Məhkəmə qərarları › İş №2-1(102)-1050/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1050/2021

30.06.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1050/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: hərbi qulluqçunun vəzifə maaşına yüksəkliyə görə əlavənin hesablanması; xüsusi mürəkkəb xidmət şəraiti olan hərbi qulluqçuya əlavə məzuniyyətin verilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, cavabdehin vəkili XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4.0N.N0N1-ci il tarixli, N-1(103)-513/N0N1 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı N0.07.1999-cu il tarixdən 04.1N.N017-ci il tarixədək X3 xidmət etmişdir. N. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin NN fevral N003-cü il tarixli, 046 saylı əmri ilə 6-cı sərhəd dəstəsinə 13-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin olunmuş hesab edilmiş, NN fevral N003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş hesab edilmişdir

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirin in N1 noyabr N008-ci il tarixli, 0N74 saylı əmri ilə tutduğu vəzifədən azad olunmaqla 3-cü sərhəd zastavasına rəis vəzifəsinə təyin olunmuş hesab edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin N7 oktyabr N009-cu il tarixli, 0N51 saylı əmri ilə 6-cı sərhəd dəstəsi 3-cü sərhəd zastavasının rəisi, mayor İddiaçı 5-ci sərhəd dəstəsinə 3-cü sərhəd komendantlığı komendantının 1-ci müavini – qərargah rəisi vəzifəsinə təyin edildiyi üçün, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və N7 oktyabr N009-cu il tarixdə vəzifəsindən azad olunmaqla N005 saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir.

5. İddiaçı N019-cu il N dekabr tarixində cavabdeh orqana ərizə ilə müraciət edərək onun ağır, şəraitsiz və xüsusi mürəkkəb şəraitli sərhəd zastavalarında xidmətlərini nəzərə alaraq ona veriləcək pulun ödənilməsi üçün DSX-nın Maliyyə Plan İdarəsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh 07.01.N0N0-ci il tarixli, 10/1 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

6. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, hərbi qulluqçulara yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli NN avqust N00N-ci il tarixli qərarına uyğun olaraq Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən ödənilir. Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrilə təsdiq edilmiş yüksək dağlıq ərazidə yerləşən sərhəd məntəqələrinin siyahısında onun həqiqi hərbi xidmətdə olduğu sərhəd məntəqələrindən yalnız X5 “Laza” sərhəd zastavası öz əksini tapmışdır. “Laza” sərhəd zastavasında həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin hesablanaraq ödənişi təmin ediləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidmət etdiyi dövr ərzində (N003N009-cu illər) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və çıxmadığı əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 oktyabr N0N0-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildən N017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və N017- ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmə t müddətində N003-cü il fevral ayı tarixdən N008-ci ilin noyabr tarixinədək N006-saylı hərbi hissənin 13-cü (Şin) sərhəd zastavasının rəisi, N008-ci ilin noyabr ayından N009-cu ilin oktyabr ayınadək 3-cü (Laza) sərhəd zastavasının rəisi vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adları qeyd olunan sərhəd zastavaları Nazirlər Kabinetinin N00N-ci il tarixli 137 nömrəli qərarına və Dövlət Sərhəd Xidməti rəisinin 14.0N.N006-cı il tarixli 11 nömrəli əmrinin olmasına baxmayaraq xidməti müddətində ona veriləcək yüksəklik pulu və əlavə məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 0N.1N.N019-cu il tarixli ərizə təqdim etmişdir. Lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (35 gündən artıq) keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də bu f aktı (ərizəsinin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edir. Nazirlər Kabinetinin NN avqust 137 nömrəli qərarına, (Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi), “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin v (möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) - hər il 15 təqvim günü) bəndinə və Dövlət Sərhəd Xidməti rəisinin 14 fevral N006-cı il tarixli 11 nömrəli əmrinə əsasən ona yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik ə lavə) və əlavə məzuniyyət verilməli idi. Göstərilənlərə əsasən hesab edir ki, yuxarıda qeyd olunan (N003-N009-cu illər) xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş qaydada veriləcək yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və verilməyən əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır.

10. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının iddiasında qeyd etdiyi 3-cü (Laza) və 13-cü (Şin) sərhəd zastavalarında n Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanının N006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə dəniz səviyyəsindən 1500 metr və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısında yalnız 3-cü (Laza-1800 metr) sərhəd zastavasının, xüsusi mürəkkəb şəraiti olan sərhəd məntəqələrinin siyahısında isə 13-cü (Şin) sərhəd zastavasının qeyd olunduğu göstərilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin N0N0-ci il 1 oktyabr tarixli N-1(11N)-N455/N0N0 nömrəli qərarına əsasən (hakim Fərid Mədətli) iddianın rədd edilməsi qərara alınmışdır. 1N. Məhkəmə qeyd etmişdir ki, Sərhəd Qoşunlarının 13-cü “Şin” sərhəd zastavası yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısına aid edilmədiyindən, iddiaçının həmin sərhəd zastavasında xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş yük səkliyə görə pul əlavəsinin verilməsi tələbi əsassızdır. Həmçinin, iddiaçıya zabit kimi xidmət etdiyi dövrdə 15 təqvim günü müddətində əlavə məzuniyyət onun növbəti məzuniyyətlə birləşdirilməklə, xüsusi hallara dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən verilə bilərdi və işdə olan sənədlər əsasında iddiaçı barəsində həmin qərarın verilməsi müəyyən edilməmişdir. Həmçinin, əlavə məzuniyyətin verilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N-1(103)-513/N0N1 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hü seyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin N0N0-ci il 1 oktyabr tarixli N-1(11N)-N455/N0N0 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Məhkəmə qərarı iddiaçıya N0N1-ci il 1 aprel tarixində təqdim edilmişdir.

17. İddiaçı N0N1-ci il N6 aprel tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N-1(103)-513/N0N1 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şik ayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, DSX-nın 41 nömrəli N0N0-ci il 13 fevral tarixli əmrində iddiaçının xidmət etdiyi sərhəd məntəqələri (Laza və Şin) xüsusi mürəkkəb xidmət şəraitli olan məntəqələrin siyahısında qeyd olunmuş və buna görə ona “DSX-nın hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.6-cı bəndinə əsasən 15 faiz pul əlavəsi ödənilməli olduğu halda heç bir ödəmə aparılmamışdır. Ona yüksəkliyə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli NN avqust N00N-ci il tarixli qərarı ilə təsdiq edilmiş məntəqələrinin siyahısında Qəbələ rayonunun “Laza” kəndi dəniz səviyyəsindən 1360 metr yüksəklikdə yerləşdiyindən (hərbi xidmətdə olduğu dövr üzrə yüksəklik dağlıq ərazilərdə faiz əlavəsi vəzifə maaşının 10% ilə indeksləşdirmədən N008N009-cu illərdə tutduğu vəzifə maaşı üzrə) ödənişi təmin edilmişdir, baxmayaraq ki, xidmət etdiyi digər 13-cü (Şin) sərhəd zastavasının yerləşdiyi Şin kəndi NN avqust N00N-ci il tarixli 137 nömrəli Nazirlər Kabinetinin qərarında (N nömrəli əlavə) öz əksini tapıb.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 56N nömrəli, 199N-ci il 19 oktyabr tarixli qərarının N-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həm in qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin N018-ci il 31 avqust tarixli 0N51 nömrəli əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin N006-cı il 14 fevral tarixli 11 nömrəli və N0N0-ci il 13 fevral tarixli 041 nömrəli əmrləri ilə təsdiq edilir. Həmin əmrlərdə Şin və Laza sərhəd məntəqələri xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısında öz əksini tapmışdır. N0. Bundan başqa, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir v ə növbəti məzuniyyətlə birləşdirilir. Göstərilənlərdən göründüyü kimi, yüksək iqlim şəraitinin xüsusiyyətlərinə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə və xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına, hərbi qulluqçunun sağlamlığına pis təsir göstərən neqativ amillərin təhlükəsinin reallığını əsas götürərək, qanunverici “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin axırıncı abzasında əlavə məzuniyyətin müddətini 15 gün müəyyən etmişdir. Qeyd edildiyi kimi, hərbi qulluqçulara növbəti məzuniyyətlə yanaşı xüsusi mürəkkəb xidmət şəraitinə görə əlavə məzuniyyət müddətinin verilməsi hərbi qulluqçunun səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət bu xidmət yerinə xidmət etməsinə görə mükafatlandırılmas ına yönəlib. N1. Həmin Əsasnamənin 1NN-ci maddəsinin ikinci abzası və 136-cı maddəsinin axırıncı abzasında qeyd olunur ki, bu əsasnamənin 114-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş növbəti məzuniyyət əlavə məzuniyyətə cəmlənərək birlikdə verilməlidir. Göründüyü kimi, qanunverici həm ağır iqlim şəraitinə görə əlavə məzuniyyət hüququnu tanımaqla onun məhz növbəti məzuniyyətlə cəmlənərək birlikdə verilməsini qeyd etməklə onu icra edilməli (imperativ) norma kimi müəyyənləşdirmişdir. Hərbi qulluqçuya məzuniyyət verilərkən növbəti məzuniyyətə birləşdirilmiş əlavə məzuniyyətin məhdudlaşdırılması, belə hüququn hüquqi təminatından kənarda qalmasına zəmin yaratmış olur. NN. Apellyasiya instansiyası məhkəməsinə işə baxılarkən isə göstərilən hallar nəzərə alınamış, iş üzrə tam, hərtərəfli və obye ktiv araşdırma aparılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar qiymətləndirilməmişdir. Bundan başqa, məhkəmə maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N3. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları N4. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. N5. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və cavabdehin nümayəndəsi izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N00N-ci il NN avqust tarixli 137 nömrəli qərarına N nömrəli əlavədə “Azər baycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı” əks olunub. X7 kəndi və Şin kəndi öz əksini tapıb. N7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 199N-ci il 19 oktyabr tarixli 56N nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 199N-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri, o cümlədən bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik verilən əlavələr təsdiq edilmişdir. Həmin qərarın N-ci hissəsinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. N8. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.6-cı bəndinə əsasən xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nın hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli hərbi qulluqçar istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gəti rmək ilə). Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX-nın rəisinin əmri ilə təsdiq edilir və hərbi qulluqçuya vəzifənin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). N9. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı bəndində görə hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) — hər il 15 təqvim günü. Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. 30. ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbayca n Respublikası Prezidentinin 30.03.1998-ci il tarixli, 69N nömrəli Fərmanının N-ci bəndinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səalhiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, habelə səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçiri rlər.

31. İnzibati Prosessual Məcəllənin 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 1N.N-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 3N. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.

33. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.N. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazım i qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

37. İddia tələbi iki hissədən – yüksəkliyə görə pul əlavəsinin ödənilməsi və çıxmadığı məzuniyyətə əvəzinə pul kompensasiyası ödənilməsi – ibarətdir və məhkəmə qərarı bütövlükdə mübahisələndirildiydən Ali Məhkəmə Kollegiyası hər iki hissəyə ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir.

38. Hazırkı qərarın N7-ci bəndində göstərilən normaların məzmunundan aydın olur ki, Azərbaycan Ordusunda, eləcə də Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və Nazirlə Kabinetinin müvafiq qərarının 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da məlumdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – X1 N006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə dəniz səviyyəsindən 1500 m. və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin Siyahısı, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin Siyahıları təsdiq edilmiş, Dö vlət Sərhəd Xidmətində xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində xidmət edən zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 15 təqvim günü müddətində əlavə məzuniyyət verilməsi qərara alınmışdır.

40. Həmin əmr əsasında təsdiq olunmuş “Dəniz səviyyəsindən 1500 m. və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin Siyahısı”nda 6-cı sərhəd dəstəsi üzrə 3-cü (“Laza”) sərhəd zastavası (1800 m.), “Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin Siyahısı”nda isə 6-cı sərhəd dəstəsi üzrə 3-cü (“Laza”) sərhəd zastavası və 13-cü (“Şin”) sərhəd zastavası öz əksini tapmışdır.

41. Göründüyü kimi, Nazirlər Kabineti hazırkı qərarın N6-cı bəndində göstərilən qərarında Şin kəndini 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinə aid etmiş, DSX-nın rəisinin N006-cı il 14 fevral tarixli 11 nömrəli əmrinə görə isə Şin sərhəd zastavası dəniz səviyyəsindən 1500 m. və daha yüksəkdə yerləşən sərhəd məntəqəsi kimi müəyyən edilməsə də, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin Siyahısında öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi isə işə baxarkən bu ziddiyyəti qiymətləndirməmiş, yalnız DSX-nın rəisinin N006-cı il 14 fevral tarixli 11 nömrəli əmrində Şin sərhəd zastavasının dəniz səviyyəsindən 1500 m. və daha yüksəkdə yerləşən sərhəd məntəqəsinə aid edilmədiyinə istinad etmişdir. 4N. Halbuki, Nazirlər Kabinetinin adıçəkilən qərarı ilə “Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin Siyahısı”nda Şin kəndi və Şin sərhəd zastavasının adının qeyd edilməsi mübahisənin həlli üçün mühüm əh əmiyyətə malikdir. Bununla bağlı kassatorun dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə aydınlaşdırmalı idi ki, Şin sərhəd zastavasının xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqəsi hesab edilməsinə səbəb onun yüksəklikdə yerləşməsi, yoxsa digər səbəb olmuşdur.

43. Həmçinin, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlumdur ki, 19.11.N008-ci il tarixindən 15.10.N009-cu il tarixinədək N saylı hərbi hissənin Laza sərhəd zastavasında iddiaçının xidmət etdiyi dövr üzrə N saylı hərbi hissə tərəfindən təqdim edilmiş cədvəl əsasında 35N,59 manat məbləğində pul 10.04.N0N0-ci il tarixində iddiaçının bank hesabına köçürülmüşdür. Kassasiya şikayətinin dəlillərinə görə həmin məbləğ iddiaçının N008-N009-cu illərdə tutduğu vəzifə maaşına uyğun ödənilmiş, sözügedən məbləğin indeksləşdirilməsi aparılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətən də bu istiqamətdə araşdırma aparmamış, həmin məbləğin hesablanma qaydasını müəyyən etməmişdir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin hazırkı qərarın 18-19-cu bəndində göstərilən dəlilləri əsaslı hesab edir.

45. İddia tələbinin digər hissəsi olan məzuniyyətə görə ödənilməli olan pul məbləği ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın N9-30-cu bəndlərində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsu si hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət verilməsi nəzərdə tutulmuş, müvafiq icra hakimiyyəti orqanlarının siyahısında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti də qeyd edilmişdir. Beləliklə, qanunverici xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan hərbi qulluqçulara 15 təqvim günü müddətində əlavə məzuniyyət verilməsini DSX-nın diskresion səlahiyyəti kimi göstərmişdir. Cavabdeh də həmin əlavə məzuniyyətin verilməsinin cavabdeh orqanın diskresion səlahiyyəti olmasına istinad edərək verilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsindən imtina edir.

46. Halbuki, cavabdeh orqan artıq bu diskresion səlahiyyətinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – X1 N006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə Dövlət Sərh əd Xidmətində xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində xidmət edən zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 15 təqvim günü müddətində əlavə məzuniyyət verilməsini qərara almışdır.

47. Göründüyü kimi, hərbi qulluqçulara 15 gün əlavə məzuniyyətin verilməsi həqiqətən də cavabdehin qeyd etdiyi kimi onun diskresion səlahiyyətidir və cavabdeh bu diskresion səlahiyyətindən istifadə edərək əlavə məzuniyyətin verilməsi qaydasını müəyyən etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almadan iddia tələbinin bu hissədə də əsassız olması qənaətinə gəlmişdir.

48. Hazırkı qərarın N9-cu bəndindən görünür ki, 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiya cı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər və əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir.

49. Göründüyü kimi, cavabdeh əsas məzuniyyətlə 15 günlük əlavə məzuniyyəti ayrı-ayrılıqda qiymətləndirsə də, qanunverici əlavə məzuniyyətin növbəti məzuniyyətlə birləşdirildiyini nəzərdə tutmuşdur. Belə olan halda, əlavə məzuniyyətə görə iddiaçıya kompensasiya ödənilməsindən imtina etməsi əsassızdır. Belə ki, qanunun mənasına görə həmin əlavə məzuniyyət hər bir halda iddiaçıya əsas məzuniyyətlə birlikdə verilməli idi.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi istər yüksəkliyə görə pul əlavəsinin ödənilməsi ilə bağlı, istərsə də məzuniyyətə görə ödənilməli olan pul məblə ğinin müəyyən edilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, eyni zamanda iş üzrə tam, hərtərəfli araşdırma aparmayaraq hazırkı qərarın 30-31-ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur.

51. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N-1(103)-513/N0N1 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 5N. İşə təkrar baxan məhkəmə 13-cü (“Şin”) sərhəd zastavasının xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin Siyahısında əks edilməsinin səbəblərini, həmin sərhəd zastavasının yüksəklikdə yerləşən sərhəd zastavalarına aid edilib-edilmədiyini araşdırmalı, bundan başqa, iddiaçının əlavə məzun iyyətə görə ödənilməli olan pul məbləğinə dair tələbini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – X1 N006-cı il 14 fevral tarixli 11 nömrəli əmrinin göstərişlərinə uyğun qiymətləndirməlidir. Eyni zamanda, məhkəmə Laza sərhəd zastavasında iddiaçının xidmət etdiyi dövr üzrə ona ödənilmiş məbləğin hesablanma qaydasını müəyyən etməli və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.

53. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N1(103)-513/N0N1 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar