Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1083/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3899/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********161215 saylı qərarından görünür ki, İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2021 – iyun 2022-ci illər üzrə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Ba kı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********511000 nömrəli məktubundan görünür ki, iddiaçı ilə eyni xüsusiyyətli və ya eyni cinsli malları istehsal etmiş (eyni növ və keyfiyyət xüsusiyyətləri nəzərə alınmaqla), eyni dövr üzrə eyni ərazidə fəaliyyət göstərmiş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixl, **********161517 saylı “Səyyar vergi yoxlaması aktı”nda göstərilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı vergi ödəyicisindən götürülmüş sənədlər və 1 ədəd elektron yaddaş qurğusunda olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri, bəyan edilmiş vergi tutulan dövriyyənin aşağı göstərildiyi, nəticədə vergidən yayınma riskinin yüksək olduğu müəyyən edildiyinə görə "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 4. “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” xx.xx.2023-cü il tarixli protokola görə, səyyar vergi yoxlaması aktına baxılma prosesində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Bas İdarəsinin Audit şöbəsinin rəisi X2, həmin şöbənin böyük dövlət vergi müfəttişi X8 və "xxxx" MMC-nin (VÖEN: **********) direktoru X6, təsisçisi (əvvəlki direktor) X5, etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi X10 iştirak etdilər. Vergi orqanı tərəfindən müəssisəyə xx.xx.2023 -cü il tarixli **********034600 nömrəli dəvət məktubu göndərilmişdir. Baxılma prosesində səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanmış vergilər və tətbiq edilməsi təklif olunan maliyyə sanksiyaları bir daha nəzərdən keçirildi, aktda göstərilən mənfəət vergisinin 2021-ci il üzrə 17820,12 manat azaldılması, aksiz vergisinin 2021-ci ilin oktyabr-dekabr ayları üzrə 656640,00 manat azaldılması, əlavə dəyər vergisinin 2021-ci ilin oktyabr- dekabr ayları üzrə 213796,80 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2021-ci ilin iyun-dekabr ayları üzrə 27830,02 manat azaldılması halları müzakirə edildi. İddiaçı MMC-nin rəhbəri yoxlamanın nəticəsi ilə razılaşmadığına görə xx.xx.2022-ci il tarixli **********161517 saylı səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etmiş, əlavə olaraq səyyar vergi yoxlaması aktına etiraz barədə Baş İdarəyə xx.xx.2023-cü il tarixli (d/o xx.xx.2023, AVİS nömrəsi **********313900) şikayət məktubu göndərmişdir. Şikayət məktubunda müəssisədə keçirilən OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatların İddiaçı MMC-yə məxsus olmadığı və MMC-nin təsərrüfat əməliyyatları ilə hər hansı bağlılığının olmadığı, yoxlama ilə hesablanan vergilərin həmin məlumatlar əsasında hesablandığı üçün əsassız hesablama kimi qiymətləndirilmiş və etiraz məktubunda göstərilənlərin Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən yoxlama materiallarına baxılması zamanı nəzərə alınması xahiş edilmişdir. Müzakirə zamanı İddiaçı MMC-nin baxılmada iştrak edən nümayəndələrinin etiraz məktubunda göstərdikləri iradları dinlənildi və protokollaşdırıldı.
5. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023cü il tarixli, **********168578 nömrəli qərarından görünür ki, iddiaçıya 2021-ci il üzrə 916,086.94 manat vergi borcu hesablanmış və 458.083,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********168578 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin ver gi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168578 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasına dair qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
8. İddia tələ bi onunla əsaslandırılmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********161215 saylı qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********161517 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama aktına əsasən iddiaçıya ümumilikdə 916.086,94 manat vergilərin azaldılması müəyyən olunmuş və 458.083,47 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2023-cü il tarixli **********168578 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olu nmuşdur. Qeyd olunan qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlama zamanı xx.xx.2022-ci il tarixdə **********1021 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən keçirilən OVN tədbiri zamanı "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən istehsal sexindən götürülmüş elektron yaddaş qurğusunda olan elektron fayllar araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Həmin məlumatlar əsasında və Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinad edilərək mənfəət vergisi, ƏDV və aksiz vergisi hesablanmışdır. Bununla bağlı bildirir ki, həmin məlumatlar "xxxx" MMCyə məxsus deyil və MMC-nin təsərrüfat əməliyyatları ilə hər hansı bağlılığı yoxd ur. Hətta bağlılığı olsa belə, bu məlumatlar əsasında vergi məbləğinin hesablanması əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar 2022-ci ildən başlayaraq əlaqəli məlumat hesab edilir. Bu normaya əsasən vergilər yalnız 2022-ci ildən yaranan münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bu səbəbdən Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin “o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” 2022-ci ildə qüvvəyə mindiyi üçün 2022-ci ildə yaranan münasibətlərə şamil edilməli olduğundan bu məlumatlar əsasında 2021-ci il üçün vergilərin hesablanması əsassızdır. Həmçinin Vergi Məcəlləsinin 43-cü, 48-ci maddəsinin tələbləri gözlənilmədən götürülən sənədlərə (məlumatlara) əsasən vergilərin hesablanması, həmçinin "xxxx" MMC-yə məxsus olmayan hansısa qeyri-rəsmi məlumat əsasında vergilərin hesablanması əsassızdır. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur.
9. Cavabdeh iddiaya dair eti raz təqdim edərək bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı vergi ödəyicisindən götürülmüş sənədlər və 1 ədəd elektron yaddaş qurğusunda olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri, bəyan edilmiş vergi tutulan dövriyyənin aşağı göstərildiyi, nəticədə vergidən yayınma riskinin yüksək olduğu müəyyən edildiyinə görə "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti spirtli içkilərin (araq və spirt) istehsalı və topdan satışından ibarət olmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli **********161913 nömrəli protokol tərtib edilmişdir. Səyyar vergisi yoxlaması zamanı müəssisə tərəfindən təqdim olunmuş ilkin sənədlərdən və vergi ödəyicisində xx.xx.2022-ci il tarixdə **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərara əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən həyata keçirilən operativ nəzarəti tədbiri zamanı əldə olunan sənədlərdən istifadə edilmişdir. Səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********161299 nömrəli tələbnaməyə əsasən v ergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, müəssisə tərəfindən ilkin rəsmi sənədlər yoxlamaya təqdim edilmiş, lakin əldə olunan qeyrirəsmi gəlirlərlə bağlı xərclərə dair digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin tam təqdim edilməməsi barədə xx.xx.2022-ci tarixli akt tərtib edilmişdir. Müəssisənin rəhbəri qeyri-rəsmi heç bir əməliyyat aparılmadığını qeyd edərək aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanışlıq üçün qəbul etmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********166237 nömrəli qərar çıxarılmış, müəssisə tərəfindən təqdim edilmiş müvafiq sənədlər götürülərək “Sənədl ərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166287 nömrəli protokol tərtib edilmiş, lakin müəssisənin rəhbəri əldə olunan qeyri-rəsmi gəlirlərlə bağlı xərclərə dair digər sənədləri yoxlamaya təqdim etməmiş və bunu göstərilənlərlə bağlı heç bir sənədin mövcud olmadığı ilə əsaslandırmışdır.
10. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.1-ci və 43.10-cu maddələrinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. ƏDV üzrə: Yoxlama ilə MMC-yə 213796,80 manat ƏDV hesablanmışdır. Belə ki, iddiaçının yoxlama ilə əhatə olunan dövr (yanvar/2019-avqust/2020) üzrə sonuncu ƏDV bəyannamələrinə (cari/kameral) əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: verg i tutulan dövriyyə - 5.086.022,23 manat; hesablanan ƏDV - 915.484,00 manat; əvəzləşdirilən ƏDV - 271.132,33 manat; büdcəyə çatası ƏDV - 644.351,67 manat. Baş İdarənin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən istehsal sexindən götürülmüş elektron yaddaş qurğusunda olan elektron fayllar araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Belə ki, elektron yaddaş qurğusunda olan “suzanna muh komekchisi” papkasındakı “2021” papkasında olan “Debitorlar, Kreditorlar, üzləşmə aktı” papkasındakı “Spirt hərəkəti-debitor” adlı excel cədvəlində 2021-ci ilin oktyabrdek abr ayları üzrə rəsmi və qeyri-rəsmi 283700.00 litr miqdarında spirt satışı məlumatları aşkar edilmiş, bundan yalnız 68000.00 litr miqdarında spirt satışı elektron qaimə fakturalarla rəsmiləşdirilmiş, 215700.00 litr satış isə (o cümlədən 10500.0 litr tibbi spirt) rəsmiləşdirilməmişdir. Yoxlama ilə qeyd olunduğu kimi, müəssisə tərəfindən qeyri-rəsmi satılaraq bəyan edilməyən 215700.00 litr spirt (o cümlədən 10500.00 litr tibbi spirt) satışı qeyd edilən excel cədvəlində göstərilən qiymətlər əsasında 1401556,80 manat (ƏDV daxil) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən büdcəyə əlavə olaraq 213.796,80 manat (1401556,80/1,18 x 18%) ƏDV hesablanmışdır.
11. Beləliklə, səyyar vergi yoxlaması ilə yoxlanılan dövr üzrə vergi tutulan əməliyyatların dəyəri 6.273.782,23 manat, ƏD V-si 1.129.280,80 manat, əvəzləşdirilən ƏDV-nin 271.132,34 manat (idxal üzrə 123.152,05 manat, daxili alış üzrə 147.980,29 manat) və büdcəyə çatası vergi məbləğinin 858.148,46 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi bəyannamələrdə büdcəyə çatası vergi məbləği 213.796,80 manat azaldılmışdır (858.148,46 - 644.351,67). Kənarlaşmaya səbəb vergi tutulan əməliyyatların dəyərinin bəyannamələrdə 1.187.760.0 manat (ƏDV-siz) az göstərilməsi (6.273.782,23 - 5.086.022,23) olmuşdur. Nəticə olaraq səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 159.1-ci, 161-ci və 166-cı maddələrinə əsasən ƏDV üzrə büdcəyə çatası verginin yoxlanılan dövr üzrə 213.796,80 manat azaldılması (o cümlədən: oktyabr 2021 - 68.823,00 manat, noyabr 2021-82.080,00 manat, dekabr 2021 - 62.893,80 manat) müəyyən edil mişdir. Mənfəət vergisi üzrə: Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci ilin yekunu üzrə cari mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlaması nəticələri nəzərə alınmaqla malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir (ƏDV-siz və aksizsiz) 1.527.781,49 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 656,20 manat olmaqla, ümumi gəlirin 1.528.437,69 manat, ümumi gəlirdən çıxılan xərclərin 1.274.445,63 manat (o cümlədən: əmək haqqı 149.299,77 manat, sosial sığorta haqları 31.721,24 manat, xammal və materiallar 777.656,08 manat, icarə haqqı 75.187,09 manat, enerji xərcləri 36.127,32 manat, qaz xərcləri 104.147,58 manat, su və kanalizasiya xərcləri 65.693,23 manat, rabitə xərcləri 1.628,69 manat, bank xidməti üzrə x ərclər 6.524,72 manat, sair xərclər 9.641,27 manat, təmir xərcləri 10.703,40 manat, digər xərclər 6.115,24 manat), vergiyə cəlb olunan mənfəətin 253.992,06 manat və mənfəət vergisinin 50.798,41 manat olduğu göstərilmişdir. Səyyar vergi yoxlaması ilə yoxlamaya təqdim olunmuş sənədlər və OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında müəssisənin 2021-ci ildə ümumi gəlirinin 2.058.555,99 manat olduğu müəyyən edilmişdir. OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx. 2022-ci il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanlarında olan məlumatlarından istifadə edilməsinə zərurət yarandığından xx.xx.2022- ci il tarixli **********705700 nömrəli məktubla "xxxx" MMC-nin vergi ödəyicisi kimi qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuş, lakin eyni xüsusiyyətli və ya eyni cinsli malları istehsal etmiş (eyni növ və keyfiyyət xüsusiyyətləri nəzərə alınmaqla), eyni dövr üzrə eyni ərazidə fəaliyyət göstərmiş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir.
12. Müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair sənədlər yoxlamaya tam təqdim edilmədiyindən və qeyd olunan xərcləri Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyənləşdirmək mümkün olmadığından Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) yoxlama ilə müəyyən edilmiş 2.058.555,99 manat gəlirə görə 20% şərti rentabellik norması tətbiq edilməklə büdcəyə çatası mənfəət vergisi 68.618,53 manat məbləğində müəyyən edilmişdir (2058555,99 * 20/120 * 20%). Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 67.14-cü, 83.9-cu, 104-cü və 105-ci maddələrinə əsasən 2021-ci il üzrə büdcəyə çatası mənfəət ve rgisi 68.618,53 manat məbləğində müəyyən edilmiş, bəyannamə ilə hesablanmış 50.798,41 manat vergi məbləği nəzərə alınmaqla büdcəyə əlavə olaraq 17.820,12 manat mənfəət vergisi (68618,53 - 50798,41) hesablanmışdır. Aksiz üzrə: Yoxlama ilə əhatə olunan dövrdə müəssisə spirt və araq məhsullarının istehsalı və satışı ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuş, aksiz vergisi bəyannamələri vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən 3.120.898,72 manat aksiz vergisi (o cümlədən 104.777,07 manat (5238885,35 x 0.20) icbari tibbi sığorta haqqı) hesablanmış, alınmış spirt xammalına görə ödənilmiş 64.000,00 manat vergi məbləği əvəzləşdirilərək, büdcəyə ödəməli aksiz məbləği 3.056.898,72 manat (3.120.898,72 64.000,00) təşkil etmişdir.
13. Vergi C inayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən müəssisədə aparılan operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin oktyabr-dekabr ayları üzrə qeyri-rəsmi satılaraq bəyan edilməyən 215700.00 litr spirt (o cümlədən 10500.00 litr tibbi spirt) məhsulu müəyyən edilmişdir. Ona görə də Vergi Məcəlləsinin 67.1.9-cu, 84.1.1-ci, 190.1-ci və 190.3.1-ci maddələrinə əsasən büdcəyə əlavə olaraq 656.640,00 manat ((215700.00 - 10500.00) x 3,20) aksiz vergisi (o cümlədən: oktyabr 2021 - 204.480,00 manat, noyabr 2021 - 256.000,00 manat, dekabr 2021 - 196.160,00 manat) hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 184.1.1-ci, 190.1-ci və 190.3.1-ci maddələrinə əsasən aksiz vergisi üzrə büdcəyə 2021-ci ilin oktyabr ayı üzrə 204.4 80,00 manat, noyabr ayı üzrə 256.000,00 manat, dekabr ayı üzrə 196.160,00 manat olmaqla, cəmi 656.640,00 manat məbləğində əlavə vəsait hesablanmışdır. ÖMV üzrə: Yoxlama ilə əhatə olunan dövrdə müəssisə icarə haqqından tutulan ödəmə mənbəyində verginin ödəyicisi olmuş, ödəmə mənbəyində tutulan verginin bəyannamələri vergi orqanına təqdim edilmiş və 19262,19 manat məbləğində ödəmə mənbəyində vergi tutularaq aidiyyəti üzrə ödənilmişdir. Belə ki, "xxxx" MMC fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Camal Hacıəliyev küç 28D ünvanında yerləşən 8915.5 kv.m. sahəsi olan əmlak kompleksini xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə aylıq icarə haqqı 10.000,00 manat olmaqla fiziki şəxs X1 icarəyə götürmüşdür. Müəssisədə aparılmış OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan “arena bash buqalter pk” papkasındakı “Raboçiy stol” papkasında olan “realizəsiyə arena” adlı excel cədvəlində 2021-ci ilin iyun - dekabr ayları üzrə ödənilmiş icarə haqları barədə rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir.
14. Səyyar vergi yoxlaması ilə yoxlamaya təqdim olunmuş sənədlər və OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında yoxlama ilə əhatə olunan dövr (2-ci rüb 2021 - 2-ci rüb 2022) üçün 47.092,21 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır (336.372,90 * 14%). Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 124.1-ci maddələrinə əsasən yoxlanılan dövr üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan vergi 47.092,21 manat məbləğində müəyyən edilmiş, bəyannamələrlə hesablanmış 1 9262,19 manat vergi məbləği nəzərə alınmaqla büdcəyə əlavə olaraq 27830,02 manat ÖMV (47.092,21 - 19.262,19) hesablanmışdır (o cümlədən: 2021-ci ilin 2-ci rübü üzrə 4.985,81 manat, 3-cü rübü üzrə 6.940,21 manat, 4-cü rübü üzrə 15.904,00 manat). Beləliklə, səyyar vergi yoxlaması nəticəsində büdcəyə əlavə dəyər vergisi üzrə 213.796,80 manat, aksiz vergisi üzrə 656.640,00 manat, mənfəət vergisi üzrə 17.820,12 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 27.830,02 manat olmaqla, cəmi 916.086,94 manat məbləğində əlavə vəsait hesablanmışdır. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumi vergilərin 916.086,94 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 458.083,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona aid deyil və vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlarla bağlı vergilərin hesablanması yoxlamanın aparıldığı dövrdə qüvvədə olan qanunvericilikdə təsbit olunmadığından əsassızdır. İddiaçının operativ vergi nəzarəti tədbirinin nəticələrinin səyyar vergi yoxlaması zamanı verginin hesablanmasında nəzərə alınmasını qanunsuz hesab etməsi onun vergi qanunvericiliyinin digər tələblərindən məlumatsız olduğunu göstərir.
15. Bütün bunlara baxmayaraq, iddiaçı iddia ərizəsində hesablamanın qanunsuz olduğunu bildirmiş, lakin mövqeyini heç bir aidiyyəti hüquq norması, konkret faktlarla və ya dəlillərlə əsaslandıra bilməmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər vergi hesablanılan şəxs hamı üçün aydı n göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8315/2023 nömrəli, 8 avqust 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168578 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasiba tlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).
18. İddiaçı vergi ödəyicisi kimi vergi qeydiyyatına alındığından və spirtli içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğundan onun enerjisi, qaz və su sərfiyyatı müəyyən oluna, hansı işçi qüvvəsi ilə qeyd edilən həcmdə istehsalın həyata keçirildiyini “qara mühasibatlıq” sənədləri kimi qəbul etdiyi kağızlardakı məlumatlarla təhlil edib onu digər məlumatlarla qarşılıqlı surətdə araşdıra bilərdi. Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarə ti imkanlarından istifadə etməklə, məsələn xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır.
19. Göründüyü kimi cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati akt ın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3899/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və id dia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yoxlanılan dövrdə müəssisənin fəaliyyəti spirtli içkilərin (araq və spirt) istehsalı və topdan satışından ibarət olmuşdur.
25. Səyyar vergi yoxlaması nəticəsində büdcəyə əlavə dəyər vergisi üzrə 213.796,80 manat, aksiz vergisi üzrə 656.640,00 manat, mənfəət vergisi üzrə 17.820,12 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 27.830,02 manat olmaqla, cəmi 916.086,94 manat məbləğində əlavə vəsait hesablanmışdır.
26. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumi vergilərin 916.086,94 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 45 8.083,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
27. Hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan şəkildə maddi hüquq normasını tətbiq etmişdir.
28. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyimizə əsasən hesab edirik ki, nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar, cədvəllər ilkin uçot sənədi hesab edilir. 29. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir.
30. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir.
31. Beləliklə səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş və “fləş kart” məlumatları və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu haqqında qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
32. Hazırkı iş üzrə “qara mühasibatlıq” sənədləri vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəlli olan sənədlərdir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində birbaşa nəzərdə tutulmuşdur.
33. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçını n vergi tutulan əməliyyatlarını ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirməməsi, onu həmin əməliyyatlara görə vergi ödəmək vəzifəsindən azad edə bilməz.
34. Digər tərəfdən məhkəmə kollegiyası sübutları qiymətləndirərkən fərdin maraqları ilə ictimai maraqlar arasında ədalətli balansı gözləməmiş və tarazlığı pozmuşdur.
35. Eyni zamanda bildirməyi zəruri hesab edirik ki, vergilərin hesablanması üçün əsas olan sənədlər barədə məlumatlar məhkəməyə təqdim edilmiş və iş materiallarında mövcuddur.
36. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh şikayətində apellyasiya məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarının ləğv olunması və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarına əsasən cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161215 saylı qərarı əsasında İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5- ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2021 – iyun 2022-ci illər üzrə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********168578 saylı qərarın ləğvinə yönəlmişdir.
45. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verd iyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
46. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasına münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən edir: növbəti və növbədənkənar. Vergi orqanı tərəfindən hər iki yoxlamanın keçirilməsi ilə bağlı qəbul edilmiş qərar inzibati icraat hüququ baxımından inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimi yyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin hüquqi əsası kimi çıxış edir.
47. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında (əslində yoxlamanı ehtiva edən inzibati icraat nəticəsində) vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, eləcə də həmin yoxlamanın nəticəsinə dair yoxlama aktı hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Bu baxımdan yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı əsasında vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.
48. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hes ab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir
49. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatınd a həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
50. Yuxarıda artıq qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılm asının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
51. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq l azımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tə ləb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
52. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
53. Məhkəmə kollegiyası xüsusi olaraq vu rğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir.
54. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
55. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, **********161215 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları ( mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
56. Məhkəmə kollegiyası cavabdehin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, bu dəlillər əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir.
57. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir.
58. İş materiallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının istehsal sexindən götürülmüş “elektron yaddaş qurğusunda olan “suzanna muh komekchisi” papkasındakı “2021” pa pkasında olan “Debitorlar, Kreditorlar, üzləşmə aktı” papkasındakı “Spirt hərəkəti-debitor” adlı excel cədvəli, “arena bash buqalter pk” papkasındakı “Raboçiy stol” papkasında olan “realizəsiyə arena” adlı excel cədvəli” əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
59. Yəni, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəs ində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).
60. İddiaçı vergi ödəyicisi kimi vergi qeydiyyatına alındığından və spirtli içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğundan onun enerjisi, qaz və su sərfiyyatı müəyyən oluna, hansı işçi qüvvəsi ilə qeyd edilən həcmdə istehsalın həyata keçirildiyini “qara mühasibatlıq” sənədləri kimi qəbul etdiyi kağızlardakı məlumatlarla təhlil edib onu digər məlumatlarla qarşılıqlı surətdə araşdıra bilərdi. Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmı şdır.
61. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən sənədlər və 1 ədəd elektron yaddaş qurğusunda olan məlumatlar götürülmüş və iş materiallarına əlavə edilmiş, lakin iddiaçı müəssisənin səlahiyyətli şəxsi həmin sənədlərin onlara aid olmamasını bildirmiş, həmçinin də onlarda hər-hansı imzanın olması, müəssisənin möhürünün olmasını cavabdeh orqan da sübut edə bilməmişdir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır ki, qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının hə qiqətən hər hansı əməliyyat aparmasını (məs.: alqı satqı, təhvil təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür.
62. Cavabdehin həmin elektron yaddaş qurğusunda olan məlumatların iddiaçıya aid olan sübut kimi istinad etməsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin elektron yaddaş qurğusunun iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir. Müəssisənin direktoru X3 cavabdehə verdiyi xx.xx.2022-ci il tarixli izahatından isə göründüyü kimi həmin avadanlıqlar iddiaçın ın mülkiyyətində olmamışdır, bütün avandanlıqlar, həmçinin kompüterlər icarədara aid olmuşdur.
63. Beləliklə, cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.
64. Məhkəmə kollegiyası qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamal ara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı, növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırkı iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bi lməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində istinad olunan oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir.
65. Eyni zamanda qeyd edilməlidir ki, mənfəət vergisi 20% şərti rentabellik norması tətbiq edilməklə müəyyən edildi.
66. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir.
67. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi h ər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.
68. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.
69. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
70. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.
71. Yəni, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001- ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmışdır.
72. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.
73. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.
74. Xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsi ümumiyyətlə xx.xx.2023-cü il tarixdən Vergi Məcəlləsindən çıxarılmışdır.
75. Bütün yuxarıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
76. Yu xarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-3899/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir