Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1046/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlıq imkanları məhdud uşağa qulluğa görə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin olunması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı “sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(105)-491/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə Aktına əsasən, sağlamlıq imkanları məhdud olan xx.xx.1982-ci il təvəllüdlü X4 anadan old uğu gündən 18 yaşı tamam olanadək anası İddiaçı himayəsində olmuşdur.
2. İddiaçı sağlamlıq imkanı məhdud uşağı 8 yaşınadək tərbiyə etdiyinə görə 55 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə pensiya hüququ əldə etdiyi üçün pensiyanın təyin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh 17 noyabr 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş sənədlərdən iddiaçının sığorta stajının 20 il 2 ay 22 gün təşkil edilməsi və bu halın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1962-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 02 iyul 1978-ci ildə Qusar rayonu, Vəliyev adına kolxozda başlamış, 01 dekabr 2009-cu ildə işdən azad edilmiş, ümumi iş stajı 26 ildən artıqdır. O, 4 uşaq anasıdır, uşaqlarından X4 1982-ci ildə anadan olmuşdur. İddiaçı anadangəlmə ruhi xəstədir, İİ qrup müddətsiz əlildir. Hal-hazırda iddiaçının 59 yaşı tamam olmuşdur. İddiaçı sağlamlıq imkanı məhdud uşağı 8 yaşınadək tərbiyə e tdiyinə görə 55 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir. Bu məqsədlə o pensiya təyini üçün DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh 17 noyabr 2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi məktubda sığorta stajının 20 il 2 ay 22 gün olduğu qeyd edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iş materiallarından məlum olur ki, iddiaçının sağlamlıq imkanları məhdud olan uşağı İddiaçı 1982-ci il tarixdə anadan olmuşdur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi o lan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının övladı Xəyalə Qayıtmazova ilkin müayinədən xx.xx.1995-ci il tarixdə keçmiş və həmin tarixdən ona ikinci qrup uşaqlıqdan əlillik təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 3-cü maddəsində əmək pensiyası almaq hüququ olan şəxslərin kateqoriyasına İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər aid edilmişdir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının övladı Xəyalə Qayıtmazovanın əlilliyi xx.xx.1995-cı il tarixdə, yəni 13 yaşında müəyyən olunmuşdur. Buna görə də iddiaçının sağlamlıq imkanları məhdud olan qızına qulluq etdiyi dövr 1995-1998-ci il aralığı (Xəyalə Qayıtmazovanın 13-16 yaş aralığı-keçmiş qanunvericiliyə əsasən yetkinlik yaşı 16 yaş hesab edilirdi) hesab edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanundan da göründüyü kimi, sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən aşağıdakı 2 şərt ödənilməlidir: sığortaolunan bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmalı; sığortaolunanın fərdi hesabının sığorta hissəsin də 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Belə ki, iddiaçı hal-hazırda Qanunun 7-ci maddəsinə uyğun olaraq, yaş həddinə çatmamışdır. İddiaçı hal-hazırda Qanunun 8-ci maddəsinin şərtləri daxilində ona pensiya təyin edilməsini tələb edir. Qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyğun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2-1(118)-844/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi qismən təmin edilərək, iddiaçıya 01 oktyabr 2017-ci tarixdən (20 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi şərti ilə) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üz ərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi qanuna uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ və iddiaçının işlədiyi müddətləri onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqları pozulmuşdur.
9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, əmək kitabçasında göstərildiyi müəssisələrdə işlədiyi illər və sağlamlıq imkanları məhdud uşağına qulluğa görə iddiaçının əmək stajı 25 ildən çox təşkil edir. 2021-ci ilin 01 iyul ayından 30 iyun 2022-ci ilədək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 il 6 aydır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğundan və sağl amlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2- ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır, yəni 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən. Belə olduğu təqdirdə hesab olunur ki, iddiaçıya yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(105)-491/2022 nömrəli qərarı ilə (hakimlər F.Məmmədov – sədrlik edən və məruzəçi, Z.Məmmədov və H.Babayeva) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayıldığından, iddiaçının qızı 1982-ci il təvəllüdlü Xəyalə Qayıtmazovaya isə əlillik 22 aprel 1995-ci ildə, yəni 13 yaşında təyin olunduğundan, iddiaçının sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün ona 55 yaşının tamam olduğu, yəni 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi əsassız, cavabdehin imtinası isə əsaslı olmuşdur.
13. İddiaçı k assasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi əsaslandıra bilməmişdir ki. hansı səbəbdən iddiaçının sağlamlıq imkanları məhdud olan uşağına qulluq etdiyi dövrün başlanğıcı iddiaçının sağlamlıq imkanları məhdud qızı Xəyalə Qayıtmazovanın doğulduğu tarixdən - xx.xx.1982-ci ildən deyil, 1995-ci ildən hesablanmalıdır. Halbuki iş materiallarında olan, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə Aktı belə əsaslandırmanı istisna edir və məhkəmənin gəldiyi nəticənin yanlış olduğunu sübut edir. İddia çı kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 7, 8.2, 21.2.4-cü və İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdehin nümayəndəsi və vəkili etirazında kassasiya şikayətinə apelyasiya instansiyası məhəkəməsinin mövqeyini əsaslı sayaraq şikayətin rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2. Əlilliyi müəyyən edilmiş uşağı nı səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;
17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etməd ikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
24. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, onun sağlamlıq imkanı məhdud uşağı 8 yaşınadək tərbiyə etdiyini nəzərə alınmaqla yaş həddi 5 il azaldılmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
25. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının sağlamlıq imkanları məhdud qızı Xəyalə Qayıtmazova 1982-ci ildə anadan olmuşdur. Müayinədən 22 aprel 1995-ci ildə keçmiş və həmin tarixdən, yəni 13 yaşında ona ikinci qrup əlillik təyin edilmişdir.
26. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayıldığından, iddiaçının qızı 1982-ci il təvəllüdlü Xəyalə Qayıtmazovaya isə əlillik 22 aprel 1995-ci ildə, yəni 13 yaşında təyin olunduğundan iddiaçının tələbi əsassızdır.
27. Məhkəmə ko llegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
28. İş materiallarında olan (iş v. 2) TSEK tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 025001 nömrəli arayışda, iddiaçının qızı Xəyalə Qayıtmazovanın əlilliyinin səbəbi “uşaqlıqdan” qeyd olunmuşdur.
29. Məhkəmə kollegiyası oxşar iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Eyyubovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasın a və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 yanvar 2020-ci il tarixli qərarına müraciət etməyi zəruri hesab edir. a. Plenum qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsi S.Eyyubovanın iddiasının təmin edilməsinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 4.1.2 və 14.1-ci maddələrinə istinad etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, S.Eyyubovanın sağlamlıq imkanlarının məhdudluğu 21 yaşında müəyyən edilməsinə baxmayaraq, həmin əlillik sonradan qazanılmış deyil, anadan olduğu tarixdən mövcud olduğundan, həmçinin o, tək-tənha yaşadığından, valideyinləri vəfat edən günə kimi onların təqaüdü ilə dolandığından, hal-hazırda onların təqaüdlərinə maddi ehtiyacı olduğundan cavabdehin üzərinə öhdəliklərin qoyulmasını tələb etməkdə haqlı olmuşdur. b. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 oktyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti nəzdindəki Ali Nəzarət Komissiyasına (bundan sonra – Komissiya) həvalə olunmuşdur. c. Ekspertin qarşısında S.Eyyubovanın xəstəliyinin hansı yaş dövründən, uşaqlıqdan və ya yetkinlik yaşına çatdıqdan sonra yaranması, xəstəlik uşaqlıqdan yaranmışdırsa, həmin vaxtdan onun əlilliyinə səbəb ola bilməsi və ya xəstəliyin sonradan inkişaf edərək 1979-cu ildə ona İİ qrup əlillik dərəcəsinin verildiyi vaxt əlillik səviyyəsinə çatması, S.Eyyubovanın uşaqlıqdan keçirilmiş polimelit xəstəliyindən sonra soltərəfli atrofik hemiparezin n əticəsində 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud əlil hesab oluna bilməsinə dair suallar qoyulmuşdur. d. Lakin Komissiya tərəfindən qaldırılan məsələlərin tibbi ekspertizanın səlahiyyətlərinə aid olmadığı bildirilərək göstərilmişdir ki, əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlillik təyin edilən vaxt şəxsin sağlamlıq imkanlarının məhdudlaşmış hesab edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə aiddir. e. Şəki Apellyasiya Məhkəməsinin X1 rayonlararası HƏEK-in 26 dekabr 1986-cı il tarixli rəyinə istinad edərək belə nəticəyə gəlmişdir ki, əlilliyin səbəbi uşaqlıqdan qeyd edilsə də, işdə iddiaçının 18 yaşı tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair mötəbər sübut olmamışdır. Məhkəmənin fikrincə, rəydə əlilliyin səbəbinin uşaqlıqdan qeyd edilməsi o anlama gəlmir ki, S.Eyyubova uşaqlıqdan İİ qrup əlil olmuşdur. f. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 82-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati-Prossesual Məcəllənin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuş dur. g. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarı). h. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. i. X9 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası ekspertin qarşısına qoyduğu sualların cavablandırılmamasına baxmayaraq sadəcə S.Eyy ubovanın anadangəlmə əlil olmaqla əmək qabiliyyətinə malik olmasını təsdiqləyən yetərli tibbi sənədlərin mövcud olmamasına əsaslanmaqla iddianı rədd etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası tərəfindən S.Eyyubovanın sağlamlıq imkanlarının məhdudluğu barədə sənədlərə (Qazax rayon İkinci Şıxlı kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş həmin kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş akta, Qazax rayon V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbi tərəfindən iddiaçı S.Eyyubovanın xəstəliyi ilə əlaqədar məktəbdən xaric edilməsi haqqında arayışa, Sumqayıt şəhər X3 stasionar xəstənin xəstəlik tarixçəsindən çıxarışa və digər sənədlərə (fotoşəkil və s.) isə heç bir hüquqi qiymət verilməmişdir. j. Beləliklə, apellyasiya instansiyası məhkəməsi məhkəmələr t ərəfindən sübut növü kimi qəbul edilmiş rəy və arayışları, təqdim edilmiş yeni sübutları İnzibati Prosessual Məcəllənin 12, 58.7 və 82-ci maddələrinə uyğun olaraq lazımi qaydada araşdırmamış və qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2017-ci il tarixli qərarı ilə məhz S.Eyyubovanın 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi kifayət qədər ətraflı araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir”.
30. Məhkəmə kollegiyası oxşar iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 yanvar 2020-ci il tarixli qərarının işığında apellyasiya instansiyası məhkəməsinin qərarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının qızının xəstəliyinin 8 yaşdan sonra yaranmasına dair hər hansı sübuta istinad etmədən səhv nəticəyə gəlmiş, İddiaçı 12 yaşında əlilliyin müəyyən olunmasına səbəb olan xəstəliyin 8 yaşadək yaranması ilə bağlı heç bir araşdırma aparmamış, onun qeydiyyatda olduğu xəstəxanaya, poliklinikaya sorğular verməmiş, cavabdehdən əlilliyin müəyyən olunmasına əsas olan tibbi sənədləri tələb etməmişdir.
31. İddiaçının qızının 8 yaşına çatanadək xəstəliyi araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən “uşaqlıqdan” dedikdə, Xəyalə Qayıtmazovanın əlilliyinin 8 yaşadək və ya 8 yaşdan sonra yaranması istiqamətində heç bir araşdırma aparılmalıdır. Belə ki, i ddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasını təyin edilməsi üçün onun qızının əlilliyinin 8 yaşdan əvvəl yaranıbyaranmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
33. Bəhs olunan halların araşdırıb, müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün mühüm əhəmiyyət daşıyır.
34. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, araşdırmanın aparılmasına zərurət olduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçını n kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(105)-491/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.