Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1078/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-1(105)-236/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 02 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ərizəsində qe yd olunan qeyriyaşayış binasına dair Quba rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 24 iyul tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Quba rayon XDS Rəyasət Heyətinin 1993-cü il 28 yanvar tarixli, 26 saylı qərarından çıxarışa əsasən ayrılmış 30 kv.m torpaq sahəsi və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əs aslandırmışdır ki, Quba rayon XDS Rəyasət Heyətinin 1993-cü il 28 yanvar tarixli, 26 saylı qərarı ilə xüsusi mağaza tikməkdən ötrü Quba şəhərin 24-cü məhəlləsindən 30 kv m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində tikiləcək mağazanın layihəsi təsdiq edilmişdir. 1998-ci ildə mağaza inşa edilmiş və texniki pasport tərtib edilmişdir. Torpaq sahəsi 30 kv.m olsa da, iddiaçı tikilini 59 kv.m ölçüdə tikmişdir. Mağaza həmin vaxtdan fəaliyyət göstərir. İddiaçı torpaq sahəsi və mağaza üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etdikdə ona imtina cavabı verilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli, 2-1(118)1157/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Quba rayon XDS Rəyasət Heyətinin 1993-cü il 28 yanvar tarixli, 26 saylı qərarı ilə ayrılmış 30 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılsa da, onun tikintisi üçün icazə verilməsi barədə müvafiq sərəncam verilməmişdir. Həmin obyektin 1998-ci ildə inşa edildiyi nəzərə alınarsa, həmin dövrdə qüvvədə olan şəhərsalma qanunvericiliyinə görə tikinti üçün icazə nin verilməsi və daha sonra tikintinin istismara qəbul edilməsi barədə aktın tərtib olunması tələb edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikilməsinə dair icazə, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə təqdim olunmadığından iddia tələbi qismən, yəni 30 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-1(105)-236/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsin in 2020-ci il 20 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının Quba rayon XDS Rəyasət Heyətinin 1993-cü il 28 yanvar tarixli, 26 saylı qərarı ilə ayrılmış 30 kv.m torpaq sahəsi kimi dövlət reyestrindən çıxarışın verilməsi İlə bağlı c avabdehə müraciəti olmamış, bununla bağlı inzibati orqan tərəfindən inzibati akt qəbul edilməmiş, imtina yalnız qeyri-yaşayış binası ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qərarında göstərmişdir ki, cavabdeh torpaq sahəsi kimi dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ona müraciət olunmamasına dair heç bir sübut təqdim etməmişdir, halbuki bu hal iddiaçıya verilmiş cavab məktubu ilə tam təsdiq edilir, bununla bağlı əlavə sübutların təqdim edilməsinə heç bir zərurət yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 157-ci maddələrinə istinad edərək qərarını əsaslandırmağa çalışmış, lakin iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının əmələ gəlməsinin əsasları barədə bir cümlə belə qeyd etməmişdir, çünki belə əsaslar mövcud olmam ışdır.
13. Məhkəmə kollegiyası 30 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə yaxud normativ akta əsaslandığını qərarda göstərməmişdir, iş materiallarında isə mübahisələndirilən torpaq sahəsinin mülkiyyətə verilməsinə qanunvericiliklə nəzərdə tutulmuş heç bir əsas yoxdur. Apellyasiya şikayətinin təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qənaətə gələn məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsin ə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir.” Bu halda, Quba rayon XDS Rəyasət Heyətinin 1993-cü il 28 yanvar tarixli, 26 saylı qərarı ilə mağaza tikilməsi məqsədilə 30 kv.metr torpaq sahəsinin istifadəyə ayrılması nəzərdə tutulur. Belə ki, həmin dövrdə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunu qüvvəyə minənədək torpaq sahələrin xüsusi mülkiyyətə ayrılması qanunvericilikdə nəzərdə tutulmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəm ə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya in stansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Apellyasiya instansiyası məhkəməsi iddianın torpaq sahəsinə münasibətdə əsaslılığı ilə bağlı gəldiyi nəticənin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinə istinad etmişdir. Həmin normaların tələbinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
21. Hazırkı halda, iddiaçı öz tələbinin əsası kimi Quba rayon XDS Rəyasət Heyətinin 1993-cü il 28 yanvar tarixli, 26 saylı qərarına istinad edir. Lakin həmin qərarın məzmunundan göründüyü kimi, 30 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Bu qənaət, həmçinin ondan irəli gəlir ki, həmin qərarda torpaq sahəsinin ayrılmasının hüquqi əsası kimi qərarın qəbul edildiyi 1993-cü ildə qüvvədə o lmuş Torpaq Məcəlləsinin 76-cı maddəsinə istinad olunmuşdur. Həmin norma isə, yaşayış məntəqələrinin ərazisində ümumi istifadədə olan torpaqların ticarət çadırlarının, köşklərin, dükanların, pavilyonların və s. quraşdırılması üçün müəssisələrin, idarələrin və təşkilatların müvəqqəti istifadəsinə verilməsini nəzərdə tutur.
22. İddia olunan torpaq sahəsinin Quba rayon XDS Rəyasət Heyəti tərəfindən iddiaçının bilavasitə mülkiyyətinə verildiyini təsdiq edən hüquqmüəyyənedici sənəd yoxdur.
23. Eyni ilə, iddiaçının inşa etdiyi obyektin yerləşdiyi torpaq sahəsinin yaşayış məntəqələrinin ərazisində olan torpaqlara aid olduğu qəbul edildikdə, həmin torpaqların isə “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin və Torpaq Məcəlləsinin 47-ci maddəsinin müddəalarına əsasən bələdiyyə mülkiyyətinə ai d olduğu nəzərə alındıqda, iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən də iddiaçının mülkiyyətinə verildiyini təsdiq edən sənəd yoxdur.
24. Bundan başqa, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş digər əsaslar da mövcud deyil.
25. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-1(105)-236/2021 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.