Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1076/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs Dövlət Neft Şirkətinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində müllkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bərabərlik prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Dövlət Neft Şirkətinə) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 21(103)-3486/2024 nömrəli qərarından üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 12 nömrəli qərarına əsasən, İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəsi tərəfindən Buzovna qəsəbəsində İdd iaçı ayrılmış 54 nömrəli torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir.
3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən, ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əzizbəyov (indiki Xəzər) X1 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 12 saylı sərəncamı ilə ona fərdi ev tikintisi üçün ayrılmış 800 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddia tələbi bu qərarın 1-2-ci bəndlərində qeyd edilən hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr məlumatlarına əsasən, ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması məlum olmuşdur. Bundan əlavə, təqdim edilən qərarda düzəlişlər mövcuddur və düzəlişlər səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 06 aprel 2023-cü il tarixli 21(112)-7437/2023 nömrəli qərardadı ilə Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə i craatına cəlb edilmişdir.
8. İşin məhkəmə araşdırması zamanı “Buzovna qəsəbəsində 54 nömrəli sahədə yerləşən torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsini təsdiq edən xəritədən izahlı çıxarışın, ümumiyyətlə, torpaq sahəsinin Dövlət Neft Şirkətinə ayrılması barədə hüquqmüəyyənedici sənədlərin, o cümlədən ayrıc aktının (yerləşmə vəziyyətini əks etdirən orto-foto, cizgi və sair) və onların verilməsinə əsas olmuş sənədlərin, eyni zamanda, iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi barədə” sorğu göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrini n daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri həmin sahənin ilkin mülkiyyətçilərinə Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin sərəncamları əsasında ayrılmış torpaq sahələridir. Həmçinin, həmin məktubda qeyd edilmişdir ki, torpaq sahəsinin Dövlət Neft Şirkətinə ayrılması barədə hüquqmüəyyənedici sənədlər, o cümlədən ayrıc aktı İdarənin arxivində aşkar edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 27 iyun 2024-cü il tarixli, 21(112)-897/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əzizbəyo v rayon X1 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 12 nömrəli qərarı əsasında İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 800 kv m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və buna dair reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 12 nömrəli qərarının təsdiqlənmiş surətinə əsasən, İddiaçı Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmışdır. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayə ndəsi tərəfindən Buzovna qəsəbəsində İddiaçı ayrılmış 54 nömrəli torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciəti təmin edilməmişdir. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sə nədlərə əsasən müəyyən edilmişdir ki, qonşuluqda yerləşən həmin torpaq sahələri də, öz ilkin mülkiyyətçisinə, iddiaçıya ayrıldığı kimi, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən ayrılmışdır və həmin torpaq sahəsinə dair hüquqlar artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
11. Üçüncü şəxs Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-3486/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Üçüncü şəxs Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxs Dövlət Neft Şirkəti kassasiya şikayətində apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra ha kimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb ol unmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəs i ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Bununla belə, məhk əmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İşin hallarından göründüyü kimi, Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 12 nömrəli qərarı ilə iddiaçıya Buzovna qəsəbəsində 54 nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi ayrılmış, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəsi tərəfindənhəmin torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış ayrılmış torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir.
25. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan 800 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması barədə Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin 1990-cı il tarixli 12 nömrəli qərarı hazırkı vaxtadək mübahisələndirilməməklə qüvvədədir, mötəbərliyi (qanuna uyğunluğu) ilə bağlı mübahisə yoxdur. Mübahisə predmeti olan torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin iddiaçıya ayrılması qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
26. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman həmin torpaq sahələri üzərində sərəncam vermək hüququ icra hakimiyyəti orqanına məxsus olmuş, başqa sözlə, icra hakimiyyəti həmin torpaq sahəsinin vətəndaşlara ayrılması barədə sərəncam vermək üçün səlahiyyətli olmaqla, iddiaçının hazırda tələbinin əsası kimi istinad etdiyi inzibati aktı -sərəncamı vermişdir.
27. Bundan əlavə, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iddiaçının “Buzovna qəsəbəsində 54 nömrəli sahədə yerləşən torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsini təsdiq edən xəritədən izahlı çıxarışı, ümumiyyətlə, torpaq sahəsinin Dövlət Neft Şirkətinə ayrılması barədə hüquqmüəyyənedici sənədlərin və onların verilməsinə əsas olmuş sənədlərin, eyni zamanda iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələrinə dair v erilmiş çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi barədə” sorğu göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri həmin sahənin ilkin mülkiyyətçilərinə Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin sərəncamları əsasında ayrılmış torpaq sahələridir. Həmçinin, həmin məktubda qeyd edilmişdir ki, torpaq sahəsinin Dövlət Neft Şirkətinə ayrılması barədə hüqu qmüəyyənedici sənədlər, o cümlədən ayrıc aktı İdarənin arxivində aşkar edilməmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 29. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarlar ın qəbul edilməsi qadağandır.
30. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Odur ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsasla nmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)-3486/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.