Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-105/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Balakən rayon Qullar Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Balakən rayon Qullar Bələdiyyəsinə qarşı “cavabdehin X5 torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarlarının etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(107)-400/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2013-cü il tarixli 04 nömrəli protokol qərarı ilə, Qullar bələdiyyəsinin mülkiyyətində olan, kəndin perspektiv fonduna aid torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla, 1 sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması məqsədilə DTXKnin Balakən rayon şöbəsinə müraciət edilməsi barədə Qullar bələdiyyəsinin sədri R.M.Ömərovun verdiyi məlumat nəzərə alınmış, Qullar bələdiyyəsinin mülkiyyətində olan X.Saramanovun həyətyanı sahəsinə bitişik sökülmüş sarayal tı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla, 1 sahə üçün ayn-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması DTXK-nin Balakən rayon şöbəsindən xahiş edilmişdir.
2. Cavabdehin xx.xx.2015-ci il tarixli 10 nömrəli protokol qərarı ilə, Qullar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla, 1 sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması məqsədilə 18 saylı Zaqatala Tədqiqat İdarəsinə müraciət edilməsi barədə Qullar bələdiyyəsinin sədri R.M.Ömərovun verdiyi məlumat nəzərə alınmış, Qullar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə s atışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla, 1 sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması 18 saylı Zaqatala Tədqiqat İdarəsindən xahiş edilmişdir.
3. Cavabdehin xx.xx.2018-ci il tarixli 05 nömrəli protokol qərarı ilə, Qullar bələdiyyəsinin perspektiv inkişaf üçün nəzərdə tutulmuş, alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi üçün 0.0993 ha torpaq sahəsi hər 0.01 ha üçün 150 manat olmaqla, cəmi 1500 manata bilavasitə hərracdan kənar qaydada X1.
4. Cavabdehlə X6 arasında 0.0993 ha torpaq sahəsinin satılması barədə xx.xx.2018ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və X4 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin X5 torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarlarının etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 01 may 2023-cü il tarixli, 21(116)-1371/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin etibarsız sayılması tələb edilən xx.xx.2015-ci il tarixli qərarının qəbulundan 8 və xx.xx.2018-ci il tarixli qərarın qəbulundan isə 5 i lə yaxın müddət keçmişdir. Odur ki, həmin qərarların etibarsızlığının qısa müddətdə tanınması və inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağın olması müəyyən edilmir. İddia tələbində qeyd edilmişdir ki, cavabdehin xx.xx.2013-cü il tarixli 04 nömrəli qərarı ilə iddiaçıya ərizədə göstərdiyi yerdən həyətyanı sahəsinə bitişik, 15 il istifadə etdiyi, sökülmüş sarayaltı ərazidən 0.10 ha həyətyanı torpaq sahəsinin satılması və ayrılması haqqında qərar çıxarılmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2013-cü il tarixli 04 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, sözügedən qərar torpaq sahəsinin bilavasitə satışa çıxarmaqdan ötrü plan və ölçülərinin (kadastr) işlənib hazırlanması barədə olmaqla, torpaq sahəsinin kimə satılmalı olması məsələsini həll etmə mişdir. İddiaçı, cavabdehin xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarlarının etibarsızlığını tələb edərək həmin qərarda qeyd edilmiş torpaq sahəsinin cavabdehin xx.xx.2013-cü il tarixli 04 nömrəli qərarı ilə özünə satılmış torpaq sahəsi ilə eyni torpaq sahəsi olduğunu iddia edir. Lakin sözügedən xx.xx.2013-cü il tarixli qərar iddiaçıya torpaq sahəsinin ayrılması və satılması barədə yox, Qullar bələdiyyəsinin mülkiyyətində olan X.Saramanovun həyətyanı sahəsinə bitişik sökülmüş sarayaltı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla, 1 sahə üçün ayn-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması barədə olmuşdur. İddia tələbi “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsi ilə əsasla ndırılsa da, qeyd edilən inzibati aktların həmin maddədə qeyd edilən hansı əsasla etibarsız hesab edilməsi ilə bağlı mövqe aydın qeyd edilməmiş, iddiaçı bunu Balakən rayon Qullar bələdiyyəsinin X5 torpaq sahəsi satılması ilə bağlı xx.xx.2015-ci il tarixli qərarının mövcud olmaması və buna görə də müvafiq qərarın saxtalaşdırıldığını güman etməsi ilə izah etmişdir Lakin həqiqətən də xx.xx.2015-ci il tarixli qərar X5 torpaq sahəsi satılması ilə bağlı olmamış, fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla, 1 sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması və digər məsələlərin həllini nəzərdə tutmuşdur. Göründüyü kimi, əslində iddiaçı sözügedən torpaq sahəsinin bələdiyyənin xx.xx.2013-cü il tarixli 04 nömrəli iclas prot okolu ilə özünə satıldığını, sonradan isə həmin torpaq sahəsinin cavabdehin xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarları ilə X2 bildirərək həmin qərarları qanunsuz inzibati akt hesab etsə də, hazırkı tələbdə həmin qərarların etibarsız hesab edilməsini xahiş etmişdir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağına uyğun olaraq əlverişli iddia növü “mübahisələndirmə haqqında” iddiadır. Məhkəmə hesab etmişdir ki, iddiaçının “mübahisələndirmə haqqında” iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtindən yan keçmək üçün hazırkı məzmunda qaldırdığı iddia tələbi mümkün sayıla bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ilə ona izah edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində bələdiyyənin etibarsız hesab edilməsini xahiş etdiyi qərarın tarixinin xx.xx.2018-ci il tarixli 05 saylı qərar olduğunu bildirmiş, etibarsızlığın əsası olaraq xx.xx.2015-ci il tarixli qərarın mövcud olmamasına istinad etmiş, xx.xx.2018-ci il tarixli qərara münasibətdə isə məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, M.A.Əsədli, G.İ.Cavadova) 05 iyul 2023-cü il tarixli, 2-1(107)400/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(116)-1371/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2013cü il tarixli 04 nömrəli qərarı ilə ona həyətyanı sahəsinə bitişik, 15 il istifadə etdiyi, sökülmüş sarayaltı ərazidən 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış və satılmışdır. Torpaq sahəsinə sənəd hazırlanması üçün bələdiyyənin hesabına 210 manat pul köçürmüşdür. Həmin torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqları qeydiyyata alınsa da, həmin torpaq sahəsinin sonuncuya satılması ilə bağlı bələdiyyən qərarı yoxdur və bələdiyyənin hesabına həmin torpaq sahəsi ilə bağlı Araz Kaltayev tərəfindən heç bir ödəniş edilməmişdir. Bələdiyyənin xx.xx.2013-cü il tarixli 04 nömrəli qərarı ilə ona verilmiş 0.10 ha torpaq sahəsi mübahisə obyekti olmamış, həmin qərar ləğv edilməmişdir. Hazırda həmin torpaq sahəsi üzərində onun hüquqları mövcuddur. Beləliklə də, apelyasiya instansiyası məhkəməsində qərar qəbul edilərkən maddi və prosessua l hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. B u Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. 15. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4 Qanuns uz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızd ır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
22. Məhkəmə kollegiyası iddianın mümkün iddia olmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarında göstərildiyi kimi, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmama sına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İddia mümkün sayılmadıqda, məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
23. Hazırki iş materialları və aşağı instansiya məhkəmələri tərəfindən işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddi açının mübahisə predmeti olan bələdiyyə qərarlarını mübahisələndirməkdə hüquqi marağı həmin qərarlar əsasında X3 torpaq sahəsinin daha əvvəl bələdiyyənin xx.xx.2013-cü il tarixli 04 nömrəli protokol qərarı ilə ona satılmasından ibarətdir.
24. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, mübahisələndirilən bələdiyyə qərarları xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə qəbul edilməklə həmin qərarların qəbulundan xeyli müddət (8 il və 5 il) keçmiş və iddiaçı bu müddət ərzində həmin qərarları mübahisələndirməmişdir.
25. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 21(116)-630/2020 nömrəli qərardadından görünür ki, iddiaçı həmin məhkəmə mübahisəsi zamanı iddia etdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən Araz Kaltayevə satılmasından məlumatlı olmuş, hətta q arşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Buna baxmayaraq, 2 ildən artıq müddət keçdikdən sonra (fevral 2023-cü il) hazırkı iddia ərizəsi ilə məhkəməyə edərək bələdiyyə qərarlarını mübahisələndirmiş və bununla da həmin qərarların mübahisələndirilməsi üçün iddia müddətini ötürmüşdür.
26. Bundan əlavə, iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı bələdiyyənin xx.xx.2013-cü il tarixli 04 nömrəli protokol qərarı ilə ona həyətyanı sahəsinə bitişik, 15 il istifadə etdiyi, sökülmüş sarayaltı ərazidən 0.10 ha həyətyanı torpaq sahəsi ayrıldığını və satıldığını, hətta bunun müqabilində torpaq sahəsinə sənəd hazırlanması üçün bələdiyy ənin hesabına 210 manat pul köçürdüyünü bildirsə də, işdə olan bələdiyyənin xx.xx.2013-cü il tarixli 04 nömrəli protokol qərarından görünür ki, həmin qərar Qullar bələdiyyəsinin mülkiyyətində olan X.Saramanovun həyətyanı sahəsinə bitişik sökülmüş sarayaltı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla, 1 sahə üçün ayn-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması barədədir və həmin qərarda iddiaçıya torpaq sahəsinin ayrılması və satılması nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən bələdiyyənin hesabına məhz həmin torpaq sahəsinin satılması müqabilində hər hansı ödəniş aparılması və bələdiyyə ilə iddiaçı arasında torpaq sahəsinin faktiki olaraq satılmasını təsdiq edən hər hansı sübut təqdim edilməm işdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 14-16-cı bəndində istinad olunan qanunvericilik normaları baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(107)-400/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.