Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1036/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti Zərdab rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın icarəyə verilməsi barədə sərəncamın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, üçüncü şəxsin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə (X3 üçüncü şəxs olmaqla) qarşı “Zərdab rayon İcra Hakimiyyəti başçısını n 19.11.2012-ci il tarixli 127 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-15/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zərdab rayonu Bəyimli qəsəbəsi ərazisində məskunlaşan Kəlbəcər rayonu Soyuqbulaq kənd sakini X1 ərizəsi nəzərə alınaraq, X10 daxil olan Bəyimli qəsəbəsi ərazisindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin tərtib etdiyi torpaqayırma və yerquruluşu sənədləri əsasında Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19.11.2012-ci il tarixli 127 saylı sərəncamı ilə heyvandarlığın inkişafı üçün 120 ha, əkinçiliyin inkişafı üçün 30 ha, cəmi 150 hektar torpaq sahəsinin 15 il müddətinə ona icarəyə verilməsi qərara alınmışdır.
2. Zərdab rayon İcra Hakimiyyəti adından X4 ilə X3 arasında bağlanmış 19.11.2012ci il tarixli 127 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə sahəsi bir yüz əlli hektar olan, gələcəkdə “sahə” adlanan ərazi heyvandarlığın inkişafı üçün “icarəçi”yə uzunmüddətli 15 il müddətinə istifadəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli, 127 nömrəli sərəncamını ləğv edib torpaq aktına əsasən sərəncamında olan 75.0 ha torpaq sahəsinin geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmiş dir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq ləğv edilmiş İddiaçı İB-nin tərkibinə daxil olan müəssisələrin bazasında yaradılıb və onların hüquqi varisidir. 05 may 1993-cü il tarixli, B seriyalı, 004944 saylı torpaq aktına əsasən, Zərdab rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən İddiaçı ASC-yə müddətsiz olaraq 100 (yüz) hektar torpaq sahəsi ayrılmışdır. Lakin Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 nömrəli sərəncamı əsasında X1 adına 150 hektar torpaq sahəsi ayrılan zaman İddiaçı ASC-nin sərəncamında olan 100 ha torpaq sahəsindən 75 ha hissəsi ona verilmişdir.
5. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli 2-1(86)-1295/2017 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, torpaq sahəsinin geri qaytarılması” barədə iddia ərizəsi üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
6. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 23.01.2018-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində dəqiqləşdirmə apararaq iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə “Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 nömrəli sərəncamının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir.
7. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2-1(086)317/2018 saylı qəra rdadı ilə iddiaçının nümayəndəsi X6 tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, mübahisəyə İddiaçı ASC-nin cavabdeh Zərdab rayon İcra Hakimiyyətinə qarşı “19 noyabr 2012-ci il tarixli 127 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır.
8. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2-1(086)-317/2018 saylı qərardadı ilə İddiaçı ASC-nin Zərdab rayon İcra Hakimiyyətinə qarşı Zərdab rayon İcra Hakimiyyəti başçısının 19.11.2012-ci il tarixli 127 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün hesab edilməmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 15.03.2018-ci il tarixli 2-1(106)-129/2018 saylı qərardadı ilə Şirvan İnzi bati-İqtisadi Məhkəməsinin 22.02.2018-ci il tarixli 2-1(086)-317/2018 saylı qərardadından İddiaçı ASC-nin nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin 05.06.2018-ci il tarixli 2-1(107)-193/2018 saylı qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22.02.2018-ci il tarixli 2-1(086)-317/2018 saylı qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-9/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia qismən təmin edilmiş, Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19.11.20 12-ci il tarixli 127 nömrəli sərəncamı İddiaçı ASC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 72.88 ha torpaq sahəsinin üçüncü şəxs X2 icarəyə verilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 05 may 1993-cü il tarixli, B seriyalı 004944 saylı torpaq aktına əsasən, İddiaçı ASC-nin istifadəsində olan 100 ha torpaq sahəsinin 75 hektarı Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 saylı sərəncamı əsasında X2 icarəyə verilmiş 150 hektar torpaq sahəsi ilə 72.88 ha hissədə üst-üstə düşdüyündən həmin hissədə iddia tələbi əsaslı olmuşdur.
13. Üçüncü şəxs apelyasiya şikayəti verərək həmin qərarın qismən ləğv edilməsini və iddia ərizəsinin tamamilə rədd edilməsi barədə qərar qə bul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-15/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və M.Ə.Əsədli) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)9/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Üçüncü şəxs həmin qərarla razılaşmayıb kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yeni bir əsaslandırma aparmamış, sadəcə olaraq birinci instansiya məhkəməsinin iş üzrə əsassız qərarında qeyd edilənləri təkrarlamış, şablon olaraq hüquq normalarını qərara daxil etmiş, iş üzrə sübutlara obyektiv qiymət vermədən qanunvericiliyin tələbləri nəzərə alınmamış, bunun nəticəsi olaraq üçüncü şəxsin əmlak hüquqları kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
19. Cavabdeh 01/714 saylı, 11 iyun 2021-ci il tarixli məktubla kassasiya şikayətinə münasibət bildirərək apelyasiya instansiyası m əhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya və cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3c ü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgə ninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğula r, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;...
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (1999-cu ilədək qüvvədə olan) Maddə Torpaq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aşağıdakılar aiddir: 1) respublikalararası (dövlətlərarası), respublika məqsədləri üçün respublikanın hüdudları daxilində rayon, şəhər xalq deputatları Sovetlərinin, habelə torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq istifadəçilərinin razılığı ilə torpaqlar barəsində sərəncam vermək;... Maddə 22.Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xal q deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək;... Maddə
23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. İş materiallarından görünür ki, iddiaçı, Zərdab rayon İcra Hakimiyyəti başçısının 19 n oyabr 2012-ci il tarixli, 127 nömrəli sərəncamının onun subyektiv hüququna birbaşa müdaxilə etdiyini əsas gətirərək həmin sərəncamı mübahisələndirmişdir.
30. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 noyabr 2017-ci il tarixli 842 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, 05 may 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən, İddiaçı ASC-nin istifadəsinə verilmiş 100 ha torpaq sahəsinin sərhədləri iddiaçıya məxsus torpaqdan istifadə hüququna dair Dövlət Aktında göstərilən metrə və orientlərə uyğun müəyyən edildi. Həmçinin, Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 nömrəli sərəncamı əsasında X2 icarəyə verilmiş 150 hektar torpaq sahəsinin sərhədləri müəyyən edildi. 05 may 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsində olan 100 ha torpaq sahəsinin Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 saylı sərəncamı əsasında X2 icarəyə verilmiş 150 hektar torpaq sahəsi ilə 72.88 ha hissədə üst-üstə düşdüyü müəyyən olunur.
31. Bundan əlavə, Məhkəmə Ekspertiza Mərkəzinin 11 dekabr 2017-ci il tarixli 22584 nömrəli ekspert rəyindən görünür ki, Zərdab rayonun yerləşən 05 may 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsinə verilmiş 100 ha torpaq sahəsinin və Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 nömrəli sərəncamı əsasında X2 icarəyə verilmiş 150 hektar torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, 05 may 1993-cü il tarixli B se riyalı 004944 saylı torpaq aktına əsasən İddiaçı ASC-nin istifadəsində olan 100 ha torpaq sahəsinin Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 saylı sərəncamı əsasında X2 icarəyə verilmiş 150 hektar torpaq sahəsi ilə 72.88 ha hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
32. İş materiallarında olan 07.05.2019-cu il tarixli 05/0053 nömrəli Mütəxəssis rəyindən görünür ki, keçmiş Camışçılıq sovxozunun sərhəd hüdudları daxilində Bəyimli bələdiyyəsi və keçmiş Qaravəlli kolxozunun sərhəd hüdudları daxilində Qaravəlli bələdiyyəsi yaradılmışdır. Mərkəzin elektron bazasında bu bələdiyyələrin sərhəd hüdudları haqqında məlumatlar vardır və həmin məlumatların əsasında sərhədləri müəyyən etmək mümkündür. Həmin ərazidə keçmiş Camışçılıq sovxozunun sərhəd hüdudları daxilində yaradılmış Bəyimli bələdiyyəsinin 9623.02 ha, keçmiş Qaravəlli kolxozunun sərhəd hüdudları daxilində yaradılmış Qaravəlli bələdiyyəsinin 1116.64 ha torpaq sahəsi vardır. İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli “Torpaqdan istifadə hüququna dair" Dövlət Aktında torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. İddiaçı qəbulu və tədarükü məntəqəsinin sərhədlərini təqdim olunmuş B №004944 saylı “Torpaqdan istifadə hüququna dair" Dövlət Aktında göstərilmiş cizgi planında öz əksini tapmış Qaravəlli kanalına istinad edilərək verilmiş miqyas əsasında müəyyən etmək olar. İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli “Torpaqdan istifadə hüququna dair” Dövlət Aktının torpaq istifadəçiliyinin planında göstərilən 10 0 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Mərkəzin elektron bazasında “İddiaçı" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Həmin torpaq sahəsinin sərhədləri ilə X1 adına hazırlanmış A 515874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan ******* kv.m. torpaq sahəsinin koordinatları 72.88 ha hissədə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin mövcud vəziyyətinə dair izahlı sxem Mərkəzin elektron məlumat bazasına və ortofoto məlumatları əsasında tərtib edilərək rəyə əlavə olunur.
33. İddiaçı-yə B№-004944 saylı Dövlət aktı əsasında verilmiş 100 ha torpaq sahəsi ilə X2 A-515874 nömrəli plan və ölçü əsasında verilmiş 150 ha torpaq sahəsinin üst-üstə düşən hissəsinin 72.88 hektar olması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.06.2019-cu il tarixli **********75 nömrəli məktubuna əlavə edilmiş torpaq sahəsinin üst-üstə düşən hissəsinin koordinatlarından görünür.
34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Rahib Teymurovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı qəbulu və tədarükü məntəqəsinə aid 004944 nömrəli "Torpaqdan istifadə hüququna dair” Dövlət Aktında torpaq istifadəçiliyinin planında göstərilən 100 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkündür. Həmin torpaq sahəsinin sərhədləri ilə X1 adına hazırlanmış A 515874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ****** * kv.metr torpaq sahəsinin koordinatları 72.88 ha hissədə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin mövcud vəziyyətinə dair izahlı sxem Mərkəzin elektron məlumat bazasına və ortofoto məlumatları əsasında tərtib edilərək mütəxəssis rəyinə əlavə edilmişdir.
35. Məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Zərdab rayon İcra Hakimiyyəti Başçısının 19 noyabr 2012-ci il tarixli 127 saylı sərəncamı əsasında X2 icarəyə verilmiş 150 ha torpaq sahəsi Zərdab rayon X7 Rəyasət Heyətinin 02 noyabr 1992-ci il tarixli qərarı ilə iddiaçının daimi istifadəsinə ayrılmış və 05 may 1993-cü il tarixli B seriyalı 004944 saylı torpaq aktına əsasən onun istifadəsində olan 100 ha torpaq sahəsi ilə 72.88 ha hissədə üst-üstə düşür.
36. Cavabdehin mübahisəli sərəncamı ilə i ddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin 72.88 ha hissəsi qanunsuz olaraq 3-cü şəxsin icarəsinə verildiyi üçün aşağı instansiya məhkəmələri sərəncamın həmin hissədə ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişlər.
37. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
39. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-15/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.