Məhkəmə qərarları › İş №2-1(102)-108/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-108/2025

23.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-108/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sonuncu vəzifədən öncə xidmət etdiyi vəzifədən təminat xərcliyi əsas götürülməklə barəsində yeni məlumat vərəqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sonuncu vəzifədən öncə xidmət etdiyi Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsindən təminat xərcliyi əsas götürülməklə, barəsində yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(103)-1126/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N94-cü il tarixli 0469 nömrəli əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Artilleriya İdarəsinin D öyüş hazırlığı şöbəsinin rəis müavini polkovnik İddiaçı Cəlal oğlu tutduğu vəzifədən azad edilmiş və M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi təyin edilmişdir.

2. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N95-ci il tarixli 01593 nömrəli əmrinə əsasən, polkovnik İddiaçı Cəlal oğlu, Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Silahlı qüvvələrdə xx.xx.N60-cı ildən xx.xx.N89-cu ilədək, xx.xx.N79-cu ildən xx.xx.N84-cü ilə qədər və xx.xx.N92-ci ildən 01 noyabr N95-ci ilədək xidmətdə olmuşdur.

3. İddiaçı Cəlal oğlu sonuncu vəzifədən öncə xidmət etdi yi vəzifədən təminat xərcliyi əsas götürülməklə, barəsində yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, ona təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinə yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanması üçün əsas götürülən təminat xərcliyində (pul təminatında) heç bir səhvə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respu blikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunma sı müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Onun isə “Müdafiə Nazirliyi Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin baş zabiti - şöbə rəisinin müavini” vəzifəsindən “Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəlli mi” vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də, adına tərtib olunmuş ZE-41278 nömrəli “Məlumat vərəqi”ndə onun hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə, yəni Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi” vəzifəsi üzrə, aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Odur ki, pensiyanın yenidən hesablanması məqsədi ilə adı çəkilən orqana yeni “Məlumat vərəqi” tərtib olunaraq göndərilməsi qanuna müvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sonuncu vəzifədən öncə xidmət etdiyi Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsindən təminat xərcliyi əsas götürülməklə barəsində yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda aldığı pensiya məbləğinin aşağıda istinad edilmiş əsaslar nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməlidir. Belə ki, cavabdeh qeyd edil miş nəticəyə gələrkən işin həqiqi hallarına əhəmiyyət verməmiş və maddi hüquq normalarına düzgün istinad etməmişdir. O, N89-cu ildə uzun müddət hərbi xidmətdə hərbi qulluqçu olaraq xidmət göstərdikdən sonra pensiyaya çıxmışdır. Təqaüddə olarkən könüllü olaraq hərbi xidmətə qayıtmaq istəyi nəzərə alınaraq Azərbaycan Respublikası MN-nin xx.xx.N92-ci tarixli, 01300 nömrəli əmri ilə MN-nin 708 saylı X3 rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.N93-cü ilədək Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. xx.xx.N93-cü ildən xx.xx.N94-cü ilədək olan müddət ərzində isə MN-nin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsində xidmət göstərmişdir. Bu müddət ərzində də 708 saylı Briqadanın qərargah rəisi vəzifəsini icra etmişdir. N94-cü ilin yanvar ayından fevral ayının 12-dək olan müddət ərzində Ağdam-Ağdərə bölgələrində ezamiyyətdə olarkən xəstələnmişdir. Bu səbəbdən də, xx.xx.N93-cü ildən xx.xx.N94-cü ilədək və xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü ilədək olan müddət ərzində Mərkəzi Hərbi Hospitalda stasionar qaydada müalicə aldıqdan sonra yaşı və xəstəliyi ilə əlaqədar xx.xx.N94-cü il tarixdən xx.xx.N95-ci ilədək MN-nin müvafiq əmri ilə Bakı Dövlət Universitetin hərbi kafedrasında müəllim olaraq xidmət göstərdikdən sonra istefaya buraxılmışdır. İstefaya buraxılarkən ona təqaüd sonuncu xidmət vəzifəsinə uyğun olaraq hesablanmış, nəticədə də, təqaüdü "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.18-ci maddəsinin tələbləri nəzərə alınmadan, düzgün hesablanmamışdır. Sənədlərdən göründüyü kimi, sonuncu dəfə təqaüdə çıxmamışdan əvvəl 1 il 4 ay müddətində səhhəti ilə bağlı Bakı Dövlət Universitetin hərbi kafedrasında müəllim vəzifəsində xidmət göstərmiş olsa da, həmin vəzifəyə səhhəti ilə bağlı keçirildiyindən, onun əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən, yəni həmin vəzifədən öncə xidmət göstərdiyi MN-nin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinin təminat xərclərinin aylıq məbləğindən hesablanmalı olduğu halda, cavabdeh iş üzrə mühüm əhəmiyyət kəsb edən bu halı nəzərə almamışdır. Bununla da, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.18-ci maddəsinin tələbləri pozulmuşdur.

6. Cavabdeh inzibati orqan iddiaya qarşı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslan dırmışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 04 oktyabr 2023-cü il tarixli 2-1(112)-8234/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini sonuncu tutduğu vəzifəyə səhhəti və yaşı ilə əlaqədar keçirilməsi ilə əlaqələndirmişdir (bununla bağlı dəlillərini iş materiallarına əlavə edilmiş epikrizləri ilə əsaslandırmağa çalışmışdır). İddiaçı 13 iyun N94-cü il tarixli 0469 nömrəli əmrlə Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsindən azad edilərək, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi təyin edilərkən həmin vəzifəyə təyin edilməsinin əsasları göstərilməmiş, əmrin verilməsinə əsas olmuş sənədlər isə saxlama müddəti qutardığından qanunamüvafiq qaydada məhv edilmişdir. O, 01 noyabr N95-ci il tarixli 01593 nömrəli əmrlə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. İddiaçının iş materiallarına əlavə etdiyi epikrizlər isə mövcud vəziyyətdə onun həmin dövrdəki sağlamlıq vəziyyətini əks etdirən sənədlər olmaqla, onun səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçməsini təsdiqləyən sübut qismində qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi sübuta yetirilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını x ahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 10 iyul 2024-cü il tarixli, 21(103)-1126/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunması və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: 13.İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, onun xx.xx.N94-cü il tarixdən sonra və yaxud ondan bir neçə ay əvvəl vəzifəsinin dəyişməsi heç nəyi dəyişmir və istənilən halda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin təsirinin altına düşür. Qanunda yalnız 2006-cı ildə müvafiq dəyişiklik edilmiş, tərxis olunmaq üçün yaş həddi polkovniklər (əvvəllər qanunda “Baş zabit” adlanırdı) üçün 53 yaş müəyyən edilmişdir. O, MN-nin xx.xx.N94-cü il tarixli, 0469 saylı əmri ilə daha az maaşlı işə - Bakı Dövlət Universitetinin hərbi kafedrasında müəllimi vəzifəsinə keçən zaman pensiya yaşına çatmışdı və onun 52 yaşı var idi (o vaxt 50 yaş tələb olunurdu), bu isə o anlama gəlir ki, o, səhhəti ilə bağlı və yaxud yaşı ilə bağlı tərxis olunarsa belə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18ci ma ddəsinin təsiri altına düşür və o, həmin vəzifədə xx.xx.N94-cü il tarixdən xx.xx.N95-ci ilədək işləmişdir (1 il 5 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsi əsas götürülərək ona təminat xərcləri əmək pensiyasına əlavə 1,5 il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanmalı idi. O, N92-ci ildən “polkovnik” rütbəsi daşımışdır, bu isə o deməkdir ki, o, struktur dəyişikliyindən əvvəl də, sonra da “Polkovnik” - yəni “Baş zabit” idi. O, 12 mart N89-ci il tarixdən artıq pensiyaçı idi və müvafiq qaydada pensiya alırdı (20.18 - keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular). Onun şəxsi işində bu barədə tam məlumatlar olsa da, nə Müdafiə Nazirliyi, nə də məhkəmə bunu nəzərə almamışdır. b) kassasiy a şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.9. Hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. 2.0.10. Hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır.... Maddə 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imza landığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır....

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları: Bənd

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublik ası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3- cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Re spublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bənd

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əs asında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.5. Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən bu raxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.... Maddə 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyənədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

18. Azərb aycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdı r.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ve rilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı sonuncu vəzifədən öncə xidmət etdiyi vəzifədən təminat xərcliyi əsas götürülməklə bar əsində yeni məlumat vərəqəsinin verilməsindən ibarətdir.

24. İşin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.N92-cı il tarixdən xx.xx.N93-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Əlahiddə X3 rəisi, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N nömrəli hərbi hissədə Arxa cəbhə üzrə komandirin müavini, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Artilleriya rəisi, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək Müdafiə Nazirliyi Artilleriya və Hava hücumundan müdafiə idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini, xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək Müdafiə Nazirliyinin Artilleriya idarəsi Döyüş hazırlığı şöbəsinin rəis müavini -Baş zabit, xx.xx.N94-cü il tarixdən xx.xx.N95-ci il tarixədək M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsində xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 01593 nömrəli 01 noyabr N95-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin 18-cı maddəsinin ”b” bəndinə (yaşa görə) müvafiq olaraq, Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsindən ehtiyata tərxis olunaraq şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Bundan sonra, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə istinad edərək iddiaçının ehtiyata buraxılarkən son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib etmiş və pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fon duna göndərmişdir. Həmin məlumat vərəqindən narazı qalan iddiaçı cavabdehdən “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin tələblərini əsas götürməklə ona təyin edilmiş pensiya məbləğinin sonuncu vəzifədən öncə xidmət göstərdiyi Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinin təminat xərcliyinin aylıq məbləğləri nəzərə alınmaqla yeni məlumat vərəqənin verilməsini tələb etmiş, cavabdeh həmin tələbdən imtina etmişdir.

25. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik bir qayda olaraq təminat xərcliyinin hesablanması üçün hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə, başqa sözlə ehtiyata buraxılarkən son tutduğu vəzifəyə uyğun aldıqları vəzifə maaşı və əlavələrin məbləğindən (sonrakı artıml ar da nəzərə alınmaqla) hesablamanı müəyyən etmişdir.

26. Hazırkı iş üzrə polkovnik İddiaçı Cəlal oğlu Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsindən azad olunmaqla ehtiyata buraxılmış və qanunvericiliyin tələbinə uyğun son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib edilmiş, pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Lakin iddiaçı həmin məlumat vərəqəsi ilə razılaşmayaraq, sonuncu vəzifədən öncə xidmət göstərdiyi Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsi üzrə təminat xərcliyindən hesablamanın aparılmasını tələb edir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, hərbi qulluqçuların əmək pensiyasına əlavə, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşl ı vəzifəyə keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğinə əsasən o zaman hesablanır ki, qeyd edilən keçirilməyədək hərbi qulluqçu yaşa görə əmək pensiyası almaq hüququna malik olsun. Başqa sözlə, tələb olunan dispozisiya şərtləri baxımından, iddiaçı xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməlidir, həmin vəzifəyə keçirilənədək əvvəlki vəzifədə azı bir il çalışmış olmalı, yəni vəzifəyə keçirildiyi günə yaşa görə əmək pensiyası hüququna malik olmalıdır. Yalnız bu şərtlərin hamısının birlikdə mövcud olduğu halda, hərbi qulluqçunun əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

27. Hazırkı iş üzrə isə cavabdehin xx.xx.N94-cü il tarixli 0469 nömrəl i əmrindən çıxarışdan da görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini polkovnik İddiaçı Cəlal oğlu tutduğu vəzifədən azad edilmiş və M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsinə təyin olunmuşdur. Həmin əmrdə iddiaçının səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinə dair hər hansı qeyd mövcud deyil.

28. İşin həm birinci instansiya, həm də apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müvafiq məktublarla bildirmişdir ki, xx.xx.N94-cü il tarixli 0469 nömrəli və xx.xx.N95-ci il tarixli 01593 nömrəli əmrlərin verilməsi üçün əsas olan sənədlər saxlama müddəti qurtardığına görə qanuna müvafiq qaydada məhv edilmişdir, lakin həmin əmrlərin yalnız arxiv çıxarışları məhkəməyə təqdim olunmuşdur.

29. Beləliklə, iddiaçı cavabdehin xx.xx.N94-cü il tarixli 0469 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Qanuna müvafiq olaraq Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsindən azad edilərək, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsinə təyin olunarkən onun xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinə səhhəti və ya yaşı ilə əlaqədar hər hansı fakt əsas olmamışdır. Bu barədə, sözügedən əmrin məzmununda da hər hansı qeyd olmamışdır. Belə olan halda, iddiaçının tələb etdiyi məlumat vərəqəsinin göndərilməsi qeyrimümkündür.

30. Eyni zamanda, məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə onu da qeyd edir ki, idd iaçının təqdim etdiyi N93-cü il tarixə aid xəstəlik tarixindən çıxarış sənədi onun xx.xx.N94-cü il tarixli 0469 nömrəli əmrlə Artilleriya İdarəsinin Döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsindən azad edilərək, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hərbi kafedrasının müəllimi vəzifəsinə təyin olunarkən, xidmət mənafeyi naminə aşağı vəzifəyə keçirilməsinin onun səhhəti ilə bağlı olmasını təsdiq etmir. Eləcə də, iddiaçı daha az maaşlı vəzifəyə təyin olunan zaman qanunvericiliyə müvafiq olaraq, yaşa görə əmək pensiyası hüququ mövcud olmamışdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(103)-1126/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar