Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1087/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlavə vergilərin hesablanması barədə qərarın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X2, onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-15/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi orqanı tərəfindən 13 mart 2019-cu il tarixdə qəbul edilmiş qərar əsasında İddiaçı MMC-də pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məqsədi ilə 13.03.2019-c u il tarixdən 11.04.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə yerləşən anbarda 454.456,21 manat dəyərində, Bakı şəhəri, Lökbatan qəsəbəsi Heybət dəmir yolu stansiyasının cənubu, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 143.966,0 manat, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanına yerləşən anbarda tərtib edilmiş akta əsasən 82.901,75 manat və Sumqayıt şəhəri, Çerkassı küçəsində anbarda tərtib edilmiş akta əsasən 1.413.479,53 manat olmaqla, ümumilikdə 2.094.803,49 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Qiymətləndirmə şirkətinin eksperti tərəfindən aşkar edilmiş ma lların dəyəri 2.130.191,5 manat müəyyən olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən 2019-cu ilin yanvar-aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində uyğunsuzluğun mövcud olması aşkar edilmişdir. Belə ki, 2018-ci ildə iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamədə hesabat dövrünün sonuna mal qalığının 10.972.738,52 manat olması göstərilmiş, 2019-cu ilin yanvar-aprel aylarında idxal edilən malların dəyəri 5.843.666,48 manat təşkil etmiş və vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində 4.753.666,70 manat dövriyyə göstərilmişdir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin öz təqdim etdiyi vergi bəyannamələrinə əsasən, mal qalığı 12.062.738,28 (10.972.738,52 + 5.843.666,48 – 4.753.666,7) manat təşkil etmişdir. Bununla da, Mənfəət və ƏDV bəyannamələrində göstərilən mal və m aterialların məbləğləri ilə vergi nəzarəti tədbirləri nəticəsində müəyyən olunmuş məbləğlər arasında 9.967.934,79 (12.062.738,28 – 2.094.803,49) manat məbləğində fərq yaranmışdır.
2. Aparılmış vergi yoxlamasının nəticələrinə uyğun olaraq vergi orqanı tərəfindən MMC-yə 19 iyun 2019-cu il tarixli **********957800 nömrəli qərarla 1.520.532,43 manat məbləğində əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Ərazi Vergilər Departamentinin 19.06.2019-cu il tarixli **********957800 saylı və 20.06.2019-cu il tarixli “Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” **********170800 saylı qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2 saylı Ərazi Vergilər Departamentinin 19.06.2019-cu il tarixli vergilərin hesablanması barədə qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, İddiaçı MMC-də aparılmış 13.03.2019-cu il tarixdən 11.04.2019-cu il tarixədək operativ vergi nəzarəti tədbiri nəticəsində müəssisənin mal anbarlarında olan mal qalığının 2.094.803,49 manat məbləğində müəyyənləşdirilməsinin etibarsız və qanunsuz hesab edilməsi və qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxsl ər barəsində xüsusi qərardad çıxarılaraq araşdırmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2008-ci ildən hüquqi şəxs kimi fəaliyyət göstərir və nizamnaməsinə uyğun olaraq xarici iqtisadi fəaliyyətlə məşğul olur. 25.05.2019-cu il tarixdə 2 saylı Ərazi Vergilər Departamentindən kameral vergi yoxlanılması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub daxil olmuşdur. İddiaçı müəyyən edilmiş 5 günü ötürmədən 29.08.2019-cu il tarixli məktubu vergi orqanına təqdim etmişdir. Buna baxmayaraq, cavabdeh 19.06.2019-cu il tarixdə qanunsuz və əsassız qərar qəbul edərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Halbuki, cavabdehin həmin sənədləri tələb etməsi tam əsassız olmuşdur, h əmin sənədlər vaxtında vergi orqanına təqdim edilmiş və dəqiqləşmə tələb edilməsinə zərurət olmamışdır. Həmçinin, tələbnamədə vergi dövrü aprel 2019, bəyannamə adı isə ƏDV qeyd olunmuş, sənədlərin tələb edilməsi barədə tələbnamədə isə 13 mart 2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində yaranan uyğunsuzluqlar və mal qalığının çatışmazlığı göstərilmişdir. Bundan başqa, mal qalığının yoxlanılması da qanunsuz olaraq həyata keçirilmişdir. Belə ki, iddiaçı müəssisənin rəhbərliyi vergi orqanında mal-materialların daha iki ünvanda yerləşməsini bildirsə də, vergi orqanı həmin anbarlara baxış keçirməmiş və mallar sayılmamışdır. Nəticədə iddiaçıya əsassız vergi məbləği hesablanmışdır. Həmin anbarlar icarədarın qeydiyyat kodu mövcud olmadığından qeydiyyata alınmamışdır və ünvan 3 ünvanında yerləşirlər. Müəssisənin mallarının çox hissəsi həmin anbarlarda olmuşdur. Bundan başqa digər 4 anbarda mallara baxış keçirilərkən iddiaçının əməkdaşlarının iştirakı ilə akt tərtib edilməmiş, vergi orqanı əməkdaşları öz mülahizələrinə görə təxminən bir aydan sonra akt tərtib etmiş, malların sayı qeyd edilmiş və mütəxəssis rəyinə əsasən malların qiyməti müəyyənləşdirilmişdir. Vergi orqanı əməkdaşları müəssisənin sənədlərini 13 mart 2019-cu il tarixdə götürərək 10 aprel 2019-cu il tarixdə qaytarmışlar. Bununla da onlar malların qiymətini təsdiq edən sənəd və materialların təqdim olunmasına mane olmağa çalışmışlar. Yoxlama 13-15 mart 2019-cu il tarixdə keçirilməsinə baxmayaraq, akt 11 aprel 2019-cu il tarixdə tərtib edilmişdir.
6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərə k bildirmişdir ki, iddiaçı müəssisənin 2019-cu ilin aprel ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsinin araşdırılması zamanı əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi”nin 1 Nli Əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-materialların məbləği, cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğləri və cari ilin müvafiq ayları üzrə təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş məbləğlərin fərqi ilə keçirilmiş operativ vergi nəzarəti tədbirləri üzrə hesabat dövründə tərtib edilmiş aktda qeyd edilmiş məbləği arasında kənarlaşma olduğu aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi 2018-ci il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün sonuna ƏDV ilə birlikd ə 10.972.738,58 manat (ƏDV-siz 9.298.931,00) dəyərində mal qalığının olduğu qeyd edilmiş, 01.01.2019-cu il tarixdən 30.04.2019-cu il tarixədək 5.843.666,48 manat dəyərində (ƏDV ilə birlikdə) mal idxal edilmiş və 2019-cu ilin yanvar-aprel ayları üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində 4.753.666,70 manat (ƏDV ilə birlikdə) dövriyyə göstərilmişdir. Vergilər Nazirliyinin 03.2019-cu il tarixli qərarına əsasən, İddiaçı MMC-də keçirilən operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, Heybət dəmir yolu stansiyasının cənubu, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 143.966,0 manat (ƏDV ilə birlikdə), Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanına yerləşən anbarda tərtib edilmiş akta əsasən 82.901,75 manat (ƏDV ilə birlikdə), Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2095-2096-cı məhəllə, 560-cı küçə, 18-ci Zavağzal döngəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 454.456,21 manat (ƏDV ilə birlikdə) və Sumqayıt şəhəri, Çerkassı küçəsində anbarda tərtib edilmiş akta əsasən 1.413.479,53 manat (ƏDV ilə birlikdə) dəyərində olmaqla, ümumilikdə 2.094.803,49 manat (ƏDV ilə birlikdə) mal qalığının olduğu müəyyən edilmişdir. Belə olan halda, 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 N-li Əlavəsinin “hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (ƏDV ilə birlikdə 10.972.738,58 manat) + cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (5.843.666,48 manat) məbləğlərinin (16.816.405,0 6 manat) cəmindən çıxılsın cari ilin müvafiq ayları üzrə təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş məbləğlərin (4.753.666,78 manat) fərqi ilə keçirilmiş operativ vergi nəzarəti tədbirləri üzrə hesabat dövründə tərtib edilmiş aktda qeyd edilmiş “Akt üzrə 2.094.803,49 manat malın yekun məbləği” arasında 9.967.934,74 manat (o cümlədən 1.520.532,43 manat ƏDV) məbləğində fərq olduğu müəyyən edilmişdir. Göstərilənlərlə bağlı iddiaçı müəssisəyə müraciət olunaraq 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması tələb edilmiş, iddiaçı 29.05.2019-cu il tarixdə vergi orqanına məktub göndərsə də, vergi orqanına hər hansı sənəd təqdim etməmişdir. Operativ vergi nəzarətinin nəticələrinə görə 11.04.2019-cu il tarixdə VN-16 seriyalı 009281, 009282, 009284, 009283 nömrəli aktlar tərtib edilmişdir. Müəssisənin rəhbəri aktlarla tanış olaraq doğruluğunu öz imzası ilə təsdiq etmiş və bir nüsxələrini qəbul etmişdir
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(85)1267/2019 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsasları vergi orqanı tərəfindən müəyyən edilmiş mal materialların qalıq sayı və dəyəri ilə bağlı deyil, göstərdiyi digər iki anbarda mal qalığının sayılmamasına söykənir. İddiaçı müəssisə həmin iki anbarın qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınması və həmin anbarlar barəsində vergi orqanına vaxtında məlumat verilməsini təsdiq edə n hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2-1(105)-15/2021 saylı qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(85)-1267/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı apelyasiya instansiyası m əhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti əsasən iddia ərizəsi ilə eyni məzmundadır. İddiaçı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və a pelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
16. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 62.1. Hər bir vergi ödəyicisinin v ə ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot u və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;... 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;... 67.1.9. vergi orqanının əld ə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə ap elyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KA SSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13.03.2019-cu il tarixli **********0872 saylı qərarından görünür ki, İddiaçı MMC-də pul vəsitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi və malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məqsədi ilə 13.03.2019-cu il tarixdən 11.04.2019-cu il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -operativ vergi nəzarətinin nəticəsi haqqında 11 aprel 2019-cu il tarixli 009283 saylı aktdan görünür ki, operativ vergi nəzarətinin həy ata keçirilməsi zamanı vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar olunmadı. Vergi ödəyicisinə məxsus anbarlarda alış qiyməti ilə ümumi dəyəri 454.456,21 manat dəyəri olan mal (kafel və metlax) siyahıya alınmışdır. Həmin malların VM ilə müəyyən edilmiş qaydada elektron qaimə fakturalar və elektron VHF əsasında əldə edildiyi müəyyən olunmuşdur. -2019-cu ilin mart ayında vergi orqanı əməkdaşları və hal şahidləri X1 və X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı MMC-də pul vəsaitinin uçotdan gizlədilməsi və uçota alınmaması hallarına nəzarət edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya elektron VHF əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə yoxlama zamanı müəssisənin rəhbəri Hacıy ev Rafiq qərarla tanış olmuş, tələbnamənin surətini alsa da, yoxlama ilə bağlı arayış verməkdən, Vergilər Nazirliyinin uçot bazasında olan və digər ünvanlarda yerləşən obyektləri barədə, İddiaçı MMC-yə məxsus təsərrüfat subyektləri barədə arayış verməkdən imtina etmişdir. -11 aprel 2019-cu il tarixli siyahılardan görünür ki, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə yerləşən anbarda 454.456,21 manat dəyərində, Bakı şəhəri, Lökbatan qəsəbəsi Heybət dəmir yolu stansıyasının cənubu, Lökbatan Xocasən yolunun cənub-şərq hissəsi ünvanında yerləşən anbarda tərtib edilmiş akta əsasən 143.966,00 manat, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllə ünvanına yerləşən anbarda tərtib edilmiş akta əsasən 82.901,75 manat və Sumqayıt şəhəri, Çerkassı küçəsində anbarda tərtib edilmiş akta əsasən 1.413.479,53 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. -2 saylı ƏVD tərəfindən iddiaçıya ünvanlanan 10 iyun 2019-cu il tarixli məktubdan məlum olur ki, 20 may 2019-cu il tarixdə təqdim edilmiş 2019-cu ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır.
23. Cavabdehin müraciətinə cavab olaraq iddiaçı 29 may 2019-cu il tarixli məktubla İddiaçı MMC-nin pərakəndə ticarətdən dövriyyəsinin olmadığını, mal-material qalığında yaranan fərqin müəssisəyə qanunsuz olaraq qoyulan məhdudiyyətlərin nəticəsində yarandığını və bu halların 2019-cu ilin mart ayının ƏDV bəyannaməsində dəqiqləşdirilmiş hesabatda öz əksini tapdığını bildirmişdir. 24. 2 saylı Ərazi Vergilər Departamentinin 19.06.2019-cu il tarixli **********957800 saylı qərarından görü nür ki, İddiaçı MMC-yə 2019-cu ilin aprel ayı üçün ƏDV üzrə 1.520.532,43 manat məbləğində əlavə vergi hesablanmışdır. -"xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən verilmiş rəydən görünür ki, ”Aztexnika” MMC-də aşkar edilmiş malların (çeşidləri və ayrı ayrılıqda qiymətləri göstərilməklə) dəyəri 2.130.191,5 manat təşkil edir.
25. Hal - hazırda iddiaçı kassasiya şikayətində qeyd edir ki, müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində göstərilmiş mal və materialların qalıq məbləği ilə, keçirilmiş operativ vergi orqanın tərtib etdiyi aktlar üzrə müəyyən olunmuş mal qalığı məbləğləri arasında fərqin yaranmasının səbəbi vergi orqanı tərəfindən ona məxsus olan iki anbarda yoxlama keçirilməməsi olmuşdur. Belə ki, malların bir qismi həmin anbarda olduğundan verg i orqanı tərəfindən müəyyən olunmuş mal qalıqlarının məbləği, olduğundan az göstərilmişdir. Cavabdeh tərəfindən həmin anbarlarda olan malların sayılmamasını isə əsassız və qanunsuz hesab edir. Cavabdeh vergi orqanı yaranmış uyğunsuzluqla əlaqədar zəruri sənədləri, izahatı və dəqiqləşmiş bəyannaməni təqdim etməyi tələb etmiş, lakin iddiaçı 29.05.2019-cu il tarixdə vergi orqanına məktub göndərsə də, tələb olunan sənədləri göndərməmişdir.
26. Apelyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyd edilən anbarlar qanunvericiliklə müəyyən olunmuş qaydada qeydə alınmamışdır. Belə ki, anbarlar yalnız icarə müqaviləsi əsasında hüquqi şəxsə icarəyə verilmişdir. Digər tərəfdən, məhkəməyə məlum olmuşdur ki, həmin anbarlar vergi orqanında başqa şəxsin adına u çota alınmışdır. İddiaçı apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də qeyd edir ki, icarədarın müqavilələrini, onun qeydiyyat kodu mövcud olmadığı üçün elektron qaydada qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Eyni zamanda, iddiaçı qeyd etdiyi anbarlarda olan malların ona məxsus olmasını iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu - sənədi də məhkəməyə təqdim edə bilməmişdir.
27. Bundan əlavə, iddiaçı təqdim etdiyi ƏDV bəyannaməsində göstərilən malların bir qisminin satılmadığını iddia etsə də, bununla bağlı təsdiqedici sübutları, yəni mal qalığına dair ilkin uçot sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının göstərdiyi dəlillər, yəni operativ vergi nəzarətinin nəticələrinə görə aktın sonradan tərtib edilməsi, aktda tarixin göstərilməməsi və s. kimi ha llar formal xarakterlidir və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir.
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun apelyasiya instansiyası instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və apelyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığ ından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-15/2021 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.