Məhkəmə qərarları › İş №2-1(102)-1080/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1080/2025

01.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1080/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, ”Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə və Bakı şəhəri Cavabdeh6nə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı(məruzəçi), Bədəlov Kəmaləddi n Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, ”Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə və Bakı şəhəri Cavabdeh6nə qarşı “öhdəliyin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3846/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə və şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, ”Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə və Bakı şəhəri Cavabdeh6nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərmemerlayihə” Dövlət Baş Layihə İnstitutun (keçmiş ЮЖГИПРОАГРАПРОМ) Həmkarlar İttifaqı Komitəsi tərəfindən yaranan “Çinar” bağçılıq yoldaşlığı tərəfindən təsdiq edilmiş siyahısına və ona təqdim edilmiş bağçılıq kitabçasına əsasən Əzizbəyov (Xəzər) rayonu 2-ci massiv Şimal DRES-də 14-cü sahə, küçə 8-də 600 kv.m. torpaq sahəsinin ayrılmasını və Azərbaycan Respublikası Cavab deh3 (keçmiş ЮЖГИПРОАГРАПРОМ) 27 aprel 2021-ci il tarixli K/01-48 saylı cavab məktubuna əlavə edilmiş siyahı üzrə qeyd edilən İddiaçı qızma 15-ci sahə, X1ma isə 14-cü sahənin dəqiqləşdirilməsi ilə bağlı və ona aid Əzizbəyov (Xəzər) rayonu Şimal DRES-də 600 kv.m. torpaq sahəmin koordinatların müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli, 2-1(112)-8645/2024 nömrəli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddia mümkün sayılmamışdır.

3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3846/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin q ərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3846/2024 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3846/2024 nömrəli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3846/2024 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3846/2024 nömrəli qərardadından və kil tərəfindən kassasiya şikayəti müddət ötürülməklə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatla rın nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçıl arının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. 10.Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaql a verilməsi başa düşülür.

11. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir. 12.Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. 13.İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 14.Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət vəsaiti hesabına vəkillə təmin edilmiş dir. Vəkil tərəfindən xx.xx.2024-cü il tarixdə vəkil orderi tərtib edilməsinə baxmayaraq kassasiya şikayəti bir aydan çox müddəti ötürülməklə elektron qaydada xx.xx.2024-cü il tarixdə verilmişdir. 15.İddiaçının qızı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə müddətin bərpası barədə ərizə verərək, anasının səhhətində ciddi problemlər yarandığı üçün kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsini qeyd etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. 16.Məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzrlü səbəblər kimi qəbul edilə bilməz. Odur ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. 1 7.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 21(103)-3846/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar