Məhkəmə qərarları › İş №2-1(102)-1076/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1076/2022

06.09.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1076/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 3)-746/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarına əsasən müəyyən edilmişdir ki, vətəndaş X4 şikayət ərizəsi əsasında cavabdeh barəsində Vəkillər Kollegiyasının İntizam Komissiyasında araşdırılma aparılmış, araşdırmanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli rəy tərtib olunaraq Azərbaycan Respublikası Vəkillər X3 təqdim olunmuşdur.

2. Komissiyanın rəyinə əsasən, Komissiya Bakı şəhərində cavabdehin müvəkkili Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və əmlakların öz adına keçirilməsinə nail olmaq məqsədi ilə formal nikaha girməklə, peşə fəaliyyətini həyata keçirərkən qanuna zidd olaraq əmlak xarak terli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etdiyindən, hüquqlarını müdafiə etdiyi şəxslə onun saxlanıldığı istintaq təcridxanasında hüquqi yardıma dair müqavilələr bağlamaqla və həmin müqavilələr üzrə hüquqi yardım haqqının təcridxanada saxlanılan şəxs tərəfindən formal olaraq ödənilməsini təşkil etdiyindən; hüquqi yardıma dair müqavilə bağlamadan banklardan onun adına köçürülmüş pulları əldə etdiyindən; köçürülən pulların məqsədini yayındırmaq üçün öz müvəkkili ilə rəsmi nikahdan əvvəl, faktiki nikah münasibətlərində olduğunu bildirərək, vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyindən; 14 noyabr 2019-cu il tarixdə bağladığı hüquqi yardıma dair müqavilə üzrə xidmət haqqını müvəkkilindən nağd qaydada qəbul etdiyindən və nağd qaydada qəbul etdiyi pulu s onradan bankda terminal vasitəsi ilə öz hesabına mədaxil olunmasını təşkil etdiyindən vəkil kimi hüquq və vəzifələrini düzgün icra etməməsi, peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemətlər əldə etməsi, vəkil etikası tələblərinə riayət etməməsi, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görməməsi nəticəsinə gələrək müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X3 müraciət edilmişdir.

3. Azərbaycan Respublikası Vəkillər X8 06 noyabr 2020-ci il tarixli, 15 nömrəli iclas protokoluna əsasən cavabdehin barəsində X4 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komis siyasının rəyinin nəzərə alınması, peşə fəaliyyətini həyata keçirərəkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 2.3, 2.5 və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozduğuna görə cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədəki vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər X9 İntizam Komissiyasının rəyini nəzərə alaraq cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məh kəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X13 cavabdehin barəsində iddiaçıya şikayət ərizəsi ilə müraciət etmişdir. L.T.Hüseynovanın həmin şikayəti əsasında Azərbaycan Respublikası Vəkillər X8 22 may 2020-ci il tarixli qərari ilə cavabdehin barəsində intizam icraatı başlanılaraq, araşdırlması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Şikayət belə əsaslandırımışdır ki, Lətifə Hüseynovanın iki oğlu hazırda cavabdehin təqsiri üzündən Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkillər. Cavabdeh 2016-cı ildə L.T.Hüseynovanın oğlu Rahib Hüseynovun hüquqlarını müdafiə etmək üçün 7000 manat, daha sonra hər instansiya üçün 5000 manat pul verərək vəki llə müqavilə imzalamış, həbsdə olan oğulları Rahib Hüseynov və Emin Hüseynovu hebsdən azad etdirəcəyi vədinə inanmışdır. Bundan başqa, cavabdeh hər dəfə məhkəmələrə pul vermək adı ilə, eləcə də ayrı-ayrılıqda hər şikayətə, müraciətə pul almaqla ümumilikdə ondan və həyat yoldaşından 420.000 manatdan artıq məbləğdə pul əldə etmişdir. Oğullarının həbsdə olmasından istifadə edərək, cavabdeh var dövlətini öz adına sənədləşdirməklə yanaşı, mal-qaralarını, torpaqlarını hissə-hissə satmaqla 400.000 manat məbləğində pulunu ələ keçirmişdir. Cavabdeh oğlu Rahib Hüseynovun əmlaklarını həbsdən qorumaq adı ilə sonuncunu 50.000 manat müqabilində həbsdən azad etdikdən sonra 13 aprel 2017-ci il tarixdə onunla Tovuz rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, oğluna məxsus Range-Rover markalı hazırd a cavabdehin özünün idarə etdiyi 10... 013 dövlət nömrə nişanlı avtomaşını, kreditlə əldə edilmiş Changan markalı avtomaşını, oğlu Rahib Hüseynovun əldə etdiyi və təmir etdirdiyi Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən "xxxx" MTK-nın tikdirdiyi 117 kvm. sahəsi olan 3 otaqlı yeni tikilini öz adına sənədləşdirməyə nail olmuşdur. Bundan başqa, cavabdeh Tovuz rayonunun Qovlar qəsəbəsindəki yaratdıqları damazlıq mal təsərrüfatı kompleksini bağışlama müqaviləsi yolu ilə oğlu Rahib Hüseynovun adından öz adına keçirtməyə nail olmuşdur. Sonradan 2018-ci il tarixdə həmin əmlakı 140.000 manata sataraq pulunu ələ keçirtmişdir. Bu puldan hissə-hissə olmaqla cəmi 20.000 manat pulu ala bilmişlər. Həmçinin Tovuz rayonu Qovlar qəsəbəsində dəyəri 250.000 dəyərində olan evlərini cavabdeh öz adına k eçirmiş, lakin onların şikayətlərindən sonra cavabdeh həmin əmlakı notariat qaydasında onlara geri qaytarmışdır. Bundan başqa, cavabdeh bacısı qızı Seva Teymurovanı Bakı Apellyasiya Məhkəməsinin sədrinin köməkçisi kimi təqdim etmiş, onunla Seva Teymurova arasında 100.000 manat məbləğində borc müqaviləsi rəsmiləşdirmiş, amma əslində ona hər hansı məbləğdə pul borca verilməmiş, oğullarını Bakı Apellyasiya Məhkəməsində həbsdən azad etdirəcəyi adı ilə həmin məhkəmədə hər bir hakimə 50.000 manat məbləğində pul vermək lazım olduğunu bildirərək 100.000 manat məbləğində onu borclandırmışdır. Oğulları Bakı Apellyasiya Məhkəməsində həbs edilərək azadlıqdan məhrum olunduqdan sonra olmayan borca görə onu məhkəməyə vermiş və pul tələb etməyə başlamışdır. Dəfələrlə ayrı-ayrı şəxslərə guya rüşvət vermək adı ilə ondan pul istədikcə, o bir çox şəxslərə borclanaraq cavabdeh üçün bankdan pul götürməyə başlamışdır. Bank sənədlərindən də görünür ki, 2017-ci ildə 22.000, 3.000, 2.000 məbləğində pulları dəfələrlə cavabdehin və bacısı qızı Seva Teymurovanın adına şəxsən pul göndərmişdir. Bu barədə bütün sübutları təqdim etmişlər. Sonunda oğulları tamam həbs olunduqdan və pul bitib evsiz-eşiksiz qaldıqdan sonra, vəkil onu və həyat yoldaşını oğlanları ilə hədələməyə başlamış, şikayət edəcəyi təqdirdə oğullarına cəzaçəkmə müəssisəsində rahatlıq verməyəcəyi ilə hədələmişdir. Cavabdeh formal nikah müqaviləsi ilə oğluna və ömür boyu zəhmətlə topladığı var-dövlətə sahiblənsə də bu əmlaklar müqabilində İran bankından kredit götürməklə, eləcə də əmlakları satıb pul əldə edərək şikayətçilərdən ərizə alacağı nı vəd versə də, bununla bağlı heç bir şey etməmişdir. Cavabdeh özündən 10 yaş kiçik olan oğlu Rahib Hüseynovla nikaha girəndə artıq onun ailəli qızı, 15 yaşlı başqa bir qızı da var idi. Oğluna məxsus bahalı nömrələri ondan etibarnamə alaraq 10-dan çox nömrəni 6.000-7.000 manata satmışdır. Adına olan ***-***-**-** mobil nömrəsindən istifadə edərək onu 2000 manatdan artıq məbləğdə borca salmışdır. Cavabdehdən danışıq yolu ilə xahiş edərək istifadəsində olan oğluna aid avtomobilləri və yaxud evi geri qaytarmağı xahiş etsə də, "mənim əlaqələrim böyükdür" deyərək, onu əmlak bölgüsü tələbi ilə məhkəməyə verəcəyini bildirərək, onun barəsində şikayət etmək məcburiyyətində qoymuşdur. Cavabdeh onu və yaşlı həyat yoldaşını aldadaraq İstanbulda ev, Xaçmaz rayonunda fermer təsərrüfatı, Bakıda Nəsimi r ayonu ərazisində özünə evlər, oğluna məxsus Range Rover markalı maşını əldə etməyə nail olmuşdur. Bu cür vəkillər "vəkillik" deyilən peşəyə ləkədir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum X14 şikayət ərizəsi ilə iddiaçıya müraciət etmişdir. Rahib Hüseynovun şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh ilkin olaraq onunla müqavilə bağlayaraq, hüquqlarını müdafiə etməyə başlasa da sonradan ailəli olduğu üçün onunla qeyri-rəsmi olaraq davam edən şəxsi yaxın mübasibətləri əri tərəfindən aşkar olunduğu üçun ərindən boşanaraq 2017-ci ildə onunla rəsmi nikaha daxil olmuşdur. Ona məxsus əmlaklarını həbsdən qorumaq adı ilə 47.000 ABŞ dollarına aldığı Range Rover markalı ** BR *** dövlət nömrə nişamlı avtomaşını (h azırda həmin avtomaşını Mersedes Galenvagen markalı avtomaşınla barter edərək eyni nömrədə idarə edir), onun kreditlə aldığı Changan markalı avtomaşını, onun təmir etdirdiyi və aldığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən "xxxx" MTK- nın tikdiyi 117 kv.m. sahəsi olan 3 otaqlı yeni tikilini öz adına sənədləşdirmiş, bununla kifayətlənməyib Səbail rayon Məhkəməsində onu və qardaşını müvəqqəti olaraq həbsdən azad etmək üçün 100.000 manat pul lazım olduğunu, Binəqədi rayon Polis İdarəsində anası Lətifə Hüseynova barədə şikayəti ləğv etmək üçün 40.000 manat pulun, eləcə də o həbs olunduqdan sonra 140.000 manat məbləğində Tovuz rayonunda yerləşən damazlıq təsərrüfatının satılaraq pulunu əldə edib, guya o həbsdə olarkən müxtəlif şəxslərə rüşvət verəcəyi adı ilə ələ keçirmiş dir. O, cavabdehə inandığından, sonuncu onun və valideynlərinin etibarından sui-istifadə etmişdir. O da anası Lətifə Hüseynovanın və atası İsmayıl Hüseynovun şikayət ərizələrinə qoşulur, onların yazdıqları həqiqətdir. Hesab etmişlər ki, cavabdeh ümümi məbləği 500.000 manatı aşan var-dövlət, pul və əmlaklarını ələ keçirmək üçün hətta onunla qısa müddətli nikaha girməkdən belə çəkinməmişdir (nikaha girərkən cavabdehin nəvəsi var idi). Bundan başqa Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən ümumi dəyəri 250.000 manat təşkil edən evini bağışlama yolu ilə eyni qaydada öz adına keçirsə də çox çətinliklə həmin evi onların şikayət etdiklərini bildiyi üçün cavabdeh notarial qaydada geri qaytarmışdır. Lakin öz xətti ilə yazdığı mətni onun valideynlərinə notariusda rəsmiləşdirməklə özünü sığortalamaq i stəsə də əslində ailəsi öz evlərini qaytarmaq üçün vəkilin diqtə etdiklərini yazmaq məcburiyyətində qalmışlar. Cavabdeh ona məxsus bahalı telefon nömrələrini aldığı etibarnamə əsasında ondan icazəsiz və xəbərsiz hər birini 4-5 min manata satmışdır. Cavabdeh onunla nikahda olarkən, keçmiş əri onu saxta diplomları olması ilə bağlı şantaj etməsi barədə ona bildirmişdir. Bundan başqa, cavabdeh ondan keçmiş ərini susdurmaq üçün külli miqdarda təxminən 30.000 manat civarında pullar almışdır, sonradan ona məlum olmuşdur ki, həqiqətən də cavabdehin diplomlarının kökü yoxdur və o nə Ukrayna Respublikasındakı, nə də San-Marino Universitetində oxumamışdır. Belə ki, cavabdeh rus dilində danışa bilməyə-bilməyə Ukrayna Respublikasında oxuması mümkünsüz idi. Onun valideynləri çox aciz vəziyyətdədir. Onun zərərçəkmiş şəxslərə verməli olduğu bütün əmlak və pulları cavabdeh ələ keçirmiş, hazırda bu səbəbdən də onun həbslə bağlı olmayan cəza alması mümkünsüzdür. X24 cavabdehin ona və ailəsinə vurduğu külli miqdarda ziyanın geri qaytarılmasını və vəkillik barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir.

5. İntizam icraatı üzrə cavabdehin verdiyi qısa izahatın məzmunu ondan ibarətdir ki, o, 2014-cü ildən 4 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. X11 və oglu Rahib Hüseynovu ilk olaraq 2016-ci ilin sentyabr ayında hüquqi yardim göstərilməsi üçün 4 saylı hüquq məsləhətxanasına müqavilə bağlamaq üçün gəldikləri zaman tanımışdır. Həmin vaxt Rahib Hüseynov ilə Bakı Apel lyasiya Məhkəməsində məhkəmə nəzarəti qaydasında işə baxılması üçün müqavilə bağlamışdır. Daha sonra şikayətçi ilə Lətifə Hüseynovaya qarşı olan pul tələbinə dair iş üzrə 4 saylı hüquq məsləhətxanasında müqavilə bağlamışdır. Bu yolla Lətifə Hüseynova, onun həyat yoldaşı Qara İsmayılov və övladlarının məhkəmə işləri ilə bağlı sonuncularla müqavilələr bağlamışdır. Bəzi müqavilələrin pulunu bir ailə üzvü kimi özünə ödətdirmişlər. X15 13 aprel 2017-ci ildə rəsmi nikaha girmişdir. Həmin vaxtdan sonra bu ailə ondan ailə üzvü kimi istifadə etməyə başladılar. Lakin qeyd etmişdir ki, rəsmi nikaha girənədək o, Rahib Hüseynovla faktiki ailə münasibətlərində olmuş və birlikdə yaşamışdır. X16 ilə aralarındakı ailə münasibətləri oğlu Rahib həbs olunduqdan sonra pozuldu, belə ki, qayınana kimi L.Hüseyn ova niyə Rahibi həbsdən azad edə bilmədiyi üçün onu günahkar hesab edirdi. O, L.Hüseynovaya zərərçəkmiş şəxslərin pulunun ödənilmədiyi halda kömək edə bilmədiyini dedikdə, sonuncu həmişə onunla mübahisə edir və onu günahlandırırdı. Qeyd etmişdir ki, X16 və həyat yoldaşı İsmayıl Hüseynov barəsində çoxlu sayda insanları aldatma və insanlara şər böhtan atmaları barədə hüquq mühafizə və icra orqanlarında çoxlu sayda şikayətlər və icra işləri vardir. X10 və həyat yoldaşı İsmayıl Hüseynovun ona hüquqi yardım göstərilməsi üçün ödədikləri bütün pullar müqavilədə əks olunmuşdur. Bu şəxslər həmin müqavilə pullarını cox çətinliklə ödəyirdilər. Ailə quranadək müqavilələr üzrə hüquqi xidmət haqqlarını şikayətçilər ödəyirdilər, lakin ailə qurduqdan sonra müqavilə haqqını o özü şəxsi vəsaiti hesabına ödə mişdir. X10 şantajlarından və tələblərindən bezərək 2019cu ilin iyul ayında o, Rahib Hüseynovdan boşanmış, lakin boşansa da Rahiblə əlaqələri kəsməmişdi, onun yaşayışı ilə daima maraqlanırdı və əlaqə saxlayırdı. Rahib Hüseynov nikah dövründə onun adına əmlaklarını bağışlama yolu ilə keçirmişdir. Boşansalar da Rahib Hüseynov əmlakların onun adında qalmasını tələb və xahiş edirdi. Buna baxmayaraq hələ nikahda olarkən o, qeyri-yaşayış sahəsini (fermanı) Lətifə Hüseynovanın tələbi ilə sonuncunun qohumunun adına keçirtmişdir. Həmin ərəfələrdə Tovuz rayonunda olan yaşayış evinin də qaytarılmasını istəsə də, Rahib Hüseynov evin qaytarılmamasını ondan xahiş etdi. Şikayət ərizəsində qeyd edilən Range Rover maşını o, öz vəsaiti hesabına almışdır, həmin avtomobildən öncə onun özünün kifayət qədər avt omobilləri olub. Digər Changan markalı avtomobillə bağlı bildirmişdir ki, həmin avtomobili lizinq şirkətindən kredit müqaviləsinə əsasən əldə etmiş və kredit məbləğini də o özü ödəmişdir. Həmçinin bildirmişdir ki, o, birinci həyat yoldaşı ilə nikahda olduğu ərəfələrdə aldığı Nəsimi rayonu, R.Məmmədov küçəsində yerləşən mənzilini də X16 öz adına çıxararaq mənimsəmək istəyir. Həmin evin Lətifə Hüseynovaya hec bir aidiyyati yoxdur. Rahib Hüseynov öz adına olan evi və qeyri- yaşayış sahəsini ona bağışladıqdan sonra ailədə daima mübahisələr başladı, söz-söhbətin bitməsi üçün o, Rahibin adına baş etibarnamə vermişdir ki, öz ailə mübahisəsini özləri həll etsinlər. Həmin əmlakın özlərinin olduğu və aralarında heç bir pul haqq-hesabının olmaması barədə notarial qaydada özlərinin yazdığı ərizələri d ə ona təqdim etmişlər. Bundan başqa X16 onun qohumu Seva Teymurovanı əvvəldən tanımışdır, onun kim olması, nə işlə məşğul olduqunu gözəl bilmişlər. Həmin ərəfədə Seva Teymurova mağaza işlədirdi və onda pulun olduğunu və özünə ev almaq istədiyini Lətifə Hüseynova gözəl bilirdi. X25 ilə ortaq dil tapib ondan borc pul almağa nail olmuşlar və Seva da onlara notarial qaydada borc pul vermişdir. Seva Teymurova dəfələrlə pulunu tələb etdikdən sonra, bir dəfə poctla 2000 manat pul göndərmişlər. Daha sonra ümumi razılığa əsasən pulun 60.000 manatını nağd şəkildə qaytarmışlar. 40.000 manatı da qaytarmasına müəyyən vaxt istəmişlər və Seva Teymurova ilə Lətifə Hüseynovanın pula görə münasibətləri pisləşdiyindən İsmayıl Hüseynovun xahişi ilə aralarında yenidən borc müqaviləsi bağlanmışdır. Şikayət əriz əsində qeyd edilən poçt vasitəsi ilə 22.000 manat və 3000 manat pulun göndərilməsi ilə bağlı bildirmişdir ki, həmin vaxt o, Rahib Hüseynovla faktiki olaraq birgə ər-arvad kimi yaşayırdı. X18 şəxsiyyət vəsiqəsi istintaqda olduğu üçün anası Lətifə Hüseynova pulu bank vasitəsi ilə onun adına göndərmiş, sonra o da Rahiblə birlikdə həmin pulu göturmüş, pul Rahibin öz borclarına və problemlərinə xərclənmişdir. Şikayətçinin ərizəsində telefon nömrələri ilə bağli göstərdiyinə dair bildirmişdir ki, Rahibin adına olan nömrələr bağlanmaması üçün *** *** ** **, 050 *** ** ** nömrələri onun adına keçirtmiş və sonradan həmin nömrələri hazırkı vəkilinin adına keçirmişdir. Ərizədə qeyd edilmiş 050 *** ** ** nömrəsi isə Lətifə Hüseynovaya məxsus olmuş, sonuncu kreditə telefon götürmüş və bildiyinə görə pul unu ödəməmişdir. X10 ərizəsində göstərdiyi bütün hallar tam olaraq şər və böhtandır.

6. İntizam icraatı üzrə araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli Qərarı ilə müəyyən edilmiş “Nikahın qeydə alınması” qaydalarının 3.8-ci bəndinə zidd olaraq, ərizə verilən gündən 1 aydan tez (12 gün ərzində) müvəkkili olmuş Rahib Hüseynovla nikaha daxil olmuşdur. Cavabdehnın X15 qısa zamanda nikaha girməkdə məqsədi sonuncuya məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və nikaha girdikdən sonra həmin əmlakların öz adına rəsmiləşdirilməsi yolu ilə tələbin həmin əmlaklara yönəlməsinin qarşısının almaq olmuşdur. Bu yolla cavabdeh peşə fəaliyyətini həyata keçirərkən, qanuna zidd olaraq əmlak xarakterli maddi nemət lər əldə etməyə yönəlmiş hərəkətlər etmişdir. Həmçinin, araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh hüquqlarının müdafiə etdiyi Rahib Hüseynovla qanunvericiliyin tələblərinə zidd olaraq sonuncunun saxlanıldığı təcridxanada hüquqi yardıma dair müqavilələr bağlamışdır. Hətta, Rahib Hüseynovun anası Lətifə Hüseynovanın pul tələbinə dair mülki iş üzrə hüquqlarını Azərbaycan Respublıkası Ali Məhkəməsində müdafiə etmək üçün Rahib Hüseynovla təcridxanada hüquqi yardıma dair müqavilə imzalamışdır. Müqavilələrlə yanaşı, vəkil Cavabdeh pulun ödənilməsi ilə bağlı mədaxil qəbzlərini də təcridxanada saxlanılan Rahib Hüseynova imzalatdırmışdır. Bu yolla, cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh hüquqi xidmətə dair bağladı ğı müqavilələrdən əlavə Lətifə Hüseynovadan pul almışdır. Belə ki, Lətifə Hüseynova xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 22.000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat məbləğində pulları bank vasitəsi ilə Tovuz rayonunda cavabdehnm adına köçürmüşdiir. xx.xx.2016-cı il tarixli köçürmə ilə bağlı cavabdeh müqavilə pulunun Lətifə Hüseynova tərəfindən köçürüldüyünü bildirsə də, müəyyən olunmuşdur ki, həmin tarixdə Lətifə Hüseynova ilə müqavilə bağlanmamış, 2016-cı ilin oktyabr ayında müqavilələr pulun köçürülməsindən xeyli əvvəl bağlanmışdır və bu müqavilələr üzrə pul vəkil Cavabdeh həmin dövrdə fəaliyyət göstərdiyi 4 saylı Vəkil Bürosunda nağd şəkildə artıq ödənilmişdi. Həmçinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində pul köçürülməsi ilə bağlı cavabdeh X15 faktiki nikah münasibətlərində olduğunu və müvəkkili ilə birlikdə yaşadıqlarını göstərmişdir. Cavabdehnın bu izahatına tənqidi yanaşmaqla hesab etmişlər ki, vəkil özünü müdafiə etmək məqsədi ilə belə izahat vermişdir. Çünki cavabdeh ilkin izahatlarında Lətifə Hüseynova tərəfindən onun adına göndərilmiş pul vəsaitinin onların ailə üzvü olduğundan və həyat yoldaşı (müvəkkili) Rahib Hüseynova məxsus şəxsiyyət vəsiqəsinin istintaq orqanında olduğunu bildirmişdir. Lakin sonradan yuxarıda qeyd edilən üç köçürmənin nikahdan öncə onun adına köçürüldüyünü bildirdikdə çıxış yolu kimi öz müvəkkili ilə faktiki nikah münasibətlərində olduğunu bildirmişdir. Eyni zamanda cavabdeh izahatlarında xx.xx.2017-ci il tarixədək Rahib Hüseynovla vəkil-müvəkkil münasibətlərində olduğunu qeyd etmişdir. Rahib Hüseyn ovun xx.xx.2017-ci il tarixdə həbsdən azad edilərək ev dustaqlığına buraxıldıqdan 2 gün sonra, xx.xx.2017-ci il tarixdən başlayaraq, X18 barəsindəki qətimkan tədbiri dəyişdirilərək, azadlığa çıxdıqdan 7 gün sonra cavabdehnın adına pullar köçürülərkən, artıq tərəflərin faktiki nikah münasibətlərində olmasını inandırıcı hesab etmirlər. Bundan əlavə, 4 saylı Vəkil Bürosunda Rahib Hüseynovla cavabdeh arasında hüquqi yardıma dair müqavilələr imzalanarkən Rahib Hüseynova məxsus şəxsiyyət vəsiqəsi sonuncunun özündə olmuş, bununla bağlı müqavilədə qeydiyyatlar aparılmışdır. Bu fakt da cavabdehnın Rahib Hüseynovun şəxsiyyət vəsiqəsinin istintaqda olması səbəbindən, pulların R.Hüseynovun adına deyil, onun adına köçürüldüyünü inkar edir.

7. Yuxarıda sadalanan cavabdeh tərəfindən yol verilmiş intizam pozuntuları 2016-2017-ci illəri əhatə etmişdir. Bu baxımdan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin İİİ bəndinə istinad edərək qeyd edilir ki, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Lakin, X1 Hüseynovla rəsmi nikaha daxil olduğu xx.xx.2017-ci il tarixdən sonra xx.xx.2017-ci il tarixdə cavabdehə 2000 manat pulun Lətifə Hüseynova tərəfindən köçürülməsi halına gəldikdə bildirilmişdir ki, həmin ərəfədə vəkil S.X19 rəsmi olaraq nikahda olduğuna görə həmin məbləğdə pulun hansı məqsədlə köçürülməsi dəlilinə qiymət verilməsi mümkün hesab edilə bilməz. Bundan başqa müəyyən edilmişdir ki, Vəkillər X17 tərəfindən müəyyən edilmiş qaydalara zidd olaraq, 2019-cu ilin oktyabr ayından hüquqi yardıma dair muqavilər uzrə pulun ödənilməsi nağdsız qaydada aparılmalı olduğu halda, cavabdeh xx.xx.2019-cu il tarixdə Rahib Hüseynovla 20 saylı müqavilə imzalayarkən, sonuncudan həmin müqavilə üzrə 100 manat məbləğində pulu nağd qaydada qəbul etmiş və bununla bağlı xx.xx.2019-cu il tarixli GSU 286120 saylı mədaxil qəbzi təqdim etmişdir. Sonradan vəkil Cavabdeh "xxxx" ASCnin C.Cabbarlı filialında terminal vasitəsi ilə xx.xx.2019-cu il tarixli qəbz edərək, məbləğin nağd şəkildə onun tərəfindən qəbul edilmədiyini, xidmət haqqı olaraq 100 manat pulun Lətifə Hüseynova tərəfindən ödənildiyini bildirmişdir. Bu xüsusatla bağlı qeyd etmişlər ki, müqavilə xx.xx.2019-cu il tarixdə bağlanan zaman vəkil Cavabdeh tərəfindən həmin tarixli GSU 286120 saylı m ədaxil qəbzi təqdim olunmuş və bununla artıq müqavilə üzrə məbləği nağd surətdə qəbul etdiyi öz təsdiqini tapmışdır. Sonradan terminal vasitəsi ilə 100 manat məbləgində pulun xx.xx.2019-cu il tarixdə vəkil Cavabdeh hesabına mədaxil olunması, heç də xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində pulun nağd surətdə qəbul edilmədiyini inkar etmir. Həmçinin, izahatında vəkil Cavabdeh pulun "Azərbaycan Beynəlxalq Bank” ASC-dəki hesabına mədaxil olunduğunu bildirsə də, təqdim edilən qəbzdən görünür ki, pul "xxxx" ASC-dəki hesaba mədaxil olunmuşdur. Bu xüsusatla bağlı hesab edirlər ki, cavabdeh "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin tələblərini pozmuş və intizam pozuntusuna yol vermişdir. Müraciətdə qeyd ed ilən digər xüsüsatlara Vəkillərin İntizam Komissiyası tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Vəkillərin İntizam Komissiyası 05 noyabr 2020-ci il tarixli rəylə intizam icraatı üzrə toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, X4 və X7 şikayətləri əsasında aparılmış intizam icraatı ilə bağlı araşdırma materialları üzrə Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müvəkkili Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və əmlakların öz adına keçirilməsinə nail olmaq məqsədi ilə formal nikaha girməklə, peşə fəaliyyətini həyata keçirərkən qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etdiyindən, hüquqlarını müdafiə etdiyi şəxslə onun saxlanıldığı istintaq təcridxa nasında hüquqi yardıma dair müqavilələr bağlamaqla və həmin müqavilələr üzrə hüquqi yardım haqqının təcridxanada saxlanılan şəxs tərəfindən formal olaraq ödənilməsini təşkil etdiyindən; hüquqi yardıma dair müqavilə bağlamadan banklardan onun adına köçürülmüş pulları əldə etdiyindən; köçürülən pulların məqsədini yayındırmaq üçün öz müvəkkili ilə rəsmi nikahdan əvvəl, faktiki nikah münasibətlərində olduğunu bildirərək, vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyindən; xx.xx.2019-cu il tarixdə bağladığı hüquqi yardıma dair müqavilə üzrə xidmət haqqını müvəkkilindən nağd qaydada qəbul etdiyindən və nağd qaydada qəbul etdiyi pulu sonradan bankda terminal vasitəsi ilə öz hesabına mədaxil olunmasım təşkıl etdiyindən vəkil kimi hüquq və vəzifələrini diizgün icra etməmiş, peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemətlər əldə etmiş, vəkil etikası tələblərinə riayət etməmiş, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görməmişdir. Bununla da vəkil Cavabdeh "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respııblikası Qanıınunun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin 1 və İİİ hissələrinin, 18 və 19-cu maddələrinin, "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin 2.3, 2.5-ci, 2.8 və 2.10-cu bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vəkillər X17 xx.xx.2020-ci i l tarixli iclasında Vəkillərin İntizam Komissiyasının 05 noyabr 2020-ci il tarixli rəyi nəzərə alınaraq, peşə fəaliyyətini həyata keçirərkən vəkil Cavabdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissələrinin, 18 və 19-cu maddələrinin, "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin 2.3, 2.5, 2.8 və 2.10- cu bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələbləri pozulduğundan, onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və həmin məsələ ilə əlaqədar məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazı lı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, ondan Vəkillər Kollegiyasına şikayət etmiş şəxslər onun keçmiş ailə üzvləri olmuş və ailə münasibətlərinin pozulması nəticəsində ondan qisas almaq niyyəti ilə bunu etmişlər. Belə ki, keçmiş həyat yoldaşı Rahib Hüseynovun və valideynlərinin istəkləri o idi ki, daim ondan istifadə etsinlər, ömrü boyu bu şəxslərin hüquqlarını müdafıə etsin və həm onun adından istifadə edərək yeni insanları dələduzluq yolu ilə aldadıb pullar alsınlar, həm də o, əmlakını onların borclularına versin. İddia tələbini əsaslandıran sübutlar üzrə aşağıdakıları bildirmişdir, intizam icraatı üzrə araşdırma aparılan zaman Vəkillər Kollegiyası müəyyən etmişdir ki, ərizə verilən gündən 1 aydan tez 12 gün ərzində Rahib Hüseynovla nikaha girmişdir. Həmçinin vəkil Cavabdeh Rahib Hüseynovla müddətdə nikaha girməsinin məqsədi guya Rahib Hüseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq olmuşdur və Cavabdeh maddi nemətləri əldə etməyi yönəlmiş hərəkətlər etmişdir. Bununla bağlı bildirmişdir ki, onun belə bir maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətləri olmamışdır, onun məqsədi və niyyəti ailə qurmaq olmuşdur. Ən əsası o, Rahib Hüseynovla nikaha daxil olanda onun mülkiyyətində heç bir əmlak olmamışdır ki, onun niyyəti həmin əmlakları həbsdən qorumaq və mənimsəmək olsun. Bunun əksini təsdiq edən bir sübut nə şikayətçilər, nə də ki, iddiaçı tərəfındən məhkəməyə təqdim olunmamışdır. X1 Hüseynov ilk dəfə 2016-cı ilin sentyabr ayında hüquqi yardımla bağlı müqavib bağlamaq üçün gəldiyi zaman 4 saylı Hüquq Məsbhətxanasında tanış olmuşdur. H əmin vaxt Rahib Hüseynov Bakı Apellyasiya Məhkəməsində məhkəmə nəzarəti qaydasında işə baxılması üçün müqavilə bağlamışdır. O, 2016-cı ilin sonlarından birinci həyat yoldaşı ilə ayrı yaşayırdı və 2016-cı ilin dekabr ayında boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Ondan şikayət etmiş şəxslər Lətifə Hüseynova və Rahib Hüseynov 2016-cı ilin sentyabr ayından onların evə daimi gəlib-getdiklərindən onlarla ailəvi yaxınlıq etdiklərindən keçmiş həyat yoldaşı ilə ailə münasibətlərinin gərgin olduğunu bilirdilər. Rahib Hüseynov 2013-cü ildə həbs olunduğu zaman keçmiş həyat yoldaşı Xatirə Hüseynovadan boşanmışdır. O da ilk həyat yoldaşı ilə 2017-ci ilin yanvar ayında boşanmışdır, boşanma şəhadətnaməsinin həmin ilin aprel ayında almışdır. İddia ərizəsində qeyd olunan “12 gün” boşanma şəhadətnaməsi i lə yeni nikah şəhadətnaməsi arasındakı müddətdir. Rahib Hüseynov 2017-ci ilin əvvəllində ona ailə qurmaq təklif etmişdi, Həmin vaxtlar istər Rahibin atası, istərsə də özü onu çox istədiklərini və Rahibin onunla ailə quraraq birgə yaşamaq istədiyini bildirirmişlər. 2014 və 2016-cı illərdə Rahib Hüseynov barəsində olan cinayət işi üzrə xitam qərarı olsa da o, X21 adlı şəxsə külli miqdarda borcu olmasını bilirdir, ona görə də bu nikaha etiraz etmişdir. X26 və anası ona bildirmişlər ki, həmin borc Rahibin borcu deyii, sonuncunun keçmiş qayınatası Əvəz Qocayev tərəfindən ödəniləcək. Şikayətçi Rahiblə rəsmi nikahlarını X23 rayonunda yerləşən qeydiyyat şöbəsinin rəisi vasitəsilə rəsmiləşdirilmişdir. Vəkillər Kollegiyası araşdırma apararaq onun nikahını formal hesab etməkdə düzgün nəticəyə gəlməmi şdir. Belə ki, onunla Rahib Hüseynov arasında bağlanmış nikah formal olmamış, ailə qurmaq niyyəti ilə bağlanmış, ər-arvad kimi bir yerdə yaşamışlar və onların nikahları etibarsız olması barədə məhkəmə qərarı da yoxdur. Azərbaycan Respublikası Konstitusiyasına görə hər kəsin ailə qurmaq hüququ var, o da öz hüququndan istifadə edərək həmin vaxt rəsmi nikaha girərək ailə qurmuşdur. Rahib Hüseynovla nikahı rəsmiləşdirərkən onlar onunla və valideynləri ilə Tovuz rayonunda yaşayırdılar. Ona görə də Tovuz rayon Qeydiyyat şöbəsinə ərizə vermişlər və bir müddət sonra onlara zəng olunaraq, nikah rəsmiləşdirilmişdir. Həmin müddətin 1 aydan az olub-olmamasında onun hər hansı formada marağının olması absurddur. Digər tərəfdən şikayətçilər Tovuzda yaşayırdılar və tovuzlu idiliər, o cümlədən X10 dediyinə görə rayon qeydiyyat şöbəsinin rəisi onun tanışı idi. İddia ərizəsinin 4-cü səhifəsinin 2-ci abzasında iddiaçı mövcüd olmayan qaydalara əsaslanmışdır. Güman etmişdir ki, iddiaçı “Vətəndaşiıq vəziyyəti aktiarının dövlət qeydiyyatı” Qaydasının 3.8-ci bəndini nəzərdə tutmuş, lakin bununla belə həmin Qaydanın 3.9-cu bəndində qeydiyyat şöbəsinin nikahı bağlanma müddətinin azalda bilməsi hüququnu unutmuşdur. Ümumiyyətlə, həmin Qaydada göstərilən istər 1 aylıq müddət, istərsə də həmin müddətin azaldılma halları nikahı rəsmiləşdirən qeydiyyat şöbəsinin vəzifəli şəxsinin səlahiyyətlərinə aid oiduğundan bu halın pozulmasına görə nikaha daxil olan şəxslərdən hər hansı birini günahlandırmaq hüquqi savadsızlıqdan başqa bir şey deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubiikası Mülk i Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh ediiməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahı bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfındən tanınır. Bu prinsip onu ifadə etmişdir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafıq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmçinin Vəkillər Kollegiyası iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydalara zidd olaraq, pulun ödənilməsini nağdsız qaydada aparmalı olduğu halda Cavabdeh 14 noyabr 2019-cu il tarixdə 20 saylı müqaviləni imzalayarkən sonuncudan həmin müqavilə üzrə 100 manat məbləğində pul nağd qaydada qəbul etmişdir. Bildirmişdir ki, Kollegiyanın gəldiyi bu nəticə düzgün deyil, həmin müqavilə üzrə L.Hüseynov anın özü tərəfindən 100 manat "xxxx" ASC-yə ödənilmişdir. Daha sonra iddia ərizəsində göstərilmişdir ki, guya izahatında vəkil Cavabdeh pulun "xxxx" ASC-yə mədaxil olunduğunu bildirmişdir. O, Vəkillər Kollegiyasına belə bir izahat verməmişdir. İddiaçı münasibətlərin davam etdirilməsinə əsas olaraq bağışlama müqaviləsinə əsaslanmışdır. Halbuki bağışlama müqaviləsi vəkil-müvəkkil münasibətinə deyil, ər-arvad arasındakı əmlak münasibətlərinə aid olmuşdur. Digər tərəfdən Rahib Hüseynovun qardaşı Emin Hüsevnov da onun kimi dələduzluq cinayətinə görə məhkum olunmuş və eyni CÇM-də cəza çəkirlər. Cinayət işindəki məbləğlərdən əlavə Hüseynovlar ailəsinin valideynləri daxil olmaqla hər bir üzvünə qarşı milyonlarla borc tələbinə dair icra sənədləri vardır. Hər bir ailə üzvi, ən əsas da Rahib Hüseynov un qardaşı Emin Hüseynov damazlıq mal təsərrüfatı kompleksini satıb öz borclarına yönəltmək istədiyindən Rahib Hüseynov onların nikahdan sonra valideyninin ona bağışladığı həmin əmlakı və rayondakı evi ona bağışlamışdır, lakin sonuncunun həbsindən sonra onun ailə üzviəri mütəmadi onu narahat etdikliərindən həmin əmlaka və onun Tovuz rayonundakı evinə görə Rahib Hüseynova etibamamə vermişdir ki, qardaşı və valideynləri problemlərinə onu qatmasınlar. Əgər onun əmlak mənimsəmək fikri olsaydı, nə zamanında həmin etibarnamələri verərdi, nə də ki, sonradan şikayətçilər istədikdə təsərrüfat kompleksinin satılmasına razılıq verməzdir, evi də yenidən Rahib Hüseynova bağışlamazdır. Bundan başqa Vəkillər Kollegiyasının İntizam Komissiyası nə onun vəkil olaraq ailə məsələlərini araşdırmaq, nə də əmlak məsələlərini araşdırmaq səlahiyyətində deyildir. Çünki hər bir Azərbaycan vətəndaşı kimi vəkil də ailə həyatı qura bilər və ailə münasibətlərinin pozulması nəticəsində nikahı poza bilər və bunların vəkillik peşəsi ilə heç bir əlaqəsi yoxdur. Onun şəxsi ailə münasibətlərinin araşdırılması Vəkillər Kollegiyasının səlahiyyətlərinə aid deyildir. Həmçinin Vəkillər Kollegiyasının İntizam Komissiyası araşdırma nəticəsində belə qənaətə gəlmişlər ki, peşə fəaliyyətini həyata keçirərkən Cavabdeh özü üçün maddi nemətlər əldə etmişdir. Bununla bağlı bildirirmişdir ki, belə bir hal olsaydı, hüquq-mühafızə orqanları tərəfindən araşdırma aparılarkən hüquqi qiymət verilərdi. İntizam Komissiyası sadəcə şikayətçilərin şər-böhtan xarakterli ərizələrinə istinad etmiş, onun tərəfindən təqdim edilmiş sübutlara qiymət belə verilməmişdir. Ümümiyyətlə şikayətçilərin ailəsinə 2016-cı ildə çoxlu sayda hüquqi yardım göstərmişdır. Onların onun peşə fəaliyyəti ilə bağlı həmin illər ərzində heç bir şikayətləri olmamış, hal-hazırda da şikayətləri onun keyfıyyətsiz hüquqi yardım göstərməyi ilə bağlı olmamış, yalnız onun Rahib Hüseynov ilə boşandıqdan sonra ailə münasibətlərinin pozulması nəticəsində əsassız şikayətlər olmuşdur. Lətifə Hüseynovanın məqsədi tanıdıqları imkanlı vəzifəli şəxslərdən şər və böhtan ataraq pul əmlak tələb etmələri hamıya məlumdur. Şikayətçinin ərizəsində göstərdiyi bütün yazılar tam olaraq şər və böhtandır. Çünki onların məqsədi onun da əmlakının satılaraq onların borclarına verilməsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Lətifə Hüseynovanın əvvəlcədən düşünülmüş şəkildə çirk li bir oyunu olmuşdur. İşbaz və dələduz olan bu ailə onu rahatlıqla aldadıb öz toruna sala bilmişdir. Onlar əvvəlcə özlərini kimsəsiz, köməksiz, imkansız, başqaları tərəfındən haqları tapdanmış, hüquqları pozulmuş insanlar kimi təqdim etmişlər. O da onların ailəsinə daxil olduqdan sonra tanınmışdır. Onların ailəsində normal islah olunmaq istəyən şəxs var idisə Rahib Hüseynov idi. Lakin anası Rahibi də düz yola qayıtmağa qoymurdu, onu dələduzluq əməllərinə sövq edirdi. Özlərini onların ailəsinə doğma insan kimi göstərdilər, uşaqlarına özlərini istətdilər, xeyir və şərlərində gəlib özlərini ən yaxın doğmaları kimi göstərdilər. Amma onların bir oyun oynadığını, məkrli niyyətlərini və məqsədlərinin onun ailəsinin, özünün uşaqlarının, qohumlarının, dostlarının əmlaklarını aldadaraq mənimsəyərk olmasını sonradan bilmişdir. Onları tanıyan kim varsa bu ailə tərəfdən zərər çəkmiş şəxslərdir. Onların işi özlərini guya fəxri ada layiq görülmüş şəxs kimi təqdim etmək, vəzifəli şəxslərin adından istifadə edərək insanları aldadıb əmlaklarını mənimsəməkdir. Bu insanları cəmiyyət gözəl tanıyır, hər kəsi bir yolla aldatmış şəxslərdir. Onlar hamını rüşvət adı ilə şantaj edərək oğlanlarının buraxılmasına nail olmaq istəyirlər. Bir daha bildirmişdir ki, şikayətçinin ərizəsində qeyd etdikləri ona qarşı şər və böhtandır. Onların məqsədi onu hədələyərək oğlanlarını azadlığa buraxdırmaqdır. Halbuki onun belə bir səlahiyyəti yoxdur. Onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmləri vardır. Bir daha qeyd etmişdir ki, Rahib Hüseynov ev dustaqlığına çıxandan sonra onu sevdiyini, onunla ailə qu rmaq istədiyini dəfələrlə bildirmişdir. O, isə ona ziyan ödəməsə gələcəkdə həbs olunacağını bildirdikdə o, əmlakının qayınatası tərəfindən və xalaları tərəfindən əlindən alındığını bildirmiş, həmin şəxslərdən əmlakının alıb ziyanı ödəyəcəyini və azadlıqda qalacağını bildirmiş və onu buna inandırmışdır. Bir müddətdən sonra Rahib onunla ailə qurmuşdur. Bundan sonra Rahib qaynatasına, qayınanasına və keçmiş həyat yoldaşına qarşı ona iddia qaldırmağa, ondan guya keçmiş həyat yoldaşının adında əmlaklarının olması barədə sorğu vermək üçün ona əmlaklarının qaytarılmasında köməklik etməyi xahiş etmişdir. Lakin sonda heç bir əmlak olmadığı və Rahibin dediklərinin keçmiş qaynatasına qarşı böhtan olduğu müəyyən olundu. Onun bu dediklərinin kecmiş ailəsinə qarşı şər və böhtan olduğu müəyyən olundu. Bu nunla bağlı qayınatası Hüseynovlar ailəsini xüsusi ittiham qaydasında məhkəməyə verdi və onların coxlu yalvarışlarından, təkzib ərizələrindən sonra Əvəz Qocayev onlara qarşı şikayətindən imtina etdi. Vəkillər Kollegiyası iddia ərizəsində «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin pozulduğunu göstərsə də bildirmişdir ki, həmin Əsasnamənin pozulması halı baş verməmiş, onunla şikayətçilər arasında vəkillər müştəri arasında olan münasibətlərdən irəli gəlmiş şikayətlər olmamış, həmin şəxslər ailə münasibətlərinin irəli gələn şikayətlər etmiş, onun peşə fəaliyyəti ilə bağlı davranış qaydalarının pozulması ilə bağlı şikayətlərində bu barədə heç bir hal göstərməmişlər. O, fəaliyyət göstərdiyi 6 il ərzində müştəriləri ilə öz arasında peşə borcunu yerinə yetirərkən daim dürüstlük və ləyaqə tini nümayiş etdirmişdir, digər şəxslərin ağır maddi və s. vəziyyətlərindən yararlanmamışdır, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün heç vaxt qanunsuz vasitələrdən istifadə etməmişdir, həmişə öz vəzifələrini səmərəli yerinə yetirməyə çalışmışdır, peşə fəaliyyətini həyata keçirməklə hər bir müraciət etmiş şəxs üçün vicdanlılıq nümunəsi göstərmişdir. Heç vaxt hüquqi yardım göstərdiyi şəxsləri qanunsuz hərəkətlərə sövq etməmişdir. Öz fəaliyyətini qanunvericilik çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyası araşdırma aparan zaman onun 6 illik fəaliyyətinə nəzər yetirsəydi, görərdi ki, vəkillik fəaliyyəti dövründə heç vaxt qanun pozuntusuna yol verməmişdir və barəsində heç bir şikayət Vəkillər Kollegiyasına daxil olmamışdır. Be lə bir halda Vəkillər Kollegiyası ailə və şəxsi münasibətlər zəminində yaranmış əsassız və qanunsuz şikayəti əsasında intizam icraatı başlamamalı idi. Həmçinin, Vəkillər Kollegiyasının İntizam Komissiyası və Rəyasət Heyəti iclaslarında onun iştirakını təmin etməli və obyektiv araşdırma aparmalı idi. Bir daha qeyd etmişdir ki, ondan şikayət etmiş şəxslərin o ailə üzvü olmuş, həmin ailə üzvlərinə daim keyfiyyətli hüquqi yardım göstərmişdir. Hüseynovlar ailəsini bu respublikada çox insanlar tanıyır və həmin şəxslər də zərər çəkmiş şəxslərdir. Bu ailənin iki üzvü - Rahib Hüseynov və Emin Hüseynov dələduzluq etdiklərinə görə 9 il cəza almışlar, Onların anaları Lətifə Hüseynova barəsində Tovuz Rayon Məhkəməsinin icraatında cinayət işi vardır. X12 və onun əri İsmayıl Hüsevnova qarşı borclu qism ində Tovuz Rayon, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbələrində bir çox icra işləri vardır. Ondan şikayət etmiş bu şəxslər həmçinin onun pulunu və yaxın qohumları və ətrafının pullarını da mənimsəmişlər. Bu barədə məhkəmə qərarları var. Vəkillər Kollegiyasına şikayətdən əvvəl polis orqanlarına şikayətlərində olduğu kimi, ona borclu olduqları halda ondan pul istədilər, “verməsən VK-na şikayət edəcəyik” dedilər, istədiklərini almadıqda da hazırkı şikayəti yazmışlar. Bundan başqa Rahib Hüseynov cəzaçəkmə müəssisəsində dələduzluq əməllərini təkrarlayaraq, cəza çəkən dustaqlara onun onlara hüquqi yardım göstərəcəyi adı ilə aldadaraq adından həmin şəxslərin pullarını mənimsəmişdir. Tural və Yusif adlı məhkumları buna misal olaraq göstərə bilər. Hüseynovlar ailəsi daim öz qohum- əqrəba larını şər-böhtan ataraq pullar tələb etmişlər. Sonda da o R.Hüseynovdan boşandıqdan sonra ona da şər-böhtan ataraq niyyətləri pullarını mənimsəmək olmuşdur. Bu şəxslər Vəkillər Kollegiyasından başqa bütün hüquqmühafizə orqanlarına şər və böhtan xarakterli şikayətlər etmişlər. Hüquq-mühafizə orqanlarında onların şikayəti araşdırılmış və təsdiqini tapmadığından şikayətləri ilə bağlı cinayət işinin başlanması ilə baglı rədd qərarları qəbul edilmişdir. O, İntizam Komissiyasının üzvü Vasif Həsənova bütün sənədləri, eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarları, şikayətçilərin ona borcu olması barədə məhkəmə qərarlarını, həmçinin dediklərini təsdiq edən səs yazıları təqdim etmişdir, lakin intizam icraatı materialının 1 ilə yaxın müddətdə - 10 ay müddətində Vasif Hə sənovun icraatında qalmasına baxmayaraq həmin sənədlər İntizam Komissiyasına təqdim edilməmiş, bu sübutlara qiymət verilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4944/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vətəndaş Lətifə Hüseynovanın şikayət ərizəsi ilə bağlı Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən aparılmış araşdırma zamanı cavabdehin törətmiş olduğu əməllərin intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək intizam pozuntusuna yol verməsi müəyyən edildiyindən, həmin əməllər cavabdehin Vəkillər Kollegiyasından xaric edilməsi üçün yetərli olan, qanunla nəzərdə tutula n əsaslardır. Belə olan halda cavabdehin Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan iddiaçının gəldiyi nəticə əsaslı olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-746/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və i ddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarının 7-10-cu səhifələrində cavabdehin yazılı etirazı tam olaraq qeyd olunmamış, aşağıdakı abzaslarda qeyd olunan dəlil bilərəkdən çıxarılmışdır. Belə ki, 2 abzasın təsadüfdən və ya texniki səhv olaraq çıxarlması ağlabatan deyildir. 16. “İV. Vəkillər Kollegiyasının İntizam Komissiyası gəldiyi nəticədə «intizam pozuntuları» 2016-2017-ci illəri əhatə etmişdir və sonuncu «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü bəndinə; “vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən 6 ay törədildiyi gündən isə 1 il müddətində tətbiq edilə bilər. ” əsaslanmışdır.

17. Eyni zamanda, Kollegiya öz rəyində «Cavabdeh tərəfindən yol verilmiş intizam pozuntularının 2016-2017-ci illəri əhatə etdiyini» göstərsə də, intizam pozuntusunun aşkar edildiyi gündən 6 ay, törədildiyi gündən isə 1 il müddətində tətbiq edildiyini qeyd etsə də, «şikayətçilərlə Cavabdeh arasında əmlak xarakterli mübahisələrin 2020-ci ilin yanvar ayınadək davam etməsini, yəni formal nikaha daxil olmaqla müvəkkilinin əmlaklarını öz adma rəsmiləşdirməsinə nail olmaqla əmlakların bir qismini 2020-ci ilin yanvar ayında qaytarmasını» əsas gətirmişdir.”

18. Bundan əlavə, birinci instansiya məhkəməsi Vəkillər Kollegiyasının İntizam Komissiyası və Rəyasət Heyəti iclaslarında onun iş tirakını təmin edilməməsi, sübutlarının əlavə edilməməsi və nəticədə obyektiv araşdırma aparılmaması barədə dəlilinə də qiymət verməmişdir. Vəkillər Kollegiyası iddia ərizəsində «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin pozulduğunu göstərsə də, bildirir ki, həmin Əsasnamənin pozulması halı baş verməmiş, onunla şikayətçilər arasında vəkillər müştəri arasında olan münasibətlərdən irəli gəlmiş şikayətlər olmamış, həmin şəxslər ailə münasibətlərinin irəli gələn şikayətlər etmiş, onun peşə fəaliyyəti ilə bağlı davranış qaydalarının pozulması ilə bağlı şikayətlərində bu barədə heç bir hal göstərməmişlər. Belə bir halda Vəkillər Kollegiyası ailə və şəxsi münasibətlər zəminində yaranmış əsassız və qanunsuz şikayəti əsasında intizam icraatı başlamamalı idi.

19. Bakı Apellyasiya Məhkəməsi qərarının əsaslandırma hissəsində sübut kimi yalnız Vəkillər Kollegiyasının intizam Komissiyasının 05 noyabr 2020-ci il tarixli rəyinə və Vəkillər Kollegiyasının digər orqanı olan Rəyasət Heyətinin, yəni bilavasitə iddiaçının özünün aktı olan 06 noyabr 2020-ci il tarixli 15 saylı iclas protokoluna əsaslanmışdır. Buna baxmayaraq, qərarın sonunda - 32-ci səhifəsinin 4-cü abzasında məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi üçün yetərlidir. Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Qanunu: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Maddə

1. Azərbaycan Respublikasında vəkillik: İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. İİ. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. İİİ. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunları na əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi.... Maddə

5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin Ümumi qaydaları İ. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, on larla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.... Maddə

14. Vəkilin andı İ. Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X6 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm"... Maddə

16. Vəkilin vəzifələri İ. Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün q anunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlü kəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidir.... İİİ. Vəkilin mülki və ya cinayət işləri üzrə müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən hallar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir.... Maddə

18. Vəkil etikası Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Maddə

19. Vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İİ. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. İİİ. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.... Maddə

23. Vəkili n fəaliyyətinə xitam verilməsi İ. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər X9nin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.... 22. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə:... 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır.... 2.5. İctimai etimad - Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında həqiqəti təhrif etməməlidir.... 2.8. Mədəni davranış - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır.... 3.4. Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. 3.5. Vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir.... 6.4. Bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:... a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Maddə

96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya ş ikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillərinə münasibətdə Ali Məhkəmə qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, X13 cavabdeh barəsində şikayət ərizəsi ilə Vəkillər Kollegiyasına müraciət etmiş, həmin müraciət Vəkillər Kollegiyasının İntizam Komissiyasında araşdırılmış, araşdırma nəticəsində Komissiya cavabdehin müvəkkili Rahib H üseynova məxsus əmlaklar üzərinə qoyulmuş həbsin qarşısını almaq və əmlakların öz adına keçirilməsinə nail olmaq məqsədi ilə formal nikaha girməklə, peşə fəaliyyətini həyata keçirərkən qanuna zidd olaraq əmlak xarakterli maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etdiyindən, hüquqlarını müdafiə etdiyi şəxslə onun saxlanıldığı istintaq təcridxanasında hüquqi yardıma dair müqavilələr bağlamaqla və həmin müqavilələr üzrə hüquqi yardım haqqının təcridxanada saxlanılan şəxs tərəfindən formal olaraq ödənilməsini təşkil etdiyindən; hüquqi yardıma dair müqavilə bağlamadan banklardan onun adına köçürülmüş pulları əldə etdiyindən; köçürülən pulların məqsədini yayındırmaq üçün öz müvəkkili ilə rəsmi nikahdan əvvəl, faktiki nikah münasibətlərində olduğunu bildirərək, vəkil etikasına və vəkillik fə aliyyətinə uyğun olmayan hərəkətlər etdiyindən; xx.xx.2019-cu il tarixdə bağladığı hüquqi yardıma dair müqavilə üzrə xidmət haqqını müvəkkilindən nağd qaydada qəbul etdiyindən və nağd qaydada qəbul etdiyi pulu sonradan bankda terminal vasitəsi ilə öz hesabına mədaxil olunmasını təşkil etdiyindən vəkil kimi hüquq və vəzifələrini düzgün icra etməməsi, peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemətlər əldə etməsi, vəkil etikası tələblərinə riayət etməməsi, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi, bununla vəkilliyə olan inamı azaltmaqla, vəkillik peşəsinin nüfuzunu artırmağa yönələn və vəkilliyə olan ictimai etimadın bərpası üçün tədbirlər görməməsi nəticəsinə gələrək müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X3 müraciət edilmi şdir. Azərbaycan Respublikası Vəkillər X9 İntizam Komissiyasının rəyini nəzərə alaraq cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin vəkillik fəaliyyətinə və bu fəaliyyətdən irəli gələn hüquq və səlahiyyətlərinə müdaxilə vəkillərin yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş davranış qaydalarının tələblərinin təmin olunmasına, vəkillərin və vəkil qurumlarının nüfuzunun qorunmasına, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə zidd olmuşdur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə cavabdehin Vəkillər Kollegiyası üzv lüyündən xaric edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-746/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar