Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1071/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə təmin olunmadan imtina) 04.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “müvafiq mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2456/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəm ə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 441 nömrəli sərəncamına əsasən 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş, mənzil növbəsinin tarixi (xx.xx.2020-ci il) saxlanılmaqla İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotu siyahısına daxil edilmiş və cavabdeh tərəfindən ona ikiotaqlı mənzil ayrılması qərara alınmışdır.
2. İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarının müddəalarına istinadən cavabdehə müraciət edərək, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi və filologiya üzrə fəlsəfə doktoru və dörd nəfər ailə tərkibinin olduğu, adambaşı yaşayış sahəsi normasının 16 kv.m müəyyən edildiyi, eləcə də iş yeri və işinin spesifikası nəzərə alınaraq, onun Bakı şəhərinin Yasamal rayonu ərazisində minimum 82 kv.m ölçüdə üç otaqlı mənzillə təmin olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun işlədiyi rayonda üçotaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 iştirakçısı olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə başından yaralanaraq orqanizminin funksiyalarının 61-80 faiz pozul masına görə əlilliyi müəyyən edilmiş və onun ikiotaqlı mənzillə təmin edilməsi barədə cavabdeh tərəfindən qərar qəbul edilmişdir. İddiaçı dəfələrlə imtiyazlı şəxs kimi üçotaqlı mənzillə təmin edilməsi hüququnun olmasına əsaslanaraq cavabdehə müraciət etmiş, cavabdeh, ailə üzvlərinin sayına uyğun olaraq ikiotaqlı mənzillə təmin edilmək hüququnun olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmiş, lakin imtinanın hüquqi əsası kimi hər hansı normativ hüquqi aktın adı çəkilməmişdir. İmtinada sadəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına istinad edilmişdir. Cavabdehin bu imtinası qanunsuz və əsassız hesab edilməli və cavabdehin üzərinə iddiaçının üçotaqlı mənzillə təmin edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməlidir. İddiaçı iki oğlan övladı və həyat yoldaşı ilə birgə kirayə mənzildə yaşayır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış iddiaçının dövlət tərəfindən ikiotaqlı deyil, üçotaqlı mənzillə təmin olunmaq hüququ vardır. Ona görə ki, iddiaçı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisidir, filologiya üzrə fəlsəfə doktorudur. Qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarının 27-ci bəndində qeyd edilir ki, vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə mü əyyən edilir. Bu kateqoriyaya daxil olan şəxslərin siyahısında alimlər də nəzərdə tutulur. Məhz iddiaçının alim olması onun əlavə mənzil sahəsinə hüququnun olmasını şərtləndirir. Qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarının 29-cu bəndinə əsasən, yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. İddiaçının 2000-ci ildən indiyədək AMEA-nın Ədəbiyyat İnstitutunda işləməsi, onun övladlarının Yasamal rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində təhsil alması nəzərə alınaraq ona mənzil bu rayonun ərazisində verilməlidir. Həmçinin hazırda qüvvədə olan qanunvericiliyə görə mənzil ayrılması ilə bağlı adambaşı norma 16 kv.m-dir, dörd nəfər ailə tərkibi var, iş yeri və işinin spesi fikası da nəzərə alınmaqla iddiaçı minimum 82 kv.m ölçüdə üç otaqlı mənzillə təmin olunmalıdır.
5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının xx.xx.2020-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmiş və onun ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığından iddiaçının mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə iddiaçı mənzillə təmin ediləcəkdir. Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin balasında Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən mənzillər yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, iddianın təmin olunmaması xahiş edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 11 mart 2024-cü il tarixli, 2-1(112)-1589/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla müvafiq həddə ayrılma norması müəyyən edərək yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondu nun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı tələbini əsaslandırarkən Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara istinad etsə də, həmin Qaydalarda mənzil sahəsi norması adama 8 kv.m-dən az olmamaqla, hazırda qüvvədə olan müvafiq qanunvericiliyin müddaəlarında isə 16 kv.m müəyyən edilmişdir. Bundan başqa, həmin Qaydalarda ayrıayrı kateqoriyalardan olan vətəndaşlara mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində yaşayış sahəsinin verilməsi nəzərdə tutulsa da, ona alternativ vasitə kimi 10 kv.m əlavə sahənin də verilməsi əks olunmuşdur. Yəni, bir əlavə otağın verilməsi mütləq hal kimi şərtləndirilmir.
8. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının i ki otaqlı mənzillə təmin edilməsi qərarının alınması onun qaldırdığı məsələnin qeyri-adekvat həlli kimi qəbul oluna bilməz. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Agentlik həmin Nazirliyin tabeliyindədir) Yasamal rayonu ərazisində mənzillərinin olması öz təsdiqini tapmır. Bu xüsusatı cavabdeh özü bildirsə də, bunun təkzibi, o cümlədən başqa şəxslərə həmin ərazidən mənzil ayrılmasını təsdiq edən sübutlar məhkəmə icraatında müəyyən olunmamışdır. Mənzilin sahəsinin ölçüsünə gəldikdə isə, adambaşına norma nəzərə alınmaqla (iddiaçı 4 nəfər ailə tərkibi ilə uçotdadır) iddiaçıya ən azı 64 kv.m sahəsi olan mənzil verilməlidir ki, hazırda mənzil bölgüsü aparılmadığından bu kriteriyaya riayət edilibedilməməsinin müəyyənləşdirilməsi məhkəmə icraatında mümkünsüzdür.
9. Məhkəmə xüsus ilə diqqətə çəkir ki, hətta iddiaçının üç otaqlı mənzillə təmin olunması ilə bağlı tələbinin təmin edilməsi gələcəkdə hazırkı cavabdehin imkanları daxlində olsa belə, bu məsələyə baxılarkən başqa şəxslərə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi”ni pozan və cavabdehin fəaliyyəti üzrə inzibati praktikaya zidd addımlar atılmamalıdır. İddiaçının da daxil olduğu müvafiq şəxslərin siyahısı üzrə vətəndaşlara ayrılacaq mənzillərin otaqlarının sayı müəyyənləşdirilsə də, hazırkı mərhələdə müvafiq mənzillərin faktiki bölgüsü aparılmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçıya müharibə əlili kimi iki otaqlı mənzil ayrılması barədə qərar qəbul edilməsi “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin t ələbləri baxımından mütənasib qiymətləndirilir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin hərəkəti (imtinası) qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Ceyhun Məmmədov) 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2456/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiy yə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edil ən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 57.2. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 17. “Sos ial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 459 nömrəli qərarı Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
18. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”
26. Yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Yaşayış sahəsi bir otaqdan (birotaqlı mənzildən) ibarət olduqda və ya müxtəlif cinsdən olan şəxslər üçün nəzərdə tutulduqda (29-cu bənd), habelə bu Nümunəvi qaydaların 30-cu bəndinin birinci və ikinci abzasları ilə nəzərdə tutulan hallarda mənzil sahəsi normasından artıq da verilə bilər.
27. Vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakteri nə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir.
29. Yaşayış sahəsi verilərkən müxtəlif cinsdən olan doqquz yaşından yuxarı şəxslərin, ər-arvad istisna olmaqla, bir otağa köçürülməsinə yol verilmir. Yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. Əlillərə, qocalara, ürək-damar xəstəliklərinə və başqa ağır xəstəliklərə tutulmuş şəxslərə yaşayış sahəsi onların arzusu nəzərə alınmaqla aşağı mərtəbələrdə və ya lifti olan evlərdə verilir. Verilən yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən ailədə hamilə qadın olması nəzərə alınır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməl ərinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxs kimi işlədiyi rayonda üçotaqlı mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxs kimi işlədiyi rayonda üçotaqlı mənzillə təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallar ına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
29. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2 -1(103)-2456/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.