Məhkəmə qərarları › İş №2-1(102)-1037/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1037/2022

21.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1037/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sənədlərin təqdim edilməsi barədə göstərişin məcburi icrasının təmin edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh (xx.xx.1 978-ci il təvəllüdlü; FİN: xxxxxxx) qarşı “göstərişin məcburi icrasının təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)508/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 16 sentyabr 2020-ci il tarixli 305 nömrəli məktubla iddiaçıya müraciət edərək ünvan 1 ünvanında yerləşən “Crocodile” mağazasının “PAUL & SHARK” və “HUGO BOSS” brendlərinin əmtəə nişanlarını qanunsuz olaraq vitrin şüşələrinə əlavə etdiyi, həmin brendlərin əmtəə nişanlarının Əqli Mülkiyyət Agentliyinin verdiyi bildirişlərə və WİPO qeydiyyatına əsasən Azərbaycan Respublikasında qorund uğunu, müvafiq müqavilələr əsasında onların rəsmi idxal və təmsil etmək hüququnun cəmiyyətə məxsus olduğunu bildirib “Crocodile” mağazasının vitrin şüşələrində qeyd edilən brendlərin əmtəə nişanlarının yığışdırılması üçün müvafiq tədbir görülməsini xahiş etmişdir.

2. İddiaçının “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” 15 mart 2021-ci il tarixli qərarına əsasən cavabdeh barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

3. İddiaçının “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” 9 iyun 2021-ci il tarixli qər arına əsasən cavabdehə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin beşinci abzasına əsasən 2021-ci ilin mart-may ayı ərzində əldə etdiyi 56375,48 manat gəlirin 5 faizi miqdarında, yəni 2818,77 manat maliyyə sanksiya tətbiq edilmişdir.

4. İddiaçının “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 11 iyun 2021-ci il tarixli göstərişinə əsasən cavabdeh 9 iyun 2021-ci il tarixli qərar ilə barəsində tətbiq edilmiş 2818,77 manat məbləğində maliyyə sanksiyasını 30 gündən gec olmayaraq iddiaçının hesabına köçürülməsini təmin etməli, aşağıdakı sənəd və məlumatları üç iş günü müddətində iddiaçıya təqdim etməlidir: - vergi orqanlarında qeydiyyatda olduğu barədə şəhadətnamənin m üvafiq qaydada təsdiq olunmuş surəti; - “PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə yazılı izahat; - “PAUL & SHARK" və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarix (gün, ay, il) barədə məlumat; - “PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışını həyata keçirdiyi bütün malların, o cümlədən “PAUL & SHARK” və “HUGO BOSS" əmtəə nişanlı malların satışından əldə olunmuş gəlirləri barədə məlumatlar və bunu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; - “PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtə ə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışını həyata keçirdiyi bütün malların, o cümlədən “PAUL & SHARK” və "HUGO BOSS” əmtəə nişanlı malların mədaxilinə, yəni alışına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə yazılı izahat; - "PAUL & SHARK” və "HUGO BOSS” beynəlxalq əmtəə nişanlı malların qalığı barədə (malın adı, qablaşdırma növü, sayı, mədaxil və satış qiymətləri) məlumatlar; - "PAUL & SHARK” və "HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinə olan dövrdə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqa nlarına təqdim edilmiş müvafiq hesabatların (əlavə dəyər vergisinin bəyannamələri) müvafiq qaydada təsdiq olunmuş surətləri.

5. İddiaçının “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi və işə baxılmasının dayandırılması haqqında” 25 iyun 2021-ci il tarixli qərarına əsasən cavabdeh icrası məcburi olan 11 iyun 2021-ci il tarixli göstərişi (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) yerinə yetirmədiyi üçün cavabdehə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin dördüncü abzasına əsasən 2021-ci ilin mart-may ayı ərzində əldə etdiyi 56375,48 manat gəlirin 10 faizi miqdarında, yəni 5637,55 manat maliyyə sanksiya tətbiq edilmiş, cavabdehə verilmiş 11 iyun 2021-ci il tarixli göstərişin (maliyyə san ksiyasının ödənilməsi hissəsi istisna olmaqla) icrasının məcburi təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi barədə rəhbərlik qarşısında məsələ qaldırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 25 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən fiziki şəxs Cavabdeh verilmiş 11 iyun 2021-ci il tarixli göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin ünvan 2 ünvanında fəaliyyət göstərən mağaza tərəfindən "DAMA S.P.A” şirkətinə məxsus "PAUL & SHARK” və "HUGO BOSS X1 GmbH & Co. KG” şirkətinə məxsus "HUGO BOSS” beynəlxalq əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə iddiaçıya 16 sentyabr 2020-ci il tarixli 305 nömrəli müraciəti daxil olmuşdur. Müraciətdə "Crocodile” adlı mağazada "DAMA S.P.A" şirkətinə məxsus "PAUL & SHARK” və "HUGO BOSS X1 GmbH & Co. KG” şirkətinə məxsus "HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. "SİNTEKS” MMC 327 nömrəli 9 dekabr 2020-ci il tarixli məktubu ilə "PAUL & SHARK” beynəlxalq əmtəə nişanının sahibi olan "DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda, "xxxx" MMC-nin 330 nömrəli, 29 dekabr 2020-ci il tarixli məktubu ilə “HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi “HUGO BOSS X1 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. Bununla əlaqədar “Crocodile" adlı mağazanın sahibi cavabdehdən iddiaçının 28 dekabr 2020-ci il tarixli, AİBNDX-05/01-5/2080 nömrəli məktubu ilə “PAUL & SHARK” və 8 yanvar 2021-ci il tarixli AİBNDX-05/01-5/33 nömrəli məktubu ilə isə “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq bu barədə Xidmətə məlumat verməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş məktublarla bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. "xxxx" MMC-nin 005 nömrəli, 21 yanvar 2021- ci il tarixli məktubu ilə “Crocodile” adlı mağazanın “PAUL & SHARK" və “HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyi bildirilmişdir. Məktubla təqdim edilən kassa nəzarət çekində sözügedən ünvanda cavabdehin (VÖEN **********) fəaliyyət göstərdiyi qeyd edilmişdir. "xxxx" MMC 18 fevral 2021-ci il tarixli məktubu ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə 8 fevral 2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim etmişdir. Qeyd olunanlar nəzərə alınaraq cavabdehin fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılması 7 aprel 2021-ci il tarixinə təyin edilərək müvafiq qərarla mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. Komissiyanın 7 aprel 2021-ci il, 27 aprel 2021-ci il və 19 may 2021-ci il tarixlərində keçirilmiş işə baxılma iclasları müxtəlif səbəblərdən təxirə salınmışdır. Komissiyanın 9 iyun 2021-ci il tarixində keçirilən işə baxılma iclasında komissiyanın müvafiq qərarları ilə cavabdehdən aşağıdakı sənəd və məlumatlar tələb edilmişdir: - vergi orqanlarında qeydiyyatda olduğu barədə şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surəti; - “PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olma dığı təqdirdə bu barədə yazılı izahat; - “PAUL & SHARK" və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarix (gün, ay, il) barədə məlumat; - “PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışını həyata keçirdiyi bütün malların, o cümlədən “PAUL & SHARK” və “HUGO BOSS" əmtəə nişanlı malların satışından əldə olunmuş gəlirləri barədə məlumatlar və bunu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; - “PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışını həyata keçirdiyi bütün malların, o cümlədən "PAUL & SHARK” və "HUGO BOSS” əmtəə nişanlı m alların mədaxilinə, yəni alışına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə yazılı izahat; - "PAUL & SHARK” və "HUGO BOSS” beynəlxalq əmtəə nişanlı malların qalığı barədə (malın adı, qablaşdırma növü, sayı, mədaxil və satış qiymətləri) məlumatlar; - "PAUL & SHARK” və "HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinə olan dövrdə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş müvafiq hesabatların (əlavə dəyər vergisinin bəyannamələri) müvafiq qaydada təsdiq olunmuş surətləri. Eyni zamanda, həmin qərarlarla təsərrüfat subyektləri məlumatların düzgün və vax tında təqdim olunmamasına görə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinə əsasən məsuliyyət daşıdığı cavabdehin nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh lazımi sənədləri təqdim etməmiş və bu səbəbdən iddiaçının 9 iyun 2021-ci il tarixli qərarı ilə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin həmin qərarın məcburi icrasını təmin etmək məqsədilə cavabdehə 11 iyun 2021-ci il tarixli göstəriş verilmişdir. Lakin həmin göstəriş icra edilməyərək tələb olunan sənədlər müəyyən olunmuş müddətdə Dövlət Xidmətinə təqdim olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.10-cu bəndinə əsasən, antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək Dövlət Xidmətinin vəzifəsidir.

8. Cavabdeh iddia ərizəsinə etirazda göstərmişdir ki, fəaliyyəti qanunvericiliyə uyğun aparılmaqdadır, heç bir qanun pozuntusuna yol verməmişdir. Şikayətin özü ilə tanış olmaq imkanları yoxdur. Şikayət əsasında qurumun ona yolladığı qərarlarda araşdırma üçün olan əsaslar göstərilməmişdir. Dəfələrlə qurumdan hansı qanun pozuntusuna yol verdiklərini dəqiqləşdirməsi haqda xahiş etmiş, cavab yerinə çıxarılan növbəti qərarla mücərrəd, iş qaldırılması üçün göstərdikləri hallarla üst-üstə düşməyən qanunvericilik aktlarından sitatlar gətirməklə kifayətlənmişlər. Qurumun keçirdiyi iclaslarda və yazılı olaraq bildirmişlər ki, mağazanı, bütün texniki vasitələri, bütün bank çıxarışlarını, bütün alış sənədlərini, o cümlədən bütün idxal sənədlərini, bütün tələb olunan və olunmayan, amma ona məxsus olan sənədləri artıqlaması ilə istədikləri zaman onların nümayəndələrinin ixtiyarına verməyə hazırdırlar. Tələb olunanların icrasının mümkünsüzlüyünü və dəqiqləşdirilməsini xahiş edir, təəssüf ki, iddiaçı yazdıqlarını oxumur, dediklərini dinləmir. İddiaçı məhkəmədən 11 iyun 2021-ci il tarixli göstərişin icra olunmasını istəməklə məhkəməni aldatmağa çalışır. Göstəriş 9 iyun 2021-ci il tarixli qanunsuz qərarın yerinə yetirilməsi haqqındadır. İddiaçı iddia ərizəsinə qoşma kimi göstərişi əlavə edir, amma göstəriş üçün əsas olan çıxardığı icrası mümkün olmayan qərarını əlavə etmək əvəzinə qətiyyən iddiaçının işlə heç cür üst-üstə düşməyən, tamamilə fərqli hal üzrə başqa bir şəxs ilə olan məhkəmə çəkişməsi materialını əlavə edərək guya presedenti olan bir hal kimi təqdim etməyə çalışır. Şikayətçi ölkədə fəaliyyət göstərən bazar subyektlərindən biridir. Amma əmtəə nişanlarının sahibi deyildir. İddiaçının verdiyi qərarlarda adları çəkilən əmtəə nişanlarının sahibləri bazarın subyektləri olmayan xarici hüquqi şəxslərdir. Şikayətçinin hər hansı xarici ölkə şəxsləri ilə malların alqı-satqı müqaviləsi bağlamaq, bu malları gətirib satmaq kimi şübhəsiz hüquqları vardır. Şikayətçinin istənilən digər bazar subyektindən şübhələnərək müxtəlif orqanlara müraciətlər etməsi qanunla qadağan oluna bilməz. Amma iddia etdiyi məsələləri eyni zamanda sübut etmək öhdəliyi də qanunvericilik tərəfindən müəyyən olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-8116/2021 nömrəli qərardadı ilə (hakim A.Ə.Əhədova) iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması ilə əlaqədar məhkəmədə iddia qaldırmaq hüququ var, lakin bu hüquqdan qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret 3 növdə göstərişin yerinə yetirilmədiyi halda istifadə etməsi mümkündür. Qeyd olunan göstərişlər isə Qaydaların 2.21-ci bəndində sadalanmış: 1) antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş a ktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstərişin yerinə yetirilməməsi; 2) digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstərişin icra edilməməsi və 3) antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilməməsidir. Qanunverici antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması işlərinə baxarkən antiinhisar qanunvericiliyinə əsasən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişləri yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbu l etmək, cərimə və ya maliyyə sanksiyasının yerinə yetirilməsi barədə göstəriş vermək, cərimə və ya maliyyə sanksiyasının ödənilmədiyi və ya qismən ödənildiyi halda, məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edərək icra məmuruna göndərmək səlahiyyəti tanımışdır. Cərimə və ya maliyyə sanksiyasını ödəməklə yanaşı bazar subyektləri eyni zamanda müvafiq sənəd və məlumatları antiinhisar orqanına təqdim etməyə borcludurlar. Əks halda, qanunverici antiinhisar orqanına təkrar göstəriş vermək və yenidən cərimə tətbiq edilməsi məsələsinə baxmaq imkanı tanımışdır. İddiaçının cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsinə dair göstərişinin məcburi icrası ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə tələb olunan sənədlərin cavabdehdən məcburi götürülməsi ilə bağlı iddia qaldırmağının normativ hüquqi əsası yoxdur.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-508/2022 nömrəli qərardadı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-8116/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmişdir.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və işin araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı hesab edir ki, hazırkı iddia tərəfindən aparılan inzibati icraat çərçivəsində sənədlərin təqdim olunmasına dair tələbdir. Cavabdeh tərəfindən daxil olmuş məktublarla bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. Məlumatların verilməməsi və ya lazımi qaydada verilməməsi qanun pozuntusu hes ab edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.3cü yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirləri hazırlayır və həy ata keçirir. Həmin Əsasnamənin 3.0.6-cı yarımbəndinə əsasən Dövlət Xidməti antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması, aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür. Əsasnamənin 3.0.10-cu bəndinə əsasən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədilə məhkəməyə müraciət edilir. “Normat iv hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Həmin Qanunun 2-ci maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə isə fərman tətbiq edilir. Məhkəmə öz qərarında (qərardadında) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarına istinad etmişdir. Lakin Dövlət Xidmətinin iddiasının hüquqi əsasını həm Nazirlər Kabinetinin qeyd olunan Qərarı, həm də “Antiinhisar fəaliyyəti haqqında", “Haqsız rəqabət haqqında " və “İnzibati icraat haqqında" Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanının müddəaları təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Haqsız rəqabət haqqında” Qanun: Maddə

2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə

11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyy ətləri və bazar subyektlərinin vəzifələri

1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.

2. Bu Qanunun po zulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə; vurulmuş zərəri ödəməyə; tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar.... 18. “Antiinhisar fəaliyyəti haqqında” Qanun: Maddə 1-1. Antiinhisar qanunvericiliyi Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə

3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. Maddə

16. Müvafiq icra hakimiyyəti orqanı nın məlumat əldə etmək hüququ

1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.... Maddə

17. Bu Qanunun pozulmasının nəticələri

1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqavilən i dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar.

2. Vurulmuş zərər məhkəmə tərəfindən tutulur. Maddə

18. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.

1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmay an məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar....

19. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”:... 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:... 3.0.10. antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək;...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işl ərə baxılması Qaydaları”: 1.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır.... 2.1. Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. 2.2. Komissiya antiinhisar qanunvericiliyin in pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir.... 2.4. Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. İşə baxılarkən yaranmış və izahı üçün xüsusi biliklər tələb olunan məsələlərin aydınlaşdırılması məqsədi ilə Komissiya ekspert və mütəxəssislər cəlb edə bilər. Ekspert və mütəxəssislər rəy vermək üçün işin materialları ilə tanış ola bilərlər. 2.5. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanunun pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər.... 2.12. Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar (8 nömrəli əlavə) qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir.... 2.16. Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş (10 nömrəli əlavə) on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi v ə ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. 2.17. Göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi — onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür.... 2.21. Antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiin hisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə o rqanlarına müraciət edə bilər. 3.1. Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə.... 3.3. Bazar subyektlərinə cərimə tətbiq edilməsi və ya maliyyə sanksiyası tətbiq edilməsi üçün i şlərə baxılmasına aşağıdakılar əsas ola bilər: antiinhisar orqanlarının göstərişlərinin icra olunmaması və antiinhisar qanunvericiliyinə əsasən antiinhisar orqanlarına təqdim edilməli olan vəsaitlərin, ərizələrin, sənədlərin və digər məlumatların təqdim olunmaması haqqında informasiyanı əks etdirən sənədlər; antiinhisar orqanlarının qanuni tələblərinin vaxtında yerinə yetirilməməsi; düzgün olmayan məlumatların təqdim edilməsi.... 3.11. Cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir. 3.12. Bazar subyekti tərəfindən Antiinhisar orqanının göstərişi icra ol unmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var....

21. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhk əmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Mə zahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasının yoxlanılmasından əvvəl iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etd iyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, məhkəmə kollegiyası normativ hüquqi aktların kolliziyasının düzgün həll edilməməsi ilə (məhkəmənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarına istinad edilməsi ilə) bağlı kassasiya şikayətində göstərilmiş dəlilə dair əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı cavabdehə münasibətdə qəbul etdiyi 11 iyun 2021-ci il tarixli göstərişin məcburi qaydada icrasının təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin göstə riş cavabdehə aid sənədlərin və məlumatların iddiaçıya təqdim olunması ilə bağlıdır.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, iddiaçı bütün göstərişlərinin deyil, yalnız “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması ilə bağlı göstərişlərinin məcburi icrası barədə məhkəməyə müraciət etməyə haqlıdır. Cavabdeh tərəfindən sənəd və məlumatların təqdim olunmaması “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinin tələbləri baxımından antiinhisar qanunvericiliyinin pozulması kimi təfsir edilə və qiymətləndirilə bilməz. 31. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsi ümumiyyətlə məlumat almaq hüququnu təsbit edir. Bu mənada iddiaçının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan məlumatları, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ, əslində antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması məqsədlərinə xidmət edir və bununla bağlı icraatın tərkib hissəsi sayılmalıdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi sənəd və məlumatlar antiinhisar qanunvericiliyinin pozulması hallarının müəyyən olunması üzrə icraat çərçivəsində cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Lakin icraat zamanı cavabdeh tərəfindən həmin sənəd və məlumatların təqdim olu nmaması, onların müvafiq qurumlardan və başqa qaydada əldə edilməsi mümkün olmadığı hallarda, onun ziyanına təfsir olunmalıdır. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehə münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləndirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir. Belə hallarda dövlət orqanı olan iddiaçının məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı, yəni ümumi hüquqi müdafiə marağı mövcud olmur.

33. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən hazırkı göstəriş sənəd və məlumatların cavabdeh tərəfindən təqdim olunmasına yönəldiyindən, iddiaçı həmin göstərişin məhkəmə qaydasında məcburi icrasına dair iddia qaldırmaqda haqlı sayıla bilməz.

34. Beləliklə, kassasiya şikayətinin apellyasiya instansi ya məhkəməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarına istinad etməsi nəticəsində normativ hüquqi aktların kolliziyasının düzgün həll edilməməsi barədə göstərdiyi dəlili əsassızdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi kassasiya şikayətində də istinad edilən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-508/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar