Məhkəmə qərarları › İş №2-1(102)-1074/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1074/2025

07.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1074/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İman qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 2-1(103)-3710/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası İŞİN HALLARİ

1. Cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixdə cəmi 55,2 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Speaker Kisonli V310, Vagner pianino, Ağ kağız, Playstation 5 ltb, Dəftərxana kitabı və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin al ışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.

3. Bundan əlavə, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli qərar ilə kameral yoxlama nəticəsində iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 21.266,64 manat məbləğində əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi n “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli qərarlarının ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən 2022-ci ildə rəsmi qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə, 182154,1 manat dəyərində mal (iş, xidmət) təqdim edilmişdir. Bu zaman alınan malların 50558,99 manat dəyərində olan hissəsinin elektron qaimə-fakturası mövcud olsa da, digər hissəsini sənədlə rəsmiləşdirmək mümkün olmamışdır. Bundan sonra vergi orqanı onu riskli vergi ödəyicisi qrupuna salmaqla gəlir vergisi bəyannaməsindən bütün xərclərini silmiş və bütün gəliri xalis gəlir kimi qəbul edərək barəsində qa nunsuz vergi hesablamışdır. Halbuki qanunvericilikdə bu formada həyata keçirilən əməliyyata görə riskli vergi ödəyicisi hesab olunma nəzərdə tutulmamışdır. Belə ki, o, müxtəlif çeşidli mallar alıb satmamışdır. Sadəcə, az bir qisim malların alış sənədi mövcud olmayıb. Vergi orqanı onun gəlirini 182154,1 manat kimi qəbul edirsə, həmin gəlirin əldə olunmasına çəkilən xərcləri də qanunla yol verilən həddə qəbul etməlidir. Əks halda, həmin gəliri də azaltmalıdır.

6. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli **********894100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarına uyğun yazılı etiraz təqdim etmiş, əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən qeyd olunan malların müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadan alış aktı ilə alınması müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən qeyd edilən dövrdə 91026,0 manat dəyərində proqram təminatı, katric dolumu və sair xidmətlər göstərilməsinə baxmayaraq, qeyd edilən xidmətlərin həyata keçirilməsi üçün hər hansı iqtisadi resurslarının - muzdlu işçilərinin, müqavilə əsasında cəlb edilmiş şəxslərin, zəruri mal alışının, o cümlədən təqdim edilmiş bəyannamələrində əsas vəsaitlərin (avadanlıqlar, nəqliyyat vasitələri, maşınlar və s.) olmadığı aşkar edilmişdir. Həmçinin təqdim edilmiş və əldə edilmiş mal, xidmətlərlə müqavilələr, təhvil-qəbul aktları (alınmış və satılmış malların adı və say tərkibi göstərilməklə), göstərilən xidmət üzrə cəlb edilmiş muzdlu işçilərin əmək müqaviləsi bildirişləri, mal qalığı, ödəniş sənədləri, bank hesabından çıxarışlar və digər zəruri sənədlə rin təqdim edilməsi zərurəti yaranmışdır və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Eyni zamanda, vergi ödəyicisinin əsas fəaliyyət növünün obyekt tələb etməyən fəaliyyət sahəsi olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən riskli əməliyyatın aradan qaldırılmadığı (riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi) və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi məlum olmuşdur. Beləliklə, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən onun riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 17 iyul 2024-cü il tarix li, 21(112)-3546/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli, **********386100 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarlar ləğv olunmuşdur.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü, 2.1-ci, 3.1-ci bəndlərinə istinadən qeyd etmişdir ki, iddiaçı o halda riskli hesab edilə bilərdi ki, onun tərəfindən fərqli mal çeşidlərinin təqdim edilməsi halı mövcud o lsun. Lakin cavabdehin qərarından da göründüyü kimi, idxal və satışda malların müəyyən edilməməsi səbəbindən qərar qəbul edilmişdir. Digər tərəfdən, cavabdehin gəlir vergisi ilə bağlı hesablamaları da qanunsuzdur. Belə ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20 faizlə mənfəət vergisi hesablamışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qər arın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 2-1(103)-3710/2024 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə/sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və N.X.Nəbizadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etmişdir.

14. Bundan əlavə, cavabdeh xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli qərar ləğv edilmişdir. Odur ki, iddia tələbinin həmin hissəsi ilə bağlı iş üzrə icraata xitam verilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” (əvvəlki “Riskli vergi ödəyicisinin, o cümlədən ris kli əməliyyatların Meyarları”)

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə t utulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin a rtıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən iddia tələbinin “cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı”nın ləğvi ilə bağlı hissəsi üzrə işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli qərar da ləğv edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli, **********386100 nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilməklə, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iddianın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarın ləğv edilməsi” hissəsində isə iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarın ləğv edilməsi” hissəsi ilə bağlı qeydlər

22. Hazırkı iş üzrə cavabdehin məhkəməyə ünvanladığı vəsatətdən müəyyən olunur ki, mübahisə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarın ləğv edilməsi” hissəsində cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçının tələbinin həmin hissədə təmin olunması barədə yeni inzibati akt qəbul edilmiş və mübahisələndiri lən qərar üzrə hesablanmış əlavə vergi məbləği iddiaçının şəxsi hesab vərəqəsində azaldılmışdır.

23. Odur ki, İPM-in 67-ci maddəsinə əsasən, iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarın ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı”nın ləğvi ilə bağlı qeydlər

24. Hazırkı iş üzrə işin apellyasiya instansiyası tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında təqdim etdiyi malların onun alışında və idxalında aşkar edilməməsi əsası ilə cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə riskli v ergi ödəyicisi hesab edilmişdir.

25. İddia tələbini “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarın ləğvi hissəsində əsaslı hesab edən aşağı instansiya məhkəmələri hesab etmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin mübahisəli qərarın qəbulu zamanı qüvvədə olan redaksiyasına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına əsasən, vergi ödəyicisinin idxalında və ya alışında olmayan malların təqdim edilməsi riskli əməliyyat hesab edilmir.

26. Məhkəmə kollegiyası ilk növbədə riskli vergi ödəyicisi konsepsiyasının mahiyyətini açıqlamağı zəruri hesab edir.

27. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası).

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin mübahisəli qərarın qəbulu zamanı qüvvədə olan redaksiyasının 2.1-ci bəndində riskli vergi ödəyicisi he sab olunmanın meyarları öz əksini tapmışdır (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atası nın adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər).

29. İstinad olunan Meyarların 3.1-ci bəndində isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlə rinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

30. Yuxarıda qeyd olunan normaların birgə təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti onda ifadə olunur ki, vergi orqanlarına potensial vergidən yayınmaları və ya qanunsuz fəaliyyətləri aşkaretməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır.

31. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, aşa ğı instansiya məhkəmələri tərəfindən Meyarların 3-cu bəndinin hazırkı hala tətbiq edilməməsi ilə bağlı gəldikləri nəticə həmin normanın dar və hərfi mənada təfsiri ilə bağlı olmuşdur. Belə ki, Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur.

33. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd kompüter almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır.

34. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir.

35. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi, ümumiyyətlə, alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə, alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur.

36. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmaya raq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə, alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların, ümumiyyətlə, alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.

37. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi hazırkı qərarda əks olunan mövqeyi nəzərə almaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci maddəsi baxımından işin hallarına yenidən qiymət verməlidir.

38. Yuxarıda qeyd edilənlərə əsasən, məh kəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2024-cü il tarixli, 21(103)-3710/2024 nömrəli qərarı qismən – “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********386100 nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilsin və eyni hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddianın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarın ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar