Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1062/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurədddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-78/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Astenonevrotik sindrom; Meyar: 2.3. Üçüncü də rəcə əlillik => 2.3.29. Epilepsiya seyrək tutmalarla” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Sonradan Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G90G99 - Sinir sisteminin digər pozğunluqları => G93 – Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə yenidən Gəncə şəhəri Müharibə və əmək veteranları poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79: Bud çanaq oynağı və bud nahiyəsinin travmaları => S76 - Bud-çanaq oynağı və bud nahiyyəsinin əzə...; Diaqnozun mətni: Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom; Meyar: 2.2. İkinci dərəcə => DİGƏR: 2.2 Sağ budun dördbaşlı zədələrindən hissə vi çapılması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. İddiaçının əlillik vəziyyətinə Gəncə Akademik Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom. Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar; Meyar: 2.2. dərəcə əlillik => DİGƏR: 2.2 Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik si ndrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.9 - Baş beynin dəqiqləşdirilməmiş zədələnməsi; Diaqnozun mətni: Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom. Sağ budun dördbaşlı zədələrindən hissəvi çapılması. Bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı çapıqlar; Meyar: 2.2. dərəcə əlillik => DİGƏR: 2.2 Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Asteno-nevrotik sindrom” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
6. Sonda iddi açının əlillik vəziyyətinə Gəncə A.Səhhət adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: S06 Kəllədaxili travma, Keçirilmiş kəllə beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Sağ göz görmə sinirinin atrofiyası. ÜİX. Gərginlik stenokardiyası. Xroniki hepatoxolesistit. Sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar. Sol qaş və burun nahiyyəsində yad cisim (metal qəlpə). Ağırlaşma G93.8 Baş beyin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravm atik ensefalopatiya İİ mərhələ. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlamətləri. Yanaşı xəstəliklər C67.8 Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, Sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Residiv.P\r-№-18412/2018-İnfitrativ urotelial karsinoma. Lamina propia sirayət qişası intakt. Yanaşı xəstəliklər İT3.0 Başqa rubrikalarda təsnif olunmayan xroniki persistəedici hepatit, Xroniki ecatoxoiesistit. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom Yanaşı xəstəliklər S76.1 Dördbaşlı əzələ və onun vətərinin travması, Sağ budun dördbaşlı əzələsinin hissəvi qapılmasından bütün bədənin çoxsaylı qəlpə yaralanmasınd an sonrakı vəziyyət-çapıqlar. Yanaşı xəstəliklər H47.2 Görmə sinirinin atrofiyası, Sağ göz görmə sinirinin atrofiyası. Yanaşı xəstəliklər İ25 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX. Gərginlik stenokardiyası. Yanaşı xəstəliklər F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsin də icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o,, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980ci il tarixədək keçmiş SSRİ dövründə hərbi xidmətdə olmuşdur. Vətənin ağır günlərində 06 avqust 1992-ci il tarixdən 19 mart 1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda N nömrəli hərbi hissənin tərkibində baş leytenant rütbəsində zabit kimi rota komandiri vəzifəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib erməni işğalçıları ilə döyüşmüşdür. Ermənilərə qarşı müharibəyə qeydiyyatda olduğu Gəncə şəhəri o zaman Kəpəz Rayon Hərbi Komissarlığı (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi) tərəfindən səfərbər olunaraq orduya yollanmış yaralanıb hərbi xidmətə yararsız olduğuna görə 19 mart 1993-cü il tarixdə ordudan tərxis olunmuşdur. Hərbi xidmət zamanı 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ayaq, baş, kürək nahiyyəsindən qəlpə yaraları almışdır. Bu barədə ona məxsus hərbi biletində N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən qeydler edilərək möhürlənmişdir. Uzun müddət hospitallarda müalicələrdə olmağına baxmayaraq bədəninin müxtelif nahiyyələrində qəlpələr və qəlpə yaraları hələ də saxla nılır. Yaraları tam və yarımcan bir adam olduğu an 2006-cı ilin payızından ona 2-ci qrup əlillik diaqnozu əlillik əlaməti təyin edilmişdir. 01 may 2021-ci il tarixdə əlillik əlaməti təyin edilmir bəhanəsi ilə pensiya kəsilmiş və pensiyası dayandırılmışdır. Halbuki əlillik ona Azerbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 71 nömrəli, 27 aprel 2006-cı il tarixdən verilmişdir. İddiasına əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hakim Komissiyasının 71 nömrəli, 27 aprel 2006-cı il tarixli qərarından görünür ki, ona qoyulmuş diaqnoz "Ağır gedişli, sarılıq forma virus hepatiti “A", Baş-beyin silkələnməsidən sonrakı vəziyyət, Asteno- nevrotik sindrom, Sağ budun qəlpə yaralanmasından sonrakı çapıq, Budun dəri sinirlərinin nevri ti, Göz qapaqlarının yumşaq toxumalarının çoxsaylı yad cisimləri" (MN MHKH-nin verdiyi xx.xx.1992-ci il tarixli çıxarış epikizi, Kəpəz RHK-nın verdiyi xx.xx.2006-cı il tarixli, 102 saylı arayışı, N saylı hərbi hissənin verdiyi xx.xx.1992-ci il tarixli, 30 saylı arayışı ilə tasdiq edilir), "HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". Bundan əlavə qanuni qüvvəsini almış Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiası təmin olunaraq əlillik qrupu təyin olunduğu vaxtdan 25 may 2006-cı ildən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti üzrə pensiya təyin olunması Azərbaycan Respublikası Hərbi Komissarlığına vəzifə olaraq tapşırılması qət edilmişdir. Axırıncı dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyinin Tibbi-Sosial Komissiyasının sonuncu müayinəyə dair çap tarixi 24 dekabr 2021-ci il tarixli edilmiş imtina ilə göstərilmişdir ki, guya səbəb onda diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. Buna görə də əlilliyin bərpa olunmasından imtina edilmişdir. Halbuki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək rota komandiri olarkən erməni faşistlərinə qarşı vuruşarkən torpaqlarımızın müdafiəsi və dövlətimizin ərazi bütövlüyü uğrunda 17 sentyabr 1992-ci il tarixdə Zəngilan rayonun Vejnəli kəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb qəlpə yaraları almışdır. Bunu N nömrəli hərbi hissənin qərargah rəisi imzası və möhürü ilə ona məxsus hərbi biletində qeyd edib göstermişdir.
9. Cavabdeh iddiay a yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(114)-1205/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.
11. Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 13 iyun 2022-ci il tarixli, T 256/2022 nömrəli rəyində qeyd olunmuşdur ki, “vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 88) şəxsin səhhətini əks etdirən « Kəllədaxili travma, keçirilmiş kəlləbeyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokar diyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)» diaqnozu kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin xəstəliklər nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyralarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil.”
12. Gəncə İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli, 2-1(114)-1205/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən 13 iyun 2022-ci il tarixli, T 256/2022 nömrəli ekspert rəyinə, «Əlilliyin qiymətləndirilməsi Qaydası», «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair» Əsasnaməsi və «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnaməyə istinad etmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(104)-582/2022 nömrəli qərardadı ilə iş üzrə mə hkəmə-tibbi ekspertiza təyin edilmişdir.
16. Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin 1005 nömrəli rəyində qeyd olunmuşdur ki, “İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) şəxsin səhhətini əks etdirən "kəllədaxili travma, keçirilmiş kəlləbeyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, UTX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)" diaqnozu kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə baş beyninin MRT müayinəsində keçirilmiş travma ilə əlaqədar onun baş beynində hər hansı bir patoloji dəyişiklik aşkar edilmədi. Onun hər iki beyin yarımkürəsində kiçik ölçülü post işemik sahələr aşkar olundu. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələl əri tənzimlədiyindən Azərbaycan Kespublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.”
17. Gəncə Apellyasiya Məhkəməsinin 8 iyun 2023-cü il tarixli, 2-1(104)-78/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.
18. Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T567/2023 nömrəli rəyində qeyd olunmuşdur ki, “vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) şəxsin səhhətini əks etdirən "kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, ÜİX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)" diaqnozu kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri düzgün olduğundan xəstəliyin dinamikası və klinik proqnozu qənaətbəxş olmuşdur. – Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibbi ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın 1-ci bəndinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir.”
19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-78/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin ediləmiş, birinci instansiya məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının tərtib etdiyi 0452003AAK5N nömrəli göndərişdə (Forma 088) iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur; “kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, UTX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)". Qeyd olunan diaqnoz 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıqimkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində qeyd olunan təsnifatlara uyğundur.
21. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətində olaraq qeyd etmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli 6556 nömrəli “VİS OU= 0,1 k/v, Sadə hipermetropik astiqmatizm Em və HM 1,0. Başlanğıc katarakta” diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2021ci il tarixli “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyadan kənara çıxmaqla zədələnməsi. pT1N0M0 mərhələ G1. Sidik kisəsi xərçəngi. TUR cərrahi əməliyyatından sonrakı vəziyyət. Residiv. rp.TUR cərrahi əməliyyatdan və Mitomisin C ilə müalicədən sonrakı vəziyyət pT1N0M0 mərhələ 1” diaqnozlu X4 təqdim edilmişdir. Nəticədə qeyd olunan diaqnozlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlillik təyinatına əsas verməmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Bütün bu diaqnozlar nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı əyani müayinədə müəyyən olunmuş xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasımeyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşməmişdir. Diaqnoz un da nəticəsindən aydın olduğu kimi, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün, Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Eynizamanda ekspert rəyində də şəxsə əlillik təyin edilməsi üçün əsas olacaq hər hansı bir hal qeyd edilməmişdir. Bütün bu göstərilən hallara və əlillik üçün əsas olacaq tibbi göstəricilərin müəyyən edilməməsinə baxmayaraq, məhkəmə xüsusi bilik tələb olunan sahə üzrə özü qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab ed ilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati ak tın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bunda n sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK a ltsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
26. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya i nstansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
30. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
31. İş materiallarından görünür ki, hazırki işin hər iki instansiya məhkəməsində icraatı zamanı məhkəmə-tibbi ekspertizası keçirilmişdir.
32. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində alınmış T 256/2022 nömrəli rəydən görünür ki, “şəxsin əyani mü ayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.”
33. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən iki dəfə ekspertiza təyin edilmişdir. 1005 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, UTX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonr akı vəziyyət-çapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə)" diaqnozu kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixdə baş-beyninin MRT müayinəsində keçirilmiş travma ilə əlaqədar onun baş beynində hər hansı bir patoloji dəyişiklik aşkar edilmədi”.
34. T567/2023 nömrəli ekspert rəyində isə qeyd edilmişdir ki, iddiaçıya qoyulmuş diaqnozun kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri düzgün olduğundan xəstəliyin dinamikası və klinik proqnozu qənaətbəxş olmuşdur.
35. Nəzərə almaq lazımdır ki, iddianı təmin edən apellyasiya məhkəməsi sadəc ə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.9-cu bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşdüyünü bildirmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin nəticəsini əsaslı hesab etmir. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi Əsasnamənin 2.2.9-cu bəndində qeyd olunan (qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşə li xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9)) xəstəliklər, səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş 0452003AAK5N nömrəli göndərişdə olan (S06. kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının, baş beyin kontuziyasının davamlı qalıq əlamətləri, sağ gözün görmə sinirinin atrofiyası, UTX, gərginlik stenokardiyası, xroniki hepatoxolesistit, sağ budun dördbaşlı əzələsinin hissəvi çapılmasından, bütün bədənin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyətçapıqlar, sol qaş və burun nahiyəsində yad cisim (metal qəlpə) Ağırlaşma G93.8 Baş beyin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensefalopatiya İİ mərhələ. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının baş beyin kontuziyasının davamlı qalıq əlam ətləri. Yanaşı xəstəliklər C67.8 Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, Sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Residiv.P\r-№-18412/2018-İnfitrativ urotelial karsinoma.) xəstəliklər ilə məhz hansı əsasa görə üst-üstə düşməsini öz qərarında əsaslandırmamışdır.
37. Bundan başqa, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli 0452003AAK5N saylı göndəriş (Forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur.
38. Hal-hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədədir (1 iyul 2022-ci ildən etibarən).
39. Əlilliyin müəyyən olunması üçün Əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadıqda, lakin yeni meyarlarda olan hal mövcud olduqda, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarların tətbiq edilməsinin mümkülüyü yoxlanılmalıdır.
40. İddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olduğu halda, İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.
41. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2023-c ü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayətinin iddia tələbinin təmin edilməməsi ilə bağlı qərarın qəbul edilməsi hissəsi iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir.
43. İşə təkrar baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq müvafiq araşdırma aparmalı və bundan sonra qanuni və əsaslı qərar qəbul etməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-78/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qal