Məhkəmə qərarları › İş №2-1(102)-1044/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1044/2021

30.06.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1044/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 63 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; 23.01.2007-ci il tarixli Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)-257/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 27.03.1956-cı il tarixdə doğulmuş, 02.05.1975-ci il tarixdən 17.05.1977-ci tarixədək hərbi xidmət keçmiş, 26.11.1979-cu il tarixdən 04.02.2005-ci il tarixədək “X”nda, 18.04.2005-ci il tarixdən 14.07.2005-ci il tarixədək “X3”Neft və Qazçıxarma İdarəsində nasos qurğularının 5-ci dərəcəli maşinisti, 14.07.2005-ci il tarixdən 01.09.20 05-ci il tarixədək “X3” NQÇİ-də mexanik, 01.09.2005-ci il tarixdən 01.07.2007-ci il tarixə qədər X1”də mexanik vəzifəsində, 01.07.2007- ci il tarixdən 09.12.2019-cu il tarixədək isə quyuların yeraltı və əsaslı təmir sexində yeraltı təmir ustası vəzifəsində çalışmışdır.

2. İddiaçı 30.01.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə 21.02.2020-ci il tarixli **********1 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. İmtina belə əsaslandırılmışdır ki, “X2” şirkətinin 30.01.2020-ci il tarixli 9 nömrəli arayışında 01.09.2005-01.07.2007-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə mexanik vəzifəsində işləməsi qeyd olunsa da, işlədiyi vəzifənin S iyahıda olubolmaması barədə məlumatlar qeyd edilməmişdir. Eyni zamanda, 01.10.2019-31.12.2019cu il tarixləri arasında dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi və “iddiaçının pensiya hüququnun yarandığı 01.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cav abdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 yanvar 2020-ci il tarixində ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 21 fevral 2020-ci il tarixli **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, heft, qaz kondensatı, kömür və şistin emalı (10) hissəsinin neft, qaz, və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz, və qaz konde nsatı hasilatı işlərində, quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft vermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər” vəzifələri nəzərdə tutulmuşdur. “X2” şirkətinin iddiaçıya dair 30.01.2020 tarixli, 9 nömrəli arayışında 01.09.2005 - 01.07.2007 tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, həmin arayışda iddiaçının işlədiyi vəzifənin siyahıda olub-olmaması barədə məlumat qeyd edilməmişdir. Halbuki, iddiaçının “X2” şirkəti tərəfindən verilmiş 30.01.2020 tarixli, 9 nömrəli arayışında 01.09.2005-01.07.2007 tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik vəzifəsində işlədiyi qey d olunmuşdur. 01.07.2007 tarixindən 09.12.2019 tarixinədək həmin təşkilatda yeraltı təmir ustası vəzifəsində fasiləsiz çalışmışdır. Bu illər üzrə zərərli sahə üzrə iş stajı 12 il 5 ay 09 gün təşkil edir. “SOCAR” tərəfindən verilmiş 01 oktyabr 2019 tarixli arayışda, 18.04.2005-01.09.2005 tarixinədək “Binəqədineft” NQÇİ-də NHK və VSda nasos qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsində çalışmışdır. Ümumilikdə 12 il 6 aydan çox zərərli işlərdə çalışmışdır.

6. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı qeyd edilən tələblə İdarəyə müraciət etdikdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 01.10.2019-31.12.2019-cu il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən onun fərdi sığorta hissəsində öz əksi ni tapmamışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş “X1” tərəfindən tərtib edilmiş 9 saylı arayışda iddiaçının işlədiyi peşələr qeyd edilsə də, onun 01.09.2005-ci il tarixdən 01.07.2007-ci il tarixədək mexanik vəzifəsində işlədiyi qeyd edilsə də həmin vəzifənin ona güzəştli pensiya hüququ verən peşə olması qeyd edilməmişdir. Məhz bu səbəbdən iddiaçının güzəştli pensiya hüququ verən peşələrdə işlədiyi müddət qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 ay müddətindən azdır.

7. Bakı İnzibati Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2-1(112)-4880/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı pensiya hüququnun yarandığı 01 oktyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş arxiv arayışları və iddiaçının əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçının 01.10.2019-cu il tarixinə 41 il 08 ay 10 gün ümumi iş stajı, 12 il 7 ay 15 gün güzəştli stajı vardır. Odur ki, iddia tələbi əsaslıdır.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 21(103)-257/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2-1(112)-4880/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı cavabdehə 08.04.2021-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh həmin qərardan 19.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)257/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayə tinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən həm inzibati orqan, həm də məhkəməyə təqdim edilmiş “X1” şirkəti tərəfindən verilmiş 30.01.2020-ci il tarixli 09 nömrəli arayışından göründüyü kimi, iddiaçı qeyd edilən müəssisədə 01.09.2005-ci il tarixindən 09.12.2019-cu il tarixinədək (12 il 05 ay 08 gün) müddətində işləmişdir. Arayışı tərtib edən müəssisə iddiaçının işlədiyi peşələrin Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında qeyd edildiyini bildirmişdir. Qeyd edilən arayışdan göründüyü kimi, iddiaçı ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə qanunla nəzərdə tutulmuş 12 il 06 aydan az müddətdə, yəni 12 il 05 ay 08 gün ərzində işləmişdir.

15. İddiaçı tərəfindən cavabdeh orqan və məhkəməyə təqdim edilmiş digər arayışların heç birində isə, iddiaçının işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi qeyd edilməmiş və məhz bu səbəbdən də qeyd edilən müddət ərzində iddiaçının işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Həmin peşələrin ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələr olması nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində sübuta yetirilməmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi sənədlərin araşdırılması əsasında cavabdeh orqan tərəfindən haqlı və qanuni olaraq iddiaçının inzibati orqana ünvanlandığı müraciətinə cavab verilmişdir.

16. Məhkəmə isə bütün bu göstərilənləri nəzər ə almamış, iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları qiymətləndirməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də prosessual normaların tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsaəsn Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərt lərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı” yarım bölməsində “nasos qurğularının maşinisti”, “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər”, “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatını n təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar” vəzifələri qeyd edilmişdir.

22. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

27. İlk növbədə qeyd edilməlidir ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya 01.10.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 3 şərt ödənilməlidir: - İddiaçının həmin tarixə 60 yaşının tamam olması; - İddiaçının həmin tarixə ümumi iş stajının 25 ildən artıq olması; - İddiaçının həmin tarixə güzəştli iş stajının 12 il 06 aydan artıq olması.

28. İşə baxan məhkəmələr belə nəticəyə gəlmişdir ki, iddiaçı barəsində göstərilən şərtlərin hər biri ödəndiyindən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Cavabdeh 1-ci və 2-ci şərti mübahisələndirməsə də, 3-cü şərtin ödənilmədiyinə istinad edir.

29. Cavabdehin kassasiya şikayətinin əsas dəlili də iddiaçıya güzəştli şərtlərlə pensiy a təyin edilməsi üçün zəruri güzəştli stajının olmamasıdır. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində də dəlil kimi “X1” tərəfindən tərtib edilmiş 9 saylı arayışda iddiaçının 01.09.2005-ci il tarixdən 01.07.2007-ci il tarixədək işlədiyi mexanik vəzifəsinin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının qeyd edilməməsini göstərmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən “X2” şirkətinə sorğu ünvanlanmış, sorğuya cavabda qeyd edilmişdir ki, “X2” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı verilmiş 9 saylı, 30.01.2020-ci il tarixli arayışda qeyd olunan mexanik və yeraltı təmir ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qər arının 1 №-li əlavəsində 1100000b23485 və 1100000b-23187 saylı kodlarla, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 10.2-ci bəndinin b) yarımbəndində göstərilmişdir.

30. Göründüyü kimi, cavabdehin kassasiya şikayətində qeyd etdiyinin əksinə, iddiaçının zəruri güzəştli stajının mövcudluğu işə apellyasiya instansiyası məhkəməsində baxılarkən öz təsdiqini tapmışdır. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın q əbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 21(103)-257/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar