Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1046/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.N74-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022 -ci il tarixli, 2-N(N03)-234/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək N2 dekabr 20N-cu il tarixli məktubla bildirmişdir ki, hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyi üçün, Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırıldığından və sonradan Amnistiya qərarı tətbiq edilərək cinayət işinə xitam verildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09.N95-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya “Müharibə ve teranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun dörd ildən artıq hərbi xidmətini, ağır döyüşlərdə iştirakını və evə getmək barədə bəraətverici hospital epikrizini və verilmiş bütün əmr və çıxarışları nəzərdən keçirib, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N92-ci il tarixində Ağdam Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə təlim keçdikdən sonra N saylı hərbi hissəyə təhvil verilmişdir. N92-ci il sentyabr ayından N94-cü ilin m ay ayına qədər Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N94cu ildə Hərbi hissə döyüş bölgəsindən çıxarılaraq Sanqaçal qəsəbəsinə köçürüldü. N94-cu il N3 iyulda əməliyyat olunmaq üçün hərbi hissənin hospitalına yerləşdirilmişdir. 26 iyulda N94-cü ildə hospitalda çıxıb hərbi hissəyə qayıtmışdır. N iyul N94-cü ildə əməliyyat olunduğuna görə epikrizi əsasında N5 günlük evə məzuniyyətə buraxılmışdır. Məzuniyyətdə olarkən 8 avqust N94 tarixində Ağdam Dördyol postunda saxlanaraq reyd şəraitində N saylı hərbi hissənin intizam batalyonuna gətirilmişdir. Orda hərbi xidmətini davam edib, N96-cı il noyabrın N5-də ordu sıralarından tərxis olunmuşdur. N99-cu ilin may ayında hərbi prokurorluğa çağırılmışdır. Ona bildirildi ki, N94-cü ildə hərbi hissəni özbaşına tərk etdiyinə görə haqqında cinayət işi açılıb. Hərbi Prokurorluğun onun epikriz əsasında məzuniyyətə getməsindən və N saylı hərbi hissədə reyd zamanı saxlanılaraq hərbi xidmət keçməsindən xəbərsiz idi. İddiaçını bir neçə gün nəzarətxanada saxladılar və qardaşı XN verərək hərbi hospitalda olması barədə və N saylı hərbi hissədə xidmət keçməsi barədə sorğuya cavab gətirməsini tapşırdılar. Prokurorluqdan bildirdilər ki, həqiqətən də hospitalda əməliyyat olunması haqqında sorğuya cavab və N saylı hərbi hissədə xidmət keçməsi öz əksini taparsa, haqqında açılmış cinayət işi ləğv ediləcək. X6 N saylı hərbi hissədən əmr və çıxarışları Prokurorluğa təqdim etdi. Həmin dövrdə hərbi hospital sorğuya cavab vermədiyi üçün ona amnistiya tətbiq etdilər evə buraxıldı. Bu yaxınlarda əməliyyat olduğu 25N saylı hərbi hospitalda oldu və evə get mək haqqında bəraətverici olan epikrizi ona təqdim etdilər. O vaxt həmin epikrizi təqdim edə bilmədiyi üçün haqqında cinayət işi açılıb və amnistiya qərarı tətbiq olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsi almaq üçün bu günədək dəfələrlə cavabdeh Müdafiə Nazirliyinə müraciət etsə də haqqında amnistiya qərarı tətbiq edildiyindən ona imtina etmişlər.
5. Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, N () №-li hərbi hissə komandirinin 3N 08.N92-ci il tarixli N02 N-li əmrilə (əsas: N3, sıra 40, əmrdə atasının adı Fəhrad yazılmışdır) tədris batalyonunda təlim almış İddiaçı Fəhrad oğlu xx.xx.N92-ci il tarixdən N N-İi hərbi hissəyə verildiyi üçün tədris batalyonun tərkibindən çıxarılmışdır. N () №-İi hərbi hissə komandirinin xx.xx.N92-c i il tarixli N28 №-İi əmrilə (əsas: səh 4. § 5, əmrdə atasının adı Fəhrad yazılmışdır) İddiaçı Fəhrad oğlu xx.xx.N92-ci il tarixdən tədris batalyonunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N №-İi hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 248 №-İi əmrilə (əsas: §N7, sıra N) İddiaçı N MATın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli müvafiq əmrinə əsasən N74-cü il təvəllüdlü nömrə hesablayıcısı sıravi X5 708 N-li hərbi hisə komandirinin xx.xx.N96-cı il tarixli 320 №-İi əmrilə (əsas: səh 24, § NN, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RHK-nın sərəncamına göndərilmiş və N5.NN. N96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyi üçün həmin tarixə kimi məvacibi üç qat ödənilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-İi hərbi hissənin xx.xx.N92-ci ildən xx.xx.N94-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) N0 dekabr 2020-ci il tarixli, 2N(NN2)-3N0/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan öz imtin asını iddiaçının hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etməsi ilə əsaslandırsa da, iddiaçı barəsində Hərbi Prokurorluqda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici materialın olmaması və Hərbi Məhkəmənin icraatında hər hansı bir materialın daxil olmaması və məhkum olunmasına dair məhkəmənin arxivində məlumatın qeydə alınmaması, həmçinin iddiaçının xx.xx.N94-cü il tarixindən xx.xx.N94-cü il tarixinədək əməliyyat olunması və müalicə alması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı barəsində cinayət işinin başlanılması iş materialları ilə öz təsdiqini tapsa da, cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar cavabdeh inziba ti orqan tərəfindən inzibati icraat zamanı tam və hərtərəfli araşdırılmadan, iddiaçının müraciəti təmin edilməmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 202N-ci il tarixli, 2-N(N03)-89N/202N nömrəli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-3N0/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərarın qəbul edilməklə, iddiaçının cavabdehə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələ bi rədd edilmişdir. N0. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin, həmçinin həmin maddənin “qeyd” hissəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. NN. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat N2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N4 iyul 202N-ci il tarixli, 2-N(N02)-N3N8/202N nömrəli (hakimlər Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və N.R.Mövsümov) qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202N-ci il tarixli, 2-N(N03)- 89N/202N nömrəli qərarı ləğv edilmiş, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. N3. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi nəticəsinə gələrkən, iddiaçı barəsində cinayət işinin olmasını və onun amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad olunmasını əsas götürmüşdür (“Veteranlar haqqında “ Qanunun 3-cü maddəsinin “qeyd” hissəsi). Lakin iş materiallarından göründüyü kimi, işdə cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi mövcud deyil, eyni zamanda amnistiya aktı da yoxdur, yəni apelyasiya məhkəməsinin hüquqi mövqeyini təsdiq edən sözügedən sənədlər İPM-nin N2.N-ci maddəsinə müvafiq olaraq tələb edilməmiş, nəticə etibarı ilə də araşdırılmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki i kinci icraat N4. İşə apelyasiya qaydasında baxılarkən Bakı Hərbi Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə başlanmış cinayət işinin materiallarına görə, İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə ittiham edilməsinə dair NN/N5392-97 saylı cinayət işinin icraatına “hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibəti ilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N97-ci il tarixli Qərarlarının N.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Qərarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N92-ci il tarixdə Ağdam RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətini keçirmək üçün N saylı hərbi hissəyə təyin edilmişd ir. N saylı hərbi hissədə müddətli hərbi qulluqda olarkən İ.F.Əskərov xx.xx.N94-cü il tarixdə döyüş şəraitində olan hərbi hissəni müddətindən asılı olmayaraq özbaşına buraxıb getmiş və bir daha qulluq yerinə qayıtmamışdır. N5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-N(N03)-234/2022 nömrəli (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-3N0/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərarın qəbul edilməklə, iddiaçının cavabdehə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. N6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis olunmamışdır. Belə olan halda, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. N7.İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri N8. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının N2, 26, 60, 7N-ci, “Hərbi xidmətkeçmə haqqımla” Qanunun N, 3-cü, “Veteranlar haqqında” Qanu nun 3, 7-ci maddələrinin tələblərini pozmuşdur. N. İddiaçı hesab edir ki, amnistiya haqqında qərar ona yanlışlıqla tətbiq edilib, əməliyyat olunaraq N5 gün müddətinə hərbi xidmətdən azad olunma barədə epikriz və Müdafiə Nazirliyinin 26 avqust N94-cü il tarixli hərbi hissədən çıxarılma barədə N nömrəli əmri amnistiya işinin içərisində yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:..... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;..... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına ai d edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 2N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovu z, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçul ara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlər də iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.... Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döy üş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 22. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağı rıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
23. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtın da verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlar ında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutlar ı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
30. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi (o cümlədən, yaralanması) faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. 3N. Yuxarıda istinad edilən “Veteranlar haqqında” Qanun 3-cü maddəsinin N-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddənin 2-ci və 3-cü hissələrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
32. Həmin maddənin qeyd hissəsində göstərilənlərə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir..
33. İş materiallarında olan Bakı Hərbi Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə başlanmış cinayət işinin mat eriallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə ittiham edilməsinə dair NN/N5392-97 saylı cinayət işinin icraatına - onun özünün ərizəsi nəzərə alınmaqla, “hərbi cinayətlər törətmiş şəxslər barəsində dövlət müstəqilliyi günü münasibəti ilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N97-ci il tarixli Qərarının N.6-cı bəndinə əsasən xitam edilmişdir.
34. Beləliklə, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddi a olunan məzmunda öhdəlik qoyula bilməz.
35. İddiaçı kassasiya şikayətində və sonradan təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, iddiaçı N3 iyul N94-cü il tarixindən 26 iyul N94-cü il tarixə kimi sıxılmış sağtərəfli çəpinə qaşıq yırtığı diaqnozu ilə cərrahiyə şöbəsində olmuş və N5 gün müddətinə hərbi vəzifələrini icra etməkdən azad olunmuşdur. Cinayət işinə amnistiyaya əsasən xitam verilməsi haqqında 30 may N99-cu il tarixli qərarında isə N iyul N94-cü il tarixində hərbi hissəni tərk etdiyi göstərilir. Məhkəmə tərəfindən həmin ziddiyyətlər araşdırılmamışdır. Amnistiya haqqında qərar ona yanlışlıqla tətbiq edilib, əməliyyat olunaraq N5 gün müddətinə hərbi xidmətdən azad olunma barədə epikriz və Müdafiə Nazirliyinin 26 avqust N94-cü il tarixli hərbi hissədən çıxarılma barədə əmri N nömrəli əmri amnistiya işinin içərisində yoxdur.
36. Məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçı barəsində olan NN/N5392-97 saylı cinayət işinin materiallarından görünür ki, iddiaçı cinayət işinin icraatına xitam verilməsi barədə qərarı mübahisələndirməmiş, əksinə ərizə verərək ona verilmiş ittihamda özünü təqsirli bildiyini və haqqında olan cinayət işinə xitam verilməsini xahiş etmişdir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fev ral 2022-ci il tarixli, 2N(N03)-234/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.