Məhkəmə qərarları › İş №2-1(102)-1083/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1083/2023

14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1083/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:3MMNF9) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliy ində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2389/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, 15 oktyabr 1979-cu il tarixdən 13 oktyabr 1981-ci il tarixədək SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında olan məlumatlara görə Bakı Şin Zavodunda ("xxxx" Açıq Səhmdar Cəmiyyətində”) xx.xx.1982-ci il (əmr-21k,xx.xx.1982) tarixdən xx.xx.1992-ci il tarixədək Avtokamer sexində vulkanlaş dırıcı, xx.xx.1992-ci il (əmr-21k,02.03.92) tarixdən hal-hazıra kimi avtokamer sexində İİ qrup usta işləyir. 2. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli arayışı ilə də müəyyən olunur ki, iddiaçı Bakı Şin Zavodunda ("xxxx" Açıq Səhmdar Cəmiyyətində”) 11.02.82-ci il (əmr21k,12.02.82) tarixdən, 03.03.92-ci il tarixədək Avtokamer sexində vulkanlaşdırıcı, 03.03.92-ci il (əmr-21k,02.03.92) tarixdən hal-hazıra kimi avtokamer sexində İİ qrup usta işləyir. 3. "xxxx" ASC-nin 01/15 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı Bakı Şin zavodunda xx.xx.1982-ci il (əmr-21k,xx.xx.1982) tarixdən 03.03.92-ci il tarixinədək Avtokamer sexində vulkanlaşdırıcı, xx.xx.1992-ci il (əmr 21k, xx.xx.1992) tarixindən xx.xx.2005-ci il tarixinədək Avtokamer sexində İİ qrup usta işləmişdir. Avtokamer sexində iş zərərli sexlər kateqoriyasına aiddir. Bakı Şin zavodunda Avtokamer istehsalında rezin məmulatı Hazırlıq sexindən transportyor vasitəsi ilə Avtokamer sexinə verilirdi və Avtokamer sexində lazımi ölçülərdə texnoloji reqlamentə uyğun olaraq kəsilirdi. Yəni 8-ka (240x508), moto kənd təsərrüfatı üçün avtokamerlər, jiquli, qaz 24, 31 və sair. Vulkanlaşdırıcının vəzifəsi kəsilmiş rezinləri vulkanlaşdırıcı pressformatorlarda müəyyən edilmiş temperaturda və təzyiq altında vulkanlaşdırmaqdan ibarətdir, vulkanaşdırıcı peşəsi fəhlə peşəsidir. Avtokamer sexinin İİ qrup ustalarının vəzifəsi sexdə növbəli şəkildə işi təşkil etmək və avtokamerlərin vulkanlaşdırılmasına nəzarət etməkdir. İddiaçı zərərli əmək şəraitinə görə əmək haqqına əlavələr ödənilmişdir. xx.xx.1982-ci il (əmr No 21-k, xx.xx.1982) tarixindən xx.xx.2005-ci il tarixinədək sosial sığorta stajı – 23 il, 09 ay, 20 gün təşkil edir. Avtokamer sexinin işçiləri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 2 saylı Siyahı üzrə “X” bölmə, “Kimya istehsalatı” 211OAO10 pozisiyasına aiddir. Bakı şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Arayışa qoşma şəklində əmrlərin surəti, ştat cədvəlinin surəti və əmək haqqı arayışları əlavə edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı inzibati orqana müraciət edərkən ümumi stajını təsdiq edən sənəd kimi hərbi bileti, əmək kitabçasını və "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli arayışını təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığo rta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin xx.xx.2021-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında isə yaş hədləri kişilər üçün 57, qadınlar üçün 52 yaş müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 2 №-li siyahısı üzrə hər bir halda xx.xx.2017-ci ildən sonra yarandığı üçün ona yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri istisna olmaqla, hazırda qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 y anvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmır. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, Bakı Şin Zavodunun ("xxxx" ASC-nin) 1998-ci ildən fəaliyyət göstərmədiyi yoxlama zamanı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, 25 aprel 2018-ci il tarixdən, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 01 oktyabr 2021-ci il tarixdə rəsmi cavab məktubu təqdim edərək, ümumi əmək stajının 25 ildən az, yəni 17 il 10 ay 18 gün və fərdi hesabının sığorta hissəsində 40.200 manat tələb olunduğu halda 16491,78 manat təşkil etməsini bildirmişdir. Bu səbəbdən, güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, onun 25 aprel 2018-ci il tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. 1 yanvar 2006- cı il tarixədək 25 il ümumi əmək stajı vardır. 25 il əmək stajının 12 il 06 aydan artığını zərərli işdə işləmişdir. Əmək stajının 12 il 6 aydan artıq müddətini "xxxx" ASC-də 11 fevral 1982-ci tarixdən, 01 dekabr 2005-ci il tarixədək avtokamer sexində vulkanlaşdırıcı və 2-ci qrup usta vəzifəsində işləmişdir. Eləcə də, onun xx.xx.1979-cu il tarixdən hərbi xidmətdə olması da daxil olmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı vardır. Qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3678/2022 saylı, xx. xx.2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhk əmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2389/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Hüseyn, hakimlər – S.Bəktaşi və A.Hüseynov ) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-3678/2022 saylı qərarı dəyişdirilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 8 may 2018-ci il tarixindən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 28 iyul 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, id diaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 8 may 2021-ci il tarixdə müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzrlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (8 may 2021-ci il) əvvəlki illər üçün, yəni 8 may 2018-ci il tarixindən hesablanaraq ödənilə bilər.

14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2389/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar, işin halları, iddia tələbinə qarşı etirazın dəlilləri və apelyasiya şikayəti təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənə tin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya t əminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-c i il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 20. “İnzibati icraat haqqında” Qanun Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

22. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tət biq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona 25 aprel 2018-ci il tarixdən, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

31. Cavabdehin şikayətinin dəlilinı görə iddiaçının 25 il ümumi stajı və 57 yaşının tamam olduğu vaxt, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 25 aprel 2018-ci ildə qüvvədə olan redaksiyasının tələbləri mövcud olmadığından apelyasiya məhkəməsinin qər arı ləğv olunmalıdır.

32. Cavabdeh ümumi stajın 17 il 10 ay 18 gün olduğunu (15 oktyabr 1979-cu il tarixdən 13 oktyabr 1981-ci il tarixədək və 11 fevral 1982-ci il tarixdən 1 yanvar 1998-ci il tarixədək dövrü) qəbul edir, iş yeri fəaliyyət göstərmədiyinə görə 1998-2005-ci illəri qəbul etmir. 33. 1998-2005-ci illərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş, iş yeri də arayışında həmin halın mövcudluğunu təsdiq etmişdir. 34. 1998-2005-ci illərdə iddiaçının işlədiyi Bakı Şin Zavodunun ("xxxx" ASC-nin) fəaliyyətinin dayandırılması və iddiaçının işləmədiyi barədə cavabdeh heç bir sübut təqdim etməmişdir. İşdə olan sübutlarla da həmin dəlil təsdiqini tapmır.

35. Yuxarıda qeyd edilən hüquq normalarına, habelə, xx.xx.2006-cı il tarixədək qüvvədə ol muş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələbinə görə (Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar,...tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır) iddiaçının 1998-2005-ci illərdə işləməsini təsdiq edən əmək kitabçası və iş yerinin arayışı həmin dövrün onun sığorta stajına daxil edilməsini zəruri hesab edir.

36. Kasasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanun un 9.8-ci maddəsinə uyğun olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbləri iddiaçıya münasibətdə mövcud olduğu halda, yəni 1 yanvar 2006-cı il tarixədək iddiaçının 25 il ümumi, 12 il 6 ay güzəştli stajı olduğu halda, onun pensiya yaşının nə vaxt, o cümlədən 1 iyul 2017-ci ilə qədər, yaxud 1 iyul 2017-ci ildən sonra tamam olmasından asılı olmayaraq 57 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmış olacaqdır.

37. İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

38. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

39. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2389/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar