Məhkəmə qərarları › İş №2-1(102)-1092/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1092/2025

14.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1092/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (prezident təqaüdünün təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 2-1(104)-583/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ölüm haqqında xx.xx.1994-cü il tarixli İV-ЖГ 407678 nömrəli şəhadətnaməyə əsasən iddiaçının atası İddiaçı Məmməd oğlu xx.xx.1994-cü ildə şəhid olmuşdur.

2. Ölüm haqqında xx.xx.2020-ci il tarixli AZ-İİ 140183 nömrəli şəhadətnaməyə əsasən iddiaçının anası X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 06 yanvar tarixli, 2-1(104)-7 7/2022 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2021-ci il 21 sentyabr tarixli, 2-1(114)1761/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilmiş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun İddiaçı adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

4. Gəncə İnzibati Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli, 2-1(114)-2140/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzillə təmin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

5. İddiaçı Sosial Xidmətlər Agentliyi PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünü n vəsiqəsi verilmişdir.

6. İddiaçı şəhid ailəsi üçün Prezident təqaüdünün ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006- cı il tarixli, 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006cı il tarixli, 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən ilkin əlilliyi xx.xx.2014-cü il tarixində (20 yaşında) qeydə alındığından sözügedən Qərarın əhatə dairəsinə daxil olmadığı üçün (Qərarın 2.1.3-cü bəndinə əsasən) ona şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-47306/2024 saylı məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixində 008854 nöm rəli vəsiqə ilə təmin edilmişdir. İddiaçı və bu qəbildən olan şəxslərin şəhid ailəsi üzvü hesab edilməsi və imtiyazları mövcud qanunvericilik ilə tənzimlənir. Məlumat üçün bildiririk ki, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs yoxdursa baba və nənələri onun qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik ailə üzvləri hesab edilirlər İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosi al Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024- cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Prezident təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri İcra Hakimiyyətinə qarşı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-cü il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun mərhum anasının adından onun adına dəyişdirilməsi tələbinə dair iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, verdiyi apellyasiya şikayəti təmin edilmiş, mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsi Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Gəncə Şəhəri İcra Hak imiyyəti 04 aprel 2022-ci il tarixli, 75 nömrəli sərəncamla bu vəzifə öhdəliyini yerinə yetirsə də, bu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi mənzil uçotu barədə məlumatlarını qəbul etmədiyi üçün və onu mənzillə təmin etməkdən imtina etdiyi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, mənzillə təmin olunma öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Qərarın əsaslandırma hissəsində 4-cü səhifəsində məhkəmə qeyd edib: “Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunmuş qanunun normasının düzgün təfsiri miibahisənin ədal ətli həlli üçün mübahisə olunmazdır. Belə ki, hüquq normasının təfsiri dedikdə, ümumi anlamda hüquq qaydasının gerçək mahiyyətinin əldə edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur. Əgər qeyd olunan “18 yaşına çatmamış uşaqlar” ifadəsini hərfi mənada təfsir etsək, bu zaman normanın məzmunu daralar və nəticədə iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarar ki, bu da ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Odur ki, sözügedən ifadəni genişləndirici təfsir edərək o nəticəyə gəlinməlidir ki, iddiaçının atası şəhid olan zaman övladının şəhid ailəsi üzvü statusu yaranmışdır.” Həmçinin Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2-1(104)-77/2022 saylı qərarının 4cü səhifəsində məhkəmə belə qeyd edib: “Göründüyü kimi, İddiaçı İİ qrup əlil olmaqla sağlamlıq imkanı məhdud şəxsdir və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.3-cü bəndinə əsasən şəhidin ailə üzvü hesab olunur.” Cavabdehə rəsmi müraciət etsə də, ona Prezident təqaüdünün təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub ünvanlamışdır. Hesab edir ki, şəhid ailəsi üzvü olduğu üçün cavabdeh onu Prezident təqaüdü ilə təmin etməlidir. Mərhum anası X2 24 noyabr 2020-ci il tarixdə vəfat gedənə qədər Prezident təqaüdü almışdır. Cavabdehin etirazı:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməm əsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı Əhmədov X1 Filiala müraciət edərək, ona şəhid ailəsi üçün Prezident təqaüdünün təyin edilməsi və ödənilməsini xahiş etmişdir. Onun müraciətinə cavab olaraq Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə19950/2024 nömrəli məktubu ünvanlanmış və bildirilmişdir ki, ona şəhid ailəsi üçün Prezident təqaüdünün təyin olunması qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis ed ilməsi haqqında” xx.xx.2006- cı il tarixli, 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı ilkin əlilliyi xx.xx.2014-cü il tarixdə (20 yaşında) qeydə alındığından sözügedən Qərarın əhatə dairəsinə daxil olmadığı üçün (Qərarın 2.1.3-cü bəndinə əsasən) iddiaçıya şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il, 10 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) şəhid ailəsinin üzvləri hesab olunurlar. İddiaçının ərizəyə qoşma kimi təqdim etdiyi məhkəmə qərarları hazırkı mübahisə üçün preyudisial əhəmiyyət daşımamaqdadır. Belə ki, həmin işlər üzrə məhkəmə qərarları iddiaçının “mənzil uçotuna alınması” və “mənzillə təmin olunması” tələblərinə dair məhkəmənin gəldiyi nəticədir. Həmin qərarların əsaslandırma hissələrində də hazırkı etirazda sadalanan normalar qeyd edilmişdir. Məhkəmələr həmin tələblər üzr ə yekun nəticəyə gələn zaman iddiaçının 18 yaşa çatanadək şəhid ailəsi üzvü statusuna malik olduğunu nəzərə almışdır. Bu səbəbdən də həmin işlər üzrə iddia tələbi təmin olunmuşdur. Belə ki, İddiaçı vaxtikən yaranmış hüquqdan (18 yaşadək şəhid ailəsi üzvü statusuna malik olması) istifadə etməməsini əsas gətirmişdir. Lakin həmin əsas hazırkı mübahisənin həlli üçün tətbiq edilə bilməz. Ölüm haqqında şəhadətnamədən də aydın olduğu kimi, iddiaçının anası X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək Dünya Əhmədovaya şəhid ailəsi üçün Prezident təqaüdü ödənilmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olur ki, iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququ nun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilm əsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) 2024-cü il 22 may tarixli, 21(1 14)-1984/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə hesab etmişdir ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması üçün qanunvericiliklə tələb olunan sənədlərdən biri şəhid ailələrinə verilən vəsiqədir ki, məhz bu vəsiqə ilə şəxsin şəhid ailəsi statusuna malik olub-olmamadığı müəyyən edilir. Hazırkı işdə də iddiaçıya xx.xx.2023-cü il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsinin verildiyi işin mübahisəsiz halıdır. Hazıra həmin vəsiqənin (və ya statusun) ləğvi barədə cavabdeh orqan hər hansı sənəd (sübut) təqdim etməmişdir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və İ.Aygül) 2024-cü il 10 dekabr tarixli, 2-1(1 04)583/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 22 may tarixli, 2-1(114)-1984/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

16. Kollegiya qeyd etmişdir ki, şəhid ailə üzvü hesab olunan və bu əsasda Prezident təqaüdü ödənilən şəxslərin dairəsi dəqiq müəyyənləşdirilmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

17. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı xx.xx.1994-ci il təvəllüdlü (30 yaş) olmaqla şəhidin ailə üzvü hesab edilən və buna görə Prezident təqaüdü ödənilən ş əxslərin dairəsinə aid deyildir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən onun ilkin əlilliyi xx.xx.2014-cü il tarixində (20 yaşında) qeydə alındığından bu əsasla da sözügedən qanunvericilik aktlarının əhatə dairəsinə düşmür. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2.3-cü bəndində nəzərdə tutulmüş əsaslar iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən istinad etdiyi iddiaçıya verilmiş şəhid ailəsi üzvünün və siqəsinə münasibətdə qeyd edir ki, şəhidin ailə üzvü hesab edilən şəxslərin dairəsi və buna görə onlara Prezident təqaüdünün ödənilməsi hər hansı bir orqan tərəfindən verilən arayış və ya vəsiqə ilə deyil, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” və digər normativ aktlarla tənzimlənir. Qeyd edilən vəsiqənin verilməsi əsası yuxarıda qeyd edilən qanunvericilik aktlarınının müddəaları ilə uzlaşmadığından iddiaçıya münasibətdə şəhid ailəsinin üzvü kimi tələb etdiyi güzəştlərdən yararlanmasına hüquq yaratmır. Digər tərəfdən, məhkəmə kollegiyası tərəfindən vəsiqəni vermiş orqana (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi) sorğu göndərilərək, qeyd edilən vəsiqənin verilməsi əsasları barədə məlumat verilməsi tələb edilsə də, lakin qeyd edilən orqan bu məsələyə aydınlıq gətirə bilməmişdir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etira zda qeyd edilmişdir ki, şəhid ailəsi üzvü vəsiqəsinin verilməsi ilə şəhid ailəsi üçün Prezident təqaüdünün təyin olunması fərqli inzibati icraatlardır və fərqli inzibati orqanlar tərəfindən həyata keçirilir. Hansı şəxslərin şəhid ailəsi üzvü hesab olunması yuxarıda qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq göstərilmişdir. Odur ki, həmin vəsiqənin hansı əsasla verilməsi cavabdeh inzibati orqana, həmçinin də məhkəməyə aydın deyildir. Həmin vəsiqənin verilməsi ilə bağlı inzibati icraatın aparılması cavabdeh inzibati orqan Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətlərinə aid edilməmişdir. Digər bir məsələ isə ondan ibarətdir ki, şəhid ailəsi üzvü vəsiqəsi şəhid ailəsi üçün Prezident təqaüdünün təyin edilmə əsaslarından biri deyildir və bu səbəbdən de həmin vəs iqə iş üzrə sübuti əhəmiyyət daşımamaqdadır. İddiaçı ilkin əlilliyinin xx.xx.2014-cü il tarixdə (20 yaşında) qeydə alınması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçıya şəhid ailəsi üçün Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə

4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayı ş sahəsi ilə birinci növbədə təmin olunurlar. Maddə

5. Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri); (2.1.1) val ideynləri; (2.1.2) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; (2.1.3) qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; (2.1.4) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.5) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər (2.1.6).

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na görə: Bənd

1. Bu Qaydalar “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”n ün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Bənd 2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Bənd 5. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sən əd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiya sı xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi iddianın və iddiaya qarşı etirazın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

31. Bununla belə məhkəmə kollegiyası kassasiya dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd edir.

32. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı atası İddiaçı Məmməd oğlu xx.xx.1994-cü il tarixdə şəhid olmuşdur. İddiaçının anası X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək Dünya Əhmədovaya şəhid ailəsi üçün Prezident təqaüdü ödənilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır.

33. İddiaçı iddia tələbinin əsası kimi şəhid ailəsi üzvü olmasını, eyni zamanda “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2.3-cü bəndində nəzərdə tutulmuş əsasların ona münasibətdə mövcud olmasını qeyd edir.

34. İş materiallarından isə müəyyən edilir ki, iddiaçınn ilkin əlilliyi xx.xx.2014-cü il tarixində (20 yaşında) qeydə alınmışdır. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na əsasən isə şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2.3-cü bəndində nəzərdə tutulmüş əsaslar iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxım ından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 10 dekabr tarixli, 2-1(104)-583/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar