Məhkəmə qərarları › İş №2-1(102)-1083/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1083/2025

22.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1083/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılma sı məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 21(103)-3395/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2018-ci il tarixli əmrindən olan çıxarışında qeyd edilmişdir ki, kapitan İddiaçı, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2018-ci il tarixli 046 nömrəli əmri ilə Təşkilat-Səfərbərlik şöbəsinin nizami bölməsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Kürdəm ir rayonu) gəlmiş hesab edilməsi, xx.xx.2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlanılması əmr edilmişdir.

2. Müdafiə nazirinin müavini - hərbi hava qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmrində qeyd edilmişdir ki, Hərbi Hava Qüvvələrinin X4 üzrə mayor İddiaçı, təyin olunmuş qrupların tərkibindəki heyətlər “Hərbi Hava Qüvvələri üzrə idarə heyətinin döyüşü idarəetmə qruplarının tərkibi və vəzifələri”nə uyğun fəaliyyətlərə cəlb olunması əmr edilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 296 nömrəli əmrindən olan çıxarışda qeyd edilmişdir ki, şəxsi heyət idarəsinin (A1) nizami bölməsinin rəisi mayor İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15 6-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 0656 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin, 2023-cü ilin hesabından qalan 60 gün müddətinə məzuniyyət verilməklə xx.xx.2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün SHXÇDX-nin Səbail rayon İdarəsinə göndərilməsi əmr edilmişdir. 4. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxs barədə arayış-məlumatda qeyd edilmişdir k i, N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09- xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-cü il tarixli 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmri ilə HHQ-nin X1 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyin in (hərəkətinin) qanunsuz hesab edilməsi və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək N №-li hərbi hissədə Təşkilat Səfərbərlik şöbəsinin nizami bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Məlum olduğu kimi N №-li hərbi hissənin aparatının şəxsi heyəti Müdafiə Nazirinin 062 №-li xx.xx.2021-ci il tarixli əmrlə döyüş əməliyyatlarına cəlb olunmuş hesab edilmişdir. Onun sənədləri müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün Nazirlər Kabinetinə göndərilməsi məqsədi ilə xidmət etdiyi N №-li hərbi hissə tərəfindən Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilmişdir. Lakin adıçəkilən komissiya tərəfindən sənədləri Nazirlər Kabinetinə göndərilməmişdir. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsi xahişi ilə ona etibarnamə üzrə vasitəsi ilə cavabdehə və N №-li hərbi hissəyə etibarnamə üzrə nümayəndəsi vasitəsilə müraciət etmişdir. Xidmət keçdiyi N №-li hərbi hissədən müraciətinə verilmiş 9234 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, vətəndaş İddiaçı 44 günlük “Vətən Müharibəsi” dövründəki fəaliyyətini nəzərə alınaraq N №-li hərbi hissənin “Vətən Müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiyası tərəfindən sənədləri tələb olunan nümunələrə uyğun tərtib edilərək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixli 3278 №-li məktubla “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya təqdim edilmişdir. Lakin cavabdeh Müdafiə N azirliyi tərəfindən müraciətini cavablandırılmamış və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının Hərbi Hava Qüvvələrinin X2 döyüş hesabatına əsasən tam döyüş heyətlərinin tərkibində fasiləsiz fəaliyyət göstərməsi, döyüş fəaliyyəti şəraitində hərbi hissənin kargüzarlığının tam döyüşə hazır olmasını həyata keçirməsi, X3 nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının qrupunun tərkibində aparılmış əməliyyatlarda iştirak etməsi, Hərbi Hava Qüvvələrinin komandanının döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri verinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsin in inzibati Kollegiyasının 2-1(103)-3395/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə sədrlik edən və məruzəçi, N.Nəbizadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməli, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli və bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Göründüyü kimi, iddiaçıya “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilməsi üçün iddiaçı döyüş əməliyyatlarında iştirak etməli, ya döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirməli, ya da döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqlarını yuxarıda qeyd olunan işğaldan azad edilmiş ərazilərimizdə yerinə yetirməli idi. Döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı isə kollegiya qeyd etmişdir ki, iddiaçı döyüş əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin X1 döyüş fəaliyyəti şəraitində hərbi hissənin kargüzarlığının tam döyüşə hazır olmasında iştirak etmiş, HHQ-nin idarəetmə heyətinin şəxsi heyətinin gündəlik say uçotunu aparmış, ordu korpuslarının qərargahları ilə qarşılıqlı əlaqəni təmin etmiş, şəxsi heyətin gündəlik fəaliyyəti, hərbi qulluqçuların hərəkətinin (ezamiyyətəgöndərilməsi, ezamiyyətdən qayıtması, ərzaq təminatı na qoyulması və çıxarılması və s.) gündəlik fasiləsiz olaraq uçotunu aparmış, HHQ-nin qərargahına ünvanlanmış qeyri-məxfi sənədlərin qəbul edilməsini, qeydiyyata alınmasını, komandanlığa məruzə olunmasını, aidiyyəti üzrə rəhbər şəxslərə vaxtında çatdırılmasını təmin etmiş, hərbi hissələrin komandanlığa ünvanladıqları raport və ərizələri qəbul edərək, rəhbər şəxslərə məruzə edilməsini, imzalanmış sənədləri vaxtında icraçılara təqdim olunmasını təmin etmiş, tabelikdə olan hərbi hissələrdə kərgüzarlığın aparılmasına nəzrət etmiş, habelə onlara köməklik göstərmiş və verilmiş digər tapşırıqları icra etmişdir. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatları zamanı xidməti vəzifələrini icra etmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edil məsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, öz mövqeyində iddiaçının mütləq şəkildə işğaldan azad edilmiş ərazidə xidmət etməli olduğunu qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəaları düzgün tövsif edilməmiş, 2024-cü il tarixdə həmin əsasnaməyə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmamışdır. (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklər).

15. Bundan başqa apellyasiya məhkəməsində kollegiyanın mövqeyi ondan ibarət olub ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməməsi və döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirməməsi işin mübahisəsiz halıdır. Halbuki, məhz həmin məqam ilə bağlı iddiaçı ilə cavabdeh orqan arasında mübahisə yaranmışdı.

16. Belə ki, həmin qərarın 6-cı səhifəsinin, 5-ci abzasında bu fikrə zidd mövqe qeyd edilmişdir. Kollegiya qeyd edir ki, göründüyü kimi iddiaçı döyüş əməliyyatlarının planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verilən tapşırıqları və göstərişləri yerinə yetirsə də,......Bakı ərazisində yerinə yetirmişdir (yəni bu tapşırıqların yerinə yetirilməsində Kollegiyanın şübhəsi qalmamışdır. Sadəcə B akı şəhərində xidmət aparılması iddianın təmin edilməsinin qarşısını alan haldır. –amma qanunvericilik baxımından iddiaçının məhz döyüş bölgəsində xidmət etməməsi onun “veteran adı”nın alınmasından imtina edilməsinə əsas yaratmır).

17. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hi ssəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

18. Bundan başqa iddiaçı və onun xidmət etdiyi hərbi hissə barəsində verilən məxfi əmrlər (0 ilə başlanan əmrlər məxfi hesab edilir) iddiaçının məhz döyüş təminatı ilə əlaqədar xidmətini təsdiqləyir.

19. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarının ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahi sə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Apellyasiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsinin səbəblərini, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-3395/2024 saylı qərarında belə əsaslandırmışdır ki, “İş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxs barədə arayış-məlumatda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09- xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-cü il tarixli 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmri ilə HHQ-nin X1 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verilən tapşırıqları və göstərişləri yerinə yetirsə də, həmin bu tapşırıqları və göstərişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdi q edilməsi haqqında” 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə deyil, Bakı ərazisində yerinə yetirmişdir. Eyni zamanda Kollegiya bildirir ki, iddiaçı komandanının döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıqlarını və göstərişlərini öz vəzifə səlahiyyətlərinə aid hisədə icra etmişdir (şəxsi heyətin uçotu ilə əlaqədar). Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı nizami bölmə rəisi vəzifəsində xidmət etmiş və onun fəaliyyəti şəxsi heyətin uçotunun təşkili ilə bağlı olmuşdur. İş materiallarından da görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin X1 döyüş fəaliyyəti şəraitində hərbi hissənin kargüzarlığının tam döyüşə hazır olmasında iştirak etmiş, HHQ-nin idarəetmə heyətinin şəxsi heyətinin gündəlik say uçotunu aparmış, ordu korpuslarının qərargahları ilə qarşılıqlı əlaqəni təmin etmiş, şəxsi heyətin gündəlik fəaliyyəti, hərbi qulluqçuların hərəkətinin (ezamiyyətəgöndərilməsi, ezamiyyətdən qayıtması, ərzaq təminatına qoyulması və çıxarılması və s.) gündəlik fasiləsiz olaraq uçotunu aparmış, HHQ-nin qərargahına ünvanlanmış qeyri-məxfi sənədlərin qəbul edilməsini, qeydiyyata alınmasını, komandanlığa məruzə olunmasını, aidiyyəti üzrə rəhbər şəxslərə vaxtında çatdırılmasın ı təmin etmiş, hərbi hissələrin komandanlığa ünvanladıqları raport və ərizələri qəbul edərək, rəhbər şəxslərə məruzə edilməsini, imzalanmış sənədləri vaxtında icraçılara təqdim olunmasını təmin etmiş, tabelikdə olan hərbi hissələrdə kərgüzarlığın aparılmasına nəzrət etmiş, habelə onlara köməklik göstərmiş və verilmiş digər tapşırıqları icra etmişdir. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatları zamanı xidməti vəzifələrini icra etmişdir.”

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən hüquqi mövqeyi ilə razılaşmayaraq, onu yanlış və əsassız hesab edir.

25. Belə ki, apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi əsaslandırmasında artıq ziddiyyətli qənaətlər mövcuddur ki, həmin qənaətlər ondan ibarətdir ki, apellyasiya məhkəməsi qərarında yuxarıda artıq göstərildiyi k imi özü bildirir ki, “iddiaçı komandanın döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıqlarını və göstərişlərini öz vəzifə səlahiyyətlərinə aid hissədə icra etmişdir (şəxsi heyətin uçotu ilə əlaqədar)”.

26. Daha sonra apellyasiya məhkəməsi qərarında yazır ki, “göründüyü kimi, iddiaçı döyüş əməliyyatları zamanı xidməti vəzifələrini icra etmişdir.”

27. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, şəxsi heyətinin uçotu ilə əlaqədar iddiaçının apardığı iş komandanının döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıqlarının və göstərişlərinin icra edilməsindən kənarda qala bilməz, şəxsi heyətin uçotunun aparılması ümumiyyətlə ən mühüm işlərdən sayılmalıdır.

28. Digər tərəfd ən apellyasiya məhkəməsi öz qərarında, yuxarıda artıq göstərildiyi kimi, qeyd edir ki, “iddiaçı döyüş əməliyyatlarının planlanması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verilən tapşırıqları və göstərişləri yerinə yetirsə də, həmin bu tapşırıqları və göstərişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli, 420 saylı qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə deyil, Bakı ərazisində yerinə yetirmişdir”.

29. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında yazılan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilməd ən 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur.

30. Həmçinin işin təsdiqini tapmış hallarına əsasən xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmrinə əsasən Hərbi Hava Qüvvələrinin X4 üzrə mayor İddiaçı, təyin olunmuş qrupların tərkibindəki heyətlər “Hərbi Hava Qüvvələri üzrə idarə heyətinin döyüşü idarəetmə qruplarının tərkibi və vəzifələri”nə uyğun fəaliyyətlərə cəlb olunması əmr edilmişdir. N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Nizami bölməsinin rəisi olan mayor İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09 - xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin xx.xx.2021-cü il tarixli 062 nömrəli əmri, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmri ilə HHQ-nin X1 Hərbi Hava Qüvvələrinin komandanın döyüş əməliyyatların planlaşdırılması, hazırlanması və döyüş əməliyyatlarının aparılması üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirdiyi qeyd edilmişdir.

31. Yeri gəlmişkən, apellyasiya məhkəməsi də qərarında bu faktı təsdiq edir.

32. Lakin apellyasiya məhkəməsi işin sözügedən hallarına düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarını doğru tövsif etməmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

34. İşə apellyasiya məhkəməsi tə rəfindən baxıldığı zaman sözügedən Əsasnamənin müddəaları işin faktiki halları nəzərə alınmaqla düzgün tətbiq edilməli, həmçinin iddiaçının hərbi əməliyyatlar dövründə fəaliyyətinin araşdırılması məqsədi ilə N nömrəli hərbi hissə isə 3-cü şəxs qismində cəlb edilməli və onunla birlikdə çalışmış işçilərdən izahat alınması üçün onlar məhkəməyə dəvət edilməli, aparılacaq tam və hərtərəfli araşdırılma nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3395/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şik

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar