Məhkəmə qərarları › İş №2-1(102)-1065/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1065/2024

07.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1065/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı SOCAR-ın İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin ayrılmasına dair sərəncamın etibarsızlığının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh xxxnə qarşı (üçüncü şəxs FİNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyət ) “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 21(103) -3482/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən 0.65 ha torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının inşa edilməsi məqsədi ilə "xxxx" MMC-yə ayrılmasına köməklik göstərməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxnə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda tərtib edilmiş yerquruluşu planında qeyd edilən koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 0,65 hektar torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında "xxxx" MMC-nə ayrılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq yerquruluşu planı tərtib edilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə Bakı Şəhər icra Hakimiyyətinin başçısına müraciət edərək bildirmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" MMC-nin icarəsinə ayrılmasına etiraz etmir.

4. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 sa ylı Sərəncamı ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 001 nömrəli müraciətini, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1/1364 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın xx.xx.2022-ci il tarixli **********03 nömrəli, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli razılıq məktublarını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”sini və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, yerqur uluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.65 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçi (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC icarə əsasında istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 coğrafi koordinatlarında yerləşən 0.65 ha sənaye təyinatlı t orpaq sahəsinin çoxmənzilli yaşayış binasının tikilməsi məqsədilə "xxxx" MMC-yə ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, 39 T 413785.36; 4471010.08 koordinatlarında özlərini "xxxx" MMC-nin əməkdaşları kimi təqdim etmiş şəxslər tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsi neft-qaz quyusunun mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensia l təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. xxxnin mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalin in sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü i lə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. İddiaçı bildirir ki, mübahisə predmeti olan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı sərəncamı rəsmi qaydada “Azneft” İB-yə verilməmiş və yalnız sözügedən sərəncam "xxxx" MMC-dən əldə olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2-1(112)-8332/2023 nömrəli, (hakim E.Əliyev) qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik torpaq sahəsi ayrılmadan əvvəl yerquruluşu planının hazırlanması və buna dair müvafiq rəyin verilməsi zərurətini müəyyən etmişdir. Qanunvericilikdə torpaq sahəsi ayrılarkən səlahiyyətli orqanın rəyinin alınması və yerquruluşu planın tərtib edilməsinin əsas məqsədi də ayrılması nəzərdə tutulan torpaq sahə sinin təyinatının, rejiminin, digər şəxslərə aid olub-olmaması və s. məsələlərin müəyyən olunması xarakteri daşıyır. Qeyd edilənlərdən aydın olur ki, 1 saylı Bakı Ərazi idarəsində də tabe olduğu daha yuxarı təşkilat olan Xidmət cavabdeh Bakı Şəhər İcra hakimiyyətinin müvafiq torpaq sahəsinin ayrılmasına dair münasibəti müsbət olmuş və bunla bağlı müvafiq rəy verməklə yerquruluşu planını tərtib etmişdir. Beləliklə də, müəyyən olunur ki, respublikada kadastr məlumatlarının saxlanıldığı yeganə qurum olan Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin ayrılmasına müsbət rəy verərək yerquruluşu planını tərtib etməklə sözügedən torpaq sahəsini yaşayış məntəqələri torpaqlarına aid etmiş və dövlət mülkiyyətində olmasını, yəni hər hansı fiziki və ya hüquqi şəxsə aid olmamasını təsdiq etmişdir.

9. Həmçinin qeyd edilmişdir ki, "xxxx" MMC suveren hakimiyyət daşıyıcısı səlahiyyətli icra hakimiyyəti orqanlarının hərəkətlərinə (Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinə) və qərarlarına etimad göstərməkdə (iş üzrə materiallardan şəxsin etimad hüququnu istisna edən hallar müəyyən olunmamışdır), həmin etimada güvənərək mübahisəli sahədə tikinti işlərinin aparılmasında haqlı sayılmalı, onun mübahisəli sahədə bununla bağlı çəkdiyi xərclər nəzərə alınmalıdır

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(103)-3482/2 023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə – sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 5 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli torpağın ona ayrılmasını iş materiallarına əlavə etdiyi 29 dekabr 2012-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritənin surəti ilə əsaslandırmağa çalışsa da, həmin xəritənin verilməsinə əsas olmuş sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. Ümumiyyətlə mübahisəli ərazinin iddiaçıya ayrılması ilə bağlı iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedi ci sənəd (Sərəncam, qərar və s..) təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da buna dair hər hansı mötəbər sübut aşkar edilməmişdir.

13. Torpağın təyinatı ilə bağlı məsələyə gəldikdə isə, iş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdeh Bakı Şəhər İcra hakimiyyətinin müvafiq torpaq sahəsinin ayrılmasına dair münasibəti müsbət olmuş və bunla bağlı müvafiq rəy verməklə yerquruluşu planını tərtib etmişdir.

14. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 65.1, 67.6, 67.7-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Qanunun 18-ci maddəsinə, Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə istinad etmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, elektron baza məlumatlarına əsasən "FİNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsində yerləşən 0,65 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubu sözügedən torpaq sahəsinə dair iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı hüquqlarının mövcudluğunu təsdiq edir.

17. Həmçinin qeyd edilmişdir ki, işə baxan məhkəmələr tərəfindən sözügedən torpaq sahəsinin hansı təyinatda olması və ya təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsi də araşdırılmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 250 nömrəli sərəncamdan görünür ki,... torpaq sahəsi çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Halbuki, sözügedən torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır və həmin torpaq sahəsinin üzərində tikinti aparmaq qanunvericiliklə qadağan edilmişdir.

18. Bundan əlavə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən AR İPM-nin 58.7-ci maddəsinin tələbləri pozulmuş, iş üzrə yalnız cavabdeh və üçüncü şəxsin hüquq və mənafe lərini əsas tutan sübutlar əsas götürülmüş, digər sübutlara isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsində yerləşən 0,65 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyest ri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubu sözügedən torpaq sahəsinə dair iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı hüquqlarının mövcudluğunu təsdiq edir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə həmin sübuta ümumiyyətlə heç bir hüquqi münasibət bildirilməmiş, məhkəmə sorğusuna cavab məktubunda istinad olunan elektron baza məlumatları əldə edilməli və digər sübutlarla qarşılıqlı surətdə araşdırılmalı olduğu halda araşdırılmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İş üzrə üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-56/2023 nömrəli qərardadını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmiş dir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati İcraat haqqında” Qanun Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.... Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul ed ildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt....

21. Torpaq Məcəlləsi Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyən in qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir... 22. “Torpaq icarəsi haqqında” Qanun Maddə

5. İcarəyə verilən dövlət torpaqları Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; yay və qış otlaqlarının torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə 18.Torpağın icarəyə vermək hüququ Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. 23. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanı:... 2.4. həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyəti ndə olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlara (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında) və sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin maddədə nəzərdə tutulmuş digər torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.

24. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icr a hakimiyyətləri haqqında Əsasnamə: 4.11.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görmək;... 4.16.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla)

25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə v ə təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetə rli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, üçüncü şəxs "xxxx" MMC cavabdehə müraciət edərək Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən 0.65 ha torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının inşa edilməsi məqsədi ilə "xxxx" MMC-yə ayrılmasına köməklik göstərməsini xahiş etmişdir.

33. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdehə ünvanladığı məktublarla 0.65 ha torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə icarə əsasında "xxxx" MMC-yə ayrılmasına etiraz edilməmişdir.

34. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı Sərəncamı ilə "xxxx" MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.65 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçi (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC icarə əsasında istifadəsinə verilmişdir.

35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı da Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı Sərəncamının etibarsızlığının tanınmasına yönəlmişdir.

36. İ lk növbədə qeyd edilməlidir ki, hazırkı qərarın 20-ci bəndində göstərmiş “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya görə, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cin ayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 37. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması ilə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər.

38. Lakin hazırkı iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 saylı Sərəncamının etibarsız sayılmasının əsasları müəyyən olunmur.

39. İddiaçının iddia ərizəsində cavabdehin mübahisəli torpaq sahəsinə Sərəncam verməyə səlahiyyəti olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-24-cü bəndlərində qeyd olunan normaların tələbləri baxımından, dövlət mülkiyyətində olan torpaqlar məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadəyə və icarəyə verilə bilər. Belə olan halda, cavabdeh qeyd edilən torpaq sahəsini üçüncü şəxsə verilməsinə dair sərəncam vermək hüququna malik olmuşdur.

40. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Kassator "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış Bak ı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsində yerləşən 0,65 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşməsini, eləcə də torpaq sahəsi sənaye təyinatlı olmasını qeyd etmişdir.

42. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsi, Samir Cəfərov küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarının kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-nə ayr ılması nəzərdə tutulan 0,65 hektar torpaq sahəsinin 2021-ci ildə yerqurluşu planı təsdiq edilmiş və həmin plan Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri tərəfindən razılaşdırılmış və xxxnin Ərazi planlaşdırılması və inkişafı şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir.

43. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 20-25 (a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 21(103)-3482/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar