Məhkəmə qərarları › İş №2-1(102)-1073/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1073/2024

06.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1073/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparıldıqda əvəzləşdirilən ƏDV-nin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəs inə qarşı “cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********964700 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3373/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********964700 nömrəli qərarı ilə 2022-ci ilin oktyabr ayı üzrə iddiaçıya 71,324.55 manat məbləğində əlavə dəyər vergisi hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********964700 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən (quş ətinin satışı) ƏDV-dən azad olunan əməliyyatlar da aparır.

4. Belə ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilin oktyabr ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmuşdur. Bəyannamə məlumatlarına əsasən hesabat ayında ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə 154.968 m anat dəyərində, ƏDV-dən azad olunan əməliyyatlar üzrə isə 462.731,45 manat dəyərində mal təqdim olunmuş və təqdim olunmuş mala görə ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə 71.662,34 manat, ƏDV-dən azad olunan əməliyyatlar üzrə isə 241.961,98 manat pul vəsaiti daxil olmuşdur.

5. Ümumilikdə hesabat ayında 617.699,45 manat dəyərində mal təqdim edilmişdir ki, həmin malların ümumi dəyərində ƏDV-dən azad olunan əməliyyatların xüsusi çəkisi 74,91%-ni təşkil etmişdir.

6. Eyni zamanda, hesabat ayında 44.285,89 manat dəyərində (ƏDV- 7.971,46) elektron qaimə-fakturası əsasında alınmış malların dəyəri ödənilmiş və 240.352,8 manat (ƏDV 43,263.5) dəyərində mal idxal edilmişdir.

7. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəlləni n 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Bu səbəbdən elektron qaimə-faktura əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri ümumilikdə 51.234,96 manat təşkil etdiyi üçün bu məbləğin 74,91 faizi, yəni 38.380,11 manat ƏDV əvəzləşməsindən çıxarılmış və həmin bəyannamənin 315-ci sətrində qeyd edilmiş, yalnız 12.854,85 manat əvəzləşdirilməli ƏDV məbləğini ƏDV bəyannaməsinin 317 sətrində qeyd etməklə əvəzləşdirilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2022-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə zidd olaraq idxal edilən heyvan və quş ətlərinin dəyəri əvəzləşdirilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə ümumi olaraq ƏDV məbləği 498,968.46 manat olan mallar, o cümlədən 486,192.61 manat dəyərində heyvan və quş əti idxal edilmiş və müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşdirilmiş, eyni zamanda ƏDV bəyannamələrinin 315-ci sətirlərində VM-in 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği 414,912.43 manat qeyd edilmişdir. Yekun olaraq ƏDV məbləği 71,280.18 manat (486,192.61-414,912.43) olan heyvan və quş ətlərinin xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olmuşdur.

9. Eyni zamanda, iddiaçı tərəfindən idxal edilən heyvan və quş ətlərinin təqdim etmə (satış) zamanı ƏDV-yə cəlb edilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci il oktyabr ƏDV bəyannaməsi üzrə 71,280.18 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəy icisinə xx.xx.2023-cü il tarixli **********964700 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar göndərilmişdir.

10. Eyni zamanda, iddiaçının ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququ olmadığı üçün əvəzləşdirilə bilinməyən ƏDV məbləğləri məhsulun maya dəyərinə aid edilir. Göründüyü kimi, satışı ƏDV-dən azad olunmuş malların alışı (idxalı) üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Eyni zamanda, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfi ndən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Qeyd olunanlara əsasən, Cəmiyyət tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar çərçivəsində alınmış (idxal edilmiş) mallar ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildikdə, həmin mallara görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

11. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların t əqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1(112)-6582/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********964700 nömrəli qərarı ləğv edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən kənd təsərrüfatı məhsulları, heyvan və quş əti üzrə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi ilə razılaşmayaraq, iddiaçıya əlavə vergi hesablamış, bu zaman Vergi Məcəlləsinin 175.6 və 175.12-ci maddələrinə istinad etmişdir.

14. İddiaçının həm vergi tutulan əməliyyatlar, həm də Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparması işin mübahisəsiz halını təşkil edir.

15. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV-nin məbləği i ddiaçı tərəfindən VM-in 175.4-cü maddəsinə əsasən müəyyən edilməlidir. 16. 2022-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsindən görünür ki, elektron qaimə-fakturası əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri ümumilikdə 51,234.96 manat təşkil etmiş və Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq həmin məbləğin 25,09 %-i (154,968 manat: 617,699.45 manat x 100 = 25,087%), yəni 12,854.85 manat hissəsi əvəzləşdirilmişdir (xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə bütün hesabat dövrlərində, hesablama bu qaydada həyata keçirilmişdir).

17. İddiaçının bəyan etdiyi vergi dövriyyəsi, alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri cavabdeh tərəfindən mübahisələnd irilməmiş, cavabdeh iddiaçının VM-nin 175.4-cü maddəsini tətbiq etməklə ƏDV üzrə əvəzləşdirmə aparmasını qəbul etməmiş, bu zaman həm VM 175.6-cı maddəsinə, həm də 175.12-ci maddəsinə istinad edərək əvəzləşdirməyə yol verilmədiyini bildirmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, VM-nin 175.6-ci maddəsinə görə həmin Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDVyə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

19. Göründüyü kimi, istinad olunan norma qarışıq əməliyyat aparan şəxslərə, yəni vergi tutulan əməliyyatlar və VM-in 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparan şəxslərə, o cümlədən iddiaçıya deyil, yalnız ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə şamil edilir.

20. Belə olan halda, aydındır ki, cavabdeh VM-in 175.6-cı maddəsini iddiaçıya tətbiq etməkdə haqlı olmamışdır.

21. VM-nin 175.12-ci maddəsinə gəldikdə, həmin maddəyə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minən bu tənzimləmənin səbəbi VM-nin 153.3-cü maddəsinə əsasən 2022-ci il y anvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması olmuşdur).

22. Məhkəmə qeyd edir ki, VM-in 13.2.61-ci maddəsinə görə kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsidir: 13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir (məsələ diri quş, diri heyvan, onlardan əldə edilən yumurta və sair); 13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.

23. İstinad olunan normadan və vergi qanunvericiliyinin təhlilindən görünür ki, vergi qanunvericiliyi kənd təsərrüfatı məhsulları ilə heyvan və quş ətini fərqləndirmiş, heyvan və quş ətini kənd təsərrüfatı məhsulları anlayışına daxil etməmişdir.

24. İşdən görünür ki, iddiaçı kənd təsərrüfatı məhsullarını (diri heyvan və ya quş) deyil, heyvan və quş ətinin təqdim edilməsini həyata keçirmiş, digər tərəfdən, onun fəaliyyəti yalnız kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə bağı olmamışdır. Buna görə də cavabdehin iddiaçının tətbiq etdiyi əvəzləşdirməni Vergi Məcəlləsinin 175.12-ci maddəsinə istinadən ləğv etməsi qanunsuz olmuş dur.

25. İşdən görünür ki, cavabdeh ƏDV üzrə 2022-ci ilin oktyabr ayının hesabat dövrü üzrə təqdim edilmiş bəyannaməyə əsasən iddiaçıya əlavə vergi hesablayarkən, həmçinin 2022-ci ilin yanvar-sentyabr ayları üzrə hesabladığı əlavə vergi məbləğini də həmin dövrə aid etmiş, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur.

26. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3373/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə Vergi Məcəlləsinin 175.4-cü maddəsi tətbiq edilməli, yəni vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əmə liyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

31. Qeyd olunan maddi hüquq normasının tətbiqi ilə bağlı cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlar çərçivəsində alınmış (idxal edilmiş) mallar ƏDV-dən azad olunan əməliyyatlar çərçivəsində təqdim edildiyindən, həmin mallara görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

32. Eyni zamanda, iş üzrə məhkəməyə təqdim edilmiş yük gömrük bəyannamə məlumat larına əsasən iddiaçı tərəfindən hesablama aparılan dövr üzrə 593,250.63 manat dəyərində mal idxal edilmişdir ki, həmin mallara görə əvəzləşdirmə aparılmasına icazə verilən 12,775.85 manatdır. Bundan başqa, iddiaçının e-qaimə ilə təqdim etdiyi malın dəyəri 42,250.03 manat təşkil edir. Lakin, iddiaçının ümumi olaraq 55,025.88 manat (12,775.85+42,250.03) əvəzləşmə hüququ olduğu halda, 126,249.87 manat əvəzləşmə aparmışdır.

33. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədlər araşdırmadan və qanunvericiliklə müəyyən olunan tələblər əsas tutmalı olduğu halda əsas tutmadan iddiaçının bəyannamə məlumatlarını əsas götürülməklə vergilərin hesablanmasını əsassız olaraq qanunsuz hesab etmişdir.

34. Məhkəmə qərarında cavabdeh ƏDV üzrə 2022-ci ilin oktyabr ayının hesabat dövr ü üzrə 2022-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmasını mümkün hesab etmir.

35. Vergi Məcəlləsinin 174.2-ci maddəsinə görə həmin Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.

36. Məhkəmə kollegiyası aşağıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir.

37. Vergi Məcəlləsinin 163.1.4-cü və 163.2.2-ci maddələrinə əsasən vergi ödəyicisi elektron qaimə faktura verdikdən sonra vergi tutulan d övriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda, ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır.

38. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.

39. Bundan başqa, cavabdeh vergi orqanı tərəfind ən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş ƏDV vergisi bəyannaməsi təqdim edilməmişdir.

40. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi il ə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

41. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

42. Lakin, iddiaçı iş üzrə məhkəməyə tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamədən başqa heç bir sübut təqdim edə bilməmişdir.

43. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual po zuntularla tərtib edilmiş sayıla bilməz.

44. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, sadəcə iddiaçının 2022-ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsini vergidən yayınmaya əsas qəbul etməklə kifayətlənmişdir.

45. Məhkəmə kollegiyası aşağıda qeyd olunan prosessual hüquq normasını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir.

46. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildiril məlidir. Nəzərinizə çatdırırıq ki, cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərə hər hansı münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

47. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

48. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə a pellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhk əmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur.

53. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesa b olunur.

54. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının həm vergi tutulan əməliyyatlar, həm də Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparması işin mübahisəsiz halını təşkil edir. 2022-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin məlumatlarına əsasən, elekt ron qaimə-fakturası əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri ümumilikdə 51,234.96 manat təşkil etmiş və Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq həmin məbləğin 25,09 %-i, yəni 12.854,85 manat hissəsi əvəzləşdirilmişdir (xx.xx.2022-xx.xx.2022-ci il dövrü üzrə bütün hesabat dövrlərində də hesablama bu qaydada həyata keçirilmişdir).

56. İddiaçının bəyan etdiyi vergi dövriyyəsi, alınmış mallara görə ödənilmiş ƏDVnin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh iddiaçının Vergi Məcəlləsinin 175.4-cü maddəsini tətbiq etməklə ƏDV üzrə əvəzləşdirmə aparmasını qəbul etməmiş, bu zaman həm Vergi Məcəlləsinin 175.6-cı maddəsinə, həm də 175.12-ci maddəsinə istinad edərək əvəzləşdirməyə yol verilmədiyini bildirmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar olmamışdır.

58. Vergi Məcəlləsinin 175.6-cı maddəsinin məzmununa gəldikdə, vergi tutulan əməliyyatların və həmin Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatların aparıldığı hallarda əvəzləşdirmə üçün ƏDV-nin məbləğini müəyyən edən 175.4-cü maddədən fərqli olaraq, həmin norma (175.6-cı maddə) ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilmədiyini təsbit edir.

59. Hazırkı halda, iddiaçı Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun davranaraq elektron qa imə-fakturası əsasında alınmış mallara görə ödənilmiş ƏDV-nin və idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin ümumi məbləğindən (51,234.96 manatdan) 25,09 %-ni, yəni 12.854,85 manat hissəsini əvəzləşdirmişdir. ƏDV-nin ümumi məbləğindən 74,91 faizi, yəni 38.380,11 manat ƏDV əvəzləşməsindən çıxılmış, yəni həmin hissə əvəzləşdirilməmiş, buradan, əvəzləşdirməni özündə müəyyən edilmiş hallarda istisna edən Vergi Məcəlləsinin 175.6-cı maddəsinin tələbi iddiaçı tərəfindən pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2022-ci ilin yanvar-sentyabr aylarında həmin normaların tələblərinə uyğun davrandığını müəyyən etmişdir.

60. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 163.1.4-cü və 163.2.2-ci maddələrini iş üzrə tətbiq etməli olduğu halda, tətbiq et məmişdir. Həmin normalara əsasən, vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda, ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır.

61. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat döv rü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.

62. Məhkəmə kollegiyası şikayətin həmin dəlilərini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir.

63. Vergi Məcəlləsinin 163-cü maddəsinə (Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi) əsasən: 163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; 163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə; yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. 64. 163-cü maddənin adından və ümumi məzmunundan göründüyü kimi, normanın təyinatı “vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi”nə yönəlmişdir və onun müddəaları bu cür dəqiqləşməyə səbəb ola bilən halları müəyyən edir. 163.2-ci maddənin müd dəaları isə 163.1-ci maddədə nəzərdə tutulmuş halların baş verməsinə bağlıdır və onlar əlahiddə tətbiq oluna bilməzlər.

65. Hazırkı işdə Vergi Məcəlləsinin 163.1-ci maddəsində nəzərdə tutulmuş halların, o cümlədən cavabdehin istinad etdiyi 163.1.4-cü maddədə nəzərdə tutulmuş halın baş verdiyini elektron qaimə-faktura verildikdən sonra onun verilməsindən əvvəl mövcud olmuş həqiqi vəziyyəti əks etdirən halın müəyyən edildiyini cavabdeh qərarında əsaslandırmamışdır.

66. Belə olan halda, Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinin tətbiqi də istisna edilir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır. İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz.

68. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obye ktiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

70. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3373/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar