Məhkəmə qərarları › İş №2-1(102)-1044/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1044/2020

10.06.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1044/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair texniki pasportda yol verilmiş səhvlərin düzəlişi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8 iştirakı ilə) qarşı səhvlərin aradan qaldırılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2547/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8 iştirakı ilə) qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX, ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan (rey estr nömrəsi **********44-10301) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, 1-ci döngə, ev 1 A-ya dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda torpağın və həmin torpaq sahəsi üzərində olan tikililərin göstəricilərinə dair yol verilmiş səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Seriya: RX, №: 1194154) əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qə səbəsi, 28 may küçəsi, 1-ci döngə, ev 1 A üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (reyestr nömrəsi **********44-10301). Qeyd edilən fərdi yaşayış evini və onun yerləşdiyi 0,03 ha torpaq sahəsini o, xx.xx.2017-ci il tarixdə AN-İN №0657977 saylı alqısatqı müqaviləsi əsasında mülkiyyətçi X5 almışdır. Qeyd edilən fərdi yaşayış evinin texniki pasportunu əldə etdikdən sonra iddiaçı aşkar etmişdir ki, həmin texniki pasportda Baş Plan (1:500) düzgün tərtib edilməmişdir. Belə ki, qaraj və s. obyektlərin yeri Baş Planda düzgün göstərilməmişdir. Bundan başqa, torpaq sahəsində olan tikilinin də planı düzgün verilməmişdir. Bununla bağlı satıcı Gülnarə Manafovaya müraciət etdikdə, məlum olmuşdur ki, həmin texniki pasportda göstərilən Baş Plan (tor pağın planı) və tikilinin planı ünvan 1 ünvanındakı fərdi yaşayış evinin deyil, X9 əvvəllər mülkiyyətində olmuş olan və sonradan X16 adlı şəxsə satmış olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin planıdır. Odur ki, iddiaçının mülkiyyətində olan qeyd edilən fərdi yaşayış evinə dair texniki pasportda göstərilən Baş Plan (torpaq sahəsinin planı) və tikilinin planı faktiki olaraq iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və üzərində olan tikilinin göstəriciləri ilə uyğunsuzluq təşkil etdiyindən, həmin torpaq sahəsinin və tikilinin planında düzəliş edilərək, mövcud uyğunsuzluğun aradan qaldırılması zərurəti yaranmışdır. İddiaçı Texniki Pasportdakı uyğunsuzluğun aradan qaldırılması üçün, xx xxxxxx 2018-ci il tarixdə məktubla texniki p asportu vermiş olan cavabdeh orqana müraciət etmiş olsada, müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-122/2019 nömrəli (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2547/2019 nömrəli (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərarı ilə apelyasiya şikay ətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-2(82)122/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX, ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********44-10301) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, 1-ci döngə, ev 1 A-ya dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda torpağın və həmin torpaq sahəsi üzərində olan tikililərin göstəricilərində yol verilmiş səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilm əsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olmuş sənədlər surətdir və həmin sənədlərin əsilləri idarəyə təqdim edilməmişdir. Bundan əlavə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 1-ci döngə, ev 1A ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış təqdim edilmiş AN-№ 0657977 nömrəli alqı-satqı müqaviləsi əsasında verilmişdir. Lakin sözügedən fərdi yaşayış evi ilə qonşuya məxsus torpaq sahəsi arasında faktiki vəziyyətə uyğun bölgü sxemi və notarial qaydada bağlanmış dəyişdirmə müqaviləsi təqdim edilməmişdir. Əlavə olaraq bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 1-ci döngə, ev 1 ünvanında yerləşən sahəsi 86,9 kvadrat metr olan fərdi yaşayış evi X6, sahəsi 0,03 hektar torpaq sahəsi isə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, yuxarıda qeyd olunan hallar qanunsuz və əsassız olaraq apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 20 19-cu il tarixli, 21(103)-2547/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-2547/2019 saylı qərarla, apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82 )-122/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX, ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********44-10301) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, 1-ci döngə, ev 1 A-ya dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda torpağın və həmin torpaq sahəsi üzərində olan tikililərin göstəricilərində yol verilmiş səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi qənaətinə gələrkən, «Daşınmaz əmlakın dövlət reyestri ha qqında» Qanunun 16.1-ci maddəsinə, Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli, 319 saylı qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 8.1, 8.2-ci bəndlərinə, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3547/2019 saylı qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətinin böyük əksəriyyətini müxtəlif maddi və prosessual hüquq normalarının sadalanması təşkil edir, lakin bu zaman sözügedən hüquq normalarının işi n konkret halları ilə nə kimi əlaqəsi ümumiyyətlə göstərilməmişdir ki, bu da həmin dəlillərin əsassız olması anlamına gəlir. Cavabdehin kasasiya şikayətindəki digər dəlillərinə, yəni, «ərizəyə əlavə olmuş sənədlər surətdir və həmin sənədlərin əsilləri idarəyə təqdim edilməmişdir, notariat qaydada bağlanmış dəyişdirmə müqaviləsi təqdim edilməmişdir, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 1-ci döngə, ev 1 ünvanında yerləşən sahəsi 86,9 kvadrat metr olan fərdi yaşayış evi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır» dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər də əsassızdır. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX, ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********44-10301) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, 1-ci döngə, ev 1 A-ya dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda torpağın və həmin torpaq sahəsi üzərində olan tikililərin göstəricilərinə dair yol verilmiş səhvlərin aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. A pelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxx 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış ilə ünvan 1 ünvanında yerləşən 86,9 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları X9 adına qeydiyyata alınmış, xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,9 kvadrat metr olan fərdi yaşayış evini İddiaçı satmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx xxxxxx 2017-ci il tarixli, **********44-10301 reyestr nömrəli texniki pasportuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşa yış evinin sənəd üzrə torpağın sahəsi 0,03 hektar kimi qeyd olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının texniki pasportda səhvlərin aradan qaldırılması barədə ərizəsinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, **********62 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına çıxarış və texniki pasportda qeyd olunan ünvan 3 ünvanındakı yaşayış evində faktiki olaraq X6 ailəsi yaşayır. X1 adına alqısatqı olunmuş yaşayış evində isə X17 yaşayır. İddiaçı faktiki satılan yaşayış evinin ünvanı isə 28 May küçəsi, döngə 1, ev 1-dir. İddiaçı texniki pasportun səhv olaraq X10 məxsus fərdi yaşayış evinin və həyətin faktiki vəziyyətinə uyğun tərtib edildiyinə əsaslanaraq, cavabdeh inzibati orqandan texniki pasporta düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən daşınmaz əmlak mülkiyyətçilər arasında dəyişmə müqaviləsinin bağlanması məqsədəmüvafiqdir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən, mübahisəli evin ilkin hüquqi sənədləri əldə edilmişdir. Həmin sənədlərdən görünür ki, X13 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 8/49 saylı sahənin bir hissəsini X2 al mış və həmin torpaq sahəsinə xx xxx 2016-cı il tarixdə çıxarış əldə etmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 8/49 saylı sahənin bir hissəsini X4 almış və həmin torpaq sahəsinə xx xxx 2016-cı il tarixdə çıxarış əldə etmişdir. Daha sonra, X13 həmin torpaq sahələrində iki fərdi yaşayış evi inşa etmişdir. Sahəsi 91 kvadrat metr olan ünvan 4 saylı evi İddiaçı xx xxxxxx 2017-ci il tarixdə satmış və həmin daşınmaz əmlaka mülkiyyət hüququ xx xxxxxx 2017-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Sahəsi 86,9 kvadrat metr olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 1-ci döngə, 1 saylı evi xx xxxxxxxx 2017-ci il tarixdə X3 və həmin daşınmaz əmlaka mülkiyyət hüququ xx xxxxxxxx 2017-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. Həmçinin, bunun əsasın da apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, fərdi yaşayış sahələrinin sahələri fərqlidir və onlar X13 tərəfindən müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmışdır. ünvan 4 saylı evin İddiaçı satılması zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı həmin evdə faktiki olaraq ailəsi ilə birlikdə yaşayır. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçının istinad etdiyi kimi satın aldığı fərdi yaşayış evinin texniki pasportunda olan göstəricilərin onun faktiki vəziyyətinə uyğun olmaması mütəxəssis rəyi ilə təsdiq olunur. Həmin rəydən görünür ki, daşınmaz əmlakın ümumi sahəsi hüquqi sənəd üzrə 91 kvadrat metr, köməkçi sahə 55 kvadrat metr, faktiki olaraq ümumi sahə 86,9 kvadrat metr, yaşayış sahəsi 33,8 kvadrat m etr, köməkçi sahə 53,1 kvadrat metr, açıq meydança (əlavə olaraq) 1,40 kvadrat metr təşkil etmişdir. Bundan başqa, mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı ünvan 4 ünvanında tikilən İddiaçı məxsus olan fərdi yaşayış evinə baxış keçirilmiş, tədqiqat işi aparılmışdır. Fərdi yaşayış evi mərkəzdən kənar ərazidə yerləşir. İnkişaf etmiş infrastruktura malikdir. Gediş-gəliş yolları və şəhər nəqliyyatı ilə təminatı əlverişli səviyyədədir. Fərdi yaşayış evinin təmirliyi yaxşı olaraq qiymətləndirilir. Araşdırmalar zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki vəziyyəti ilə Çıxarış (reyestr nömrəsi – **********44-10301) və texniki pasportda (reyestr nömrəsi – **********4410301) göstərilən texniki göstəricilər arasında göstəricilər arasında uyğunsuzluq mövcuddur. Belə ki, əmlakın texniki xüsusiyyətləri (fərdi yaşayış evinin ümumi sahəsi, hündürlüyü, otaqların yerləşmə planı və ölçüləri; həyətyanı sahələrin (qaraj, kölgəlik, manqal) tikinti altı sahəsi, torpaq üzərində yerləşməsi) hüquqi sənədlərdə göstərilən texniki göstəricilərlə ziddiyyət təşkil edir. ünvan 4 ünvanında tikilən X15 məxsus olan fərdi yaşayış evinin faktiki olaraq ümumi sahə 86,9 kvadrat metr, yaşayış sahəsi 33,8 kvadrat metr, daxili hündürlüyü 3,50 metr təşkil edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus ünvan 4 saylı fərdi yaşayış evinin faktiki vəziyyətinin hüquqi sənədlərdə göstərilən texniki göstəricilərlə ziddiyyət təşkil etməsi məhkəmə araşdırmaları zamanı sübuta yetirilmişdir. Bu baxımda n, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını da doğru olaraq tətbiq etmişdir, belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ünvan 4 saylı fərdi yaşayış evinin faktiki vəziyyətinin hüquqi sənədlərdə göstərilən texniki göstəricilərlə ziddiyyət təşkil etməsi həmin əmlakın qeydiyyatı və tex niki pasportun tərtibi zamanı cavabdeh orqanın texniki səhvi nəticəsində yaranmışdır və həmin səhv cavabdeh orqan tərəfindən aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli, 319 saylı qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 8.1-ci bəndinə əsasən, ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 4 8 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus texniki pasporta düzəlişin edilməsi hazırkı iş üzrə üçüncü şəxs X6 hüquqlarına toxunmadığından onun razılığının alınmasına zərurət yaranmamışdır. Belə ki, X10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 1-ci döngə, 1 ünvanında yerləşən fərdi yaşayış evi ayrıca tikili olmaqla, hazırkı iş üzrə iddiaçı heç bir aidiyyəti yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2547/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar