Məhkəmə qərarları › İş №2-1(102)-1044/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1044/2022

14.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1044/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı iş üzrə (Açar sözlər:şəhid statusunun verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (9.06.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərb i Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin imtinasını əsassız hesab etməklə oğlu X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2022 nömrəli 15 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının oğlu X6 2-ci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu, Daşkəsən kəndində döyüş tapşırığını yerinə yetirərkən 23 noyabr 2020-ci il tarixdə vəfat etmişdir.

2. İddiaçı mərhum oğlu X4 şəhid statusunun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.

3. Cavabdehin 20 oktyabr 2021-ci il tari xli, 1233 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, şəhid və şəhid ailəsi statusunun verilməsi Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-ci il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən həyata keçirilir. Bu Qaydanın 1.2.6-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə y etirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilir. N saylı hərbi hissənin N fevral 2021-ci il tarixli 1024 nomrəli bildirişində 4-cü motoatıcı taborun 11-ci motoatıcı manqasının manqa komandiri, kiçik çavuş X2 23 noyabr 2020-ci il tarixdə əl odlu silahdan atəş açma nəticəsində həlak olması, Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(97)-33-2021 nomrəli hökmündə isə X7 rayonunun Daşkəsən kəndi ərazisində yerləşən hərbi hissənin yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı əsgər yoldaşı tərəfindən silahla davranma qaydaları pozulmaqla ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldürülməsi göstərilmişdir. Qeyd edilən qanunvericiliyin tələblərini və mərhum X2 ö lümünün bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi ilə bağlı olmadığını nəzərə alaraq, onun şəhid hesab edilməsi və ailəsinə şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin imtinası əsassız hesab edilməklə, oğlu X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu – 05 noyabr 1993-cü ildə Xudat şəhərində anadan olmuş X6 Azərbaycan Respubli kası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi kiçik çavuş rütbəsində çalışmış və 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ Müharibəsi başlanan ilk gündən bir sıra döyüşlərdə - Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda gedən əməliyyatlarda iştirak etmiş, yaralanmış, lakin müalicə olunduqdan sonra yenidən xidmətini davam etdirmişdir. Oğlu 23 noyabr 2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Daşkəsən kəndində döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı vəzifəsini icra edərkən hərbi qulluqçu X1 silahla ehtiyatsız davranması səbəbindən açılan və onun qarın boşluğunu dəlib keçən güllə yarası nəticəsində dünyasını dəyişmiş və şəhid olmuşdur. Oğlu döyüşdə xidmətləri ilə bağlı o, 3 medalla və fərmanla təltif edilmişdir. Oğlu ailəli olmaqla himayəsində 2 azyaşlı övladı olmuşdur. Onun digər oğlu da hazırda AR MN-nin N saylı hərbi hissəsində baş gizir rütbəsində müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Oğlunun iş başında, xidməti tapşırığı yerinə yetirməsi nəticəsində ölümü ilə əlaqədar cavabdeh təşkilata müraciət etmiş və ona şəhid statusunun verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilatın ona ünvanladığı 20 oktyabr 2021-ci il tarixli məktubla onun müraciətini təmin etməmişdir. O, həmin imtina ilə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 15 yanvar 1994-cü ildə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Qərar qəbul edilmiş və həmi n Qərarın 1.1-ci bəndində göstərilmişdir ki, Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göründüyü kimi, oğlu döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində qulluq etmiş və onun aldığı güllə xəsarətindən ölməsi də məhz komandir tərəfindən verilmiş tapşırığın yerinə yetirilməsi anında olmuşdur.Yəni, bu hal oğluna şəhid statusunun verilməsi üçün əsasdır. Lakin cavabdeh təşkilat bu normaya istinad etsə də, sonda bu qənaətə gəlmişdir ki, guya bu əsaslarla oğluna şəhid statusunun verilməsi mümkün deyildir.

6. Birinci instansiya məhkəməsinin 2-1(118)-2139/2021 nömrəli 17 dekabr 2021-ci il tarixli, (hakim İ.Quliyev) qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(97)-33-2021 nomrəli hökmünə əsasən, X7 rayonunun Daşkəsən kəndi ərazisində yerləşən hərbi hissənin yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı əsgər yoldaşı tərəfindən silahla davranma qaydalarının pozularaq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldürülməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının oğluna şəhid statusu verilməsi üçün əsaslar mövcud deyil.

8. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2022 nömrəli 15 mart 2022-ci il tarixli, (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və H.Babayeva) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının oğlu döyüş tapşırığını yerinə yetirən hərbi hissənin tərkibində qulluq etmiş və onun aldığı güllə xəsarətindən ölməsi də məhz kamandir tərəfindən verilmiş tapşırığın yerinə yetirilməsi anında olmuşdur. Bu hal şəhid statusunun verilməsi üçün əsas olduğu halda nə birinci instansiya məhkəməsi, nə də ki apellyasiya instansiyası məhkəməsi bu halı düzgün qiymətləndirməmiş və sadalanan əsaslarla şəhid statusunun verilməsini mümkün hesab etməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdehin kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməli yyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir... Maddə

2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Bənd

1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ə razi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 1.2-ci bəndinə əsasən, aşağıdakılar şəhid hesab edilirlər: (-); Bənd 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; Bənd 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Bənd 4.1 Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edil ir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Şikayət üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Şikayətdə apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən deyil, 23 noyabr 2020-ci il tarixdə hərbi hissənin yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı əsgər yoldaşı tərəfindən silahla davranma qaydalarının pozularaq ehtiyatsızlıqdan açdığı atəş nəticəsində öldürülmüşdür.

23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazır kı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 24.Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 15 bəndində göstərilən normalara görə iddiaçının mərhum oğlunun şəhid hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların mövcud olub-olmaması barədə məsələ apellyasiya instansiyası məhkəməsində lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsə lələri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-252/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar