Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-108/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2-1(103)-1680/2023 nömrəli qərarın dan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin 7-ci səhifəsində onun xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli rayonunda döyüş əməliyyatları zonasında rabitənin təmin edilməsində iştirak etdiyi qeyd olunmuş və həmin qeydlər N nömrəli hərbi hissə komandirinin imzası və hərbi hissənin möhürü ilə təsdiq olunmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1996-cı il tarixli, SQ ******* nömrəli vəsiqəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli, 0103nm nömrəli əmri ilə ona kiçik gizir hərbi rütbəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx. xx.1995-ci il tarixli, 081km nömrəli əmri ilə Kabelli Radiorele bölüyünün baş texniki təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin qeydlərinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli, 0300km nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “v” bəndinə əsasən ordu sıralarından ehtiyata buraxılmışdır.
3. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş dekabr 1997-ci il tarixli, 513 nömrəli arayışda İddiaçı gizir rütbəsində xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasında (xx.xx.1994-cü il tarixli, 23 nömrəli əmrə və xx.xx.1994-cü il tarixli, 84 nömrəli əmrə əsasən) Füzuli rayonunda döyüş bölgəsində və xx.xx.1994-cü il tarixdən (xx.xx.1994-cü il tarixli, 94 nömrəli əmrə əsasən) xx.xx.1994-cü il tarixədək (xx.xx.1994-cü il tarixli, 128 n ömrəli əmrə əsasən) İmişli rayonunda ezamiyyətdə olduğu göstərilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/218/94 nömrəli arxiv arayışına əsasən: - N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 23 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: §5, səh. 36, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Füzuli rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 84 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: §11, səh. 96, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Füzuli rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardı r; - N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 94 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: §3, səh. 114, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsini təmin etmək üçün xx.xx.1994-cü il tarixdən İmişli rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 128 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: §20, səh. 37, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) İmişli rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır.
5. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciətlər etmişdir.
6. Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2022-ci tarixli məktublarla müraciətlərin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-18194 nömrəli arayışına əsasən, 23.01-xx.xx.1994-cü il tarixlərdə Füzuli rayonuna ezamiyyətinin məqsədi qeyd edilmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarş ı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin döyüşlərdə iştirak etməsinə baxmayaraq hal-hazıra kimi “Müharibə veteranı” adını və vəsiqəsini ala bilməmişdir. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 23 nömrəli əmrində, gizir rütbəsində xidmət etməklə Füzuli rayonuna ezamiyyətə göndərilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 84 nömrəli əmri ilə gizir rütbəsində xidmət göst ərməklə Füzuli rayonundan ezamiyyətdən qayıtmışdır. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 94 nömrəli əmrində, o, gizir rütbəsində xidmət edərək xx.xx.1994cü il tarixdən İmişli rayonuna ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 128 nömrəli əmri ilə gizir rütbəsində xidmət edərək İmişli rayonundan ezamiyyətdən qayıtmışdır. Cavabdeh tərəfindən onun müraciətinə cavab məktubunda yuxarıda qeyd etdiyi hallar təsdiq edilmişdir. Həmçinin həmin hallar N nömrəli hərbi hissə komandirinin arayışında da bir daha öz təsdiqin tapır. Bütün bunlar onun xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Vətən qarşısında öz vəzifə borcunu yerinə yetirməsinin sübutudur və yuxarıda göstərilən hallarla tam sübuta yetirilir. Be lə olan halda, ona hansı əsaslarla cavabdeh tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. 1-ci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak edən şəxslərin əksəriyyəti barəsində natamam qeydlər cavabdeh orqan tərəfindən aparılmışdır. Bu həmin dövrdə sənədləşmə işlərinin düzgün aparılmamasından irəli gəlir. Məhz həmin səbəblərdən onun kimi digər şəxslərin qeydiyyatı düzgün aparılmamış və yaxud aparılsa da, natamam aparılmışdır. Cavabdehin imtinasında isə formal xarakterli sözlərə istinad edilmişdir. Belə ki, cavabdeh onun iştirakını təsdiq etsə də, lakin qeydlərdə adın və ata adının tam göstərilmədiyinə, vəzifəsi barədə qeydlərin olmadığına istinad edir. Lakin sonrakı qeydlərdə onun N nömrəli hərbi hissə komandirinin müvafiq əmrləri ilə eza miyyətə göndərilməsi və qayıtması barədə qeydlərin aparıldığını təsdiq edir. Həmin hallar barədə hərbi biletinin müvafiq bölməsində də qeydlər aparılmışdır. Həmçinin onun İl qrup əlillik dərəcəsinin olması xidməti nəticəsində aldığı xəstəliyin təzahürüdür. Onun “Müharibə veteranı” adını almaq üçün bir çox aidiyyətı təşkilatlara etdiyi müraciətlərin heç bir nəticəsi olmamışdır. Həmçinin cavabdeh tərəfindən onun ərizəsinə baxılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməmişdir.
9. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri h aqqında” Əsasnamənin 1-ci bəndinə istinadən iddiaçıya veteran statusu verilməsi üçün əsasların olmadığını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin sərəncamına gəlmiş, 888 nömrəli hərb hissənin hərbi qulluqçusu, kiçik gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 284 nömrəli əmri ilə (əsas: §5, sıra 9, əmrdə vəzifəsi göstərilməyib) müvafiq vəzifəyə təyin olunmuşdur. N nömrəli hərbi hissənin zabit, gizir heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və hərbi hissədən xaric olunması barədə məlumat aşkar olunmamışdır. Məktuba əlavə olunmuş hərbi biletin kserosurətində İddiaçı N nöm rəli hərbi hissədən tərxis olunması barədə məlumat qeyd edilmədiyindən əlavə araşdırma apara bilməmişlər. Sözügedən məktubla təqdim edilmiş arxiv çıxarışlarına əsasən müəyyən edilmişdir ki, iddiaçının Füzuli rayonuna ezam olunmasına dair xx.xx.1994-cü il tarixli əmrin verilməsinə əsas kimi komandir Qocayevin xx.xx.1994-cü il tarixli raportu əsas olmuşdur. Ezamiyyətə getməsi və ezamiyyətdən qayıtması barədə xx.xx.1994-cü il tarixli və xx.xx.1994-cü il tarixli əmrlərdə iddiaçının adı və atasının adı tam yazılmamış, vəzifəsi göstərilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 18 noyabr 2022-ci il tarixli, 2-1(112)-5703/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-18194 nömrəli arayışına əsasən 23.01-xx.xx.1994-cü il tarixlərdə Füzuli rayonuna ezamiyyətinin məqsədinin qeyd edilməməsinə əsaslanmaqla imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı işdə olan sübutlarla müəyyən edilir ki, iddiaçının Füzuli rayonuna ezamiyyətə göndərilməsi barədə əmrlərdə iddiaçının ezamiyyətə göndərilməsinin səbəbi barədə hər hansı bir qeyd olmasa da, ezamiyyətə göndərilməsi barədə əmrin verilməsinə əsas olmuş sənəd qismində komandirin raportunun olması göstərilmiş, bundan əlavə iddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsində iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli rayonunda rabitəni təmin etmək məqsədilə döyüş bölgəsində olması barədə N nömrəli hərbi hissə komandirinin qeydləri mövcud olmuş, eləcə də, həmin qeydlər N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş dekabr 1997-ci il tarixli, 513 nömrəli arayışla da təsdiq edilmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus şəxsi vəsiqədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “məhkumluğun olmaması barədə” arayışdan da, görünür ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli, 0300km nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “v” bəndinə əsasən hərbi xidmətdən ehtiyata tərxis edilmiş, bununla da, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması öz təs diqini tapmışdır. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun müvafiq tələblərinə riayət edilmədən, iddiaçıda olan sənədlər tam şəkildə araşdırılaraq hüquqi qiymət verilmədən, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi qanuni və əsaslı olmamışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 06 iyul 2023-cü il tarixli, 2-1(103)-1680/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdı r.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının döyüş bölgəsinə ezam olunduğu, onun döyüş zonasında rabitə təminatında iştirak etdiyi və xx.xx.1996-cı il tarixdə isə ehtiyata buraxılaraq tərxis olunduğu təsdiq olunur. İddiaçı tam qanuni əsaslarla ehtiyata buraxılmışdır. Beləliklə də, iddiaçıya veteran statusu verilməsini zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilir. Bu isə, onu deməyə əsas verir ki, cavabdeh orqanın yaratdığı komissiya tərəfindən iddiaçıya veteran adının və vəsiqəsinin verilməsindən imtina olunması onun qanunla qorunan hüquqlarını pozmuşdur.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateq oriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qa ydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xi dmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərba ycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaq ədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstəl ərinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, A zərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasi ya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 23 nömrəli əmrinə əsasən Füzuli rayonuna döyüş bölgəsinə ezamiyyətə göndərildiyini və xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyini iddia edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir. Bu zaman iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/218/94 nömrəli arxiv arayışına, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş dekabr 1997-ci il tarixli, 513 nömrəli arayışa və xx.xx.1987-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletindəki qeydlərə istinad edir.
27. Bu qərarın 20-ci bəndində istinad edilən normalara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988 -ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanlar ı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
28. İddiaçının tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/218/94 nömrəli arxiv arayışında, habelə N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş dekabr 1997-ci il tarixli, 513 nömrəli arayışda onun N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 23 nömrəli əmri ilə Füzuli rayonuna ezamiyyətə göndərilməsi və xx.xx.1994-cü il tarixli, 84 nömrəli əmri ilə Füzuli rayonundan ezamiyyətdən qayıtması barədə məlumatlar qeyd olunsa da, həmin sənədlərdən onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yeti rilməsi üçün döyüş əməliyyatları aparan hansı hərbi hissəyə və ya orqana ezam olunduğu görünmür.
29. İstinad edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/218/94 nömrəli arxiv arayışında həmçinin iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 94 nömrəli əmri ilə rabitə əlaqəsini təmin etmək üçün xx.xx.1994-cü il tarixdən İmişli rayonuna ezamiyyətə göndərilməsi və xx.xx.1994-cü il tarixli, 128 nömrəli əmri ilə İmişli rayonundan ezamiyyətdən qayıtması barədə məlumatlar qeyd olunmuşdur. Lakin İmişli rayonu bu qərarın 20-ci bəndində istinad edilən normalarda döyüş əməliyyatları aparılan bölgə kimi nəzərdə tutulmamışdır.
30. İddiaçının hərbi biletindəki qeydlərə münasibətdə isə nəzərə almaq lazımdır ki, b u qərarın 20-ci bəndində istinad edilən normalara əsasən, hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir. Hazırkı mübahisəyə münasibətdə hərbi biletdəki məlumatları təsdiq edən hərbi hissələrin nizami hissə üzrə Əsasnamə ilə tələb olunan məzmunda əmrləri və ya arxiv arayışları iş üzrə materiallarda mövcud deyildir və iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır.
31. Nəzərə almaq lazımdır ki, iddiaçının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu hərbi hissə və ya orqan müəyyən olunmadan, bu qərarın 20-ci bəndi ndə istinad olunan norma anlamında onun ezam olunduğu hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqan olduğunu, döyüş əməliyyatları aparan hərbi hissələrin müvafiq siyahısında nəzərdə tutulubtutulmadığını və bunun üzərindən iddiaçının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün məhz döyüş əməliyyatları aparan hərbi hissəyə və ya orqana ezam olunduğunu müəyyən etmək mümkün deyildir.
32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona “Müharibə veteranı” adının verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir.
33. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab ed ir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 21(103)-1680/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin olunmur. Qərar qətidir.