Məhkəmə qərarları › İş №2-1(102)-1074/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1074/2022

14.09.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1074/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilmə vaxtının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspe rtiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 5 nömrəli Şəhər Poliklinikası) “əlilliyin təyin edilmə vaxtının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1157/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında yoxlanılmış və “Səbəbi: Ümumi xəstəlik; X 1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

3. Daha sonra həmin Poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yenidən yoxlanılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif Qan dövranı sistemi xəstəlikləri -> 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=> 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Həmin Poliklinikanın xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yoxlanılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=>H 1 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.

4. Elektron təyinatla bağlı xx.xx.2016-cı il tarixli göndəriş iddiaçının əlillik vəziyyəti yenidən yoxlanılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkra rlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 5. xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 2766003AADLS saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yoxlanılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8- Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, XUÇ - İİİ F/S (üç) Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz AF-30 %, Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİİ mərh. risk İV, tez-tez təkrarlanan hipertonik krizlərlə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibi torlu qişanın angiopatiyası, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), qeyri proliferativ retinopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2, insulin təlabatlı, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: f 88 göstərilən instrumental müayinələr xəstəliyin ağırlaşmalarını tam təsdiq etmir. laborator müayinələrin nəticələri dəqiqləşdirilsin və dolğun qeyd olunsun” səbəbi ilə ona əlillik dərəcəsi təyin edilməsindən imtina olunmuşdur. 6. xx.xx.2021-ci il ildə sözügedən poliklinikanın 2766003AAD2V saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yoxlanılmış və “X1: XXİ Sinif – Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokadiyası İİİ-İV F/S, Postinfarkt kardioskleroz AF-30%, XUÇ -İİİ F/S (üç). XUÇ -İİİ F/S (üç), Postinfarkt kardioskleroz AF-30 %, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbatlı. Aşağı ətrafların diabeetik angiopatiyası.Xroniki xolestit,Xr.hepatit, zəif miopiya. Göz dibi torlu qişanın angiopatiyası.Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmalığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25...)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

7. İddiaçı 14 aprel 2021-ci il tarixdə Tibbi Sosial Ekisp ert komissiyasına ərizə ilə müraciət edərək əlillik dərəcəsinin təyinat tarixinin müəyyən olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 20 may 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun əlillik dərəcəsinin müəyyən olunması və 14 aprel 2021-ci il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6757/2021 nömrəli, 21 may 2021-ci il tarixli qərardadı ilə 5 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6757/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu 5 nömrəli Şəhər Poliklinikasında xx.xx.2002-ci il tarixindən müayinə olmuşdur. Həmin Poliklinikanın kardioloqu tərəfindən 27 noyabr 2006-cı il tarixində ona ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin z ədələnməsi ilə müşayiət olunan hipertenziv (hipertoniya) diaqnozu qoyulmuşdur. Eləcə də tənəffüs sistemində sərt tənəffüs fonunda aşağı paylarda durğunluq xırıltıları müəyyən edilmişdir. Ürək tonları karlaşıb. A/T 180/100 mm.c.st-na bərabərdir. xx.xx.2006-ci il tarixdə kardioloqun müayinəsi zamanı "Ürək ritminin digər pozğunluqları" diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına № 2766003AADLS saylı göndərişi ilə təkrar müayinə olunmuşdur. 5 saylı Şəhər poliklinikası tərəfindən ona verilmiş 276600AADLS saylı xx.xx.2021-ci il tarixli bildirişdə ona eyni diaqnoz qoyulmuşdur. Bununla bağlı Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixində rəsmi ərizə ilə müraciət etmişdir. Ərizəsində əlillik dərəcəsinin müəyyən olunması v ə xəstəliyi ilə bağlı dərmanlarının alınmasında çətinlik çəkməsini qeyd etmişdir.

12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 - İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan krizislərlə şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin Poliklinikanın xx.xx.2014-cü il tarixli göndəriş i əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri -> 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 115 İkincili hipertensiya => 115.8 - Digər ikincili hipertenziya; Diaqnozun mətni: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: hipertoniya ikinci tip, tez-tez təkrarlanan hipertonik krizislərlə Ü.İ.X. stabil gərginlik stenokardiysı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin Poliklinikanın 27.01,2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=>H 1 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrarlanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, teztez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 27.01,2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110- 115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...; Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ dərc.tez tez təkrar lanan hipotonik krizlərlə.Ü.İ.X. stabil gərginlik stenokardiyası.QDÇ İİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez- tez təkrarlanan angiospastik krizlərə meylliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 2766003AADLS saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, XUÇ -İİİ F/S (üç) Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz AF-30 %, Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniy a] xəstəlik [-yi], İİİ mərh. risk İV,tez-tez təkrarlanan hipertonik krizlərlə. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibi torlu qişanın angiopatiyası, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), qeyri proliferativ retinopatiya. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2,insulin təlabatlı, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: f 88 göstərilən instrumental müayinələr xəstəliyin ağılaşmalarını tam təsdiq etmir laborator müayinələrin nəticələri dəqiqləşdirilsin və dioğun qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qayd ası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya ) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psi xi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsiste mə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6757/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, iddiaçıya ümumi xəstəlik səbəbi ilə müddətsiz təyin edilmiş ikinci dərəcəli əliliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 2002-ci ildən və hal-hazırda da 5 saylı Şəhər Poliklinikasının qeydiyyatda olması, müvafiq stasionar və mütəmadi olaraq ambulator müalicə alması, həmçinin xx.xx.2007-ci il tarixdən, xx.xx.2014-cü il tarix dən, xx.xx.2015-ci il tarixdən bir il müddətli, xx.xx.2016-cı il tarixdən beş il müddətli əlillik dərəcəsinin təyin edilməsi, xx.xx.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi, daha sonra isə hazırkı iş məhkəmənin icraatında olduğu dövrdə, yəni xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2021-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilmiş diaqnoz ilə xx.xx.2021-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

15. Cavabdeh h əmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1157/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6757/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində apelyasiya şikayətinin və iddia tələbinə qarşı etirazın dəlillərinə əsaslanmış və onları eynilə təkrarlamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətlənd irilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar ç ıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş ver ilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-So sial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi- həkim komissiyaları (bundan sonra-Komi ssiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

24. Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ana dangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2.1-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13 - İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) halında ikinci dərəcə əlillik təyin edilir.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verə n şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsi nin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əlilliyin təyin edilmə vaxtının dəyişdirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunv ericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Nəzərə almaq lazımdır ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan so nra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz. Bu eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir.

34. Bu zaman həm də iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. İşin bu xüsusatı apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarla da təsdiq olunur. Belə ki, cavabdeh tərəfindən imtinanın səbəbi kimi səhiyyə müəssisəsinin xx.xx.2 021-ci il tarixli göndərişinin natamam doldurulduğu bildirilsə də, apellyasiya məhkəməsi tərəfindən həmin göndərişlərin lazımi qaydada doldurulduğu, iddiaçının xəstəliyi ilə bağlı ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətlərin və məlumatların göndərişdə tam nəzərdə tutulduğu müəyyən olunmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd olunanlar baxımından iddiaçı əlillik dərəcəsinin təyin olunma tarixinin dəyişdirilməsini və xx.xx.2021-ci ildən hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.

36. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 3

7. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. 2-1(103)-1157/2022

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar