Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1053/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: gəlir və xərclərin müəyyən olunmadığı halda verginin hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İd arəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2-1(103)-103/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli, **********203800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 avqust 2019-cu il tari xli, **********220400 nömrəli qərarı ilə iddiaçıya 2018-ci ilin mənfəət vergisi üzrə 213.248,00 manat məbləğində vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli, **********220400 saylı qərarın ləğv olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar qəbul edilərkən İddiaçı tərəfindən təqdim edilmiş bəyannamə üzrə kassa metodunun tətbiq olunmasına baxmayaraq, cavabdeh bu fakta əhəmiyyət verməmiş, eləcə də, İddiaçınə pul vəsaitinin 2018-ci il tarixdə deyil, 2019-cu il tarixdə köçürüldüyünü nəzərə almamışdır. Bu qərarın qəbul edilməsi üçün əsas kimi mənfəət götür ülmüş, lakin mənfəətin mövcud olmamasını təsdiq edən sənədlər araşdırma üçün qəbul edilməmişdir. Qeyd edilir ki, İddiaçı təqdim etdiyi bəyannamə kassa metodu əsasında tərtib olunsa da, səhvən dövriyyənin göstərilməsi vergi orqanı tərəfindən əsassız qərarın qəbulu ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərinə müvafiq surətdə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.1-1-ci maddəsinə əsasən, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, bu maddəd ə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Həmin Məcəllənin 130.5-ci maddəsinə əsasən, vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən, kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Azərbaycan Respublikas ı Vergi Məcəlləsinin 133-cü maddəsinə əsasən, kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı müvafiq olaraq, vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Göründüyü kimi, cavabdeh bu xüsusatlara əhəmiyyət verməmiş, bu da, qanunsuz inzibati aktın çıxarılması və cəmiyyətin hüquqlarının pozulması ilə nəticələnmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, vergi ödəyicisinin 2018-ci ilin mənfəət vergisi üzrə kassa metodu ilə təqdim etdiyi bəyannamədə ümumi gəlir 2266270,00 manat və gəlirdən çıxılan xərc məbləği 2068932,00 manat, vergiyə cəlb olunan mənfə əti 197338,00 manat və ondan hesablanmış mənfəət vergisi 39467,60 manat göstərilmişdir. Həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin göstərdiyi xərc məbləği ilə baza məlumatlarının müqayisəsi nəticəsində baza məlumatlarına əsasən, sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan 1066240,00 manat məbləğində xərc müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********968400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiql əşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018-ci ilin mənfəət vergisi üzrə 213248,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********473100 nömrəli qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Lakin, yuxarıda qeyd olunan uyğunsuzluq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində yenidən yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli,**********203800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənə dlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından, 2018-ci ilin mənfəət vergisi üzrə 213248,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********220400 nömrəli qərar göndərilmişdir. Beləliklə, işin mahiyyətindən göründüyü kimi, vergi ödəyicisinə vergilərin hesablanmasının əsas səbəbi heç də, ödəyicinin iddia ərizəsində qeyd etdiyi kimi, vergi ödəyicisinin kassa metodu ilə işləməsinin vergi orqanı tərəfindən nəzərə alınmaması yox, onun 2018-ci ilin mənfəət vergisi bəyannaməsində göstərdiyi xərc məbləğlərinin bir hissəsinin elektron baza məlumatları ilə təsdiqini tapmaması olmuşdur. V ergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
6. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(112)-282/2021 nömrəli qərarı (hakim X1) ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmadığından, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi vergi qanunvericiliyinin tələbinə əsasən 2019-cu il vergi dövrünə aid edilməli olduğundan, iddiaçının təqdim etdiyi ciddi hesabat sənədləri olan xx.xx.2018-ci il tarixli, 281 033 nömrəli, HX seriyalı X6 Fakturası və xx.xx.2019-cu il tarixli, 709946 nömrəli, EAAP seriyalı “Elektron Qaimə” nəzərə alınaraq, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər (malların təhvil-təslimi haqqında aktlar) ciddi hesabat sənədləri olmadığından, həmçinin, 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2019-cu ilin gəlir və xərclərinə aid məlumatlar öz təsdiqini tapdığından, həmin sənədlər əsasında tərtib edilən vergi bəyannaməsi Vergi Məcəlləsi ilə əsaslı hesab edilə bilmədiyindən, iş materiallarında Vergi orqanı tərəfindən iddiaçıdan 2018-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********203800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub mövcud olduğundan, vergi orqanı tərəfindən də, əlavə verginin hesablanmasına səbəb məhz vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə xərcləri təsdiq edən sənədlərin təqdim edilməməsi olduğundan, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********220400 nömrəli qərar əsaslı hesab olunmalıdır.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2-1(103)-103/2023 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və Əkbərov kamran Hüseyn oğlu) ilə Bakı İnzibati Mə hkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 121-ci maddəsinin 1-ci bəndinə əsasən, müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına ko mpensasiya edilir. Bu maddənin prinsiplərinə uyğun olaraq 5 il ərzində İddiaçı MMC 65 415.00 AZN zərər etmişdir. Lakin, vergi orqanı tərəfindən 2018-ci il hesabat dövrünə xx.xx.2019-cu il tarixli kameral hesablama zamanı 252 715.60 AZN, 2019-ci il hesabat dövrünə 62 694.53 AZN, 2019-cu il hesabat dövrünə xx.xx.2021 tarixli kameral hesablama zamanı 1771.19 AZN əsassız öhdəlik hesablanmışdır. Beləliklə, toplam 317 510.44 AZN mənfəət vergisi doğru hesablanmamışdır.
13. Cavabdehin məsələyə birtərəfli, qeyri-obyektiv yanaşması, sənədlərə əhəmiyyət verməməsi onun "xxxx" MMC-yə borc haqqında yeni təqdim etdiyi bildirişlərdə də öz əksini tapmışdır. Belə ki, 19 yanvar 2022-ci il tarixli, **********5 saylı bildirişə əsasən "xxxx" MMC-nin ümumi borcu 71640,23 manat, xx.xx.2022-ci il tarixə isə 76437. 78 manat təşkil etmişdir. Halbuki, Bakı İnzibati Məhkəməsində mübahisə edilən **********220400 saylı qərarda tamamilə fərqli məbləğ qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh yekdil rəydə deyildir. Bundan əlavə, təqdim edilmiş gömrük bəyannaməsindən də göründüyü kimi, (bəyannamənin 10-cu qrafası) müqavilə DAP (Delivered at Place) şərtləri əsasında bağlanmışdır. İNCOTERMS 2010 DAP şərtləri malın təyinat məntəqəsinə çatdırılması daxil bütün xərclərin satıcının üzərində olduğunu ehtiva edir. Bu xərclər isə sənəd təqdim edilməsinə baxmayaraq nəzərə alınmamışdır.
14. Prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqəda r fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinin tələblərinə müvafiq surətdə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən hər hansı bir aydınlaşdırma aparılmadan səhv nəticəyə gəlinmişdir. “İnzibati İcraat haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən, inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Tərəfimizdən zəruri olan bütün sənədlər təqdim edilmişdir. “İnzibati İcraat haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bizim halda cavabdeh tamamilə başqa əsaslara müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyin i, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qərarda sübutlar qiymətləndirilməmiş, sadəcə olaraq cavabdehin etirazına istinad olunmuşdur. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yax ud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə
24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini ö zündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kamera l vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməs i barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyic isinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə
131. Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə
133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır.
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAY ƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, məhkəmə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni za manda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, qərar ləğv edilməli, iddia təmin olunmalıdır.
21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
22. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.
23. H əmçinin Vergi Məcəlləsinin 133.2-ci maddəsinə əsasən, vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır.
24. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı müəssisə 2018-ci ildə kassa metodunu tətbiq etmişdir. İddiaçı ilə ADY arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən ADY-dən vaqonların alınması nəzərdə tutulmuşdur. Müqavilənin 3.2-ci bəndinə görə, iddiaçı tərəfindən müqavilənin dəyəri vaqonlar təhvil verilməmişdən öncə ADY-nin bank hesabına ödənilməli idi. Bundan sonra iddiaçı ilə “Azmann Gmbh” şirkəti arasında xx.xx.2018-ci i ldə vaqonların ixracına dair müqavilə bağlamışdır.
25. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş xx.xx.2019-cu il tarixli vaqonların təhvil-təslim aktında xx.xx.2019-cu il tarixədək 1101 vaqonun ADY-dən təhvil alındığı qeyd olunmuşdur.
26. İş üzrə materiallarda olan bank hesabından çıxarışa görə, “Azmann Gmbh” şirkəti tərəfindən xx.xx.2018-ci ildə vaqonların ixracına görə iddiaçıya ödəmələr 2019cu ilin fevral və sonrakı aylarında həyata keçirilmişdir. İddiaçının iş üzrə materiallara əlavə olunmuş AZN bank hesabından çıxarışa (iş cild 1, vər. 42-44) əsasən, 2019-cu ilin fevral ayından başlayaraq iddiaçı tərəfindən ADY-ə 123000,0 manat, 22140,0 manat, 308000,0 manat, 55440,0 manat, 95760,0 manat, 532000,0 manat, 56000,0 manat,10080,0 manat, 71100,0 manat, 46000,0 manat, 395000,0 man at və 8280,0 manat məbləğində ödənişlər edilmişdir.
27. Mübahisəyə dair iş üzrə materiallardan cavabdeh tərəfindən 2018-ci ilin mənfəət vergisi üzrə kameral vergisi yoxlaması həyata keçirilərkən, vaqonların ixracına görə iddiaçının USD bank hesabına “Azmann Gmbh” şirkətinin ödənişlər həyata keçirdiyi, iddiaçının isə vaqonların alışına görə ADY-yə ödəmələr həyata keçirdiyi görünür. Belə ki, iddiaçının iş üzrə materiallara əlavə olunmuş “Expressbank” bank hesabından çıxarışa (iş cild 1, vər.45-46) əsasən, iddiaçının hesabına “Azmann Gmbh” şirkətindən vəsaitlər 2019-cu il tarixdə daxil olmuşdur. Bu zaman ADY tərəfindən iddiaçıya X6-fakturasının 2019-cu ilin fevral ayında təqdim edildiyi də nəzərə alınmalıdır.
28. Beləliklə, iddiaçının 2018-ci il tarixdə ümumiyyətlə gəlirinin və xərcinin olm adığı iş üzrə materiallarla təsdiq olunur. Göründüyü kimi, iddiaçının həm gəliri, həm də xərci 2019-cu ilə aid olduğu halda, iddiaçı tərəfindən hər ikisi 2018-ci ildə bəyan edilmiş, vergi orqanı tərəfindən isə xərc silinərək, gəlir saxlanılmışdır. Cavabdeh vergi orqanı kameral vergi yoxlamasını həyata keçirdiyi zaman qeyd olunan halları görmək imkanına malik olduğu halda, həmin halları araşdırmamış, iddiaçının gəlir və xərclərinin 2018-ci ildə formalaşmadığını nəzərə almamışdır. Belə ki, iddiaçının iş üzrə materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsindən çıxarışdan (iş cild 2, vər.30-33) görünür ki, iddiaçı sonuncu dəqiqləşdirilmiş bəyannaməni xx.xx.2019-cu ildə təqdim etmişdir. Vergi orqanı həmin bəyannaməni kameral qaydada yoxlayarkən, artıq 2019-cu il üzrə iddiaçının bank hesabına mə daxil və bank hesabından məxaric olunan vəsaitləri görmək imkanına malik idi. Buna baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan məsələlər araşdırılmadan, xx.xx.2019-cu il tarixli mübahisələndirilən qərarla iddiaçıya mənfəət vergisi hesablanmış, bununla da “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. 29. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifəsidir.
31. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir.
32. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
33. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli, **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 9.1-ci bəndinə görə, kameral yoxlama zamanı bəyannamədə, hesabatda və ya arayışda vergilərin, can vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məblə ğinin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarının az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün bəyannamələr, hesabatlar, arayışlar, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanlarının əlaqəli məlumatlara əsasən vergiləri, cari vergi ödəmələrini, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarını hesablamaq hüququ vardır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının malların alqı-satqısına dair müqavilə bağlaması, müvafiq müqavilələr əsasında malları təhvil alması və ixrac etməsi onun həmin dövr ərzində mal (iş, xidmət) təqdim olunmasından ümumi hasilatının formalaşdığını və ya satışdankənar gəlirlərinin mövcud luğunu əks etdirmir. Belə ki, Vergi Məcəlləsinin 219.1-ci maddəsinə görə, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Hazırki mübahisəyə münasibətdə isə, 2018-ci ildə həmin mənbələr hesabına iddiaçının vergitutma obyektinin formalaşdığı müəyyən olunmur.
35. İstinad olunan normaların əlaqəli və kompleks təfsirinə görə, cavabdeh kameral yoxlama üzrə icraat zamanı iddiaçının kassa metodu tətbiq etdiyini, kassa metodu ilə bəyannamə təqdim etdiyini nəzərə almağa, iddiaçının bəyan edibetməməsindən asılı olmayaraq, 2018-ci il üzrə iddiaçının ümumiyyətlə gəlirlərinin və xərclərinin formalaşmadığını müəyyən etməyə borclu idi.
36. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.
37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti əsaslı sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkə məsinin iş üzrə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia təmin olunmalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli, 2-1(103)-103/2023 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli, **********220400 saylı qərar ləğv