Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1055/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kameral vergi qərarının ləğvi, gəlir vergisi, qeyri-sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əldə edilmiş gəlir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Verg ilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********680700 nömrəli qərarının ləğv olunması və İddiaçı adına açılmış ********** nömrəli VÖEN-nin bağlanması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 18 noyabr tarixli, 2-1(106)-574/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli ML-045 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra "Satıcı" adlanacaq İddiaçı digər tərəfdən bundan sonra "Alıcı" adlan acaq faktiki ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1 küçəsi, bina 31 olan X3 şəxsində təmsil olunan "xxxx" MMC arasında imzalanmışdır. 2. xx.xx.2021-ci il tarixli ML-060 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra "Satıcı" adlanacaq İddiaçı digər tərəfdən bundan sonra "Alıcı" adlanacaq faktiki ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1 küçəsi, bina 31 olan X3 şəxsində təmsil olunan "xxxx" MMC arasında imzalanmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********846100 nömrəli qərarda göstərilmişdir ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edil məsi barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmişdir. 4. xx.xx.2021-ci il tarixli,ƏN-Vİİİ 030804 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 Amid Mirəli oğluna “X16 ROVER” minik markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsi hüququ vermişdir. 5. 18.10.2021-ci il tarixli, ƏN-Vİİİ 047139 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Amid Mirəli oğluna “HYUNDAİ GENESİS” minik markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsi hüququ vermişdir. 6. 24.05.2021-ci il tarixdə verilmiş AE 145852 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HYUNDAİ GENESİS” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. 7. xx.xx.2021-ci il tarixli, EAA seriyalı, 415245 nömrəli elektron alış aktından görünür ki, 060 saylı lizinq müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-nə “X16 ROVER” minik markalı nəqliyyat vasitəsini lizinqə vermişdir. 8. xx.xx.2021-ci il tarixli, EAA seriyalı, 395948 nömrəli elektron alış aktından görünür ki, 045 saylı lizinq müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-nə “HYUNDAİ GENESİS” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini lizinqə vermişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanladığı 21 sentyabr 2022-ci il tarixli **********675500 nömrəli məktubundan görünür ki, İddiaçı kameral vergi yoxlaması üçün zəruri olan sənədləri (məlumatları) tələb edilmişdir.
10. Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanladığı **********504 nömrəli, xx.xx.2022-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 5,485.09 manat borcu yaranmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********680700 saylı qərarına əsasən, İddiaçı bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 6.835,00 manat məbləğində vergi və siğorta haqqı, qərarın hazırlandığı tarixdə tarixə vergi və siğorta haqqları üzrə öhdəlik 6.433.44 manat hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı vergi borcunun silinməsi və iddiaçının adına açılmış ********** nömrəli VÖEN-nin bağlanması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 07 mart tarixli, 2-1(112)-6786/2023 nömrəli qərardadı ilə, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 07 mart tarixli, 2-1(112)-6786/2023 nömrəli qərardadı ilə, inzibati iş baxılma sı üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli, 2-1(120)-737/2024 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi vergilər İdarəsinə qarşı “xx.xx.2022ci il tarixli, **********680700 nömrəli, qərarın ləğv edilməsi, İddiaçı adına açılmış ********** nömrəli VÖEN-nin bağlanması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması:
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsində xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X5 məxsus olan Hyundai Genesis-minik markalı, 2018-ci il buraxılışlı, **-BM-*** dövlət qey diyyat nişanlı nəqliyyat vasitəsinin və xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X6 məxsus olan X16 Rover minik markalı, 2015-ci il buraxılışlı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC-yə satılması prosesində iştirak etmişdir. Yuxarıda göstərilən nəqliyyat vasitələrinin heç biri İddiaçı mülkiyyətində olmayıb (etibarnamə əsasında iştirak etməklə), o həmin vaxtadək və hal-hazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 2022-ci il mart ayında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən İddiaçı qeydiyyatda olduğu ünvana telefon zəngi edilmiş, yuxarıda qeyd edilən alqı-satqıdan vergi borcunun yarandığı bildirilmişdir və bunun üçün Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşmaq tələb olunmuşdur. Lakin İddiaçı Bakı şəhərində yaşaması və rəsmi işdə işləməsi səbəbindən, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşmaq imkanı olmamişdır. Sonradan İddiaçı müraciəti və iştirakı olmadan adına Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli VÖEN açılmasını, 5597.87 (beş min beş yüz doxsan yeddi manat 87 qəpik) manat vergi borcunun olması müəyyən edilmişdir. Həmin vergi borcu üzərində İddiaçı mülkiyyətində olmayan daşınar əmlaklar üzrə hesablanmışdır.Bununla əlaqədar, İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2022-ci il tarixində yazılı müraciət edilmişdir (müvafiq sənədlərin surəti əlavə edilməklə). Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmə tinə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilmişdir (müvafiq sənədlərin surəti əlavə edilməklə). Lakin bugünədək İddiaçı mülkiyyətində olmayan daşınar əmlaklar üzrə hesablanmış vergi borcu silinməmişdir. Əlavə olaraq, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı yuxarıda qeyd edilən alqı-satqı proseslərində etibarnamə əsasında iştirak etmiş, həmin alqı-satqı proseslərindən hər-hansı gəlir əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.Ona görə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Cavabdehin etirazı:
17. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İ ddiaçı uçot-baza məlumatlarının araşdırılması zamanı elektron alış aktlarına əsasən "HYUNDAİ GENESİS MİNİK" markalı minik avtomobilinin xx.xx.2021-ci il tarixdə, "X16 ROVER MİNİK" markalı avtomobilin isə xx.xx.2021-ci il "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin (VÖEN: **********) adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. Araşdırma zamanı nəqliyyat vasitələrinin fərdi sahibkar İddiaçı adına rəsmiləşdirildikdən sonra qısa müddət ərzində lizing şirkətinə təqdim edilməsi, nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı və nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmadığı müəyyən edilmişdir.
18. Araşdırma zərurəti ilə əlaqədar olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə edilmiş xx.xx.2022-ci il tarixli **********695800 nömrəli sorğuya əsasən daxil olmuş cavab m əktubunun araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş 2 (iki) ədəd nəqliyyat vasitəsindən "HYUNDAİ GENESİS MİNİK" markalı minik avtomobilinin elektron alış aktlarına əsasən xx.xx.2021-ci il tarixdə, "X16 ROVER MİNİK" markalı avtomobilin isə 03.11 2021-ci il tarixdə lizinq şirkətinə təqdim edildiyi müəyyən edilmişdir. Eləcə də, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmçinin, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir.
19. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin topdan satışı” olduğu və vergi orqanında qeydiyyata olan aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı 2021-ci il ərzində fərdi sahibkar tərəfindən “Malların alış aktı” ilə 136700,0 manat məbləğində mal (iş və xidmət) təqdim edilməsinə baxmayaraq qeyd olunan dövr üzr£ gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bu halda gəlir vergisi üzrə dövlət büdcəsindən yayındırılmış vergi məbləği 6835,0 ((136700-(136700 x75%))x20%) manat kimi qiymətləndirilir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21,09.2022-ci il tarixli **********675500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə analoji qaydada 6835,0 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.20 22-ci il tarixli **********680700 nömrəli qərar qəbul olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 2024-cü il 19 sentyabr tarixli, 2-1(120)-737/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan araşdırma zamanı nəqliyyat vasitələrinin fərdi sahibkar İddiaçı adına rəsmiləşdirildikdən sonra qısa müddət ərzində lizing şirkətinə təqdim edilməsi, nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı və nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmadığı müəyyən edilməsi barədə məlumat versə də, məhkəmə tərəfindən müvafiq avtomobillərin iddiaçının adına qeydə alınması və onun adına rəsmiləşdirilməsi barədə heç bir sənəd və sübut müəyyən edilməm işdir.
22. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Bəhmanov /sədrlik edən və məruzəçi/, P.Əhmədov və F.Hüseynov) 2024-cü il 18 noyabr tarixli, 21(106)-574/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli, 2-1(120)-737/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan avtomobillərlə bağlı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, avtomobillərin mülkiyyət hü ququ Amid İmayılova aid deyil, həmin avtomobillərin alğı-satqısı ilə bağlı hərəkətlər İddiaçı sahibkarlıq fəaliyyətinə aid deyil. Belə olan halda cavabdeh tərəfin iddiaçı barəsində qəbul etidiyi qərar qanunsuz olmuşdur.
25. Cavabdeh həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayətinə qarşı etiraz iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyənedilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərinxüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydınolmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsasməqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) g ötürülməsi olan fəaliyyətdir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam vəvaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsasməqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilənməhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə(etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi ü çüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin)etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
30. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamentalvacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahi r Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, qeyd olunan avtomobillərə dair mülkiyyət hüququ İddiaçı məxsus deyil və həmin avtomobillərin alğısatqısı ilə bağlı hərəkətlər İddiaçı sahibkarlıq fəaliyyətinə aid deyil. Belə olan halda cavabdeh tərəfin iddiaçı barəsində qəbul etidiyi qərar qanunsuz olmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından ai diyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə tərəfindən verilmiş kassa siya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 18 noyabr tarixli, 2-1(106)-574/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.