Məhkəmə qərarları › İş №2-1(102)-1084/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1084/2025

22.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1084/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2-1(103)2990/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 19/340 nömrəli qərarına əsasən, Zirə qəsəbəsində yerləşən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X1 adına bağ sahəsi ayrılmışdır. 2. “Yaylaq” bağçılıq yoldaşlığı birliyinin xx.xx.1993-cü il tarixli arayışından da görünür ki, Zirə ərazisindəki 259 nömrəli bağ sahəsi yuxarıda göstərilən qərara əsasən birliyin üzvü X2 verilmişdir. 3. xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 178689 nömrəl i ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. Bakı şəhər 38 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda X1 vəfat etməsi ilə əlaqədar mərhumun qanun üzrə vərəsəsinin İddiaçı (hazırkı iddiaçı) olması barədə məlumat verilmiş və miras əmlak üzərində miras qoyanın hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, miras əmlakı üzərində miras qoyanın adına çıxarışın və müvafiq məlumatın sorğunu təqdim edən şəxsə verilməsi xahiş edilmişdir. Lakin həmin müraciətin təmin olunmasından imtina edilmişdir.

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehs alat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “bağ sahəsinə dair bağçılığa üzvlük kitabçası, protokoldan çıxarış, əmr qərarın və cizgi planının surətlərinin təqdim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhəri keçmiş X6 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X2 məxsus 259 nömrəli sahəyə, ya onun əvəzin ə 285-295 nömrəli sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamə əsasında 20 aprel 2022-ci il tarixdə icra vərəqəsi verilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-ın müəssisələrinin bağçılıq təsərrüfatı, o cümlədən “Yaylaq” Bağçılıq Yoldaşlığı ləğv edildiyindən, eləcə də bağçılığa dair möhürlər məhv edildiyi üçün vətəndaş İddiaçı yuxarıda qeyd edilən sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün olmam ışdır. Yuxarıda qeyd edilən səbəblərdən (bağçılığın ləğvi, möhürün məhv edilməsi) məhkəmənin bu qərarında göstərilənlərin tərəfimizdən icrasının mümkünsüz olduğunu nəzərə alaraq, eləcə də digər tərəfdən məhkəmə qərarının məcburi icrasını təmin etmək məqsədilə hazırkı məktubla təsdiq edirik ki, İddiaçı anası X3 “Yaylağ” Bağçılıq Yoldaşlığının üzvüdür və ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X6 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi- Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylaq” Bağçılıq Yoldaşlığı tərəfindən 259 nömrəli sahə ayrılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində keçmiş Bakı şəhər X6 İcraiyyə K omitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun nəzdində yaradılmış “Yaylaq” Bağçılıq Yoldaşlığı tərəfindən İddiaçı anası X2 ayrılmış 259 nömrəli sahənin və ya onun əvəzinə 285-295 nömrəli sahənin əvəzləşdirmə əsasında onun adına rəsmiləşdirilməsinə SOCAR tərəfindən etiraz edilmir.

7. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bundan başqa, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)462/2022 nömrəli icra vərəqəsi ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X6 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən “X5 Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığının ümumi ərazisində 285-295 nömrəli torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini bu qərarın 1-6-cı bəndlərində qeyd edilən hallara istinad etməklə əsaslandırmışdır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 30 aprel 2024-cü il tarixli 21(112)-5177/20244 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 nömrəli qətnaməsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məktubuna istinad etməklə Bakı şəhəri, Zirə qəsəbəs ində yerləşən 285-295 nömrəli torpaq sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət reyestrində qeydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Hazırkı halda iddiaçının istinad etdiyi sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunda nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi bağ sahəsinə dair üzvlük kitabçası, protokoldan çıxarış və sairə sənədlərin verilmə si öhdəliyinin Dövlət Neft Şirkətinə həvalə edilməsi barədədir və həmin qətnamə ilə cavabdehin üzərinə daşınmaz əmlak barəsində hər hansı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi qoyulmamışdır. Bu baxımdan, qeyd olunan qətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində göstərilən sənəd kimi qəbul edilə bilməz. Dövlət Neft Şirkətinin cavabdeh qeydiyyat orqanına ünvanladığı məktub da həmçinin, həmin Qanunun 8-ci maddəsində hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağları n) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bu prosesi tənzimləyən qanunvericiliyə görə, əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamışdır, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. İddiaçının isti nad etdiyi məhkəmə qətnaməsində 259 nömrəli bağ sahəsinə və ya onun əvəzinə 285-295 nömrəli bağ sahəsinə dair müvafiq sənədlərin verilməsi göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mərhum Sevda Mirzəliyevaya “Yaylaq” bağçılıq yoldaşlığında 259 nömrəli sahə ayrılmışdır. Həmin bağçılıq yoldaşlığının bağların bölgü sxemində 259 nömrəsi olan iki bağ sahəsi (254-259 və 259-264) mövcuddur. İddia olunan 285-295 nömrəli sahənin isə iddiaçının mərhum anasının qanuni istifadəsində olması iş materialları ilə təsdiqini tapmamışdır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi /, R.Ə.Səmədov və E.Ə.Əliyev) 27 noyabr 2024-cü il tarixli, 2-1(103)-2990/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Qanunu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq ol araq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydas ında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçı larının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəm ə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏD LƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib h üquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. İşin hallarından göründüyü kimi, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1987ci il tarixli, 19/340 nömrəli qərarına əsasən, Zirə qəsəbəsində yerləşən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X1 adına bağ sahəsi ayrılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “bağ sahəsinə dair bağçılığa üzvlük kitabçası, protokoldan çıxarış, əmr qərarın və cizgi planının surətlərinin təqdim olunması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhəri keçmiş X6 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 nömrəli qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X2 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamə əsasında 20 aprel 2022-ci il tarixdə icra vərəqəsi verilmişdir.

25. Lakin sözügedən məhkəmə qətnaməsi hazırkı işdə iddiaçının iddia etdiyi 285295 nömrəli torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi üçün hüquqmüəyyənedici sənəd kimi nəzərə alına bilməz. Belə ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 19/340 nömrəli qərarına əsasən, Zirə qəsəbəsində yerləşən “AzNSETLİ”-nin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçının mərhum anası X1 adı 19-cu sırada öz əksini tapsa da, həmin Siyahıda ayrılan bağ sahəsinin nömrəsi ilə bağlı hər hansı qeyd aparılmamışdır.

26. Məhkəmə icr aatı zamanı isə müəyyən olunmuşdur ki, müvafiq hüquqmüəyyənedici sənədlər əsasında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,12 hektar “Yaylaq” bağçılıq yoldaşlığının 254-259 nömrəli bağ sahəsi üzərində başqa şəxsin – Şəsiyə Usmanovanın mülkiyyət hüququ qeydə alınmış və bu barədə, ona daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən də görünür ki, mərhum Sevda Mirzəliyevaya “Yaylaq” bağçılıq yoldaşlığında 259 nömrəli sahə ayrılmışdır. Hazırkı vəziyyətdə nə 259 nömrəli bağ sahəsindən, nə də iddia olunan 285295 nömrəli bağ sahəsindən nə iddiaçının, nə də mərhum anasının vaxtilə istifadə etməsi faktı sübuta yetirilmir.

27. İddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 nömrəli qətnaməsinə istinad edərək 259 nömrəli sahənin və ya onun əvəzinə 285-295 nömrəli sahənin əvəzləşdirmə əsasında mərhum anası X1 adına rəsmiləşdirilməsinə Dövlət Neft Şirkəti tərəfindən etiraz edilməməsi ilə bağlı gətirdiyi dəlilə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər hazırkı məzmunda iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvaf iq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işdə iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən hər hansı birini təqdim edə bilmədiyi üçün cavabdeh onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 21(103)-2990/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar