Məhkəmə qərarları › İş №2-1(102)-1089/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1089/2025

05.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1089/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; göndərişdə qeyd olunan diaqnozun mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komi ssiyasının 20 aprel 2023-cü il tarixli, xxxxxxx0012 nömrəli qərarının ləğv edilməsi və ona 20 aprel 2023-cü il tarixdən 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 02 dekabr tarixli 2-1(106)-588/2024 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında xx.xx.2009-cu il tarixdə baxılaraq bir il müddətinə, xx.xx.2013-cü il tarixli göndərişi əsasında xx.xx.2013-cü il tarixdə baxılaraq bir il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılaraq bir il müddətinə İİ dərəcə, xx.xx.2015-ci il tarixli, 0234003AAA5B nömrəli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılaraq bir il müddətinə İİ dərəcə əlillik dərəcəsi təyin edilmişdir.

2. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılaraq 5 il müddəticə İİ dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AALBL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir.

4. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 02 34003AAMD7 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılaraq əlavə müalicəyə ehtiyacın olması - müalicə potensial səmərəliliyini və son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli olmamasını nəzərə alaraq stasionar şəraitdə əlavə müayinə və müalicə olunması qərarı verilir səbəbi ilə imtina verilmişdir.

5. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAN2D nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılaraq göndərişin natamam doldurulması - instrumental müayinə nəticələri ətraflı qeyd edilsin səbəbli imtina verilmişdir.

6. İddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAPA5 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və göndərişin nata mam doldurulması - xəstənin adına sürücülük vəsiqəsi olması səbəbli imtina verilmişdir.

7. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAPA5 nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir.

8. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdə tibbi nəzarətə götürülmüş iddiaçının əlillik vəziyyətinə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, **********TY nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbli imtina verilmişdir.

9. İddiaçının əlillik vəziyyətinə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, M00 091537DMF nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbli imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 20 aprel 2023-cü il tarixli, xxxxxxx0012 nömrəli qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Şirvan İnzibati məhkəmənin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə ünvan 1 ünvanda qeydiyyatdadır. xx.xx.1991-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, rus ordusunda hərbi xidmətə başlamış, xx.xx.1992-ci ildə SSSR ordusundan təxris olunub öz vətənində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş bölgəsində bir çox ərazilərdə vuruşmuş, ən son Ağdam rayonunda döyuş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə hərbi texnika ilə minaya düşmüşlər. Həmin vaxt huşu özundə olmamış, heç nə xatırlamamış, amma həmin vaxt yaxın ərazidə hospitala yerləşdirilmişdir. 10 gün sonra vəziyyəti ağır olduğu nəzərə alınıb, xx.xx.1993-cü ildə Mudafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hos pitalina yerləşdirilmişdir. Huşu özünə gələndə bilmişdir ki hospitaldadır. xx.xx.1993-cü ilə kimi Hospitalda müayinə və müalicə olunmuş, daxil olarkən travma diaqnozu “Mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə Baş beyinin əzilməsi” qoyulmuş, daha sonra ağır xəstələrin çoxluğu nəzərə alınaraq, ambulator şəraitdə mualicəsini davam etdirməsi üçün evə buraxılmış, müalicəsi hələ də davam etdirilməkdədir, bunun əksinə olaraq səhhəti daha da pisləşmiş, qıcolmalar və özündən getmələr mütəmadi hal almışdır. Aldığı travmadan sonra tez-tez qıcolma, epilepsiya, guclu kəskin agrılar, əsəbi gərginlik olur. Artıq heç bir agrıkəsici dərmanların da köməyi olmur. Müalicəsini fasiləsiz davam etdirsə də, baş-beyin travmasının nəticəsi olaraq ağrılardan əlavə artıq psixi durumunda da səhhəti daha da pi sləşmişdir. Son illərdə 2 dəfə stasionar şəraitdə Respublika Xəstəxanasında, 1 dəfə Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 21 gün stasionar şəraitində müalicə almışdır. Hazırda Salyan Rayonlarası Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə olunur. Sağlamlıq vəziyyəti il-ildən, günü-gündən ağırlaşmasına baxmayaraq, cavabdeh inzibati orqan 2009-cu ildən ona təyin edilmiş və hər il keçirlmiş müayinələrin nəticəsinə əsasən səhhəti daha da ağırlaşdığı halda, 10 ildən artıq müddətdə ona təyin edilmiş müayinə nəticəsində, ona qanunsuz və əsassız olaraq əlilliyin təyin edilməməsi bildirilmişdir. Aəzrbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 106 nömrəli qərarı ilə müəyyən olunmuşdur ki, onun xx.xx.1993-cü il də döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993cü ildən xx.xx.1993-cü ilədək Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma – daqnoz “Mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə Baş beyinin əzilməsi” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ondan sonrakı müddətdə xx.xx.2013, xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-cı il tarixli davamlı göndərişlər əsasında müayinə olunmuş, ona həmin müayinələr nəticəsində ikinci dərəcəli əlillik təyin edildiyi halda, birdən-birə sonuncu xx.xx.2021-ci il tarixli göndəriş əsasında imtina edilmiş, əsas kimi əlavə müalicəyə ehtiyacının olması qeyd edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, onun hüquqlarını məhdudlaşdırır. Belə ki, o, xx.xx.1993-cü ildə vətənin azadlığı uğrunda aldığı ağır travma nəticəsində sağlamlığını itirmiş, ona təyin edilmiş əlillik nəticəsində azda olsa aldığı pensiya nəticəsində özünün dava-dərmanlarının bir hissəsini güclə ala bildiyi halda, cavabdeh inzibati orqan onun sağalmadığı halda, əlillik təyin etməkdən qəsdən imtina etmişdir.

13. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazda işin faktiki hallarını sadalamış, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 19 sentyabr 2024cü il tarixli, 2-1(120)1011/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının iddiaçıya əlilliyin təyinatından imtinası barədə 20 aprel 2023-cü il tarixli, xxxxxxx0012 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya 20 aprel 2023-cü il tarixdən 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyi ilə bağlı ona xx.xx.2009-cu ildən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 12 il ərzində “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, -Travmadan sonrakı əmələgələn epilepsiya. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez-tez təkrarlanan q ıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi.” diaqnozu ilə xx.xx.2009-cu ildən xx.xx.2013-cü il tarixədək 3 ildən artıq üçüncü dərəcə əlillik verilmiş, bu müddət ərzində xəstəliyinin ağırlaşması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 8 ildən artıq müddətdə ona ikinci dərəcə əlillik təyin olunmuş, heç bir müsbət dəyişiklik olmadan məzmunca həmin diaqnoz üzrə xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Halbuki, iddiaçının xəstəliyi ilə bağlı 12 il müddətində təyin olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə t əsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinə tam uyğunluğu təsdiq olunur. İddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır.

16. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında, həmçinin iddiaçıya əlillik təyinatından bütün imtinalarında qeyd olunan səbəblər (ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var - 3 dəfə, göndərişin natamam doldurulması – 2 dəfə, diaqnoz əlillik əlaməti təyin etmir - 2 dəfə) heç bir dəlil-sübutla əsaslandırılmadan, izahı və açıqlamaları tibbi sənədlərlə təsdiq olunmadan əlillik təyinatından imtina edilməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etməsini təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə iddiaçının ona 65-80 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin halhazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X1Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır.

17. Eyni zamanda, sonuncu göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq ed ilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.1.2 və 6.7.3-cü bəndlərində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. İddiaçının “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, -Travmadan sonrakı əmələgələn epilepsiya. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez- tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi.” diaqnozu iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz “Əlilliyin müəyy ən olunması meyarlarına Əlavə”nin 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.1.2 və 6.7.3. bəndinə əsasən 65-80 faiz əlillik meyarlarına uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

18. İddiaçı və cavabdeh həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iddiaçı qərarın təmin edilməyən hissədə ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakiml ər Habil Bəhmanov /sədrlik edən və məruzəçi/, Fikrət Hüseynov, Tale Kərimov) 2024-cü il 02 dekabr tarixli 2-1(106)-588/2024 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayətləri verərək, cavabdeh qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını, iddiaçı ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh inzibati orqan kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əyani müayinəsi zamanı keçirilən müayinələr nəticəsinde göndərişdə qeyd edilən diaqnozların iddiaçıda əlillik səviyyəsində olmaması müəyyən olunduğundan cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza ve və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər ha nsı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir.

23. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona əlilliyin müddətsiz təyin edilməsindən imtina olunduğu vaxtda qüvvədə olan "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnaməyə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. İkinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İş materiallarında olan tibbi sənədlərə əsasən ona təyin edilmiş İİİ və İİ dərəcə əlilliyin 15 ildən artıq (2009-cu ildən) təyin olunması müəyyən edi ldiyindən ona növbəti dəfə təyin ediləcək əlillik müddətsiz təyin olunmalı idi. İddiaçıya 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərlə əlaqədar 2009-cu ildən əlillik təyin edildiyi, həmin dövrdən sonrakı müddətdə ona əlillik dərəcəsi mütəmadi təyin edildiyi, 2009-cu ildən hazırki vaxtadək iddiaçının sağlamlıq vəziyyəti daha da ağırlaşaraq 3-cü dərəcədən 2ci dərəcəyə keçirildiyi, ən əsası isə iddiaçının sağlamlıq vəziyyətində hər hansı irəliləmə halı mövcud olmadığı, iddiaçının sağlamlıq vəziyyətinin daha da ağır olmasının və bu səbəbdən məhkəmə iclaslarında şəxsən iştirak etməsinin mümkünsüz olması, habelə ömrünün çox hissəsinin stasionar müalicələrdə keçirməsi öz təsdiqini tapdığı halda, ona təyin edilməli olan əlillik müddətsiz olmalıdır. b. kassasiya şikayətinə etirazın d əlilləri

24. Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

6. Sinir sistemi xəstəlikləri Qeyd: Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1.2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası - 50-60 faiz-2 il. 6.4.Serebral iflic. Qeyd: USİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, or ta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman seçim edilir. 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: -ayda bir dəfə huşun tutqunlaşması, yaxud h uşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır).

26. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

28. Apellyasiya məhkəməsinin qərarı həm iddiaçı, həm də cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bu qərarın 25-ci bəndində istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyi n mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə məhkəmə kollrgiyası kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1 və 2.4-cü bəndlərinin tələbinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

34. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

35. Hazırkı mübahisə üzrə iddiaçıya verilmiş göndərişdəki məlumatların mötəbərliyi birinci instansiya məhkəməsində aparılan icraat zamanı öz təsdiqini tapmışdır. İddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdə qeyd edilən xəstəliklərin həqiqiliyini təkzib edən, iddiaçının xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut da cavabdeh tərəfindən təqdim olunmamı şdır. İddiaçının xəstəliyi ilə bağlı təyin olunmuş “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, -Travmadan sonrakı əmələgələn epilepsiya. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi.” diaqnozları hətta ona əlillik təyinatından imtina verildiyi vaxtlarda da təsdiq edilir.

36. Cavabdeh inzibati orqanın “məhkəmənin heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etməsi” barədə kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresi on səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

37. İddiaçının kassasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona təyin edilmiş İİİ və İİ dərəcə əlilliyin 15 ildən artıq (2009-cu ildən) davam etdiyini, bu səbəbdən də ona müddətsiz əlillik təyin olunmalı olmasını bildirərək, bu dəlilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları dair Əsasnamə ilə əsaslandırır. Lakin, iddiaçıya əlillik təyinatından ilkin imtina Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 02 34003AALBL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması səbəbi” ilə verilmişdir. Bundan sonra ona əlillik təyin olunmasından cavabdeh tərəfindən dəfələrlə imtina olunmuş, iddiaçı isə bu imtinalarla razılaşaraq, heç birini mübahisələndirməmişdir.

38. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, M00091537DMF nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və imtina verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin məhz həmin imtinasını mübahisələndirilmişdir.

39. İddiaçının istinad etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə, Azərbaycan Respublik asının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə qüvvədən düşmüş və xx.xx.2022-ci il tarixdən “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olmuşdur. İddiaçı isə həmin Əsasnamənin qüvvədə olduğu dövrdə məhkəməyə müraciət etdiyindən apelyasiya instansiya məhkəməsi iddiaçıya münasibətdə sözügedən Əsasnamənin normalarını tətbiq etməkdə haqlı olmuşdur.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 6cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.1.2 və 6.7.3-cü bəndlərində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdi r.

41. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 02 dekabr tarixli 2-1(106)-588/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar