə ilə (3984325.45 manat) ƏDV bəyannamələri üzrə dövriyyə (3332893.76 manat) arasında 651431.69 manat fərq yaranmışdır. Yoxlamanın əhatə etdiyi dövr ər zində gəlir vergisinin ümumilikdə 181599.14 manat azaldıldığı müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı, məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlərin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqları üzrə 1757.35 manat azalma, 0.16 manat artıq hesablama müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarına cəlb olunan gəlirlər 2020-ci ilin 1-ci rübü üzrə 1500.00 manat göstərilmiş, yoxlama ilə 2000.0 manat olduğu, 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqlarına cəlb olunan gəlirlər göstərilməmiş, yoxlama ilə 3750.00 manat olduğu, 3-cü rüb üzrə 3375.00 manat göstərilmiş, yoxlama ilə 3750 manat olduğu, 2021-ci ilin 3-cü rübü üzrə 3750 manat göstərilmiş, yoxlama ilə 4500.00 manat olduğu müəyyən edilmişdir. Müvafiq olaraq 2020-ci ilin 1-ci rübü üzrə 130.0 manat, 2-ci rüb üzrə 1125.0 manat, 3-cü rüb üzrə 292.41 manat azalma, 4-cü rüb üzrə 0.06 manat artıq hesablama, 2021-ci ilin 1-ci rübü üzrə 0.06 manat artıq hesablama, 2-ci rübü üzrə 0.04 manat artıq hesablama, 3-cü rübü üzrə 209.94 manat azalma olmaqla ümumilikdə Məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqqlarının 1757.19 manat azaldılması aşkar edilmişdir. Ödəmə mənbəyində tutulan verginin bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı aşağdakılar aşkar edilmişdir. X2 (VÖEN: ******* ***) ilə bağlanmış xx.xx.2018-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı məbləği 294.0 manat müəyyən edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamədə icarə haqı məbləği düzgün göstərilməmiş və nəticədə ödəmə mənbəyində verginin ümumilikdə 294.0 manat, o cümlədən 2019-cu ilin 1-4-cü rüblərində hər rübdə 42.0 manat olmaqla 168.0 manat, 2020-ci ilin 1-3-cü rüblərində hər rübdə 42.0 manat olmaqla 126.0 manat əskik hesablanması müəyyən edilmişdir. Vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 453219.57 manat azaldılması müəyyən edilmişdir. O cümlədən 269569.08 manat əlavə dəyər vergisinin azaldılması; 181599.14 manat gəlir vergisinin azaldılması; 1757.35 manat MÖMV-nin azaldılması; 294.0 manat ÖMV-nin azaldılması. Vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 223658.05 manat artıq hesablanması müəyyən edilmişdir: o cümlədən 223657.89 manat əlavə dəyər vergisinin artıq hesablanması; 0.16 manat MÖMV-nin artıq hesablanması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 134784.54 manat, gəlir vergisinin azaldılmasına görə 90799.57 manat, Ödəmə mənbəyində verginin azaldılmasına görə 147.0 manat, MÖMVnin azaldılmasına görə 878.68 manat, işçilərə hesablanaraq nağd qaydada 26315.9 manat əmək haqqı məbləği ödənilməklə Nağdsız hesablaşmalar haqqında AR Qanunu”nun tələbləri pozulduğu üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən 2631.59 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarınd a yəni 215297.61 manat, Vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 120.0 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama ilə ümumilikdə vergilərin 229561.52 manat azaldılması müəyyən edilmiş, 444658.99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardad ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizaya əsasən verilmiş 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması A ktından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ümumilikdə məbləği 229561,52 manat olmuşdur. Həmçinin xx.xx.2022ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən həmin səyyar vergi yoxlamasının tərtib olunma tarixinə, yəni xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin olduğu müəyyən edildi. Lakin, həmin aktda öz əksini tapmış 150023,73 manat artıq ödəniş məbləği son nəticədə əlavə olaraq büdcəyə hesablanmış 229561,52 manat məbləğində vergilər hesablanarkən nəzərə alınmamışdır. Yəni, xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında əlavə olaraq hesablanmış 22 9561,52 manat məbləğində vergilər və məcburi dövlət sosial sığorta haqqı məbləğinə 150023,73 manat artıq ödəniş məbləği yönəldilməmişdir. Həmin məbləğ yönəldildiyi təqdirdə vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə az hesablanmış, yəni əlavə olaraq hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 79537,79 manat (229561,52 -150023,73) məbləğində olması müəyyən olunmalı idi. Həmçinin, qeyd edilir ki, vergi orqanı tərəfindən artıq ödəniş məbləğləri xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında nəzərə alınmadan son nəticədə az hesablanmış vergi məbləği müəyyən edilsə də, təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında vergi ödəyicisinin həmin artıq ödəniş məbləği nəzərə alınmışdır. Tə dqiqata əlavə olaraq təqdim edilmiş və çap olunma xx.xx.2022-ci il tarixi olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olm ası müəyyən edildi. Göstərilənlərlə yanaşı qeyd edilir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsinin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktında hesablamalar aparılarkən artıq ödəniş məbləği nəzərə alınmadan az hesablanmış vergi məbləği müəyyən olunmuşdur.”

8. Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, e-2-1(120)-765/2023 nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddia tələbi qismən təmin edilmiş, cavabdehin İddiaçı İV rüb 2017-ci ildən İİİ rüb 2021-ci ilədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul etd iyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarı 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-nı təşkil edən 5228,45 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli ekspert rəyinə istinad edərək hesab etmişdir ki, vergi orqanının əməkdaşları tərəfindən yoxlama zamanı hesablamalar aparılarkən iddiaçının artıq ödəniş məbləği nəzərə alınmadan 229561,52 manat az hesablanmış vergi məbləği müəyyən olunmuş, cavabdeh təşkilat isə zəruri araşdırma aparm adan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli Səyyar vergi yoxlaması Aktını əsas götürərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 2**********60403 nömrəli Qərar qəbul etmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli rəyinə etiraz edərək, rəydə qeyd olunan xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin yoxlama zamanı nəzərə alındığını bildirsə də, məhkəməyə bunu təsdiq edən heç bir dəlil-sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisəl əndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2023-cü il tarixli, 2-1(106)-320/2023 nömrəli qərarı ilə (hakimlər M.Həsənov - sədrlik edən və məruzəçi, S.Həsənov və C.İmanov) apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə ola raq qeyd etmişdir ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı əsassız olaraq xx.xx.2021-ci il tarixli müddətin uzadılması, xx.xx.2022ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma barədə qərarlarını Vergi Məcəlləsinin 38.7.2ci maddəsini (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək) əsas tutaraq qəbul etsə də bununla bağlı hər hansısa sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirmə halı baş verməmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması aktında və qəbul etdiyi qərarda əlavə hesabladığı vergiləri, eləcə də uzadılma və dayandırma barədə qərarlarını əsaslandıra bilməmiş və bu barədə mötəbər sübutlar təqdim etməmişdir.

13. Bundan başqa qeyd edilmişdir ki, cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, di skresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir.

14. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2-ci maddələrinə, Vergi Məcəlləsinin 3.8, 3.9, 3.11, 24.0.2, 38.1, 38.2, 38.3.5, 53.3, 54, 54.0.1, 67.1, 67.14, 83.9-cu maddələrinə istinad etmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlillər i

16. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin “cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli qərar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərar deyil, məsuliyyət müəyyən edən qərardır ki, orda da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilmiş və həmin qərarda səyyar ve rgi yoxlamasının keçirilmə əsasını nəzərdə tutan Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tətbiqinin əsasları açıq-aydın əks olunmuşdur. Belə ki, qərardan göründüyü kimi, aparılmış araşdırmalarla vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilmiş dövriyyənin vergi orqanlarında mövcud uçotbaza məlumatlarına əsasən qanuna müvafiq qaydada təsdiqlənməməsi sənədsiz satış kimi qiymətləndirilmişdir. Qeyd olunan vergidənyayınma riskinin araşdırılmasının zəruriliyi nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin məhkəmə kollegiyası iş üzrə araşdırma aparmadığı üçün qərardan, onun məzmunundan və orda qeyd olunan arqumentlərdən xəbərsiz olmuşdur.

17. Bundan başqa ap ellyasiya məhkəməsinin cavabdeh tərəfindən yoxlama zamanı əsassız olaraq müddətin uzadılması və müvəqqəti dayandırılması eləcə də cavabdeh tərəfindən səyyar vergi yoxlaması aktında və qəbul etdiyi qərarda əlavə hesabladığı vergiləri, eləcə də uzadılma və dayandırma barədə qərarlarını əsaslandıra bilməməsi barədə dəlillərinə münasibətdə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli müddətin uzadılması haqqında qərarın qəbul edilmə əsası kimi fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi kimi təqdim etmişdir ki, bu hal işin faktiki halları ilə təsdiq olunmur. Sözügedən qərarın məzmununa diqqət etdikdə, həmin qərarın qəbul edilməsi əsasları sənədlərin araşdırılmasına əlavə vaxtın tələb edilməsi olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qərarında qeyd edir ki, iddiaçının ə mək qabiliyyətinin itirilməsi halı baş verməmiş və cavabdeh bununla bağlı hər hansısa sübut təqdim edə bilməmişdir. Halbuki iş materiallarında mövcud olan iddiaçının müraciətlərindən (müxtəlif tarixlərdə olan müraciətlərdən) görünür ki, iddiaçı səhhətində yaranmış olan problemlərindən dolayı yoxlamada iştirak edə bilmir və yoxlamanın dayandırılmasını xahiş edir. Səyyar vergi yoxlamasının uzadılması və dayandırılması barədə qərarlarda həmin qərarların qəbulu əsasları qeyd olunmasına baxmayaraq, apellyasiya məhkəməsi onları təkzib edəcək heç bir sübut təqdim etməməsinə baxmayaraq əsassız hesab etmişdir. Digər tərəfdən yoxlayıcı X4 məhkəmə prosesində iştirak etməsinə və izahat verməsinə baxmayaraq onun izahatı şərh olunmamış və qeyd etdiyi dəlillər təkzib olunmamışdır.

18. Bundan əlavə apelly asiya məhkəməsi qərar qəbul edərkən ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və ümumiyyətlə tədqiq etmədən mötəbər sübut olaraq qəbul etmişdir. Ekspert rəyinə diqqət etdikdə ekspert hesablamaların əsaslarını şübhə altına almamış və artıq ödəmə hesabına silinmiş vergi borcları barədə məlumat vermişdir. Şəxsi hesab vərəqəsinə əsasən hesablanmış vergilərin artıq ödəmə hesabına silinməsi həmin az hesablanmış vergilərin hesablanma əsaslarını sarsıtmır və vergilərin az hesablanmasını istisna etmir. Ekspert yanlış olaraq bildirir ki, əgər vergi ödəyicisinin artıq ödəməsi olduğu halda həmin vergi ödəyicisi üzrə vergidən yayınma, yəni az hesablanma olduğu halda belə vergilərin az hesablanması müəyyən oluna bilməz. Digər tərəfdən ekspert suallara əsaslandırılmış cavab verməmiş, vergi lərin az hesablanıbhesablanmaması kimi suallarına ümumi qaydada 10.456,90 manat vergi və MDSSH üzrə borcun olduğunu qeyd etmişdir. Halbuki ekspert qarşısında qoyulan suallara diqqət etdikdə hər tədiyyə növü üzrə hesablamaların ayrı-ayrı aparılması tələb edilmiş, həmin tədiyyə növləri üzrə azalmaların hər tədiyyə növü üzrə ayrılıqda əks olunması istənilmişdir. Ekspertin müəyyən etdiyi 10.456,90 manat vergi və MDSSH üzrə borcun tərkibi bəlli olmamış, hansı tədiyyə növü üzrə nə qədər borcun qalması bilinmədən az hesablama kimi qiymətləndirilmişdir. Beləliklə apellyasiya məhkəməsi qeyd olunan sübutu qiymətləndirmədən hesablamaların əsaslarını şübhə altına almağa çalışmışdır. Halbuki ekspert şəxsi hesab vərəqəsinə əsasən borclar və artıq ödəmələr barədə məlumat vermişdir ki, bu da hesablamaları n əsaslarına hər hansı şəkildə aidiyyəti yoxdur.

19. Kassator onu da qeyd etmişdir ki, iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət verilməsinə baxmayaraq, vəsatətə münasibət bildirilməmiş, rədd olunma əsasları barədə məlumat verilməyərək tərəf olaraq cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2023-cü il tarixli, 2-1(106)-320/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmi ş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, verg i orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiq i, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif ol unmuş məlumatlar aşkar edildikdə.... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 22. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar... məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir; ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;... Maddə

13. Ekspertin vəzifələri... təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoy ulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;... Maddə

18. Təkrar məhkəmə ekspertizası Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tət biq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.... Maddə

26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu... tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması.... Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır

23. Mülki Prosessual Məcəllə: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavabla r verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

24. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və di gərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı

26. Avropa Məhkəməsinin “Avşar Türkiyəyə qarşı iş üzrə 2001-ci il tarixli qərarı

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarı

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əs aslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Məhkəmə kollegiyası apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

33. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

34. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzg ün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

35. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********151659 nömrəli qərarı ilə iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikası Ve rgi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və onun əsasında xx.xx.2022-ci il tarixli, 2**********60403 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 2018-2021ci illərdə iddiaçı tərəfindən gəlir vergisi, əlavə dəyər vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibb i sığorta haqları, ödəmə mənbəyində tutulan vergilər üzrə hesablanmış vergilərin azaldıldığını hesab edərək cavabdeh inzibati orqan iddiaçıya ümumilikdə 229561,52 manat əlavə vergi, 444658,99 manat maliyyə sanksiyası hesablamışdır.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********60403 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

37. İlk öncə qeyd edilməlidir ki, iddiaçı yoxlanılan dövrdə sair ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması nəticəsində iddiaçıya aşağıdakı vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: -181.599.14 manat FŞGV 90.799,57 manat MS -269.569.08 manat ƏDV və 134.784,54 manat MS -1.757.35 manat MÖMV və 878,68 manat MS -294,0 manat ÖMV və 147 manat MS -223.657,89 manat ƏDV artıq hesablama -0.16 manat MÖMV artıq hesablama -ƏDV məbləğinin ödənilməməsinə görə 215.387,61 manat MS (58.6) -2.631,59 manat MS (58.7-1) -120 manat MS.

38. Belə ki, 2019-cu il üzrə gəlir vergisi üzrə ümumilikdə 1.480.346,5 manat xərc müəyyən edilmişdir. Xərcə münasibətdə şərti rentabellik norması tətbiq edilərək 55.454,08 manat (1.480.346,5 /5 × 20% - 3.759,78öz təqdim etdiyi) FŞGV-i hesablanmışdır. -2020-ci il üzrə mənfəət vergisi üzrə ümumilikdə 3.320.271,21 manat xərc müəyyən edilmişdir. Xərcə münasibətdə şərti rentabellik norması tətbiq edilərək 126.145,06 manat (3.320.271,21 /5 × 20% - 6.665,79öz təqdim etdiyi) FŞGV-i hesablanmışdır. -ƏDV üzrə Yoxlama zamanı 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində ilin sonuna, yəni xx.xx.2019-cu il tarixə qalıq qalmış mallar 67.639,0 manatı, dövr ərzində alınan mallar 9.268.826,58 manat, dövr ərzində satılan mallar 7.964.871,38 manat, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin obyektlərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı müəyyən edilmiş mallar 445.096,8 manat, 01-29 oktyabr 2021-ci il tarix aralığında alınan mallar 542.556,6 manat, oktyabr ayı ərzində satılan mallar 805.128,7 manat (OVN tədbiri zamanı əskik gələn malların dəyərinin vergi ödəyicisi tərəfindən 2021-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə bərpa edilən hissəsi nəzərə alınmaqla) nəzərə alınmaql a vergi ödəyicisinin minimum dövriyyəsi müəyyən olunmuş nəticədə satışı sənədlərlə təsdiqlənməyən 663.925,63 manat dəyərində (alış dəyəri ilə) malların mal qalığında qalmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünün sonuncu ayında, yəni 2021-ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 119.506.61 manat ƏDV məbləği hesablanmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyənin 663.925,63 manat, ƏDV məbləğinin 119.506.6 manat (663.925,63×18%) azaldılması, əvəzləşdirilən ƏDV-nin 73.595.42 manat artıq göstərilməsi nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 45.911,19 (119.506,6-73.595,42) manat azaldılması müəyyən edilmişdir. -ÖMV üzrə ümumilikdə 294.0 (168.0+126,0) manat -MDSSH, işsi zlikdən sığorta və icbari tibbi sığorta üzrə – 4500.00 manat -Maliyyə sanksiyası üzrə - Nağd qaydada 26.441.27 manat əməkhaqqı məbləği ödənilməklə “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun tələbləri pozulduğu üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən 2.644,1 manat (26.441.27 ×10%), Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50% miqdarında, yəni 215.297,61 manat, vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2 maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 120.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

39. Yoxlama fərdi sahibkar İddiaçı iştirakı və onun y oxlamaya təqdim etdiyi sənədlərnəzarət kassa aparatından alınmış dövrü qısa fiskal hesabatları, bağlanmış icarə müqaviləsi, əmək haqqı ödəniş cədvəlləri, bank çıxarışları, dəyər ifadəsində mal-material dövriyyəsi barədə məlumatlar və vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmiş, malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır.

40. Vergi ödəyicisi olan İddiaçı yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında ayrı-ayrı vergi ödəyicilərindən ərzaq və digər gündəlik tələbat mallarını elektron qaiməfaktura əsasında aldığını, alınmış malları əhaliyə pərakəndə qaydada, lakin nəzarət kassa aparatına daxil etmədən satdığını, pərak əndə satışla məşğul olduğundan mühasibat uçotunun aparılmasına ehtiyac olmadığını bildirmişdir.

41. Cavabdeh orqan öz etirazında qeyd etmişdir ki, aparılmış araşdırmalarla vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan X3 (VÖEN **********) və X1 (VÖEN **********) fəaliyyətlərinin İddiaçı (VÖEN: **********) fəaliyyətinə oxşar olması müəyyən edilmiş, lakin İddiaçı malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilm iş operativ vergi nəzarəti tədbirləri zamanı satışda olan malların çeşid və növlərinin fərqli olması, satışda İran İR istehsalı olan malların olması, həmçinin həmin vergi ödəyiciləri ilə müqayisədə işçi sayının, obyekt sahələrinin fərqli olması müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir.

42. Cavabdehin qərarından göründüyü kimi, aparılmış araşdırmalarla vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilmiş dövriyyənin vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən qanuna müvafiq qaydada təsdiqlənməməsi sənədsiz satış kimi qiymətləndirilmişdir. Qeyd olunan vergidən yayınma riskinin araşdırılmasının zəruriliyi nəzərə alınmaq la vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsində mübahisələndirilən qərar qəbul olunmuşdur.

43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən cavabdeh tərəfindən əlavə vergilərin hesablanmasının qanunsuz olduğu qənaətinə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəyə qeyd olunan göstəricilərə əsaslanmışdır.

44. Belə ki, 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli ekspert rəyində “iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ümumilikdə məbləği 229561,52 manat olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən həmin səyyar vergi yoxlamasının tərtib olunma tarixinə, yəni xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin olduğu müəyyən edildi. Lakin, həmin aktda öz əksini tapmış 150023,73 manat artıq ödəniş məbləği son nəticədə əlavə olaraq büdcəyə hesablanmış 229561,52 manat məbləğində vergilər hesablanarkən nəzərə alınmamışdır. Yəni, xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktında əlavə olar aq hesablanmış 229561,52 manat məbləğində vergilər və məcburi dövlət sosial sığorta haqqı məbləğinə 150023,73 manat artıq ödəniş məbləği yönəldilməmişdir. Tədqiqata əlavə olaraq təqdim edilmiş və vergi ödəyicisinin çap olunma tarixi xx.xx.2022-ci il olan şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla xx.xx.2022ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,9 manat məbləğində olması müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktı ilə əlavə h esablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,9 manat məbləğində olması müəyyən edilməsi” qeyd edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyi hazırkı qərarın 22-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinı cavab vermir. Belə ki, ekspert rəyinin nəticəvi hissəsində qeyd olunmuş göstəricilərin emal olunmuş hansı məlumatlar əsasında və hansı qaydada alındığını əks etdirən əsaslandırma mövcud olmadığından, rəydə göstərilən rəqəmlərin həqiqiliyini müəyyən etmək mümkün deyildir.

46. Bundan əlavə ekspert qarşısında qoyulan suallarda hər tədiyyə növü üzrə hesablamaların ayrı-ayrı aparılması tələb edilmiş, həmin tədiyyə növləri üzrə azalmal arın hər tədiyyə növü üzrə ayrılıqda əks olunması istənilmişdir. Halbuki, ekspertin müəyyən etdiyi 10.456,90 manat vergi və MDSSH üzrə borcun tərkibi bəlli olmamış, hansı tədiyyə növü üzrə nə qədər borcun qalması bilinmədən az hesablama kimi qiymətləndirilmişdir.

47. Digər tərəfdən apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 57.1, 58.6 və 58.7-1-ci maddələrinə əsasən hesablanmış maliyyə sanksiyalarının tətbiqi əsasları barədə hər hansı təkzibedici məlumat vermədən həmin hesablamaları da ləğv etmişdir.

48. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət versə də (iş səh.134), lakin vəsatət təmin edilməmiş və bu barədə MPM-in 97.1-ci maddəsinin tələblərinə uyğun olaraq qərardad qəbul olunmamışdır. Ümumiyyətlə cavabdeh orqanın vəsatətinə nə ayrıca olaraq nə də ki, qərarında hər hansı münasibət bildirilməmiş, bununla da MPM-in 97.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilmişdir.

49. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübutların bir növüdür və MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

50. Məhkəmənin istinad etdiyi ekspert rəyi hazırkı qərarın 22-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə cavab vermədiyi üçün onun mötəbərliyi müəyyən olunmur. Apellyasiya məhkəməsi sübutları qiymətləndirilən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartı əsas götürməlidir. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və y a faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (Avropa Məhkəməsinin “Avşar Türkiyəyə qarşı işi).

51. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir, cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

52. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin qeyd etdiyi xx.xx. 2022ci il tarixli qərar məsuliyyətə cəlb etmə barədə qərardır, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar isə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və həmin qərar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən iş materiallarına əlavə edilməmiş qərarın əsaslandırılmamış qərar kimi qiymət verilməsi yolverilməzdir.

53. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

55. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün isti nad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

56. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2 007-ci il tarixli qərarı).

57. Beləliklə, Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 21-23a, 25 və 26-cı bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2023-cü i l tarixli, 21(106)-320/2023 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2-1(102)-1035/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığo rta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2**********60403 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-765/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı İV rüb 2017-ci ildən İİİ rüb 2021-ci ilədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqı nda xx.xx.2022-ci il tarixli, 2**********60403 nömrəli qərarının 10456,9 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2023-cü il tarixli, 21(106)-320/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən 1 dekabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, “cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı əsassı z olaraq xx.xx.2021-ci il tarixli müddətin uzadılması, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma barədə qərarlarını Vergi Məcəlləsinin 38.7.2-ci maddəsini (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək) əsas tutaraq qəbul etsə də bununla bağlı hər hansısa sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, i ddiaçının əmək qabiliyyətini müvəqqəti itirmə halı baş verməmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması aktında və qəbul etdiyi qərarda əlavə hesabladığı vergiləri, eləcə də uzadılma və dayandırma barədə qərarlarını əsaslandıra bilməmiş və bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa qeyd edilmişdir ki, cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. B undan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir.” Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1035/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2023-cü il tarixli, 2-1(106)-320/2023 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qeyd edilən həmin qərarla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. Azərbaycan Respublikası Vergi Məcəllə sinin 38.3-cü maddəsi növbədənkənar vergi yoxlaması keçirilə bilən halları müəyyən edir. Həmin maddənin məzmununa diqqət yetirən zaman o nəticəyə gəlinir ki, növbədənkənar səyyar vergi yoxlaması yoxlanılan vergi dövrünün yenidən yoxlanılması ilə yanaşı ümumiyyətlə yoxlanılmayan dövrün yoxlanılmasını da nəzərdə tutur. Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur. Məsələn, Məcəllənin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonr a da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki, yoxlama Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin giz lədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər. Bundan əlavə qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qeyd olunan maddə məna etibarı ilə mənfəəti birbaşa müəyyən etməyi diqtə edir və bildirir ki, mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Bu səbəbdən hesab edirəm ki, inzibati orqan mənfəəti birbaşa müəyyən etmək üçün vergi qanunvericiliyi ilə ona verilən hüquq və səlahiyyətlərdən istifadə etmədən əsassız olaraq mənfəəti şərti rentabellik tətbiq etməklə mü əyyən etmişdir. Eyni zamanda səyyar vergi yoxlaması aktının 9-cu səhifəsinin sonunda yoxlama zamanı ƏDV tutulan dövriyyənin 8.686.952,42 manat müəyyən edildiyi qeyd edilmişdir. ƏDV tutulan dövriyyə məbləği ilə mal (iş və xidmət) təqdim olunmasından əldə edilən gəlirin məbləği eynilik təşkil etdiyi üçün və vergi ödəyicisinin xərcləri də məlum olması səbəbindən (şərti rentabellik xərclərə münasibətdə tətbiq edildiyindən) cavabdeh vergi orqanı tərəfindən mənfəətin birbaşa müəyyən edilməsi birmənalı mümkündür və qanunun tələbinə görə vergi məbləği birbaşa müəyyən edilməli idi. Buna görə də şərti rentabellik əsasında mənfəətin müəyyən edilməsi əsassızdır. Eyni zamanda hesab edirəm ki, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşması baxımından oxşar hallar üzrə xeyli sayda Qərarla r mövcuddur ki, məhkəmə kolleksiyası həmin qərarlarda fərqli nəticəyə gəlmişdir. Məsələn, Ali Məhkəmənin 2-1(102)-23/2022 saylı xx.xx.2022-ci il tarixli (sədrlik edən K.Bədəlov) və 2-1(102)-1255/2022 saylı xx.xx.2022-ci il tarixli (sədrlik edən N.Rəsulbəyova) qərarlarına əsasən məhkəmə kollegiyası iş üzrə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyini əsaslandırmaması səbəbindən vergi orqanının kassasiya şikayətini təmin etməmişdir. Ali Məhkəmənin 2-1(102)-712/2022 saylı xx.xx.2022-ci il tarixli (sədrlik edən S. Kərimov ) qərarına əsasən məhkəmə kollegiyası iş üzrə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığını düzgün tətbiq etmədiyindən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyinin əsaslandırmaması səbəbindən yeni qərar qəbul edərək iddianı təmin etmişdir. Ali Məhkəmənin 2-1(102)-751/2024 saylı xx.xx.2024-ci il tarixli (sədrlik edən X.Məmmədov) qərarına əsasən məhkəmə kollegiyası iş üzrə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığını düzgün tətbi q edilmədiyindən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyinin əsaslandırmaması səbəbindən vergi orqanının kassasiya şikayətini təmin etməmişdir. Bundan başqa bir çox məhkəmə qərarında da Vergi Məcəlləsinin 38.3.5 və 67.14-cü maddəsi ilə bağlı yuxarıda göstərilən hüquqi mövqe formalaşmışdır. Digər tərəfdən hesab edirəm ki, yoxlama zamanı müxtəlif vergi növü və vergi dövrləri üzrə vergi məbləğinin hesablanması üçün müəyyən edilən müddətlərlə bağlı hesablamanın aparıldığı dövrə aid qanunvericilik tətbiq olunmalı olduğu halda, cavabdeh vergi orqanı b u tələbə əməl etməmişdir. Məsələn, mübahisələndirilən inzibati akt xx.xx.2022-ci il tarixdə qəbul olunduğundan hesabat dövrü təqvim ayı olan vergi növləri üzrə 2019-cu ilin may ayına qədər (2019-cu ilin may ayı da daxil olmaqla) olan, hesabat dövrü rüb olan vergi növləri üzrə isə 2019-cu ilin İ rübünə qədər (2019-cu ilin İ rübü də daxil olmaqla) olan bütün artıq və ya əlavə hesablama üçün müəyyən edilmiş 3 illik müddət başa çatdığından (həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməli olduğu üçün) hər hansı hesablamanın aparılması əsassızdır. Ali Məhkəmənin 2-1(102)-1035/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərarında “52. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin qeyd etdiyi xx.xx.2022-ci il tarixli qərar məsuliyyətə cəlb etmə barədə qərardır, “Səyyar vergi yox lamasının keçirilməsi haqqında” qərar isə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və həmin qərar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən iş materiallarına əlavə edilməmiş qərarın əsaslandırılmamış qərar kimi qiymət verilməsi yolverilməzdir.” qeyd edilmişdir. Bununla bağlı xüsusi ilə qeyd edilməlidir ki, istənilən növ səyyar vergi yoxlamasının keçirilməsi haqqında vergi orqanının qərarının iş materiallarında olmaması məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Eyni zamanda bildirirəm ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olmayan qərara deyil, məsuliyyətə cəlb etmə barədə qərara qiymət vermişdir. Həmçinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar iş materiallarında olmasa da, həmin qərar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 1 dekabr 2023-cü il tarixli, 2-1(106)-320/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar