Məhkəmə qərarları › İş №2-1(102)-1037/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1037/2023

17.08.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1037/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X10 və ailə üzvlərinin adına hazırlanmış JN066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X4 adına vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun hazırlanması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 21(107)-299/2022 saylı qərarından üçüncü şəxs Səfərova Aynurə Ramiz qızının kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının mərhum atası X11 xx.xx.2004-cü il tarixli, 4Ə-1/44 saylı alqı-satqı m üqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,09 ha torpaq sahəsini X3 almışdır. 2. 1 iyun 2004-cü il tarixli, 2047 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır.

3. JN-066 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə X10, X5, X12, X13 və X9 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X10 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum atası X4 adına vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini xx.xx.2004-cü il tarixli, 216902 nömrəli müqavilə əsasında iddia olunan daşınmaz əmlakın onun atasına satılma sı ilə əsaslandırmış və alqı-satqı müqaviləsinin olmasına baxmayaraq, şəhadətnamənin əvvəlki mülkiyyətçinin adına tərtib edilməsinin düzgün olmadığını bildirmişdir.

7. Cavabdeh orqan iddia tələbinə etirazını - şəhadətnamənin ləğv edilməsinin onun səlahiyyətində olmaması, iddia olunan torpaq sahəsi və fərdi yaşayış evinə vahid daşınmaz əmlak olaraq çıxarışın və texniki pasportun verilməsinin mümkünsüzlüyünü isə həmin torpaq sahəsi üzərində Ramiz Əzizov və ailə üzvlərinin adına müvafiq şəhadətnamənin tərtib edilməsi ilə əsaslandırmışdır.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-524/2022 saylı, 28 iyul 2022-ci il tarixli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində ləğvi tələb edilən JN-066 nömrəli “Torpağın mülkiyyətə ver ilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi X7 ailə üzvləri ilə birlikdə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə verilmişdir. Müvafiq şəhadətnamənin hansı tarixdə tərtib edilməsindən asılı olmayaraq, müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı qərar 1998-ci ildə verilmişdir. xx.xx.2004-cü il tarixdə X10 ilə, X11 arasında 216902 nömrəli alqı-satqı müqaviləsi bağlanarkən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,0 kv.m olan 2 otaqlı yaşayış evi - satıcı: X6 mülkiyyətində olmuş və o, mülkiyyətində olan həmin əmlakla bağlı sərəncam verərək, yaşayış sahəsini X2. Nəzərə alınmalıdır ki, Ramiz Əzizov həmin fərdi yaşayış evinə aid olan həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biri olmuşdur. Buna görə də o, Oğuz rayon AİK-nın xx.xx.1998- ci il tarixli qərarı ilə digər ailə üzvləri ilə birlikdə ona verilmiş torpaq sahəsi üzərində bütövlükdə sərəncam verə bilməzdi. İşin hallarından da göründüyü kimi, Ramiz Əzizov yalnız fərdi yaşayış evini iddiaçının atasına satmışdır. İddia olunan torpaq sahəsinin 1/5 hissəsi Ramiz Əzizovun mülkiyyətində olduğundan onun yalnız həmin hissədə torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmuşdur. İddiaçı, torpaq islahatı aparılan zaman atasının adına şəhadətnamə hazırlanmadığını bildirsə də, məhkəmə qeyd edir ki, belə bir şəhadətnamə iddiaçının atasının adına ümumiyyətlə hazırlana da bilməzdi. Belə ki, Oğuz rayonunda torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi Ramiz Əzizov və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşd irilməsi isə islahatdan 6 il sonra həyata keçirilmişdir. Başqa sözlə, şəhadətnamənin hansı tarixdə hazırlanmasından asılı olmayaraq, müvafiq torpaq sahəsinin hansı subyektlərin mülkiyyətinə veriləcəyi məsələsi artıq 1998-ci ildə öz həllini tapmışdır. İstinad olunan xx.xx.2004-cü il tarixli müqavilədən göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı müqavilədə hər hansı qeyd yoxdur.

10. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 21(107)-299/2022 nömrəli (hakimlər: V.Məlikov /sədrlik edən və məruzəçi/, G.Cavadova və R.Rəfiyev) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2-1(116)-524/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi təmin edilmiş, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X10 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə mərhum X4 adına vahid daşınmaz əmlak kimi çıxarışın və texniki pasportun hazırlanaraq iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2004cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə Hidayət Kərimovun mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, JN066A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsindən, həmçinin fərdi yaşayış evi və 0,09 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mərhum X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır.

13. Üçüncü şəxs Səfərova Aynurə Ramiz qızı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. İddia tələbində ləğvi tələb edilən JN-066 nömrəli “Torpağın m ülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi X7 ailə üzvləri ilə birlikdə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə verilmişdir. Müvafiq şəhadətnamənin hansı tarixdə tərtib edilməsindən asılı olmayaraq, müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı qərar 1998-ci ildə verilmişdir.

15. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, xx.xx.2004-cü ii tarixdə X10 ilə, X11 arasında 216902 nömrəli alqı-satqı müqaviləsi bağlanarkən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,0 kv.m olan 2 otaqlı yaşayış evi - satıcı X6 mülkiyyətində olmuş və o, mülkiyyətində olan həmin əmlakla bağlı sərəncam verərək, yaşayış sahəsini X2, Nəzərə alınmalıdır ki, Ramiz Əzizov həmin fərdi yaşayış evinə aid olan həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyy ətçilərindən biri olmuşdur. Buna görə də o, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə digər ailə üzvləri ilə birlikdə ona verilmiş torpaq sahəsi üzərində bütövlükdə sərəncam verə bilməzdi.

16. İşin hallarından da göründüyü kimi Ramiz Əzizov yalnız fərdi yaşayış evini, iddiaçının atasına satmışdır. İddia olunan torpaq sahəsinin 1/5 hissəsi Ramiz Əzizovun mülkiyyətində olduğundan onun yalnız həmin hissədə torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanımasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qoruma qla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2004-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri).

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (o byektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315ht tp://eqanun.az/framework/13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərin in, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz ə mlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10.2 Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plancizgisi əlavə olunur. – Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məz munu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 23. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirl ər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməlidi r.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məh kəməsinin araşdırmaları yetərli hesab olunur. Eləcə də məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Mübahisəyə dair işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2004-cü il tarixli, 216902 nömrəli müqaviləyə əsasən X10 tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.0 kv.m olan 2 otaqlı y aşayış evi X1. 33. 2047 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış evi X4 adına mülkiyyət hüququ əsasında 01 iyun 2004-cü il tarixdə qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, həmin ev mübahisəli torpaq sahəsinin üzərində yerləşir və yuxarıda istinad olunan normalar baxımından torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qəbul edilməlidir.

34. AZ-İ 310957 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.

35. Oğuz rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1213 nömrəli DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə ünvanladığı məktubda qeyd edilmişdir ki, qanun üzrə vərəsə İddiaçı ərizəsi əsasında xx.xx.2008-ci ildə vəfat etmiş mərhum atası X8 vərəsəlik işi açılmış və elektron notariat informasiya sisteminə daxil edilmi şdir. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq X8 məxsus olan əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və yaxud məhdudiyyət və yüklülük arayışının sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Oğuz rayon notariat ofisinə göndərilməsi xahiş olunur. 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsin ə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyya tına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzə rində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

39. Göründüyü kimi, bu qərarın 21-23-cü və 37-39-cu bəndində istinad olunan normalarda daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi təsbit edilmişdir. Həmin normalar baxımından hazırkı mübahisəyə münasibətdə də iddiaçıya fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atasına məxsus olması barədə çıxarış deyil, arayış verilməsi təmin olunmalıdır. Məhkəmə qərarı istinad olunan normalar nəzərə alınaraq bu hissədə dəyişdirilməlidir.

40. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Səfərova Aynurə Ramiz qızının kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(107)299/2023 saylı qərarı dəyişdirilir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X10 və ailə üzvlərinin adına hazırlanmış JN-066A saylı “Torpağın mü lkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilir, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,09 ha həyətyanı torpaq sahəsinə hüququn mərhum X8 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar